larinin miqdarına görə də taxjllı-herikli əkinçilik sistemlərini üstələyir. Lakin
torpaqdan aparılan qida elementlərinin miqdarı yüksəkdir. Münbitliyi
sabitləşdirmək və artırmaq üçün yüksək dozada üzvi və mineral gübrələrin
verilməsi və tarlaqoruyucu tədbirlərin həyata keçirilməsi tələb olunur. Əkin
dövriyyəsində təmiz herikin olması alaq otlarına qarşı mübarizədə
herbisidlərdən az istifadə etməyə imkan verir. Hazırda bu əkinçilik sistemi
Rusiyanın mərkəzi qaratorpaqlarında, Ukraynada, Sibir və Qazaxıstanda geniş
tətbiq olunur.
Son illər bir sıra ölkələrdə müxtəlif elmi-tədqiqat institutları tərəfindən
torpaqqoruyucu, mühitqoruyucu, kimyəvi vasitələrdən istifadənin və
torpaqların becərilməsinin minimal həddə endirildiyi əkinçilik sistemləri irəli
sürülür. Bu əkinçilik sisteminin müddəaları aşağıdakılardan ibarətdir
(A.P.Şerbakov, V.M.Volodin):
Ekoloji əkinçiliyin birinci qanununda hər bir kənd təsərrüfatı bitkisinin
onun ekoloji tələbinə uyğun olan sahədə becərilməsinin vacib olduğu qeyd
edilir.
Ekoloji əkinçiliyin ikinci qanununda deyilir ki, torpaq, bitki və ətraf
mühitə antropogen təsir aqroekosistemin istehsal imkanlarını aşağı salan,
onun sabitliyini və funksional fəaliyyətini pozan həddi aşmamalıdır.
Ekoloji əkinçiliyin üçüncü qanununda göstərilir ki, aqroekosistemlə-
rin məhsuldarlığı yalnız onu təşkil edən komponentlərin sinxron
təkmilləşdirilməsi nəticəsində əldə oluna bilər.
350
XVIII FƏSİL
ƏKİNÇİLİYİN ALTERNATİV SİSTEMİ
VƏ ONUN EKOLOJİ ƏHƏMİYYƏTİ
18.1.
ÜMUMİ ANLAYIŞ
Kənd təsərrüfatı sisteminin inkişafına sənaye baxımdan yanaşılması
(xüsusilə ilk mərhələlərdə) bioloji məhsulun istehsalının xeyli yüksəlməsinə
səbəb oldu. XX əsrdə inkişaf etmiş ölkələrdə taxıl bitkilərinin orta
məhsuldarlığı təxminən üç dəfə artdı, bu isə bütün dünyada məhsulun
(ərzağın) keyfiyyətini dəyişdirdi. İnkişaf etməkdə olan ölkələrdə, xüsusilə
Meksika və Hindistanda «yaşıl inqilab»ın baş verməsi də əhalinin taleyində
mühüm dəyişikliklər yaratdı. Bununla yanaşı, məlum oldu ki, texnogen
prosesin yüksəlməsi kənd təsərrüfatı istehsalı prosesində insanın ətraf təbii
mühitlə qarşılıqlı əlaqəsində neqativ proseslər yaradır. Prosesin bu istiqamətdə
inkişafı obyektiv olaraq qanunauyğun şəkildə baş verən kəmiyyət dəyişməsi
özünü keyfiyyət dəyişməsində əks etdirir və etdirməkdə davam edir.
Aqroekosistemlərin ekoloji parametrlərinin pisləşməsi son məqamda aqrar
istehsalat kompleksinə (AİK) təsirini göstərdi. Odur ki, aqroistehsalat sferində
ekoloji faktorları nəzərə almadan ekoloji effektivliyi nizamlamaq qeyri
mümkündür.
Müasir kənd təsərrüfatı hər bir aqrosistemdən maksimum həcmdə əmtəə
mal əldə etmək prinsipinə yönəldilir. Aqrosistemin məhsuldarlığı bir tərəfdən
təbii resurs potensialının vəziyyətindən və mənimsənilmə dərəcəsindən, digər
tərəfdən isə mükəmməl maşın və alətlərlə, gübrələrlə, bitkilərin mühafizə
vasitələri ilə, fitohormonlarla, yeni sortların tətbiqi ilə, yəni intensivləşdirmə
faktorlarının mükəmməl kompleksindən asılıdır.
Lakin son dərəcə texniki cəhətdən intensivləşdirməyə yönəldilmə
nəticəsində baş verən bir sıra neqativ nəticələr «bioloji əkinçiliyə» (yaxud
«alternativ əkinçilik», «təbii əkinçilik») meylə (marağa) təkan verdi. Bu
istiqamətdə keçirilən konfranslar, xüsusi yurnalların dərci. Beynəlxalq bioloji
əkinçiliyin yaradılması bunu təsdiq edir.
Kənd təsərrüfatının ənənəvi üsullarla aparılması ilə yanaşı, bir sıra
ölkələrdə alternativ əkinçilik də inkişaf edir. Bu əkinçilik üsulu aqrosi-
stemlərə təsiri azaltmaq, həmçinin aqrosistemi təşkil edən funksional
komponentlərin dinamiki tarazlığını saxlamaq məqsədilə, kənd təsərrüfatı
sahələrinin təbii-resurs potensialını mənimsəmək və intensivləşdirmə
faktorlarından az istifadə etmək üzrə elmi tövsiyələrə ciddi riayət edən
tədbirlərə əsaslanır.
351
Qurunun 10%-ə qədərini təşkil edən və intensiv istismar olunan kənd
təsərrüfatı istehsalı ətraf təbii mühitin deqradasiyası prosesində mühüm rol
oynayır. Hər hansı bir şəraitdə intensivləşdirmə faktorları, məsələn, normativ
dozadan artıq gübrənin verilməsi, bitki mühafizəsində və bitkinin boy
inkişafını nizamlayan kimyəvi maddələrdən ifrat dərəcədə istifadə edilməsi,
geniş ərazilərdə eyni növ bitkinin səpini (mono- kultura) və s. ekoloji tarazlığı
pozur.
Alternativ (bioloji) əkinçiliyin əsasını aqroekosistemə antropogen təsirin
minimuma endirilməsi, onun həqiqi biopotensialından mükəmməl istifadə
etmək üçün maksimum əlverişli zəmin yaradılması təşkil edir.
18.2.
ALTERNATİV ƏKİNÇİLİYİN İNKİŞAFI
Bir sıra ölkələrdə alternativ əkinçilik «sağalan (yaşayan) kənd
təsərrüfatı» adlanır. 1972-ci ildə Versalda (Fransada) Beynəlxalq üzvi
əkinçilik (İFOAM) yaradıldı. İlk əvvəl ora yalnız ənənəvi əkinçiliyin düzgün
olmayan istiqamətdə inkişaf etmədiyini söyləyən aqrar alimlər daxil oldular.
1980-ci ilin sonunda, bioloji təmiz ərzaq məhsuluna tələbatın xeyli artması
kənd təsərrüfatında alternativ əkinçiliyə böyük maraq yaratdı. İFOAM-a
onlarla ölkədən yalnız 300 ekoloji birlik (ittifaq) qoşuldu. Bu zaman bir çox
qərb ölkələri ekoloji birliyə kredit ayırdılar.
1990-cı ilin avqustunda Budapeştdə İFOAM-ın Baş yığıncağı keçirildi.
Burada dünyada istehsal olunan ekoloji təhlükəsiz məhsulun bazar
potensialının ümumi həcmini 10 ... 20%-ə çatdırmaq haqqında qərar qəbul
edildi. Müxtəlif ölkələrdə alternativ əkinçiliyin inkişafı haqqında EC-in
tədqiqat materiallarına əsasən fikir yürütmək olar.
Ümumiyyətlə, ekoloji təmiz təsərrüfatların payı hələ ki, onun ümumi
həcminin 1....2%-ni keçmir, kənd təsərrüfatının ümumi məhsuluna olduqca az
miqdar ekoloji təmiz məhsul daxil olur.
Alternativ əkinçiliyin məqsədi və əsas istiqamətləri
Alternativ (bioloji) əkinçiliyin məqsədi aşağıdakı kimidir: torpağın
münbitliyinin saxlanılması və artırılması; ətraf təbii mühitin mühafizəsi;
maddələrin dövranını və enerjinin aqroekosistemlərə keçirilməsini
aktivləşdirmək; əldə olunan məhsulun maddi və enerji tutumunu azaltmaq;
əvəzolunmaz enerji resurslarına qənaət etmək; istehsal olunan məhsulun
keyfiyyətini yaxşılaşdırmaq; qarant olunmuş miqdarda məhsul istehsal etmək,
aqroekosistemin davamlılığını təmin etmək.
Alternativ əkinçilik aşağıdakı istiqamətlərdə inkişaf etdirilir: üzvi,
biodinamik, üzvi-bioloji və s.
352
Dostları ilə paylaş: |