Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə129/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   125   126   127   128   129   130   131   132   ...   216

Cədvəl 16.2 

Bəzi kənd təsərrülatı bitkilərinin toxumlarının stimullaşdırıcı 

şüalanma dozası 

Bitki növü

 

Stimullaşdırıcı doza. 



Or

 

Bitki növü

 

Stimullaşdırıcı doza, 

Qr

 

Noxud

 

3...10

 

Xiyar

 

3...40

 

Oarğıdalı

 

5...10

 

Lüpin

 

40...160

 

Çovdar

 

10

 

Yerkökü

 

20...40

 

Buğda

 

25

 

Kətan

 

20

 

Yemiş

 

40

 

Kələm

 

2,5...80

 

Pomidor

 

2,5...10

 

Yonca

 

5...40

 

Pambıq

 

5 . . . 1 0

 

Turp

 

10

 

Cədvəl 16.3 

Vegetasiya keçirən bitkilərin kəskin y - şüalanması zamanı 

taxıl bitkiləri üçün orta SD



50

 (Filipas və b., 1992) 



Şüalanma  zamanı 

bitkinin 

inkişaf 

fazası

 

Payız

 

lıq

 

buğda

 

Yazlıq

 

buğda

 

Payızlıq

 

çovdar

 

Yazlıq

 

çovdar

 

Yazlıq və 

payızlıq 

arpa

 

Vələ-

 

mir

 

Çəl

 

tik

 

Cücərti

 

50

 

60

 

35

 

35

 

30

 

45

 

-

 



Kollaşma

 

2

 

35

 

30

 

20

 

20

 

30

 

-



 

Borucuğa çıxış

 

8

 

13

 

4

 

4

 

8

 

16

 

75

 

Sünbülləmə

 

25

 

24

 

20

 

15

 

12

 

10

 

160

 

Çiçəkləmə

 

35

 

40

 

35

 

35

 

30

 

35

 

-



 

16.3.2.

 

İonlaşdırıcı şüalanmanın heyvanlara təsiri 

Heyvanların  xarici  (kənar)  şüalanması  mənbəyi  ətraf  mühitin  müxtəlif 

komponentlərində  yayılan  radionuklidlər,  daxili  şüalanmanın  mənbəyi  isə 

heyvan  orqanizmində  yem  və  su  ilə  (paralel  yol),  hava  ilə  (in-  qalyasiya 

mənbəyi)  və  dəri  örtüyü  (perkussiya  yolu)  vasitəsilə  daxil  olub  toplanan 

radionüklidlərdir. 

Xarici şüalanmanın heyvanlara təsiri şüalanmanın növündən asılıdır. Belə 

ki, a və p şüalanması xaricdən təsir etdikdə böyük təhlükə hesab olunmur, belə 

ki, bu zaman, əsasən, dərinin səthinə təsir göstərir, y - və neytron şüalanması 

isə yüksək daxil olma (yayılma) qabiliyyətinə malik olub, heyvanların ümumi 

şüalanmasına səbəb olur. İonlaşdırıcı şüa 

337 



lanmanın  'bioloji  təsirinin  əsas  qiymətləndirmə  meyarı  heyvanların  ölümü 

sayılır, bununla əlaqədar birdəfəlik şüalanmanın letal (öldürücü) və yarımletal 

dozası anlayışından istifadə olunur. Yanmletal doza 

LD50/30  şüalanmadan 

sonra  birinci  30  gün  ərzində  heyvanların  50%-nin  ölümünə  səbəb  olub 

minimal  doza,  LD100/30  isə,  letal  doza  olub  həmin  müddət  ərzində  bütün 

heyvanların 100% tələf olmasına səbəb olur. 

Radiohəssaslığına  görə  kənd  təsərrüfatı  heyvanları  azalan  sıra  ilə 

aşağıdakı kimi yerləşir: iribuynuzlu mal-qara, qoyun, keçi, donuz, uzunqulaq, 

at,  toyuq.  Məhsuldar  heyvanlara  birdəfəlik  xarici  kəskin  təsir  (3...3,5Qr 

dozasında)  heyvanların  ölümünə  səbəb  olmur,  7...8  Qr  dozada  isə  bütün 

heyvanlar  qırılır,  tonlaşdırılmış  şüalanmanın  təsir  xarakterindən  asılı  olaraq 

(kəskin  və  ya  uzunmüddətli)  nisbətən  yüksək  uducu  dozalarda  heyvanlarda 

şüa xəstəliyi başlayır. Kənd təsərrüfatı heyvanlarında ağırlıq dərəcəsinə görə 

4 kəskin  şüa xəstəliyi  forması  ayrılır:  yüngül  (doza 1,5...2 Qr), orta (2,6...4 

Qr), ağır (4...6 Qr) və çox ağır (6 Qr-dan yüksək). 

Radioekoloji  baxımdan  kənd  təsərrüfatı  heyvanlarının  radionuklid- 

lərdən olan mühitdə radiasiya ilə zədələnməsi daha çox maraq doğurur. Belə 

şəraitdə  kənd  təsərrüfatı  heyvanları  çoxlu  miqdarda  ionlaşdırıcı  şüalanma 

mənbələri olan şüalanma sahəsinə düşür (otlaqlarda, fermer tikililərində olan 

radionuklidlərdən  xarici  şüalanma;  yem  qəbulu  zamanı  yemlə,  tənəffüs 

zamanı  tozla  daxil  olub  heyvanların  bədənində  toplanan  radionuklidlərlə 

daxili şüalanma). Müxtəlif radionuklidlər müxtəlif orqanlarda və toxumalarda 

toplana  bilər,  bu  heyvan  bədəninin  həmin  hissəsinin  yüksək  şüalanmasına 

səbəb olur. Belə ki, •-^’İ qalxanvari vəzdə toplanır, əgər radioaktiv maddələrlə 

çirklənmiş  çirkləndirici  qarışıqda  bu  radionuklid  olarsa,  qalxanvari  vəz 

radiasiya  ilə  zədələnir.  Çernobil  AES-in  qəzası  zamanı  heyvanların  şüa 

zəhərlənməsi,  qismən  qalxanvari  vəzdə  nuklidinin  intensiv  toplanması  ilə 

bağlıdır. 

Qeyd  etmək  lazımdır  ki,  kənd  təsərrüfatı  heyvanlarının  radiasiyadan 

zədələnməsi  ətraf  mühitdə  radionuklidlərdən  çox  olması  ilə  başlanır, 

radionuklidlər YVK-nı keçdikdə qida məhsulları yararsız hala düşmüş sayılır. 

Çernobil AES-in qəza zonasında radionuklidləplə güclü çirklənmə nəticəsində 

zədələnmə ekosistem və orqanizm səviyyəsində başlamış, kənd təsərrüfatının 

əsas məhsul növlərində (süd, ət, taxıl) •^'^Cs-nin miqdarı yol verilən səviyyəni 

keçmişdir. 

338 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə