Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə121/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   117   118   119   120   121   122   123   124   ...   216

otları  didməklə  yarpaq  və  zoğlarla  qidalanır,  mövcud  ot  örtüyü  onların 

yemlənməsi üçün iki dəfə azlıq edir. 

İran  Yaxın  Şərqin  ən  sıx  əhalili  ölkəsi  olub,  70  mln  əhali  yaşayır  və 

burada otlaqlar hədsiz yüklənir. Burada iri buynuzlu mal-qaranın sayı 8 mln 

baş, qoyun və keçilərin sayı isə 81 mln baş hesablanır və onlar əfsanəvi xalça 

toxuculuğunun  mənbəyi  (xammalı)  hesab  olunur.  Lakin  ölkədə  qoyun  və 

keçilərin  miqdarı  insanın  sayını  keçdiyindən  (insanlar  əsasən  qoyun  əti  ilə 

qidalanır)  otlaqlar  mal-qaranı  yemlə  təmin  edə  bilmir  və  deqradasiyaya 

uğrayır. Çində də belə problem mövcuddur, ölkənin şimal-qərbində 1978-ci 

ilin iqtisadi reformasmdan sonra ev mal- qarasının miqdarı xeyli artmışdır və 

hazırda  onlar  üçün  otlaq  çatışmır.  Məsələn,  Qonq  vilayətində  yerli  otlaqlar 

hesablamaya görə 3,7 mln qoyunu yemlə təmin etməyə qadirdir, lakin 1998-ci 

ilin  sonunda  onların  sayı  5,5  mln-a  çatmışdır,  bu  isə  otlaqların  imkanından 

xeyli çoxdur. Bunun nəticəsində ot örtüyü kasadlaşır, nəticədə otlaqlar səhraya 

çevrilir. 

Hazırda  bütün  inkişaf  etməkdə  olan  ölkələrdə  mal-qaranın  yemə  olan 

tələbatı  mövcud  otlaqların  dayanıqlı  ehtiyatından  yüksəkdir.  Hindistanda 

2000-ci il üçün lazım olan yemin miqdarı 700 mln ton olduğu halda, mövcud 

otlaqlar  yalnız  54()  mln  ton  yem  verməyə  qadirdir.  Hindistanın  torpaqdan 

istifadə Milli şurası xəbər verir ki, Radcastan və Karnataka ştatlarında yüksək 

dərəcədə  pozulmuş  kənd  təsərrüfatı  sahələrində  heyvandarlığın  yemə  olan 

tələbatı yalnız 50-60% ödənilir, bu isə mal-qaranın məhsuldarlığını aşağı salır. 

Otlaqlardan hədsiz istifadə edilməsi ilə əlaqədar torpağın gücdən düşməsi 

iqtisadiyyata böyük ziyan vurur. Otlaqların deqradasiyasının (tapdanmasının) 

ilk  mərhələlərində  torpağın  məhsuldarlığının  artırılmasına  xərclər  çoxalır. 

Deqradasiya prosesləri davam etdirildikdə bitki örtüyü dağılır, bu isə torpağın 

eroziyasına  səbəb  olaraq  otlağı  tam  yararsız  hala  salır.  Yerin  quraqlıq 

regionlarının  BMT  tərəfindən  qiymətləndirilməsi  göstərdi  ki,  otlaqların 

deqradasiyası  ilə  əlaqədar  mal-  qaranın  məhsuldarlığının  aşağı  düşməsi 

nəticəsində  1990-cı  ildə  ümumi  itkinin  miqdarı  23  mlrd  dolları  keçmişdir 

(cədvəl 14.3). 

14.3


 

saylı cədvəldən göründüyü kimi otlaqların deqradasiyası ı cə- sində 

heyvandarlığın məhsuldarlığının aşağı düşməsi ilə əlaqədar Afrikada illik itki 

7,0 mlrd dollar təşkil edir. Otlaqların hədsiz otarılması ilə əlaqədar Afrika və 

Asiyaya birlikdə dəyən ziyan bütün dünya iqtisadi itkisinin üçdə ikisini təşkil 

edir. 


1968-ci  ildə  Kaliforniya  (Santa-Barbara)  Universitetinin  əməkdaşı 

Qarrett Xardin (Garrett Hardin) Science məcmuəsində  «Otlaqların  faciəsi» 

(«The Tragedy of the Commons») adlı məqalə dərc etdirir. Xar- dın ictimai 

otlaqları misal gətirərək göstərir ki, yerli maldarlar otlaqdan 



315 


istədiyi kimi istifadə edir. Hər bir maldar digərləri ilə razılaşmadan sürüsünü 

artıraraq öz güzaranını yaxşılaşdırmağa çalışır. Beləliklə, o,, sürüsünün sayını 

çoxaldaraq  əlavə  gəlir  əldə  edir,  otlağın  gücdən  düşməsi  isə  ona  az  təsir 

göstərir.  Lakin  müəyyən  vaxt  keçdikdən  sonra  ictimai  otlaqlarda  heyvan 

sürülərinin artması və hədsiz otarma otlağı gücdən salır, dağıdır və bu zaman 

maldarları fəlakət «yaxalayır». 



Cədvəl 14.3 

Dünyanın quraqlıq regionlarında otlaqların gücdən düşməsi 

nəticəsində ev heyvanlarının məhsuldarlığının azalması ilə 

əlaqədar iqtisadi itki 

Kontinentlər 

Məhsuldarlığın azalmasından itkinin miqdarı 

(mlrd, doll) 

Afrika 


7,0 

Asiya 


8,3 

Avstraliya 

2,5 

Avropa 


0,6 

Şimali Amerika 

2,9 

Cənubi Amerika 



2,1 

Cəmi 


23,2 

Otarma  nəticəsində  çəmən  və  bozqır  qruplaşmalarının  dəyişməsi  otlaq 



diqressiyası (deqradasiyası) adlanır. Heyvanın növündən, sayından, otarma 

müddətindən asılı olaraq otlağa müxtəlif təsir göstərir. 

Otarma iki cür təsir göstərir: bilavasitə ot örtüyünə - bitkinin yeyilməsi və 

dırnaqları ilə qırılması; torpaq rejiminin dəyişməsi vasitəsilə. Otarma zamanı 

adətən  torpaq  bərkiyir,  cənub  rayonlarında  bu  zaman  kapilyarlar  vasitəsilə 

suyun səthə çıxaraq buxarlanması nəticəsində torpağın düzlaşması baş verir. 

Qumlu  torpaqlarda  çim  örtüyünün  dağılması  nəticəsində  külək  eroziyası 

güclənir. Dağ  yamaclarında torpağın  bərki- məsi və ot  örtüyünün dağılması 

nəticəsində  səthi  və  yarğan  eroziyası  baş  verir.  Bütün  bu  neqativ  proseslər 

otlaqlarda mal-qaranın sistemsiz və həddən artıq otarılması ilə əlaqədardır. 



14.5.

 

AZƏRBAYCANDA OTLAQLARDAN İSTİFADƏNİN 

EKOLOJİ PROBLEMLƏRİ 

Respublikanın  təbii  yem  bitkiləri  yayılan  əraziləri  mövsümi  istifadə 

edilən yay-qış otlaqlarından, biçənəklərdən və ilboyu istifadə edilən kəndətrafı 

örüşlərdən ibarətdir. Bu kateqoriyadan olan torpaqlar öz hüquqi rejiminə görə 

bir qədər fərqli cəhətlərə malikdir. Belə ki, yay və 

316 



qış otlaqları dövlət mülkiyyətində saxlanılmaqla fiziki və hüquqi şəxslərə qısa 

və uzunmüddətli istifadəyə verilir. Biçənək və kəndətrafı örüşlər isə ümumi 

istifadəyə verilməklə bələdiyyə mülkiyyətində saxlanılmışdır. 

Təbii  yem  sahələri  3396,4  min  hektar  olub,  respublika  ərazisinin 

39,3%-ni təşkil edir. Bundan 113,4 min hektarı biçənəklər, 1460 min hektarı 

qış  otlaqları,  589,5  hektarı  yay  otlaqları,  1233,4  min  hektarı  isə  kəndətrafı 

örüşlərdən ibarətdir. Bu bölgü təbii-iqtisadi rayonlar üzrə 

14.4


 

saylı cədvəldə verilmişdir. 



Cədvəl 14.4 

Azərbaycanda təbii yem sahələrinin təbii-iqtisadi rayonlar 

üzrə paylanması 'min ha) 

Təbii-iqtisadi 

rayonlar 

Qış 


otlaqlar

ı 

Yay 



otlaqları 

Kəndə- 


tafı örüşlər  Biçənək 

lər 


Zonalar 

üzrə cəmi 

Gəncə-Qazax 

272,9 


86,1 

223,2 


30,6 

612,8 


Şirvan 

218,8 


58,9 

209,6 


7,9 

495,2 


Muğan-Salyan 

233,8 


-

 

99,4 



0,8 

334,0 


Mil-Qarabağ 

336,5 


164,5 

249,2 


16,0 

766,2 


Quba-Xaçmaz 

14,3 


76,3 

108,1 


29,8 

228,5 


Şəki-Zaqatala 

69,0 


104,9 

103,2 


4,1 

281,2 


Lənkəran 

10,6 


21,1 

72,6 


16,1 

120,4 


Abşeron 

230,5 


10,0 

58,5 


1,0 

300,0 


Dağlıq Qarabağ 

2,4 


31,1 

69,2 


4,6 

107,3 


Naxçıvan 

71,2 


36,6 

40,5 


2,5 

150,8 


Cəmi 

1460 


589,5 

1233,5 


113,4 

3396,4 


Azərbaycan ərazisində yay və qış otlaqlarının ümumi sahəsi 2049,5 min 

hektar olub, bu təbii yem sahəsi bitki formasiyalarının təbii strukturuna ziyan 

yetirmədən və özünün bərpa olunma imkanını saxlamaqla optimal ölçülərdə 2 

milyon baş heyvanı  yem ilə təmin etmək imkanmda- dır. Otlaqlarımızın bir 

qismi  erməni  işğalçılarının  müvəqqəti  olaraq  nəzarəti  altında  olması  və 

respublikamızda 8 milyona yaxın iri və kiçik buynuzlu heyvanın mövcudluğu 

yay və qış otlaqlarının həddən artıq yüklənməsinə səbəb olmuşdur. Təbii yem 

sahələrində hədsiz otarma ilə əlaqədar yükün artması, ekoloji baxımdan kənar 

müdaxilələrə  daha  həssas  olan  Azərbaycanın  alp  və  subalp  çəmən  və 

çəmən-bozqırlarında  daha  ağır  vəziyyət  yaratmışdır.  Torpağın  eroziyası  və 

bitki  örtüyünün  deqradasiyası  bəzi  regionlarda  son  onillikdə  daha  da 

sürətlənmiş və otlaqlardan istifadənin ekoloji problemləri yaranmışdır. 

Alp  və  subalp  çəmənlərindən  ibarət  olan  yay  otlaqları  respublikada 

heyvandarlığın inkişaf etməsində yem bazası olmaqla yanaşı, həm də böyük 

sutənzimedici və torpaqqoruyucu funksiya daşıyır. Azərbaycanın 

317 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə