Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə135/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   131   132   133   134   135   136   137   138   ...   216

larinin miqdarına görə də taxjllı-herikli əkinçilik sistemlərini üstələyir. Lakin 

torpaqdan  aparılan  qida  elementlərinin  miqdarı  yüksəkdir.  Münbitliyi 

sabitləşdirmək  və  artırmaq  üçün  yüksək  dozada  üzvi  və  mineral  gübrələrin 

verilməsi  və tarlaqoruyucu tədbirlərin  həyata keçirilməsi  tələb olunur. Əkin 

dövriyyəsində  təmiz  herikin  olması  alaq  otlarına  qarşı  mübarizədə 

herbisidlərdən  az  istifadə  etməyə  imkan  verir.  Hazırda  bu  əkinçilik  sistemi 

Rusiyanın mərkəzi qaratorpaqlarında, Ukraynada, Sibir və Qazaxıstanda geniş 

tətbiq olunur. 

Son illər bir sıra ölkələrdə müxtəlif elmi-tədqiqat  institutları tərəfindən 

torpaqqoruyucu,  mühitqoruyucu,  kimyəvi  vasitələrdən  istifadənin  və 

torpaqların becərilməsinin minimal həddə endirildiyi əkinçilik sistemləri irəli 

sürülür.  Bu  əkinçilik  sisteminin  müddəaları  aşağıdakılardan  ibarətdir 

(A.P.Şerbakov, V.M.Volodin): 

Ekoloji əkinçiliyin birinci qanununda hər bir kənd təsərrüfatı bitkisinin 

onun  ekoloji  tələbinə  uyğun  olan  sahədə  becərilməsinin  vacib  olduğu  qeyd 

edilir. 

Ekoloji  əkinçiliyin  ikinci  qanununda  deyilir ki,  torpaq, bitki və ətraf 

mühitə  antropogen  təsir  aqroekosistemin  istehsal  imkanlarını  aşağı  salan, 

onun sabitliyini və funksional fəaliyyətini pozan həddi aşmamalıdır. 

Ekoloji  əkinçiliyin üçüncü  qanununda  göstərilir ki, aqroekosistemlə- 

rin  məhsuldarlığı  yalnız  onu  təşkil  edən  komponentlərin  sinxron 

təkmilləşdirilməsi nəticəsində əldə oluna bilər. 

350 



XVIII FƏSİL 

ƏKİNÇİLİYİN ALTERNATİV SİSTEMİ 

VƏ ONUN EKOLOJİ ƏHƏMİYYƏTİ 

18.1.

 

ÜMUMİ ANLAYIŞ 

Kənd  təsərrüfatı  sisteminin  inkişafına  sənaye  baxımdan  yanaşılması 

(xüsusilə ilk mərhələlərdə) bioloji məhsulun istehsalının xeyli yüksəlməsinə 

səbəb  oldu.  XX  əsrdə  inkişaf  etmiş  ölkələrdə  taxıl  bitkilərinin  orta 

məhsuldarlığı  təxminən  üç  dəfə  artdı,  bu  isə  bütün  dünyada  məhsulun 

(ərzağın)  keyfiyyətini  dəyişdirdi.  İnkişaf  etməkdə  olan  ölkələrdə,  xüsusilə 

Meksika və Hindistanda  «yaşıl inqilab»ın baş verməsi də əhalinin taleyində 

mühüm  dəyişikliklər  yaratdı.  Bununla  yanaşı,  məlum  oldu  ki,  texnogen 

prosesin  yüksəlməsi  kənd  təsərrüfatı  istehsalı  prosesində  insanın  ətraf  təbii 

mühitlə qarşılıqlı əlaqəsində neqativ proseslər yaradır. Prosesin bu istiqamətdə 

inkişafı obyektiv olaraq qanunauyğun şəkildə baş verən kəmiyyət dəyişməsi 

özünü  keyfiyyət  dəyişməsində  əks  etdirir  və  etdirməkdə  davam  edir. 

Aqroekosistemlərin  ekoloji  parametrlərinin  pisləşməsi  son  məqamda  aqrar 

istehsalat kompleksinə (AİK) təsirini göstərdi. Odur ki, aqroistehsalat sferində 

ekoloji  faktorları  nəzərə  almadan  ekoloji  effektivliyi  nizamlamaq  qeyri 

mümkündür. 

Müasir kənd təsərrüfatı hər bir aqrosistemdən maksimum həcmdə əmtəə 

mal əldə etmək prinsipinə yönəldilir. Aqrosistemin məhsuldarlığı bir tərəfdən 

təbii resurs potensialının vəziyyətindən və mənimsənilmə dərəcəsindən, digər 

tərəfdən  isə  mükəmməl  maşın  və  alətlərlə,  gübrələrlə,  bitkilərin  mühafizə 

vasitələri ilə, fitohormonlarla, yeni sortların tətbiqi ilə, yəni intensivləşdirmə 

faktorlarının mükəmməl kompleksindən asılıdır. 

Lakin  son  dərəcə  texniki  cəhətdən  intensivləşdirməyə  yönəldilmə 

nəticəsində  baş  verən  bir  sıra  neqativ  nəticələr  «bioloji  əkinçiliyə»  (yaxud 

«alternativ  əkinçilik»,  «təbii  əkinçilik»)  meylə  (marağa)  təkan  verdi.  Bu 

istiqamətdə keçirilən konfranslar, xüsusi yurnalların dərci. Beynəlxalq bioloji 

əkinçiliyin yaradılması bunu təsdiq edir. 

Kənd  təsərrüfatının  ənənəvi  üsullarla  aparılması  ilə  yanaşı,  bir  sıra 

ölkələrdə  alternativ  əkinçilik  də  inkişaf  edir.  Bu  əkinçilik  üsulu  aqrosi- 

stemlərə  təsiri  azaltmaq,  həmçinin  aqrosistemi  təşkil  edən  funksional 

komponentlərin  dinamiki  tarazlığını  saxlamaq  məqsədilə,  kənd  təsərrüfatı 

sahələrinin  təbii-resurs  potensialını  mənimsəmək  və  intensivləşdirmə 

faktorlarından  az  istifadə  etmək  üzrə  elmi  tövsiyələrə  ciddi  riayət  edən 

tədbirlərə əsaslanır. 



351 


Qurunun  10%-ə  qədərini  təşkil  edən  və  intensiv  istismar  olunan  kənd 

təsərrüfatı  istehsalı  ətraf  təbii  mühitin  deqradasiyası  prosesində  mühüm  rol 

oynayır. Hər hansı bir şəraitdə intensivləşdirmə faktorları, məsələn, normativ 

dozadan  artıq  gübrənin  verilməsi,  bitki  mühafizəsində  və  bitkinin  boy 

inkişafını nizamlayan kimyəvi  maddələrdən ifrat dərəcədə istifadə edilməsi, 

geniş ərazilərdə eyni növ bitkinin səpini (mono- kultura) və s. ekoloji tarazlığı 

pozur. 

Alternativ (bioloji) əkinçiliyin əsasını aqroekosistemə antropogen təsirin 



minimuma  endirilməsi,  onun  həqiqi  biopotensialından  mükəmməl  istifadə 

etmək üçün maksimum əlverişli zəmin yaradılması təşkil edir. 



18.2.

 

ALTERNATİV ƏKİNÇİLİYİN İNKİŞAFI 

Bir  sıra  ölkələrdə  alternativ  əkinçilik  «sağalan  (yaşayan)  kənd 

təsərrüfatı»  adlanır.  1972-ci  ildə  Versalda  (Fransada)  Beynəlxalq  üzvi 

əkinçilik (İFOAM) yaradıldı. İlk əvvəl ora yalnız ənənəvi əkinçiliyin düzgün 

olmayan istiqamətdə inkişaf etmədiyini söyləyən aqrar alimlər daxil oldular. 

1980-ci  ilin  sonunda,  bioloji  təmiz  ərzaq  məhsuluna  tələbatın  xeyli  artması 

kənd  təsərrüfatında  alternativ  əkinçiliyə  böyük  maraq  yaratdı.  İFOAM-a 

onlarla ölkədən yalnız 300 ekoloji birlik (ittifaq) qoşuldu. Bu zaman bir çox 

qərb ölkələri ekoloji birliyə kredit ayırdılar. 

1990-cı  ilin  avqustunda Budapeştdə  İFOAM-ın  Baş  yığıncağı  keçirildi. 

Burada  dünyada  istehsal  olunan  ekoloji  təhlükəsiz  məhsulun  bazar 

potensialının  ümumi  həcmini  10  ...  20%-ə  çatdırmaq  haqqında  qərar  qəbul 

edildi.  Müxtəlif  ölkələrdə  alternativ  əkinçiliyin  inkişafı  haqqında  EC-in 

tədqiqat materiallarına əsasən fikir yürütmək olar. 

Ümumiyyətlə,  ekoloji  təmiz  təsərrüfatların  payı  hələ  ki,  onun  ümumi 

həcminin 1....2%-ni keçmir, kənd təsərrüfatının ümumi məhsuluna olduqca az 

miqdar ekoloji təmiz məhsul daxil olur. 

Alternativ əkinçiliyin məqsədi və əsas istiqamətləri 

Alternativ  (bioloji)  əkinçiliyin  məqsədi  aşağıdakı  kimidir:  torpağın 

münbitliyinin  saxlanılması  və  artırılması;  ətraf  təbii  mühitin  mühafizəsi; 

maddələrin  dövranını  və  enerjinin  aqroekosistemlərə  keçirilməsini 

aktivləşdirmək;  əldə  olunan  məhsulun  maddi  və  enerji  tutumunu  azaltmaq; 

əvəzolunmaz  enerji  resurslarına  qənaət  etmək;  istehsal  olunan  məhsulun 

keyfiyyətini yaxşılaşdırmaq; qarant olunmuş miqdarda məhsul istehsal etmək, 

aqroekosistemin davamlılığını təmin etmək. 

Alternativ  əkinçilik  aşağıdakı  istiqamətlərdə  inkişaf  etdirilir:  üzvi, 

biodinamik, üzvi-bioloji və s. 



352 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə