Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə117/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   113   114   115   116   117   118   119   120   ...   216

tına  cəlb  etmək  və  bərkimiş  şorakət  qatı  yumşaltmaqdan  ibarətdir.  Aq- 

robioloji  üsul  özlüyündə  mexaniki,  kimyəvi  və  bioloji  tədbirlərin  şorakət 

torpaqlara  birgə  kompleks  meliorativ  təsirindən  ibarətdir.  Bu  zaman 

meliorativ becərmə sistemi tətbiq olunur, mexaniki tədbirlər (dərin şum, adi 

şum və dərin yumşaltma) vasitəsilə şorakət qatın quruluşu dağıdılır, torpaqda 

olan karbonat duzları və gips kimyəvi meliorasiyaya daxil edilir, mənimsəmə 

bitkiləri əkilir, onların kök sistemlərinin bioloji təsiri və üzvi qalıqları ilə, eləcə 

də peyin verməklə, torpaqda karbon qazı (CO



2

) artırılır və davamlı struktur 

yaradılır. 

Şorakət  torpaqların  növmüxtəlifliyini,  şorakət  qatdan  üstdəki  qatın 

qalınlığı, kalsium duzlarının yerləşdiyi dərinliyi, suda asan həll olan duzların 

miqdarını və keyfiyyətini  nəzərə alaraq torpaqda optimal şumlama dərinliyi 

tətbiq etmək lazımdır. 

Respublika  ərazisində,  xüsusilə  də  Kür-Araz  ovalığında  şorlaşmış  və 

şorakətləşmiş torpaqların müəyyən dövrlərdə uçotu aparılmış və xəritələri də 

tərtib olunmuşdur. 

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda V.R. Volobuy- evin 

rəhbərliyi altında Q.Z.Əzizov (1980) tərəfindən Kür-Araz düzənliyinin şorluq 

xəritəsi tərtib edilmişdir. 

Hazırda  Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsində  Kür-Araz 

düzənliyinin 1:100000 miqyaslı torpaq xəritəsinin tərtib edilməsi üzrə torpaq 

tədqiqatları  aparılır.  Bu  tədqiqatlar  əsasında  elektron  torpaq  xəritəsi,  o 

cümlədən də şorluq və şorakətlik xəritələri tərtib edilmişdir. 

Məlum  olduğu  kimi,  müxtəlif  dərəcədə  şorlaşmaya  məruz  qalmış 

torpaqlarda  kənd  təsərrüfatı  bitkiləri  yetişdirmək  üçün  ilk  növbədə  torpağın 

meliorasiyası aparılmalı və düzgün suvarma sistemindən istifadə edilməlidir. 

Bu istiqamətdə Türkiyənin «Natural Green Land» şirkəti iş həyata keçirərək 

heyvandarlıq  üçün  yem  bitkiləri,  mürəbbə,  kompot  istehsalı  üçün  meyvə, 

giləmeyvə  ağac  və  kolları  qida,  ətirli  ədviyya,  turşu,  şoraba  məhsullarının 

hazırlanması  üçün  isə  bostan-tərəvəz  bitkilərini  yetişdirmək  məqsədilə 



Biləsuvar rayonu ərazisində 3450 ha kənd təsərrüfatına yararsız, şoranlaşmış 

dövlət  torpağı  sahəsi  icarəyə  götürmüş,  orada  açıq  drenaj  sistemli 

meliorasiya işləri aparmış, zəngin kənd təsərrüfatı texnikası parkı yaradılmış 

və  2007-ci  ildən  başlayaraq  ərazidə  mərhələli  əkin  kampaniyası  təşkil 

edilmişdir. 

Əkin  sahələrinin  suvarılmasında  istifadə  olunan  su  Araz  çayından 

çəkilmiş kanaldan götürülür. Suyun tərkibi (codluq, mineralhq, şəffaflıq, asılı 

maddələrin miqdarı, pH, mikiroorqanizmlər və s.) xüsusi laboratoriyada analiz 

edilir. Suvarma üçün xüsusi və müasir nasoslar sistemi quraşdırılmışdır. Bu 

nasoslar  sahəyə  12600  mVsaat  həcmdə  su  vermək  imkanına  malikdir. 

Sistemlərə veürilən su 3 m dərinlikdə ümumi 

303 



uzunluğu 70 km olan müxtəlif diametrli (325 - 1000 mm) suvarma boruları 

vasitəsi  ilə  həyata  keçirilir.  Əraziyə  çəkilmiş  elektrik  xətlərinin  ümumi 

uzunluğu 70 km-dir. 

Ərazinin suvarılması ən son texnologiyalar üzrə  - pivot suvarma (2083 

ha), damcılı suvarma (545 ha) və yağmurlu suvarma (10 ha) həyata keçirilir. 

Pivot suvarma inkişaf etmiş ölkələrdə ən müasir və geniş  yayılmış suvarma 

sistemi  hesab’edilir.  Bu  məqsədlə  sahədə  hər  bir  sistemin  uzunluğu  350  m 

olmaqla 52 ədəd pivot qurğusu quraşdırılmışdır. Bir qurğu bir dəfəyə 38 ha 

sahəni  suvara  bilir.  Su  resurslarından  effektiv  və  qənaətlə  istifadə  edən  bu 

qurğunun hər bir təkəri müstəqil mühərriklə təmin olunmuşdur. Onların sürəti 

kompüter vasitəsi ilə elə idarə olunur ki, bu təkərlərin trayektoriyaları müxtəlif 

diametrli  konsentrik  çevrələr  üzrə  hərəkət  edir.  Nəticədə  sistem  dairəvi 

hərəkət  edərək  bir  dövr  ərzində  öz  uzunluğunun  (350  m)  iki  misli  qədər 

diametrə  malik  dairəvi  sahəni  süni  yağışla  suvarır.  MMC  tərəfindən  bu 

sistemə 11 mln. ABŞ dolları xərclənmişdir. 

 

Pivot Suvarma üsulu. 



Foto E.Yusifovundur. 

Torpağın biotik qabiliyyətinin aşağı olması, meliorasiya işlərindən sonra 

isə  daha  da  zəifləməsini  nəzərə  alaraq  ilkin  mərhələdə  ciddi  normalar 

tərtibində  kimyəvi  gübrələrdən  istifadə  edilmişdir,  istifadə  olunan  gübrələr 

beynəlxalq Global Gab təşkilatının sertifikatlarına malik olub həyat üçün tam 

təhlükəsizdir. 



304 


 

 

Damcılı suvarma ilə becərilən nar plantasiyası 



(Biləsuvar). 

Fotolar E.Yusifovundur. 



305 


Əkin  üçün  istifadə  edilən  toxumlar  dünyanın  ən  məşhur  firmalarından 

alınmış  ən  yüksək  keyfiyyətli  toxumlardır.  Şəkər  çuğunduru  toxumu 

Almaniyadan,  pomidor  toxumu  Amerikadan,  xiyar  və  bibər  toxumları 

Hollandiyadan gətirilmişdir. 

Hal-hazırda,ərazinin  2830  ha  sahəsində  əkin  işləri  aparılmışdır.  Bu 

sahələrdən  ümumilikdə  101  000  t  məhsul  gözlənilir.  O  cümlədən  şəkər 



çuğunduru (800.iha/60p00 t), pomidor (504 ha/35000t), turşuluq xiyar (120 

ha/700  t)  məhsuldarlıq  planlaşdırılır.  Bundan  əlavə  əkilmiş  383  ha  sahədən 

1400  t  təmi^  yaşıl  noxud  dənəsi,  52  ha  sahədən  1000  t  acı  bibər,  50  ha 

sahədən 10321 badımcan məhsulu gözlənilir. 

Şəkər çuğunduru sahəsi. 

Foto E.Yusifovundur. 

Bundan  başqa  266  ha  sahədə  yonca,  303  ha  şoran  sahədə  isə  arpa 

ökilmişdir. Buradan 6 t/ha məhsuldarlığı ilə 1500 - 1800 t məhsul gözlənilir. 

Yonca  və  arpa  İmişlidə  fəaliyyət  göstərən  yem  fabriki  və  mal  fermasına 

göndəriləcək. 

Kompot istehsalı məqsədi ilə 100 ha sahədə 6 çeşiddə 40000 nar kolu 

əkilmişdir. Bütün kollar yerli əla sortlar olub Göyçaydan gətirilmişdir. Ərazidə 

6  km  uzunluğa  malik  heyva  kollarının  əkilməsi  planlaşdırılmışdır.  Bundan 

başqa  20  ha  sahədə  mürəbbə  istehsalı  məqsədi  ilə  çiyələk  əkilməsi  nəzərdə 

tutulmuşdur. 

Müəssisə tam ekoloji təmiz məhsulların yetişdirilməsinə də başlamışdır. 

Bunun üçün 80 ha sahə ayrılmışdır. Burada yalnız təbii gübrə 

306 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə