Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a


KƏND TƏSƏRRÜFATI İSTEHSALI SFERİNİN



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə130/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   126   127   128   129   130   131   132   133   ...   216

16.4.

 

KƏND TƏSƏRRÜFATI İSTEHSALI SFERİNİN 



RADİASİYA MONİTORİNQİ 

Kənd  təsərrüfatı  istehsal  sferinin  monitorinqi  -  insanın  kənd  təsərrüfatı 

fəaliyyəti  obyekti  və  məhsulları  olan  təbiətin  komponentlərinin  və  biota 

elementlərinin  radioaktiv  çirklənməsi  üzrə  fasiləsiz  müşahidə  (ölçü)  və 

proqnozu sistemidir. 

Normal  radiasiya  vəziyyətində  həlledici  əhəmiyyət  aqroistehsalat 

kompleksinin  (AK)  radiasiya  monitorinqinin  gigiyena  aspekti  sayılır,  yəni 

insanın  qida  rasionunda  istifadə  olunan  bitkiçilik  və  heyvandarlıq 

məhsullarında  radionuklidlərin  toplanmasını  təyin  edən  radioaktiv 

çirklənmənin  səviyyəsi  üzrə  müşahidələr  aparılır.  İnsanın  radiasiya 

təhlükəsizliyini təmin etmək üçün kompleks aktiv mühafizə metodları işlənib 

hazırlanmışdır  (əhalinin  köçürülməsi  və  çirklənmiş  rayonda  əhalinin 

yerləşməsinin  nizamlanması,  çirklənmiş  məhsullardan  istifadə  edilməsinin 

daima  və  ya  müvəqqəti  qadağan  olunması,  mühafizə  qurğularından  istifadə, 

geyim və bədənin fəallığını azaltmaq (dezaktivizasiya) və s.). 

Radioaktiv  çirklənməyə  məruz  qalan  aqrosənaye  istehsalı  sahələrinin 

xəritəsini  təyin  etməli,  burada  bir  qayda  olaraq,  torpaq-bitki  örtüyündə  y  - 

şüalanmasının  doza  gücü  və  radionuklidlərin  miqdarı  göstərilir.  Belə 

xəritələrin  hazırlanması  ətraf  mühitin  radiasiya  monitorinqinin  mühüm 

vəzifəsi sayılır. 

Kənd  təsərrüfatı  sahələrinin  radioaktiv  çikrlənməsinin  miqyası  və 

xarakteristikasının ən operativ və effektli metodu yerdən və hava yollarından 

aparılan y - çəkiliş hesab olunur, -y- çəkilişi zamanı sahəyə düşən -y-şüalanma 

dozasının miqdarını və radionuklid qarışığında olan p - və - y- şüalanmasının 

nisbətini  nəzərə  almaqla  aparılan  ölçü  əsasında  aqrosənaye  sferi  (sahəsi) 

obyektində  müxtəlif  radionuklidlərin  miqdarı  hesablanır.  Radiasiya 

monitorinqin  sonrakı  mərhələsi  -  kənd  təsərrüfatı  obyektlərindən  (bitki, 

heyvandarlıq məhsulları və s.) nümunələr seçmək və onlarda radionuklidlərin 

miqdarını  öyrənməkdir.  Bu  zaman  həm  radionuklidlərin  konsentrasiyasınm 

spektrometrik  qiymətləndirilməsi  metodundan,  həm  də,  daha  çətin 

radiokimyəvi  metodlarından  istifadə  olunur.  Bu  zaman  «böhranlı» 

radionuklidlərin miqdarının təyin edilməsinə xüsusi diqqət ayrılır, bu, daxili 

şüalanma üçün doza yaradan radionuklid tərkibli aqrosənaye məhsullarından 

istifadə olunması ilə əlaqədardır. 

Müxtəlif  radioloji  xəritələrin  də  əsas  doza  yaradan  qida  məhsullarının 

(məs., süd) çirklənmə səviyyəsi və ya radioloji baxımdan daha çox rol oynayan 

nuklidlərin  (^^Sr,  '•'^'^Cs)  torpaqdan  kənd  təsərrüfatı  məhsullarına  keçid 

əmsalları (Kk) göstərilir. 



339 


16.5.

 

RADİONUKLİDLƏRİN YÜKSƏK OLDUĞU 



ƏRAZİLƏRDƏ KƏND TƏSƏRRÜFATI İSTEHSALININ VƏ 

KOMPLEKS MÜHAFİZƏ TƏDBİRLƏRİNİN APARILMASI 

PRİNSİPLƏRİ 

Radioloji  standartlar  qida  məhsullarında  radionuklidlərin  yolverilən 

konsentrasiyası şəklində ifadə olunur (o, Bk/kq-la ölçülür). Bu konsen- trasiya 

təyin edildikdə radiobioloji (dozimetrik) göstəricilərdən - qida məhsullarından 

istifadə  zamanı  formalaşan  bu  konsentrasiyadakı  ra-  dionuklidlərlə  insanın 

şüalanması  hüdudlarından  istifadə  edilir.  Beləliklə,  aqrosferdə  olan 

radionuklidləıiə  insanın  şüalanmasının  məhdudlaşdırılması  doza  prinsipi  ilə 

həyata  keçirilir  (şüalanma  effekti  onun  dozasından  asılıdır).  Aqrosənaye 

kompleksində  ciddi  problemlər  üç  böyük  radiasiya  qəzasından  sonra,  ətraf 

mühitin və olduqca geniş ərazilərin, o cümlədən kənd təsərrüfatı sahələrinin 

radioaktiv maddələrin tullantıları ilə çirklənməsi zamanı yarandı (1957-ci ildə 

Uidskeyledə (Böyük Britaniya) reaktorda yanğın və Çernobil AES-də tarixdə 

dünya atom energetikasında ən böyük qəza). 

Əgər  radiasiya  maddələri  tullantıları  müxtəlif  yarımparçalanma 

dövrlərinə təsadüf edən radionuklid qarışığından ibarətdirsə, o zaman qəzanın 

güclü dozalı ilk (kəskin) fazası səth üzərində maksimum ölçüyə çatır, bitkinin 

çirklənməsində aeral yol (havadan) - radionuklidlərin birbaşa bitkinin səthinə 

düşməsi həlledici rol oynayır. Kəskin fazanın davamiyyəti tullantıdan sonra 

bir ilə qədər davam edir. 

Bitkinin  radioaktiv  çirklənmə  dərəcəsi  ilin  qəza  baş  verən  vaxtından 

asılıdır. Radionuklidlər yaz və yay dövründə (vegetasiya dövründə) düşərsə, 

bitki üzərində daha çox toplanır. İlkin (kəskin) qəza fazasında kənd təsərrüfat 

heyvanlarının  şüa  zədələnməsi  istisna  edilmir,  belə  ki,  udulan  doza  yüksək 

səviyyəyə (letal səviyyəyə) çata bilər. Qəzanın kəskin fazasında bəzi azömürlü 

bioloji  əhəmiyyətli  radionuklidlər  (xüsusilə  Î  radio-  nuklidləri,  ilk  növbədə 

‘^'I)  mühüm  rol  oynayır.  İ  radionuklidlərinin  tez  bir  vaxtda  südə  keçməsi, 

sonra  isə  heyvanların,  həm  də  insanların  qalxan-  vari  vəzində  toplanması 

radiasiya  zədələnməsinə  səbəb  ola  bilər.  Təsadüfi  deyil  ki,  qəzanın  ilkin 

(kəskin) fazası «yod təhlükəli» dövr sayılır. 

Radiasiya qəzasının ikinci fazası aralıq faza adlanır, bu faza tullantıdan 

sonra  2-4  ili  əhatə  edir.  Bu  faza  üçün  şüalanma  dozasınm^gücünün  aşağı 

düşməsi  səciyyəvidir,  odur  ki,  bitkinin  çirklənməsində  torpaq  tərəfindən 

udulmuş  radionuklidlər  əsas  rol  oynamağa  başlayır.  Aqrosferdə  radioloji 

vəziyyət sabitləşməyə başlayır. 

Qəza  çirklənməsindən  4-5  il  keçdikdən  sonra  uzaq  (uzaqlaşmış)  faza 

başlayır, bu zaman bitkiçilik və heyvandarlıq məhsullarının radioaktiv 



340 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə