Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə132/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   128   129   130   131   132   133   134   135   ...   216

XVII

 FƏSIL

 

ƏKİNÇİLİK SİSTEMLƏRİ 

Müasir baxışlara görə, əkinçilik sistemi  - kənd təsərrüfatı bitkilərindən 

yüksək,  sabit  məhsul  almaq  və  torpağın  münbitliyini  artırmaq  məqsədilə 

torpaqdan, aqroiqlim ehtiyatlarından, bitkinin bioloji potensialından səmərəli 

istifadəyə  istiqamətlənmiş,  elmi  cəhətdən  əsaslandırılmış  qarşılıqlı  əlaqədə 

olan  aqrotexniki,  meliorativ,  torpaqqoruyııcu  və  iqtisadi  təşkilati  tədbirlər 

kompleksidir. İntensiv əkinçilikdə torpaqdan istifadə qaydaları yerli təbii və 

iqtisadi  şərait  nəzərə  alınmaqla  müəyyən  olunur.  Bu  cür  əkinçilik  sistemi 

ədəbiyyatlarda zonal əkinçilik sistemi adı ilə tanınır. 

Əkinçilik mədəniyyəti yarandığı ilk dövrlərdən başlayaraq, öz qüvvəsini 

torpağın  münbitliyini  və  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığını 

məhdudlaşdıran  amilləri  ləğv  etməyə  yönəltmiş,  inkişafın  ümumi  səmti 

məhsulun 

formalaşmasında 

iştirak 

edən 


münbitlik 

amillərini 

optimallaşdırmaq  vasitəsilə  az  sahədən  daha  çox  məhsul  götürmək 

istiqamətində  olmuşdur.  Bununla  əlaqədar  əkinçilik  sistemlərinin  tarixi 

aşağıdakı  cəhətləri  ilə  səciyyələnir:  a.  torpaqdan  istifadə  qaydalarının 

(becərilmə,  suvarma,  gübrələmə,  toxumdan  istifadə  və  s.)  daim 

təkmilləşdirilməsi;  b.  münbitliyin  ardıcıl  yüksəldilməsi;  c.  ekstensiv 

formalardan intensiv formalara keçilməsi. 

Müasir  təsnifatlara  görə  əkinçilik  sisteminin  tarixi  baxımdan  aşağıdakı 

növləri vardır: 



1.

 

Primitiv  (meşə  zonasında  kəsmə-yandırma  və  meşə  tarlalı,  bozqır 

zonada xama qoyma, dincəqoyma); 



2.

 

Ekstensiv (herikli, çox tarlalı-kövşənli); 

3.

 

Keçid (yaxşılaşdırılmış taxıllı sidéral, ot-tarlalı); 

4.

 

İntensiv  (əkin  dövriyyəli,  sənaye-zavod  və  ya  cərgəarası  becərilən, 

meyvədəyişmə taxıllı-cərgəarası becərilən, taxıllı-herikli-cərgəarası becərilən, 

taxıllı-kövşənli). 

17.L PRİMİTİV ƏKİNÇİLİK SİSTEMİ 

Primitiv  əkinçilik  sistemi  cəmiyyətin  çox  aşağı  inkişaf  səviyyəsi  - 

ibtidai-icma cəmiyyəti üçün səciyyəvi olmuşdur. Əkinçilik fəaliyyəti yaranan 

dövrlərdə təbiətdə boş sahələr kifayət qədər çox, insanların sayı isə az idi. Ona 

görə  də,  qədim  əkinçilər  torpaqlar  gücdən  düşəndə  onu  «buraxır»,  istifadə 

üçün  yeni  sahələr  ayırırdılar.  «Buraxılmış»  sahələr  bir  müddət  sonra  təbii 

qüvələrin (bitkilərin, mikroorqanizmlərin) təsiri al 

344 



tında  onilliklər  ərzində  öz  münbitliyini  bərpa  edirdi.  Yeni  torpaq  sahələri 

mənimsənilərkən əkinçilər özlərinin, qoşqu heyvanlarının əzələ qüvvəsindən 

və primitiv alətlərdən başqa oddan da istifadə edirdilər. 

Meşə  zonalarında  kəsmə-yandırma  əkinçilik  sistemlərində  meşənin 

yandırılması torpağı fosfor, kalium, kalsium və başqa kül maddələri ilə təmin 

edir,  zərərvericiləri  və  xəstəlik  mənbələrini  məhv  edir,  üzvi  maddələrin 

minerallaşmasmı sürətləndirirdi. 

Qədim  əkinçilər  öz  təcrübələri  əsasında  əmin  olurdular  ki,  bu  cür 

sahələrdə  buğda,  kətan  və  başqa  bitkilər  yalnız  2-5  il  ərzində  yaxşı  məhsul 

verir. Sonra torpaq əlverişli xassələrini itirir, onu alaq otları basır və becərilən 

bitkilərin  məhsuldarlığı  kəskin  aşağı  düşür.  Ona  görə  də  əkinçilər  yeni 

sahələrə  keçir,  köhnə  sahəni  yenidən  meşə  basırdı.  Əhalinin  artımı, 

ictimai-iqtisadi 

münasibətlərin 

təkmilləşməsi, 

torpaqla 

bağlı 

məhdüdiyyətlərin yaranması əkinçiləri kəsmə-yandırma əkinçilik sistemindən 



meşə-tarlalı əkinçilik sisteminə keçməyə məcbur etdi.Bu əkinçilik sistemində 

torpaq sahəsi sabit saxlanılır, onu vaxtaşırı bir-birini əvəz edən tarla və meşə 

bitkiləri  sahələrinə  bölürdülər.  Belə  əkinçilik  sistemində  əkinaltma  peyin 

verilməsi  torpaqdan  istifadənin  ömrünü  bir  qədər  (10  ilə  kimi)  uzatsa  da, 

monokulturanın (əsasən taxıl bitkilərinin becərilməsi) tətbiqi torpağı gec-tez 

qüvvədən  salırdı.  Əkinçilər  tarla  sahəsini  meşələşməyə  buraxaraq,  meşə 

altındakı sahədən istifadəyə keçirdilər. Bu əkinçilik sisiemi tarixə «barbar» 

əkinçilik  sistemi  adı  ilə  daxil  olmuşdur.  Belə  ad  həmin  sistemlərin  qədim 

german və slavyan xalqları arasında geniş yayılması ilə əlaqədardır. 

Bozqır zona torpaqlarından (qara və şabalıdı torpaqlar) xamaqoy- ma və 

dincə qoyma əkinçilik sistemlərində istifadə edilirdi. Bu sistemlərin mahiyyəti 

torpaqların münbitliyinin çoxillik ot bitkiləri vasitəsilə bərpasından ibarətdir. 

Bozqır  zona  torpaqlarının  yüksək  təbii  münbitliyi  və  onun  bərpasında  ot 

formasiyalarının meşə bitkiləri ilə müqayisədə daha yüksək səmərəliyi onların 

bərpasını sürətləndirirdi. Ona görə də bu zonada torpaqlardan 6-8 il, bəzən 10 

il  istifadə  edir  və  qüvvədən  düşdükdən  sonra  onları  25-30  il  ərzində  xama 

qoyurdular, bu cür əkinçilik sistemi tarixə xamaqoyma əkinçilik sistemi kimi 

daxil  olmuşdur.  Lakin  meşə  zonasında  olduğu  kimi,  bozqır  zonasında  da 

əhalinin  artımı,  torpaq  qıtlığının  yaranması  xamaqoyma  müddətinin 

qısaldılmasma  (8-  15  il)  gətirib  çıxarırdı.Nəticədə,  xamaqoyma  əkinçilik 

sistemi tədricən dincəqoyma əkinçilik sisteminə təkamül edirdi. Dincəqoyma 

əkinçilik sistemində torpağın  öz təbii  münbitliyi  bərpasından ötrü az vaxtın 

ayrılması onun qüvvədən düşməsini daha da sürətləndirirdi. 

Primitiv  əkinçilik  sistemləri  torpaqdan  aşağı  səviyyədə  istifadə,  əl  və 

qoşqu əməyinə üstünlük verilməsi, aşağı məhsuldarlığı, təbii münbitliyin 

345 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə