Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə126/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   122   123   124   125   126   127   128   129   ...   216

XVI

 FƏSIL

 

KƏND TƏSƏRRÜFATI RADİOEKOLOGİYASI 

Kənd  təsərrüfatı  radioekologiyası  aqroekologiyanın  bölməsi  olub, 

aqrosənaye istehsalı sahəsində (mühitində) radionuklidlərin miqrasiyasını və 

ionlaşmış  şüaların  bitkiyə  və  heyvana,  həmçinin  bütövlükdə  aqro-  sistemə 

təsirini öyrənir. 

Kənd  təsərrüfatı  radioekologiyası  tətbiqi  planda  radionuklidlərlə 

çirklənməyə  məruz  qalan  ərazilərdə  kənd  təsərrüfatının  aparılması 

prinsiplərini  və  radioekoloji  standartlara  cavab  verən  aqrosənaye  məhsulun 

istehsalını təmin edən kompleks qoruyucu tədbirlər hazırlayır. 

16.1.


 

AQROMÜHİTDƏ RADİONUKLİDLƏRİN 

MƏNBƏLƏRİ 

Hər  hansı  bir  mənbədə  radionuklidlərin  miqdarı  onun  aktivliyi  ilə 

göstərilir,  onun  ölçü  vahidi  bekkerel  (lBk=lc-'),  kənd  təsərrüfatı  radio- 

ekologiyasında həm də bu ölçünün digər vahidi - küridən (1K

Ü

=3,7T0^


Ö 

Bk) 


geniş istifadə edilir. 

Kənd təsərrüfatı mühitində mövcud olan radionuklidlər iki qrupa - təbii və 

süni radionuklidlərə bölünür. Təbii radionuklidlər qrupu bir planet kimi Yerin 

yarandığı  vaxtdan  onun  tərkibində  olub,  olduqca  uzun  dövr  ərzində 

yarımparçalanmaya məruz qalan təbii radiasiya fonu komponentini təşkil edir 

(onların  arasında  ən  mühümləri  ^OK,  təbii  ağır  radionuklidlər  və  -'-Th, 

həmçinin onların parçalanma məhsulları və b. sayılır), bundan başqa biogen 

mənalı təbii radionuklidlər Yerə havadan daxil olur (-'’H, '^C və b.). Bəzi təbii 

radionuklidlər kənd təsərrüfatı zənciri üzrə miqrasiyada mühüm rol oynayır. 

İkinci  qrup  radionuklidlər  süni  radionuklidlər,  yəni  texnogen  mənşəli 

radionuklidlərdir.  Kənd  təsərrüfatı  baxımından  vacib  sayılan  bu  qrupa  daxil 

olan radionuklidlərə uran və plutoniumun parçalanma (bölünmə) məhsulları - 

^^Sr, '^*1, '^"^Cs və b., həmçinin çevrilmiş aktiv nuklidlər ('’"‘Mn, 55,59pe^ 

60Ço, ^’^Zn və b.) və transuran radionuklidləri (-•'^Pu, Am və b.) daxildir. 

Aqrosferdə  texnogen  radionuklidlərin  əsas  mənbələri  nüvə  silahlan 

sınaqları  nəticəsində  daxil  olan  uzunömürlü  radionuklidlərin  qalıqları, 

həmçinin atom elektrik stansiyalarının və digər tam nüvə yanacağı tsikl- ləri ilə 

işləyən  müəssisələrin  (uran  xammalı  əldə  edən  müəssisələr,  işlənmiş  nüvə 

yanacağının  yenidən  bərpası  zavodları  və  s.)  tullantıları  sayılır.  Bu 

müəssisələrdə radioaktiv tullantılara məsuliyyətsiz yanaşma xüsusi 



329 


problem  yaradır,  bunun  nəticəsində  radionuklidlər  ətraf  mühitə  daxil  olaraq 

kənd  təsərrüfatı  zəncirinə  qoşulur.  Son  illər  insanın  müxtəlif  təsərrüfat 

sahələrində  nüvə  texnologiyasının  sayı  artır,  bu  zaman  radio-  nuklidlərin 

biosferə  daxil  olması  istisna  edilmir.  Ətraf  mühit  üçün  tex-  nogen 

radionuklidlərin ən ciddi mənbəyi atom sənayesində və nüvə energetikasında 

baş verən qəzalardır (1957-ci  ildə Cənubi  Uralda, 1957-ci  ildə Uindskeyldə 

(Böyük Britaniya) və 1986-cı ildə Çernobil atom elektrik stansiyasında), nüvə 

silahları sınaqdan keçirilən poliqonlarda və ona bitişik ərazilərdə (Semipalatin 

poliqonu. Yeni Torpaq adası) də radionuklidlərin qalıq miqdarı qalmaqdadır. 

Kənd təsərrüfatının kimyalaşdırılması artdıqca tərkibində çoxlu miqdarda 

təbii radionuklidlər olan gübrələrdən və meliorantlardan istifadə olunması da 

artır.  Bu,  mineral  gübrələr  (ilk  nüvədə  fosfor  gübrələri)  əldə  etmək  üçün 

tərkibində -^-Th və onların parçalanma məhsulları ilə zənginləşmiş bəzi dağ 

süxurları xammalından istifadə olunması ilə əlaqədardır. 

16.2.

 

KƏND TƏSƏRRÜFATI ZƏNCİRİ ÜZRƏ 



RADİONUKLİDLƏRİN MİQRASİYASI 

16.2.1.

 

Torpaqda radionuklidlərin davranış tərzi 

Biosferin  torpaq  təbəqəsi  -  pedosfer  təbiətin  əsas  komponenti  olub 

(Dünya  okeanı  ilə  birlikdə),  burada  insanın  texnogen  fəaliyyəti  nəticəsində 

onu  əhatə  edən  ətraf  mühitə  atılan  süni  radionuklidlərin  lokallaş-  ması  baş 

verir.  Radionuklidlərin  bir  tərəfdən  torpağın  üst  horizontların-  da 

möhkəmlənməsi kök sisteminin yayıldığı qatda radioaktiv maddələrin bitkinin 

köklərlə  udulması  üçün  uzunmüddətli  mənbə  yaradır.  Digər  tərəfdən  isə 

torpağın bərk fazası tərəfindən radionuklidlərin güclü sor- bsiyası (udulması) 

onların bitkinin kök sistemi ilə udulmasmı məhdudlaşdırır. Radionuklidlərin 

torpağın  uducu  kompleksi  tərəfindən  sorbsiy-  ası  xüsusiyyəti  torpaqüstü 

mühitdə  bitki  tərəfindən  uzunömürlü  radionuklidlərin  toplanma  prosesinin 

saxlanmasını təmin edir. 

Radionuklidlərin  torpaqda  tarazlıq  (bərabər)  vəziyyətdə  yayılmasının 

başlanma  vaxtı  ən  çox  torpağın  xassələri  (reaksiyası,  torpaq  məhlulunun 

tərkibi,  torpaq  kalloidlərinin  tərkibi,  humusun  miqdarı,  torpağın  nəmliyi  və 

s.),həmçinin radionuklidlərin ilkin fiziki-kimyəvi formalarından asılıdır. 

Torpağa  «təzə»  daxil  olan  radionuklidlər  ilk  əvvəl  təbii  mühitdə  yeni 

komponentlər  hesab  olunur  və  tədricən  «köhnəldikcə»  bitkinin  kökləri 

tərəfindən  udulması  mümkünlüyü  (əlverişliyi)  azalır,  bu,  radionuklidlərin 

torpağın bərk fazası tərəfindən güclü sorbsiyası, onun gilli mineralla 



330 


rın  kristal  çərçivəsinə  daxil  olması  ilə  əlaqədardır.  Müxtəlif  texnogen  ra- 

dionuklidlərin «köhnəlmə» sürəti eyni olmur, məsələn, *^'^Cs üçün intensiv 

«köhnəlmə»  səciyyəvidir,  ^‘^Sr  isə  əksinə,  uzun  müddət  ərzində  torpaqda 

mübadilə  vəziyyətində  qalır.  Əksəriyyət  radionuklidlərin  torpaq  tərəfindən 

udulması  onların  iki  əsas  faza  -  bərk  və  maye  (torpaq  məhlulu)  halında 

yayılma  prosesləri  ilə  təyin  edilir  və  əsasən  radionuklidlərin  sor-  bsiya  - 

desorbsiya, çətin həll olunan birləşmələrin çökmə  - həllolma və kalloidlərin 

koaqulyasiya-peptizasiya prosesləri nəticəsində yerinə yetirilir. 

Torpaqda radionuklidlərin davranış  tərzinə görə  bir neçə qrupa bölmək 

olar.  Zn,  Cd  və  Co  radionuklidləri  üçün  mübadilə  sorbsiyası  deyil,  onların 

torpaqda  saxlanması  ehtimal  mexanizmi  -  torpaq  mineralları  tərəfindən 

adsorbsiya olunması və üzvi və üzvi-mineral maddələri ilə kompleksin əmələ 

gəlməsi  səciyyəvidir.  Na,  Rb  və  Sr  radionuklidləri  əksər  hallarda  torpaq 

tərəfindən  mübadilə  tipi  üzrə  sorbsiya  olunur.  Uzunmüddətli  texnogen 

radionuklidlərin - ^®Sr (Tl/2=28,5 il) torpaqda mübadilə formasında olması 

kənd təsərrüfatı məhsullarının çirklənməsində mühüm rol oynayır. Î, Ce, Pm, 

Zr, Nb, Fe və Ru üçün çox formalı davranış tərzi xas olub komplekslərin əmələ 

gəlməsi və kalloidlərin çökməsi (koaqulyasiya) səciyyəvidir. 

Havadan torpaq-bitki örtüyünə düşən radionuklidlər ilk əvvəl torpağın üst 

qatında (0...2 sm) toplanır, sonra isə onun profilləri boyu miqrasiya edir. 

Şumlanmamış torpaqlarda radionuklidlərin şaquli paylanması radioaktiv 

maddələrin tədricən kök sistemi yayılan qatda yayılmasına və bunun sayəsində 

bitkilərin kökləri ilə udulmasma və şüalanma dozasının aşağı düşməsinə səbəb 

olur. 


16.2.2

 

Radionuklidlərin bitkilərdə toplanması 

Radioaktiv  maddələr  bitkiyə  yerüstü  orqanları  (radionuklidlərin 

torpaq-bitki  örtüyünə  aeral  (havadan)  düşərək  onun  yerüstü  fıtokütləsi 

tərəfindən saxlanması yolu ilə) və kök sistemi vasitəsilə (radionuklidlər torpaq 

tərəfindən mənimsənildikdə) daxil ola bilər. 

Havadan  bitki  örtüyü  üzərinə  düşən  (çökən)  radioaktiv  hissəciklərin 

saxlanması  -  bitkilərin  yerüstü  hissələri  tərəfindən  udulmuş  radionuklidlərin 

miqdarının, həmin yerdə kənd təsərrüfatı sahəsinə düşən radioaktiv maddələrə 

olan nisbəti kimi səciyyələnməsi qəbul edilmişdir. 

Bitki  üzərinə  çökən  radioaktiv  hissəciklərin  saxlanması  və  sonradan 

onların  kənarlanması  (təmizlənməsi)  bu  hissəcikləri  toplamaq  qabiliyyətinə 

malik olan bitki səthinin sahəsindən; vahid sahədə fıtokütlənin ehtiyatından, 

yarpaqların forması, ölçüsü və səmtindən və bitkinin digər 

331 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə