yay otlaqları, əsasən dəniz səviyyəsindən 1600-3000 m (3200) yüksəklikdə
olan dağlıq ərazilərdə yerləşmişdir. Yaylaqlar öz coğrafi mövqeyinə görə
meşənin yuxarı sərhədi ilə birləşir. Lakin antropogen amillərin təsiri (xüsusilə
hədsiz mal-qara otarılması) nəticəsində meşənin yuxarı (iqlim) sərhədinin
aşağı salınması ilə əlaqədar geniş ərazilərdə meşənin yerində yaranan törəmə
subalp çəmən və bozqırları da bura daxildir.
Subalp çəmənliklərindən yalnız otlaq kimi deyil, həmçinin süni biçənək
kimi də istifadə olunur. Subalp çəmənliklərində bitki örtüyünün botaniki
tərkibinin əsasını taxıl fəsiləsinə aid olan çoxillik bitkilər və qarışıq tərkibli
müxtəlif çəmən otları təşkil edir.
Subalp çəmənliklərinin bitki örtüyü alp çəmənliklərinə nisbətən daha
zəngin olub bitki qruplaşmalarının tərkibində 100-ə yaxın bitki növü iştirak
edir. Burada ala tonqalotu, qoyun topalı, yerəyatıq topal, bənövşəyi tonqalotu,
acar tonqalotu, çəmən tonqalotu, yumşaq süpürgə, qır- tıc, müxtəlif növ
paxlalı bitkilər və başqa ot növlərinin qarışığı yayılmışdır. Dağlıq zonalarda
yayılmış paxlalı bitkilərin əksəriyyəti çoxilliklərdir. Birillik və ikiillik növlərə
az rast gəlinir. Yay otlaqlarının əsasını təşkil edən subalp və alp
çəmənliklərinin bitki örtüyünün tərkibində təxminən 50-yə qədər paxlalı bitki
növü vardır. Onların 95%-ni çoxillik, az hissəsini isə birillik bitkilər təşkil
edir.
Paxlalılar fəsiləsindən olan bəzi bitki növlərinin kök sistemi güclü inkişaf
etdiyinə görə dağlıq zonada eroziya prosesinin qarşısını alır.
Respublikamızın yüksək dağlıq zonalarındakı otlaqların bitki örtüyünü
təşkil edən subalp və alp çəmənliklərinin, bozqırlarının tərkibində qırmızı
çəmən yoncası, ağ çəmən yoncası, çəhrayı çəmən yoncası, aralıq çəmən
yoncası, bulaq çəmən yoncası, çöl çəmən yoncası, əvəzotu, iyli paxladən və s.
paxlalı bitki növləri geniş yayılmışdır. Həmin bitki növlərinin bəzilərinin
yemlik əhəmiyyəti orta dərəcədədir.
Yay otlaqlarında mal-qaranın vaxtından əvvəl və otlaq dövründə
sistemsiz və hədsiz otarılması, eyni köç yolu ilə aparılması yamaclarda çim və
torpaq qatının pozulmasına, eroziya prosesinin güclənməsinə və sel axınları
mənbələrinin yaranmasına səbəb olur.
Qeyd etmək lazımdır ki, hazırda alp və subalp zonasının əksər yerlərində
mal-qaranın sistemsiz otarılması nəticəsində yay otlaqları başdan- başa
eroziya prosesinə məruz qalaraq maldarlığı lazımi səviyyədə yemlə təmin
etmir və tamamilə istifadədən çıxaraq daşlı və ya bitkisiz sahəyə çevrilmişdir.
Belə yerlərin ümumi sahəsi 257,1 min hektar olub, yay otlaqlarının 43,6%-ni
təşkil edir.
Alp və subalp çəmən və çəmən-bozqır zonasında torpaqların eroziya
prosesinə məruz qalma dərəcəsi təbii-iqtisadi rayonlar üzrə 14.5 saylı cədvəldə
verilir.
318
Cədvəl 14.5
Azərbaycanın təbii-iqtisadi rayonlarında alp və subalp zonası
torpaqlarının eroziyaya məruz qalması (min ha ilə)
Təbii iqtisadi
rayonlar
Ümumi
sahə,
min ha
Yuyulma dərəcəsi
Digər
tor
paq
lar
Yuyul
muş
torpaq
ların
sahəsi
Yuyulm
amış I
kateqori
ya
Zəif
yuyulm
uş II
kateqori
ya
Orta
yuyulm
uş III
kateqori
ya
Şiddətli
yuyulm
uş
IV
kateqori
ya
Gəncə-
Qazax
116,6
13,6
34,2
21,6
45,3
1,9
101,1
Şirvan
71,6
11,0
12,4
17,6
20,6
10,0
50,6
Mil-
Qarabağ
248,8
81,3
58,0
43,5
46,2
19,9
147,6
Quba-
Xaçmaz
124,8
43,9
14,5
21,2
38,6
6,5
74,4
Şəki-
Zaqatala
9,4
11,5
41,2
20,3
34,1
2,3
95,6
Lənkəran
66,8
9,0
11,0
15,2
22,9
8,7
49,1
Abşeron
16,5
3,7
3,5
5,0
3,5
0,8
12,0
Dağlıq
Qarabağ
40,6
9,8
8,0
8,4
9,9
4,4
26,4
Naxçıvan
MR
96,6
12,2
21,6
23,2
29,2
10,4
74,0
Cəmi
891,7
196,0
204,4
380,4
250,3
64,9
630,8
Cədvəldən göründüyü kimi, Azərbaycanın alp və subalp zonası
torpaqlarının (yay otlaqları kateqoriyasına aid edilən və ondan kənarda qalmış
sahələrlə birlikdə) 70,7%-i (630,8 min hektar) eroziya prosesinə məruz
qalmışdır. Bunun 22,9% (204,4 min ha) zəif, 42,7%-i (380,4 min ha) orta,
28,1%-i (250,3 min ha) şiddətli dərəcədə yuyulmuş torpaqlardır.
Azərbaycanın qış otlaqları da təbii-coğrafi şəraitinə və bitki örtüyünə görə
çox rəngarəngdir. Bu, hər şeydən əvvəl respublikamızın iqlim-torpaq
şəraitinin müxtəlifliyi ilə əlaqədardır. Respublikamızın qış otlaqları əsasən
Kür-Araz ovalığı (Mil, Muğan, Şirvan, Qarabağ, Salyan düzləri və
cənubi-Şirvan), Qobustan, Ceyrançöl, Ağyazı, Acıno- hur, Bozdağ, Xocaşen,
Daşüz silsilələrində, cənubi Qarabağda (Gəyən, Çaxmaq bozqırları), Naxçıvan
MR-da isə Böyükdüzdə, dağ ətəklərində, Qarğabazarı və Arazətrafı
çökəkliklərdə yerləşir.
Qış otlaqlarında nisbətən geniş yayılmış faydalı bitkilər birillik taxıl
otlarıdır. Taxıllar fəsiləsinə mənsub olan bitkilər həmişə erkən yazda yaxşı
inkişaf edib, yaşıl yem kütləsi əmələ gətirir. Dağətəyi zonalarda yerləşən
319