Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə136/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   132   133   134   135   136   137   138   139   ...   216

Cədvəl 18.1 

Ölkələr

 

Ekoloji təmiz məhsul istehsal edən 



fermaların sayı

 

Sahə, min ha

 

Belçika

 

150

 

1,0

 

Böyük Britaniya

 

575

 

13,0

 

Almaniya

 

2685

 

54,3

 

Danimarka

 

500

 

7,0

 

İrlandiya

 

97

 

1,5

 

İspaniya

 

350

 

2,8

 

İtaliya

 

800

 

9,0

 

Lüksemburq

 

11

 

0,45

 

Niderland

 

410

 

6,2

 

Polşa

 

34

 

0,42

 

Fransa

 

3000

 

20,0

 

ABŞ

 

30000

 

200,0

 

18.2.1.

 

Üzvi əkinçilik 

Bu  əkinçiliyin  aparılmasında  mineral  gübrələrdən  və  pestisidlərdən 

imtina edilir və ya onun istifadəsi olduqca azaldılır. Bu əkinçilik ABŞ-da geniş 

yayılmışdır.  Üzvi  əkinçiliyin  üsulları  təbii  resurslardan  səmərəli  istifadəni 

təmin  edir,  əlverişsiz  torpaq-iqlim  şəraitində  qarğıdalı  və  soya  bitkisinin 

məhsuldarlığını minimum aşağı salır, bəzi halda hətta məhsul- radlıq yüksəlir

taxıl, qarğıdalı,  kartof və alma  yetişdirdikdə təbii  enerjidən  effektiv istifadə 

olunur. Lakin bu zaman əmək xərcləri artır (12 .... 20%), məhsuldarlıq aşağı 

düşə bilər (məsələn, taxıl - 43%-ə qədər). 

ABŞ-da üzvi əkinçilikdə növbəli səpin apardıqda, adətən, paxlalı bitkilər 

azota yüksək tələbat göstərən bitkilərlə növbələnir. Torpaq qatı çevrilmədən 

becərilir,  şumlanır  (diskləmə-torpağı  kultivator  vasitəsilə  becərmək, 

yarıqaçma  və  s.).  Alaq  otları  ilə  mübarizə  növbəli  əkində  istifadə  edilən 

bitkilərin  köməyi  ilə,  sıx  səpinlə  və  cərgə  aralarında  qoruyucu  bitkilərdən 

istifadə etməklə aparılır. 

Bitkiləri  həşəratlardan  entomofaqlar  mühafizə  edir:  zlatoqlazka,  tri- 



xoqratn,  yırtıcı  gənələr  (fitoseyulyus),  həmçinin  biopreparatlar.  Belə  ki, 

pulcuqlu qanadlılar əleyhinə bakterial ştamdan (Bacillus thurigiensis) istifadə 

edilir.  O,  bir  sıra  sənaye  preparatlarının  komponenti  sayılır.  Ko-  lorada 

böcəyinin  əleyhinə  göbələk  preparatı  -  boverin  effektli  hesab  olunur,  onun 

tərkibinə Beaverin bassiana göbələyi daxil olur. Həşəratın orqanizminə daxil 

olduqda göbələk toksinlər - boverin və siklodepepsi- peptid ayırır. Pulcuqlu 

qanadlılara  qarşı  bitki  mənşəli  insektisidlər,  xəstəliklərə  qarşı  isə  bitkilərin 

tərkibi və zəif toksik preparatlar yaxşı nəticə göstərir. Üzvi əkinçilikdə mineral 

azot  gübrələri  yüksək  keyfiyyətli  üzvi  gübrələrlə  (peyin,  kompost,  yaşıl 

gübrələr) əvəz olunur. 

353 



üzvi gübrəbrdon istifadə bioloji əlverişli vaxtda apanidıqda yaxşı nəticə 

verir,  gübrənin  forması  isə  aqrosistem  tərəfindən  qida  maddələrinin 

maksimum  mənimsənilməsinə  şərait  yaradır.  Bu,  ilk  növbədə  kom-  posta 

aiddir.  Kompostun  hazırlanması  böyük  gigiyenik  əhəmiyyət  kəsb  edir. 

Kompostlaşdırma  zamanı  bir  çox  xəstəlik  törədicilərin  inaktivasiy-  ası  baş 

verir. Yüksək temperaturda kompost topası daxilində bakteriya- lar məhv olur, 

bu isə mədəni bitkilərin zədələnməsinə səbəb olur. 

Peyin  aerob  şəraitdə  sıra  ilə  uzunluğu  100  ...  120  m  eni,  2,5...4  m 

qalaqlarda hazırlanır. Kompostlaşdırma prosesi kifayət qədər nəmlik olmayan 

zəif havalı şəraitdə gedərsə, asanlıqla konservasiya prosesinə keçər. Odur ki, 

samanın  peyinlə  birlikdə  parçalanması  zamanı  kifayət  qədər  oksigen 

olmalıdır.  Kompost  kütləsi  daxilində  temperatur  52^C-dən  yuxarı 

qalxmamalıdır. 

Yerli iqlim şəraitindən asılı olaraq kompostlaşdırma prosesi 3-dən 6 aya 

qədər davam edir. Yetişmiş halda kompost öz dəyərini itirməyib uzun müddət 

saxlanıla bilər. 

Tələb  olunan  temperatur  rejimini  almaq  üçün  aşağıdakı  üsullardan 

istifadə etmək olar: 

-

 

5-10%  torpaq  əlavə  edərək  onu  kompostun  bütün  həcmi  üzrə  bərabər 



bölüşdürməli; 

-

 



bərabər qalınlıqda təzə peyin əlavə etməli (bunu hər gün etmək olar). 

Qida  maddələrinə  tələbkar  olan  bitkilər  üçün  (kələm,  kartof,  qarğıdalı, 

çuğundur) kompost olduqca yaxşı gübrə sayılır. 

Hazır komposta bəzən kalium və fosfor gübrələri də qatılır. 



18.2.2.

 

Biodinamik əkinçilik 

Bu əkinçilik tipinin inkişafı 1930-cu illərin sonuna təsadüf edir. 

Biodinamik əkinçilik kənd təsərrüfatında daha qədimdən təşkil olunmuş 

hərəkat  hesab  edilir.  Yaranışının  ilk  vaxtlarında  bu  istiqamət  kənd 

təsərrüfatının  bioloji,  texniki,  iqtisadi  və  sosial  aspektlərini  birləşdirirdi. 

1928-ci  ildən  başlayaraq  biodinamik  hərəkat  ilk  olaraq  sertifikatlaşdırılmış 

ərzaq  məhsulunun  satışını  təşkil  etdi.  Belə  halda,  əkinçiliyin  problemi 

kompleks şəkildə, yəni kənd təsərrüfatı, insan, ətraf mühit, kosmos, həmçinin 

onların  qarşılıqlı  təsiri  kimi  müzakirə  olunurdu.  Mineral  gübrələrdən  və 

pestisidlərdən,  ümumiyyətlə,  istifadə  edilmirdi.  Bitki  xəstəlikləri  ilə 

mübarizədə  bitki  mənşəli  preparutlarm  və  digər  bitkilərin  (boymadərən, 

gicitkən, birəotu, pişikotu (valerian otu) və s.) cövhərindən istifadə olunurdu

Biodinamik əkinçiliyin banisi alman alimi Rudolf Şteyner (1861- 1925) 

idi. 


354 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə