Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə134/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   130   131   132   133   134   135   136   137   ...   216

Çəmən əkin dövriyyəsində birillik ot bitkilərindən istifadə olunurdu, bu, onun 

məhsuldarlığını artırırdı. 

V.R.Vilyams bərk topavari strukturu münbitliyin əsas inteqral göstəricisi 

hesab edirdi. Onun konsepsiyasına görə, əkin dövriyyəsində çoxillik paxlalı 

və  taxıllı  otların  əsas  rolu  möhkəm  topavari  strukturun  yaradılmasıdır. 

Çoxillik  otlar tərəfindən  yaradılmış torpağın  struktur halından  yalnız  yazlıq 

taxıllar istifadə etməlidir. Bu sahələrdə payızlıq taxıl və cərgəarası becərilən 

bitkilərin yerləşdirilməsi yolverilməzdir. 

Ot-tarlah  əkinçilik  sistemi  çərçivəsində  əkinçiliyin  digər  halqaları  - 

torpağın becərilmə qaydası, gübrələmə, alağa, zərərvericilərə və xəstəliklərə 

qarşı mübarizə, meliorativ tədbirlər, toxumçuluq ətraflı işlənmişdir. 

Ot-tarlalı  əkinçilik  sisteminin  başlıca  nöqsan  cəhəti  bu  sistemdə  ölkə 

ərazisinin 

ayrı-ayrı 

zonalarının 

torpaq-iqlim 

şəraitlərinin 

nəzərə 


alınmamasıdır.  Bu  isə  onların  səmərəsizliyinə  və  məhsuldarlığın  aşağı 

düşməsinə  gətirib  çıxarırdı.  Digər  mənfi  cəhəti  bu  əkinçilik  sistemində 

mineral gübrələrdən istifadə minimuma endirilmişdi. 

17,4,

 

İNTENSİV ƏKİNÇİLİK SİSTEMLƏRİ 

İntensiv  əkinçilik  sisteminin  klassik  nümunəsi  növbəli  əkinli  əkinçilik 

sistemlərinin  ortaya  çıxmasıdır.  Növbəliəkinli  əkinçilik  sistemi  intensiv 

əkinçilik sistemi tipi olub, əsas əlamətləri aşağıdakılardır: 

1)

 

burada  kənd  təsərrüfatı  bitkilərinin  becərilməsi  və  torpaq 



münbitliyinin geniş təkrar istehsalı intensiv formalarda həyata keçirilir; 

2)

 



tarla növbəli əkinlərə üçyarpaq yonca və cərgəarası becərilən bitkilər 

daxil edilir, bunlar dənli taxıl əkinləri ilə növbələşdirilir. 

Növbəli  əkinli  əkinçilik  sisteminə  klassik  nümunə  kimi  Norfolk 

dördtarlalı əkinçilik sistemini göstərə bilərik: 



1

 

- cərgəaraları becərilən bitkilər; 



2

 

- payızlıq buğda; 



3

 

- arpa+üçyarpaq yonca; 



4

 

- üçyarpaq yonca. 

Burada sahənin 50%-i taxıl altında, qalan yarısı isə cərgəarası becərilən 

bitkilər və yonca altında istifadə olunur. 

Növbəliəkinli  əkinçilik  sistemi  Qərbi  Avropa  ölkələrində  geniş  tətbiq 

olunaraq  bu  ölkələrin  kənd  təsərrüfatının  inkişafında  mütərəqqi  rol 

oynamışdır.  Onun  tətbiqi  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığını  və 

torpaqların  münbitliyini  artırmağa  imkan  vermişdir.  Bu  əkinçilik  sisteminə 

keçid  təmiz  taxılçılıq  təsərrüfatlarından  dəyərli  texniki  (kartof,  şəkər 

çuğunduru)  və  digər  çəcgəaraları  becərilən  bitkilərin  yetişdirildiyi 

taxıllı-heyvandarlıq təsərrüfatlarına keçəmyə imkan vermişdir. Bu əkin 

348 



çilik sistemi müasir dövrdə üzvi və mineral gübrələrin və pestisidlərin geniş 

tətbiqi ilə seçilir. 

İntensiv  əkinçilik  sistemləri  arasında  sənaye-zavod  (cərgəaraları 

becərilən) əkinçilik sistemi daha intensiv və enerjitutumlu hesab olunur. Bu 

əkinçilik  sistemində  əkinlərin  50%-dən  çoxu  yüksək  üzvi  (50-60  t/ha)  və 

mineral  gübrə  (1  t/ha)  norması,  herbisidlər  və  kimyalaşmanın  digər 

vasitələrini, həmçinin suvarma tələb edən cərgəaraları becərilən bitkilər üçün 

ayrılır. 



Taxıliı-hcrikli  torpaqqoruyucu  əkinçilik  sistemi  haqqında  bir  qədər 

əvvəl məlumat verildi. Bu əkinçilik sistemində ərzaq (payızlıq buğda, yazlıq 

buğda, payızlıq çovdar) və yem (arpa, yulaf və s.) dənli bitkilərinə üstünlük 

verilir.  Bununla  belə,  becərilən  torpaqların  müəyyən  hissəsi  (5-  25%)  herik 

altına ayrılır. Torpaqların münbitliyinin bərpası və artırılması üzvi və mineral 

gübrələrin yüksək dozada verilməsi və torpaqoruyucu qaydalara riayət etmək 

(əkinləri  və  heriki  zolaqlar  şəklində  yerləşdirməklə)  nəmliyi  qoruyub 

saxlamaq və herik vasitəsilə alaqları məhv etməklə əldə edilir. 

Taxıllı-cərgəarası  becərilən  əkinçilik  sistemində  taxıllı  və  cərgəaraları 

becərilən bitkilər üstünlük təşkil edir. Bu sistem baha intensiv əkinçilik sistemi 

hesab olunur. Bir hektardan alman biokütlənin əkinçilik sistemi hesab olunur. 

Bir  hektardan  alınan  biokütlənin  miqdarı  yüksək  olmaqla  yanaşı,  sahədən 

aparılan  qida  elementlərinin  miqdarı  da  çoxdur.  Bununla  əlaqədar 

torpaqqoruyucu tədbirlərin görülməsi, xüsusən də yüksək dozada mineral və 

üzvi gübrələrin verilməsi tələb olunur. Herikin əkin dövriyyəsində olmaması 

alaq  otlarına  qarşı  herbisidlərdən  daha  intensiv  istifadəni  tələb  edir.  Bu 

əkinçilik sistemi Rusiya və Ukraynanın mərkəzi qaratorpaqlarında geniş tətbiq 

olunur. 


Kapitalizmin  sürətli  inkişafı,  şəhər  əhalisinin  artması  və  heyvandarlıq 

məhsullarına  olan  tələbatın  çoxalması  ilə  əlaqədar,  əkinlərə  cərgəvi  üsulla 

səpilən  bitkilərin  daxil  edilməsi  nəticəsində  yeni  meyvədəyişmə  əkinçilik 

sistemi  yarandı.  Heyvandarlığın  inkişafı  ilə  əlaqədar  bu  sistemdə  paxlalı  və 

kökümeyvəli bitkilərin əkilməsinə üstünlük verilir. Meyvədəyişmə sisteminin 

səciyyəvi əlamətləri - yüksək məhsuldar çəmənliklərdən başqa bütün təbii ot 

sahələrinin  əkilməsindən,  yem  bitkilərindən  istifadə  edilməsindən,  təmiz 

heriklərin məşğullu heriklərə çevrilməsindən ibarətdir. 

Taxıllı-herikli-cərgəarası  becərilən  əkinçilik  sistemində  taxıllı,  cərgə- 

araları becərilən bitkilər və herik sahələri üstünlük təşkil edir. İntensivliyinə 

görə  taxılh-cərgəaraları  becərilən  əkinçilik  sistemindən  geri  qalsa  da, 

taxıllı-herikli torpaqqoruyucu əkinçilik sistemindən üstündür. Bir hektar əkin 

dövriyyəsindən alınan taxıl, yem və başqa bitkiçilik məhsul- 

349 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə