Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə113/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   109   110   111   112   113   114   115   116   ...   216

TORPAQLARIN DUZLULUĞU 

Miqyas 1:3 500 000 

VO 

K) 

oTelavi 

 

V RySİV A 



FEDERASfvASI  

r

 

A Ğ I S T  

I I  


TORPAQLARIN DUZLULUĞU

 

(0 -

100 sm qatda quru qalığa

 

görə

 

duzların miqdarı. % )

 

I I I 

< 0.25 Şorlaşmamış

 

I 2 I 0,25-0.5 Z

əif şorlaşmış

 

I I 0.5-

1.0 Orta şorlaşmış

 

[~3~1 1.0 -

2.0 Şiddətli şorlaşmış

 

f-

Tn > 9 n ÇO’' şiddə

tli I



^

 

şorlaşmış

 

T

ə

rkibind

ə

 asan h

ə

ll 

olunan duzlar müşahidə

 

şar

 

edilm

ə

y

ən, yuyulmuş

 

qların 



rayonl 

torpaqların yayıldığı

 

ılar

 

S

ə

th

ə

 

çıxmış(çılpaq) 

ITTn 

duzlu süxurların az rast gə

lin

ə



rayonları

 

r-jr-\

 S

ə

th

ə

 

çıxmış (çılpaq) duzlu 

süxurların təsadüfi rast gə

lin

ə



rayonları

 


 

Kürdəmir rayonu ərazisində şorlaşmış torpaq. 

 

Ağcabədi rayonu ərazisində şorlaşmış torpaq. 



293 


Şorlaşma  və  şorakətləşmə  torpaqda  gedən  təbii  proseslər  olsa  da, 

vaxtında lazımi tədbirlər görülməyəndə, o arealını genişləndirərək, həm kənd 

təsərrüfatı  məhsullarının  istehsalına,  həm  də  təbii  biosenozlara,  o  cümlədən 

düzən  ərazilər  üçün  səciyyəvi  olan  qış  otlaq  formasiyalarına  və  düzən 

meşələrinə mənfi təsir göstərir. Odur ki, belə torpaqlar həm meliorativ, həm də 

ekoloji cəhətdən əlverişsiz sahələr hesab edilir, onların mənfi dinamikasının 

xəbərdarlıq edilməsi, qarşısının alınması və onların yararlı hala salınması üçün 

müvafiq  ekoloji  tədbirlərin  (drenaj  tətbiqi,  yuma  aparılması,  kimyəvi 

meliorasiya, müəyyən inzibati və hüquqi və s.) görülməsi zəruridir. 

Suvarılan torpaqların meliorativ cəhətdən qiymətləndirilməsinin nəticəsi 

respublika  ərazisində  385,1  min  hektar  sahənin  qeyri-qənaətbəxş  olduğunu 

göstərir,  o  cümlədən  103,4  min  hektar  sahədə  qrunt  sularının  səviyyəsinin 

yerin  səthinə  çox  yaxın  olması,  115,1  min  hektar  sahədə  torpağın  yüksək 

dərəcədə şorlu olması, 166,6 min hektarda isə hər iki amilin birgə təsiri əsas 

səbəb  kimi  göstərilir.  Bu  kateqoriyadan  olan  torpaqlar  əkinə  tam  əlverişsiz 

hesab  olunur  və  onların  meliorasiyası  üçün  kompleks  tədbirlərin  görülməsi 

tələb edilir. 

Respublikanın  suvarılan  torpaqlarının  təxminən  670  min  hektarı 

(46,4%-i)  Kür-Araz  düzənliyindədir.  Burada  suvarma  çox  qədim  tarixə 

malikdir.  Mil  düzündə  və  Muğan  düzünün  cənubunda  suvarma  kanallarının 

izlərinə və qalıqlarına indinin özündə də rast gəlinir. Bununla belə XIX əsrdə 

Azərbaycanda suvarılan əkinçilik əsasən Kür-Araz düzənliyində - Şirvan və 

Qarabağ çayları axınlarının aşağı hissələrində. Kür və Araz çaylarının sahilləri 

boyunca  yerləşmiş,  suvarma  isə  bir  qayda  olaraq  primitiv  üsullarla  həyata 

keçirilmişdir. Kür və Araz çaylarının daşqın suları ilə sahələr suya basdırılmış, 

torpağın səthi quruduqdan sonra yaranmış çatlara toxumlar (arpa və pambıq) 

səpilmiş,  vegetasiya  suvarmaları  aparılmasa  da  nisbətən  yüksək  məhsul 

götürülmüşdür. Mövcud olan belə bir şəraitdə XIX əsrin 60-cı illərindən çar 

hökuməti  pambıq  istehsalının  təşkili  məqsədilə  Muğan-Salyan  zonası 

torpaqlarının  suvarılması  üçün  bir  sıra  tədbirlər  görmüş  və  1900-cü  ildə 

suvarma  kanallarının  tikilməsinə  başlanılmışdır.  Beləliklə,  1901-1917-ci 

illərdə magistral kanalların ümumi sərflərinin 130 mVsan və uzunluqlarının 

209 km olduğu dörd suvarma sistemi tikilib istifadəyə verilmişdir. Bununla da 

169 min hektar sahə suvarma suyu ilə təmin edilmişdir. Həmin dövrdə Salyan 

düzündə  sahələrin  bilavasitə  Kür  çayından  götürülən  su  ilə  suvarılmasında 

qoşqu  heyvanları  ilə  işləyən  suqaldıncı  qurğulardan  istifadə  edilmişdir. 

Suvarma sistemilərinin əsas qüsuru suvarma şəbəkəsinin seyrəkliyi və suatıcı 

şəbəkənin olmaması idi. 

Məhz ona görə də suvarmanın başlandığı ilk illərdə əkin sahələrinin 

294 



kütləvi  şorlaşması  müşahidə  olunmuş,  əhali  isə  hər  dəfə  yeni  sahələrdən 

istifadə  etməyə  başlamışdır.  Basdırma  üsulu  ilə  aparılan  suvarmalar 

nəticəsində  hər  hektara  15-20  min  m^  suvarma  suyu  sərf  olunmuş,  qrunt 

sularının səviyyəsi yer səthinə yaxınlaşmış, şorlaşma prosesi geniş miqyasda 

yayılmışdır. 

Yaranmış  vəziyyətlə  əlaqədar  əhali  və  hətta  texniki  xidmət  işçiləri 

Muğanı  tərk  etməyə,  digər  bölgələrə  getməyə  başlamışdır.  Birinci  Dünya 

müharibəsi  illərində  suvarma  sistemləri  bərbad  hala  düşmüş,  hidrotex-  niki 

qurğular dağıdılmış, şorlaşma prosesi daha da sürətlənmişdir. Nəticədə Şimali 

Muğanın  96%,  Salyanın  98%  torpaq  sahələri  müxtəlif  dərəcədə  şorlaşmaya 

məruz  qalmışdır  (Q.Əzizov,  Ə.Həsənəliyev,  2001).  Oxşar  proseslər  digər 

bölgələrdə  də  baş  vermişdir.  Məsələn,  Yevlaxdan  Hacıqabula  kimi  olan 

ərazidə  Kürün  sol  sahili  boyunca  «Qara  su»  bataqlığı  yaranmış,  ətraf  ərazi 

şorlşamaya məruz qalmışdır. 

Araşdırmalar  göstərir  ki,  təcrübənin  olmaması  ucbatından,  torpaq  və 

hidroloji  şəraiti  nəzərə  almadan  irriqasiya  tədbirlərinin  görülməsi  tez  bir 

zamanda  özünü  göstərmiş,  bataqlaşma  və  şorlaşma  prosesi  geniş  əraziləri 

əhatə  etmişdir.  Çar  hökuməti  təcili  tədbirlərə  əl  atmağa  məcbur  olmuş  və 

1910-cu  ildən  başlayaraq  Cənubi  Qafqazda  sistemli  hidrometriya  işlərinə 

başlanılmış 1912-ci ildə ilk kimya laboratoriyası yaradılmış, 1913-cü ildən isə 

hidroloji tədqiqatların əsası qoyulmuşdur. 

Sovet hakimiyyətinin ilk illərindən etibarən 1921-1925-ci illərdə kanallar 

lil çöküntülərindən təmizlənmiş, hidrotexniki qurğular təmir edilmiş, sonrakı 

illər mövcud suvarma kanallarının yenidən qurulması həyata keçirilmiş, yeni 

suvarma  sistemlərinin  tikilməsinə  başlanılmış,  mexaniki  suvarma  inkişaf 

etdirilmişdir.  1920-1930-cu  illərdə  dizel  mühərrikləri  ilə  işləyən  5  sudartıcı 

qurğu  işə  salınmışdır.  Elmi-tədqiqat  və  layihə  axtarış  işlərinin  aparılmasına 

xüsusi diqqət yetirilmiş və 1930- cu ildə Muğan təcrübə meliorativ stansiyası 

təşkil edilmişdir. Lakin 1937-ci ildə irriqasiya-meliorasiya tədbirləri tamamilə 

dayandırılmış,  yalnız  1945-ci  ildən  sonra  onlar  yenidən  bərpa  edilmiş,  o 

cümlədən nəhəng Mingəçevir kompleksi tikilib istifadəyə verilmişdir. 

Sonrakı  illərdə  respublikada  suvarma  sistemləri,  kollektor-drenaj 

şəbəkəsi,  su  anbarları  və  digər  qurğular  inşa  edilmiş,  torpaqların  yuyulub 

yararlı  hala  salınması,  Şirvanda,  Qarabağda,  Cənubi  Muğanda  stasionar 

təcrübə-drenaj  məntəqələrinin  təşkili,  bir  çox  təsərrüfatların  ərazisində  qısa 

(1-3 il) müddətli eksperimental bazaların təşkili və s. kimi mühüm əhəmiyyətli 

tədbirlər həyata keçirilmişdir. 

1965-ci ildə keçmiş SSRİ-də meliorasiyanın inkişaf etdirilməsi haqqında 

qəbul  olunmuş  qərardan  sonra  bütün  ölkə  ərazisində  olduğu  kimi, 

Azərbaycanda da geniş miqyasda irriqasiya-meliorasiya tədbirləri həya 



295 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə