Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə138/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   134   135   136   137   138   139   140   141   ...   216

Sink  tənəffüs  prosesini  fəallaşdırır.  Onun  miqdarı  1  kq  quru  maddədə 

15-17  mq  təşkil  edir.  Sink  torpaqda  fosfatlarm,  karbonatlarm,  sulfıd-  lərin, 

oksidlərin,  həmçinin  silikatların  tərkibində  olur.  Bitkinin  kök  və 

tumurcuqlarında toplana bilir. Mikrogübrə kimi sink-sulfatdan istifadə olunur, 

onun tərkibində 22,8% sink vardır. Bu gübrə səpin zamanı hektara 3-5 kq sink 

hesabı  ilə  toxumla  birlikdə  cərgələrə  verilir.  Bundan  başqa  toxumu  onun 

0,02-0,05%-li məhlulu ilə islatmaqla da .səpmək olar. 

Bor  bitkilərin  tərkibində  çox  az  olur.  Buğdanın  dənində  cəmi  0,0016% 

bor var. Bor gübrəsi xalis bor hesabı ilə hər hektar çuğundur sahəsinə 1,5-3 kq, 

yoncaya 3,5 kq verilir. Bor bitkilərdə mayalanma prosesinin normal getməsi 

üçün zəruridir. Torpaqda bitkilərin mənimsəyə biləcəyi formada bor çox vaxt 

kifayət  etmir.  Əkinçilikdə  aşağıdakı  bor  gübrələri  tətbiq  edilir:  bordatolit 

(2Ca0  B


20

rSi


02

  H


20

),  borlu  su-  perfosfat,  borat  turşusu  (H



3

BO

3

), 

çökdurulmuş maqnezium-borat və s. 



Manqan  bitki  orqanizmində  gedən  oksidləşmə-reduksiya  prosesində 

iştirak  edir.  Gübrə  kimi  hektara  5-10  kq  manqan-sulfat  (tərkibində  20% 

manqan  vardır)  və  manqanlaşdırılmış  superfostar  (tərkibində  1,5-2,5% 

manqan olan) verilir. 

Molibden  bitkilərin  tərkibində  çox  az  miqdarda  olur.  O,  yumrucuq 

bakteriyalarm  fəallığını  artırır,  gübrə  kimi  torpağa  ammonium  və  natri-  um 

molibdat və ya ammonium-natrium-molibdatm ikiqat duzundan istifadə edilir. 

Molibden bitkilərə kökdənkənar yemələmə şəklində verilir və ya hər sentnerə 

12,5 q hesabı ilə toxum isladılaraq səpilir. 

Mikroelementlərin  tətbiq  üsulları  müxtəlifdir:  1)  toxumların  səpin- 

qabağı  mikroelementlərlə  isladılması;  2)  kökdən  kənar  (herbisidlərin 

tərkibində və s.) yemləmə; 3) superfosfata qarışdırmaqla. 

Üzvi gübrələr 

Üzvi gübrələrə peyin, peyin şirəsi, torf, kompostlar, fekal gübrələri (gecə 

qızılı),  yaşıl  gübrələr  və  s.  daxildir.  Bütün  bu  materiallara  yerli  gübrələr  də 

deyilir. Bu gübrələrin tərkibində olan üzvi birləşmələr parçalanaraq torpaqda 

humusun  miqdarını  artırır,  torpağın  strukturunu  yaxşılaşdırır,  buferliyini 

çoxaldır və turşuluğunu zəiflədir. Nəticədə torpağın münbitliyi yüksəlir. 

Üzvi gübrələr bitki üçün karbon qazının ən yaxşı mənbəyi sayılır. Onlar 

müntəzəm olaraq, xüsusən böyük dozalarla verildikdə torpağın nəinki bioloji, 

həm də fiziki, kimyəvi, fiziki-kimyəvi xassələrini, su və 

357 



hava rejimini də yaxşılaşdırır. Bu gübrələr mineral gübrələrin də səmərəsini 

artırır.  Məsələn,  üzvi  gübrələrə  qarışdırılmış  fosfor  gübrələrinin 

mənimsənilmə əmsalı artır. 

Peyin.  Peyin  əsas  qida  maddələri  ilə  zəngin  olan  mühüm  yerli  üzvi 

gübrədir. Peyin heyvanların bərk və duru ifrazatından və döşənəkdən əmələ 

gəlir. Peyinin keyfiyyəti heyvanın növündən, onun saxlanma şəraitindən, yem 

və döşənəyin tərkibindən asılıdır. Qaramal və donuz peyinindən fərqli olaraq 

at peyini azot və fosforla daha zəngindir. Döşənək üçün müxtəlif materiallar, 

küləş, torf, saman, xəzəl, iynəyarpaq, ağac kəpəyi və s. işlədilir. Döşənək kimi 

su və qida elementlərini özündə saxlamaq qabiliyyəti yüksək olan torf daha 

çox  qiymətləndirilir.  Təzə  peyinin  tərkibində  samanın,  xüsusən  də  taxta 

kəpəyin çox olması gübrə kimi onun əhəmiyyətini azaldır. 

Peyinin  xassə  və  tərkibi  onun  saxlanma  üsullarından  və  şəraitindən  də 

asılıdır. Bu üsullar aşağıdakılardır: 1) mal-qara altında saxlamaq; 2) sıx halda 

saxlamaq; 3) kövşək-sıx halda saxlamaq və 4) kövşək halda saxlamaq. 

Çürümə dərəcəsinə görə təzə, yarım çürümüş, çürümüş peyin və çürüntü 

ayırd edilir. Təzə və ya az çürümüş peyin  də döşənək üçün işlədilən küləş 

özünə  xas  olan  sarı  rəngi  və  möhkəmliyini  saxlayır,  bu  cür  peyindən  çıxan 

sulu  şirə  qırmızımtıl  sarı  və  ya  yaşılımtıl  rəngdə  olur.  Ya-  rımçürümüş 



peyində  küləş öz möhkəmliyini itirir və tünd rəng alır. Bu cür peyinin sulu 

şirəsi kobud və qara rəngdə olur. Yarımçürümüş peyinin çəkisi təzə peyinlə 

müqayisədə 20-30% azalır. Çürümüş və ya çox parçalanmış peyin yaxılan 

qara kütlə olub, ayrı-ayrı küləş hissələri görünmür. Bu cür peyinin sulu şirəsi 

rəngsizdir. Çürümüş peyin ilk peyinin təxminən 50%-ni təşkil edir. Çürüntü 

üzvi maddələrlə zəngin qara, bircinsli torpaqvari kütlədir. O, ilkin təzə peyinin 

25%-indən artıq olmur. 

Peyini  saxladıqda  onu  bütün  bu  parçalanma  mərhələlərindən  keçirmək 

lazım  deyil.  Belə  edilsə,  çoxlu  azot  və  üzvi  maddələr  itkisinə  yol  verilmiş 

olardı.  Ona  görə  də,  peyin  yarımçürümüş  halda  sahəyə  verilməlidir.  Belə 

peyinin tərkibində 0,5% azot, 0,25% fosfor, 0,6% kalium və 0,2% kalsium, 

həmçinin maqnezium, kükürd, bor və bir sıra başqa maddələr də olur. Peyin 

əsasən  payız  şumuna  verilir.  Taxıl  bitkilərinə  hektara  20-30  ton,  cərgəarası 

bitkilərə  30-40  ton  peyin  verilir.  Peyin  mineral  gübrələrlə  verildikdə  daha 

effektli olur. 

Peyin  şirəsi  peyinin maye hissəsidir. Peyini müxtəlif üsullarla anbarda 

saxladıqda müxtəlif miqdarda peyin şirəsi çıxır: sıx halda saxladıqda 4 aydan 

sonra ilkin peyinin 10 tonundan 170 litr, kövşək-sıx üsulla sax 

358 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə