XVII
FƏSIL
ƏKİNÇİLİK SİSTEMLƏRİ
Müasir baxışlara görə, əkinçilik sistemi - kənd təsərrüfatı bitkilərindən
yüksək, sabit məhsul almaq və torpağın münbitliyini artırmaq məqsədilə
torpaqdan, aqroiqlim ehtiyatlarından, bitkinin bioloji potensialından səmərəli
istifadəyə istiqamətlənmiş, elmi cəhətdən əsaslandırılmış qarşılıqlı əlaqədə
olan aqrotexniki, meliorativ, torpaqqoruyııcu və iqtisadi təşkilati tədbirlər
kompleksidir. İntensiv əkinçilikdə torpaqdan istifadə qaydaları yerli təbii və
iqtisadi şərait nəzərə alınmaqla müəyyən olunur. Bu cür əkinçilik sistemi
ədəbiyyatlarda zonal əkinçilik sistemi adı ilə tanınır.
Əkinçilik mədəniyyəti yarandığı ilk dövrlərdən başlayaraq, öz qüvvəsini
torpağın münbitliyini və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını
məhdudlaşdıran amilləri ləğv etməyə yönəltmiş, inkişafın ümumi səmti
məhsulun
formalaşmasında
iştirak
edən
münbitlik
amillərini
optimallaşdırmaq vasitəsilə az sahədən daha çox məhsul götürmək
istiqamətində olmuşdur. Bununla əlaqədar əkinçilik sistemlərinin tarixi
aşağıdakı cəhətləri ilə səciyyələnir: a. torpaqdan istifadə qaydalarının
(becərilmə, suvarma, gübrələmə, toxumdan istifadə və s.) daim
təkmilləşdirilməsi; b. münbitliyin ardıcıl yüksəldilməsi; c. ekstensiv
formalardan intensiv formalara keçilməsi.
Müasir təsnifatlara görə əkinçilik sisteminin tarixi baxımdan aşağıdakı
növləri vardır:
1.
Primitiv (meşə zonasında kəsmə-yandırma və meşə tarlalı, bozqır
zonada xama qoyma, dincəqoyma);
2.
Ekstensiv (herikli, çox tarlalı-kövşənli);
3.
Keçid (yaxşılaşdırılmış taxıllı sidéral, ot-tarlalı);
4.
İntensiv (əkin dövriyyəli, sənaye-zavod və ya cərgəarası becərilən,
meyvədəyişmə taxıllı-cərgəarası becərilən, taxıllı-herikli-cərgəarası becərilən,
taxıllı-kövşənli).
17.L PRİMİTİV ƏKİNÇİLİK SİSTEMİ
Primitiv əkinçilik sistemi cəmiyyətin çox aşağı inkişaf səviyyəsi -
ibtidai-icma cəmiyyəti üçün səciyyəvi olmuşdur. Əkinçilik fəaliyyəti yaranan
dövrlərdə təbiətdə boş sahələr kifayət qədər çox, insanların sayı isə az idi. Ona
görə də, qədim əkinçilər torpaqlar gücdən düşəndə onu «buraxır», istifadə
üçün yeni sahələr ayırırdılar. «Buraxılmış» sahələr bir müddət sonra təbii
qüvələrin (bitkilərin, mikroorqanizmlərin) təsiri al
344
tında onilliklər ərzində öz münbitliyini bərpa edirdi. Yeni torpaq sahələri
mənimsənilərkən əkinçilər özlərinin, qoşqu heyvanlarının əzələ qüvvəsindən
və primitiv alətlərdən başqa oddan da istifadə edirdilər.
Meşə zonalarında kəsmə-yandırma əkinçilik sistemlərində meşənin
yandırılması torpağı fosfor, kalium, kalsium və başqa kül maddələri ilə təmin
edir, zərərvericiləri və xəstəlik mənbələrini məhv edir, üzvi maddələrin
minerallaşmasmı sürətləndirirdi.
Qədim əkinçilər öz təcrübələri əsasında əmin olurdular ki, bu cür
sahələrdə buğda, kətan və başqa bitkilər yalnız 2-5 il ərzində yaxşı məhsul
verir. Sonra torpaq əlverişli xassələrini itirir, onu alaq otları basır və becərilən
bitkilərin məhsuldarlığı kəskin aşağı düşür. Ona görə də əkinçilər yeni
sahələrə keçir, köhnə sahəni yenidən meşə basırdı. Əhalinin artımı,
ictimai-iqtisadi
münasibətlərin
təkmilləşməsi,
torpaqla
bağlı
məhdüdiyyətlərin yaranması əkinçiləri kəsmə-yandırma əkinçilik sistemindən
meşə-tarlalı əkinçilik sisteminə keçməyə məcbur etdi.Bu əkinçilik sistemində
torpaq sahəsi sabit saxlanılır, onu vaxtaşırı bir-birini əvəz edən tarla və meşə
bitkiləri sahələrinə bölürdülər. Belə əkinçilik sistemində əkinaltma peyin
verilməsi torpaqdan istifadənin ömrünü bir qədər (10 ilə kimi) uzatsa da,
monokulturanın (əsasən taxıl bitkilərinin becərilməsi) tətbiqi torpağı gec-tez
qüvvədən salırdı. Əkinçilər tarla sahəsini meşələşməyə buraxaraq, meşə
altındakı sahədən istifadəyə keçirdilər. Bu əkinçilik sisiemi tarixə «barbar»
əkinçilik sistemi adı ilə daxil olmuşdur. Belə ad həmin sistemlərin qədim
german və slavyan xalqları arasında geniş yayılması ilə əlaqədardır.
Bozqır zona torpaqlarından (qara və şabalıdı torpaqlar) xamaqoy- ma və
dincə qoyma əkinçilik sistemlərində istifadə edilirdi. Bu sistemlərin mahiyyəti
torpaqların münbitliyinin çoxillik ot bitkiləri vasitəsilə bərpasından ibarətdir.
Bozqır zona torpaqlarının yüksək təbii münbitliyi və onun bərpasında ot
formasiyalarının meşə bitkiləri ilə müqayisədə daha yüksək səmərəliyi onların
bərpasını sürətləndirirdi. Ona görə də bu zonada torpaqlardan 6-8 il, bəzən 10
il istifadə edir və qüvvədən düşdükdən sonra onları 25-30 il ərzində xama
qoyurdular, bu cür əkinçilik sistemi tarixə xamaqoyma əkinçilik sistemi kimi
daxil olmuşdur. Lakin meşə zonasında olduğu kimi, bozqır zonasında da
əhalinin artımı, torpaq qıtlığının yaranması xamaqoyma müddətinin
qısaldılmasma (8- 15 il) gətirib çıxarırdı.Nəticədə, xamaqoyma əkinçilik
sistemi tədricən dincəqoyma əkinçilik sisteminə təkamül edirdi. Dincəqoyma
əkinçilik sistemində torpağın öz təbii münbitliyi bərpasından ötrü az vaxtın
ayrılması onun qüvvədən düşməsini daha da sürətləndirirdi.
Primitiv əkinçilik sistemləri torpaqdan aşağı səviyyədə istifadə, əl və
qoşqu əməyinə üstünlük verilməsi, aşağı məhsuldarlığı, təbii münbitliyin
345