təbii amillərin təsiri ilə uzun müddət ərzində bərpası ilə səciyyələnir. Bu
əkinçilik sistemində bitkiçilik məhsulları torpağın təbii münbitliyi hesabına
əldə edilir.
17.2.
EKSTENStV ƏKİNÇİLİK SİSTEMİ
Primitiv əkinçilik sistemi ilə müqayisədə ekstensiv əkinçilik sistemləri
irəliyə doğru bir addım hesab olunur. Ekstensiv əkinçilik sistemləri herikli
əkinçilik sisteminin ortaya çıxması ilə yaranmışdır. Herikli əkinçilik sisteminə
keçidlə əlaqədar taxıl bitkiləri əkinlərinin sahəsini 3-4 dəfə artırmaq,
torpaqdan istifadənin intensivliyini yüksəltmək mümkün olmuşdur.Bu zaman
məhsuldarlıq da artmışdır.
Bu əkinçilik sistemində peyinin tətbiqi,alaq otlarına qraşı mübarizə,
torpaqda nəmliyin və qida elementlərinin saxlanması üçün yaxşı şərait yaranır.
Herikli əkinçilik sistemi üçün taxıllı-herikli qısa əkin dövriyyəsi səciyyəvidir.
Bu zaman təmiz herikin arxasınca bir, iki və bəzən də üç il ərzində dənli
bitkilər əkilirdi. Başqa halda üç tarlalı əkinçilik sistemindən də istifadə
edilirdi: 1 - herik, 2 - payızlıq taxıl, 3 - yazlıq taxıl (vələ- mir, arpa). Herikli
əkinçilik sisteminin primitiv əkinçilik sistemi ilə müqayisədə müsbət
cəhətlərinin olmasına baxmayaraq, o, heyvandarlığın inkişafı üçün əlverişli
deyildi, çünki əkin dövriyyəsində yem bitkilərindən istifadə olunmurdu. Təbii
yem sahələrinin herik altına verilməsi ilə əlaqədar mal-qara herikli sahələrdə
otarılmağa məcbur idi, bu da onun səmərəliliyini aşağı salırdı.
Hazırda klassik herikli əkinçilik sistemi gətirilmə üzvi və mineral
gübrələrin geniş tətbiq edildiyi intensiv taxıllı-herikli torpaqqoruyucu
əkinçilik sisteminə təkamül etmişdir. Bu əkinçilik sistemi hazırda Sibir,
Şimali Qazaxıstan, Volqaboyu ərazilərdə geniş tətbiq edilir.
Rütubətlənmə şəraiti yaxşı və heyvandarlığın inkişafı yüksək olan bəzi
yerlərdə (Almaniya, tsveç və s.) herikli əkinçilik sistemləri çoxtarla-
lı-kövşənli (otlu) əkinçilik sistemlərinə təkamül etmişdir. Çoxtarlah- kövsənli
(otlu) əkinçilik sistemində sahənin yaryıa qədər hissəsi çəmən və örüş altına
verilirdi. Bu zaman təbii otlar tərkibi yaxşılaşdırılmış çoxillik otlarla əvəz
edilirdi. Çoxtarlah-kövşənli (otlu) əkinçilik sisteminin qurulmasına nümunə
olaraq aşağıdakı əkin dövriyyəsini göstərmək olar: 1-6 - çoxillik otlar, 7 -
kətan, 8 - təmiz herik, 9 - payızlıq çovdar, 10 - yazlıq buğda, 11 - təmiz herik,
12 - payızlıq çovdar, 13 - yazlıq buğda, 14 - təmiz herik, 15 - payızlıq çovdar.
Çoxtarlah-kövşənli (otlu) əkinçilik sisteminin tətbiqinin vacib şərtləri
aşağıdakılardır: rütubətli iqlim şəraiti, çox torpaqlılıq və əhali azlığı, çoxillik
ot bitkiləri toxumçuluğunun yaxşı inkişaf etməsi.
346
Çoxtarlalı-kövşənli əkinçilik sisteminin əkin dövriyyəsində çoxillik
otlardan geniş istifadə edilməsi, üzvi qalıqların toplanması hesabına torpaq
münbitliyinin artılırması üçün şərait yaradır, torpaqların qida rejimini və
fıtosanitar şəraitini yaxşılaşdırır. Bununla belə, çoxtarlalı- kövşənli (otlu)
əkinçilik sistemində herikli əkinçilik sistemində olduğu kimi, torpağın
münbitliyi təbii amillər hesabına həyata keçirilir. Gübrələrdən və başqa sənaye
vasitələrindən istifadə olduqca məhduddur. İqlimi kontinental olan ölkələrdə
bu əkinçilik sistemi geniş tətbiqini tapmamışdır.
17.3.
KEÇİD ƏKİNÇİLİK SİSTEMİ
Keçid əkinçilik sistemindən ən geniş yayılanı yaxşılaşdırılmış taxıllı
əkinçilik sistemidir. Yaxşılaşdırılmış taxıllı əkinçilik sistemi herikli və
çoxtarlalı-kövşənli (otlu) əkinçilik sistemlərinin təkmilləşdirilməsi nəticəsində
yaranmışdır. Yaxşılaşdırılmış taxıllı əkinçilik sisteminin qurulmasına nümunə
olaraq aşağıdakı əkin dövriyyəsini göstərmək olar: 1- təmiz herik, 2 - payızlıq
buğda + yonca, 3 - yonca, 4 - yazlıq buğda.
Çoxtarlalı-kövşənli (otlu) əkinçilik sisteminin tədricən yaxşılaşdırılmış
taxıllı əkinçilik sisteminə keçilməsi çoxillik ot sahələrinin azaldılması və taxıl
sahələrinin artırılması hesabına baş vermişdir. Yaxşılaşdırılmış taxıllı
əkinçilik sistemi qeyri-qaratorpaq zonada geniş tətbiq edilirdi.
Yaxşılaşdırılmış taxıllı əkinçilik sisteminin sonrakı yaxşılaşdırılması qara
herikin tədricən azaldılması və onun bitkili heriklə əvəzlənməsi istiqamətində
olmuşdur. Bundan başqa, bu cür əknçilik sistemlərinin əkin dövriyyəsinə
tədricən cərgəarası becərilən bitkilər də daxil edilirdi. Nəticədə
yaxşılaşdırılmış taxıllı-cərgəarası becərilən əkinçilik sistemi yaranırdı.
Yaxşılaşdırılmış taxıllı əkinçilik sisteminin təkmilləşdirilməsinin başqa
bir istiqaməti sidéral əkinçilik sisteminin yaranmasına gətirib çıxarmışdır.
Torpaq münbitliyini bərpa etmək məqsədilə sidéral əkinlər (yaşıl gübrə)
tamamilə torpağa basdırılır. Bu əkinçilik sistemi yağıntıların çox düşdüyü,
lakin torpaqları yüngül qranulometrik tərkibli az məhsuldar torpaqlar olan
ərazilərdə tətbiq edilirdi.
’ XX əsrin birinci yarısında akademik V.R.Vilyams tərəfindən elmi
cəhətdən əsaslandırılmış yeni ot-tarlalı əkinçilik sistemi hazırlanır və irəli
sürülür. Əslində bu əkinçilik sistemi yaxşılaşdırılmış taxıllı və çoxtarlah
kövşənli (otlu) əkinçilik sistemlərini özündə birləşdirirdi.
V.R.Vilyams ot-tarlalı əkinçilik sistemi çərçivəsində hər təsərrüfatda iki -
tarla və çəmən əkin dövriyyəsini tətbiq etməyi təklif edirdi. Tarla əkin
dövriyyəsi taxıl və çoxillik otların əkin dövriyyəsindən ibarət idi.
347