Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə141/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   137   138   139   140   141   142   143   144   ...   216

Biohumus özündə yaxşı balanslaşdırılmış və asan mənimsənilən formada 

bitkinin  qidalanması  üçün  vacib  olan  maddələr  saxlayır.  Bu  humusda  quru 

üzvi kütlənin miqdarı 50%, humusda isə 18% olur; mühit reaksiyası bitki və 

mikroorqanizmlər üçün əlverişli olub - pH 6,8....7,4 təşkil edir; ümumi azotun 

miqdarı  2,2%,  fosfor  -  2,6%;  kalium  -  2,7%-ə  çatır.  Bundan  başqa 

biohumusun  tərkibində  bütün  lazımi  mikroele-  mentlər  və  bioloji  aktiv 

maddələr  olur,  onlardan  fermentlər,  vitaminlər,  hormonlar,  auksinlər, 

heteroauksinlər və s. göstərmək olar. 

Qeyd etmək lazımdır ki, biohumusun tərkibində olan üzvi maddərin çox 

miqdarı humin turşuları (31,7...41,2%) və fulvoturşularmdan (22,3... 34,8%) 

ibarətdir. 

Humin  turşuları  arasında  ən  qiymətli  fraksiya  -  humat-kalsium 

(43,3...47,6%) üstünlük təşkil edir. 

Biohumusda  olan  qida  elementləri  torpağın  mineral  komponentləri  ilə 

qarşılıqlı təsiri sayəsində mürəkkəb kompleks birləşmələr əmələ gətirir. Odur 

ki, onlar yuyulmadan qorunub saxlanılır, suda zəif həll olunur, uzun müddət 

ərzində  bitkini  qida  ilə  təmin  edir  (2-3  ildən  artıq).  1  ton  biohumusda  orta 

hesabla  45  kq  qida  maddələri  (NPK)  olur  və  çox  vaxt  özünün  qidalılıq 

qiymətinə görə üzvi gübrələrdən üstün olur. 

Dənələrinin ölçüsünə görə biohumus aşağıdakı növlərə ayrılır: 

 

Mor (dənəciklərin ölçüsü 0,7... 1 mm) - biohumusun ən iri fraksiyası 



sayılır.  Bitkiçilik,  bostan  və  bağçılıqda  tətbiq  olunur.  Səpin  zamanı  o, 

cərgələrə, yuvacıqlara, çalacıqlara verilir; 

 

Moder  (dənəciklərin  ölçüsü  0,3..  .0,7  mm)  -  biohumusun  yumşaq 



fraksiyası. Bostan, parnik, istixana və oranjeriya bitkilərinin qidalanmasında 

istifadə edilir. 

 

Mul  (dənəciklərin  ölçüsü  0,1  mm-ə  qədər)  -  biohumusun  ən  xırda 



fraksiyaları  (və  ya  humusun  unu).  Torpağa  verildikdə  tez  həll  olur  və  bitki 

tərəfindən  mənimsənilir.  Köçürülüb  əkildiyi  zaman  stres  vəziyyətində  olan 

bitkilərin «müalicəsi», həmçinin becərilən bitkidən tez effekt əldə etmək üçün 

istifadə olunur. 

Biohumusdan  istifadə  edildikdə  kənd  təsərrüfatı  bitkilərinin 

məhsuldarlığının 

formalaşması, 

alman 


məhsulun 

keyfiyyətinin 

yaxşılaşmasının  təmin  olunması  kimi  qiymətli  xassələri  meydana  çıxır. 

Müəyyən  edilmişdir  ki,  biohumusdan  istifadə  edildikdə  taxıl  bitkilərinin 

məhsuldarlığı 30...40%, kartofunku 30...70%, tərəvəzinki isə 35-70% artır. 

Quru  maddə  hesabı  ilə  1  ton  üzvi  tullantını  soğulcanlarla  işləyib 

hazırladıqda  600  kq  biohumus  alınır,  qalan  400  kq  biohumus  isə  soğulcan 

biokütləsi halında 100 kq dəyərli zülala transformasiya olunur. 

Toplanmış  materialların  ümumiləşdirilməsi  və  təhlili  nəticəsində 

biohumusun aşağıdakı əsas aqroekoloji xassələrini göstərmək olar: 



364 


 

biohumus  müxtəlif  kənd  təsərrüfatı  bitkilərinin  inkişaf  və 



məhsuldarlığına təsirinə görə ənənəvi üzvi gübrələrdən üstünlüyü ilə seçilir; 

 



biohumıısda  qida  elementləri  üzvi  formada  olur,  bu  isə  onları 

yuyulmaqdan qoruyur və uzun müddət təsirini saxlayır; 

 

biohumıısda  qida  elementlərinin  mənimsənilmə  qabiliyyəti  xeyli 



yüksəkdir,  bu,  bitki  üçün  lazım  olan  elementlərin  yaxşı  mənimsənilmə 

formasında olması ilə bağlıdır; 

 

biohumusun  yaratdığı  mühitin  reaksiyasının  optimalhğı,  öz 



növbəsində, bitkinin inkişafı üçün əlverişli mühit yaradır; 

 



biohumus yüksək buferliliyi ilə xarakterizə edilir, buna görə də, torpaq 

məhlulunda  duzların  izafi  qatıhğı  yaranmır.  Torpaqda  duzların 

konsentrasiyasının artması, adətən, yüksək doza mineral gübrələrdən istifadə 

edildikdə baş verir; 

 

biohumusda faydalı mikrofloranın zənginliyi, təbii ki, ali bitkilər üçün 



onun qida və fitosanitar əhəmiyyətini yüksəldir; 

 



alaq otlarının toxumlarının olmaması, sonralar alaqlarla mexaniki və 

ya kimyəvi mübarizənin aparılmasını istisna edir; 

 

biohumusda  bioloji  aktiv  maddələrin  (auksin,  heteroauksin  və  b.) 



bitkinin  stres  vəziyyətini  azaldır,  bitiş  faizini  artırır,  toxumun  cücərməsini 

tezləşdirir, bitkinin xəstəliklərə qarşı davamlılığını yüksəldir. 



19.3.2.

 

Vermikulturun heyvandarlıqda və tibbdə qida məhsulu kimi 

istifadəsinin mümkünlüyü (imkanları) 

Dünya alimlərinin tədqiqat işləri göstərir ki, biohumus istehsalı ilə yanaşı, 

vermikultur  olduqca  çox  müxtəlif  təsərrüfat  məqsədləri  üçün  perspektiv 

sayılır. 

Kənd  təsərrüfatı  heyvanlarının  və  quşların  yem  rasionuna  torpaq 

soğulcanlarmın  biokütləsini  əlavə  etdikdə  məhsulun  artmasına  və 

keyfiyyətinin  yaxşılaşmasına  səbəb  olur.  Belə  ki,  toyuqların  yem  rasionuna 

104 gün ərzində 1% soğulcanların biokütləsi əlavə olunduqda onların yumurta 

verməyi 20% artır və eyni zamanda yumurtanın tərkibində pro- teinin miqdarı 

çoxalır. 

İnəklərin  qida rasionuna 0,5 kq soğulcanların təzə biokütləsi qatıldıqda 

süd sağımı 22% artmışdır. 

Vermikulturun tibbdə, farmakologiyada, kosmetika sənayesində istifadəsi 

də  az  maraq  doğurmur.  Soğulcanların  ekstraktlarınm  (cövhərinin)  müxtəlif 

tipləri tibb preparatları və dəri qoruyucu kosmetika və s. üçün istifadə edilir. 

Belə  ki,  vermikultur  cövhəri  əsasında  hazırlanan  məlhəm  dəmrov,  ekzem, 

varikoz  yaraların  müalicəsində  istifadə  olunur,  ondan  göz  xəstəliklərində 

tətbiq olunan preparatlar da hazırlanır. 

Çin təbabətində torpaq soğulcanlarından 2 min ildir ki, istifadə edi 

365 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə