Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə114/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   110   111   112   113   114   115   116   117   ...   216

ta  keçirilir,  o  cümlədən  suvarılan  ərazilərdə  torpaqların  şorlaşmasına  qarşı 

mübarizə tədbirləri kompleksi regionlar üzrə işlənib hazırlanır. 1966-1990-cı 

illərdə  suvarılan  sahələr  1094  min  hektardan  1444  min  hektara  çatdırılmış, 

778,2 min hektar sahənin su təminatı yaxşılaşdırılmış, 

541,8

 

min hektarda kollektor-drenaj şəbəkəsi də tikilməklə suvarılan ərazinin 



meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. Məhz bu kimi tədbirlərin görülməsi 

nəticəsində  1986-1988-ci  illərdə  suvarılan  torpaqlarda  orta  illik  məhsulun 

həcmi  1966-1970-ci  illərə  nisbətən  taxıl  üzrə  2,16,  pambığa  görə  2,13, 

tərəvəz-bostan bitkiləri üzrə 2,55, meyvələrə görə 3,57, üzüm  istehsalı 7,46 

dəfə artmışdır. 

Keçən  əsrin  90-cı  illərinin  əvvəllərində  keçmiş  Sovetlər  İttifaqının 

dağılması  ilə  sovet  respublikaları,  o  cümlədən  Azərbaycan  müstəqillik  əldə 

edir. İlk illər ölkədə yaranmış iqtisadi çətinliklər, xüsusilə də erməni təcavüzü 

ilə  əlaqədar  maddi  vəsait  və  maliyyə  çatışmazlığı  səbəbindən  suvarma 

sistemlərini  lazımi  səviyyədə  saxlamaq  və  meliorasiya  tədbirlərini  davam 

etdirmək  bir  müddət  mümkünsüz  vəziyyətdə  oldu.  Kollektor-drenaj 

sistemlərinin  lillənməsi,  bəzi  yerlərdə  onların  tamamilə  sıradan  çıxması 

nəticəsində  ayrı-ayrı  ərazilərdə  təkrar  şorlaşmanın  yaranması  üçün  əlverişli 

şərait  yarandı.  Bu  proses  kollektor-drenaj  sistemlərinin  və  suvarma 

qurğularının kifayət qədər mükəmməl olmadığı ərazilərdə, xüsusən də Şirvan 

düzündə özünü daha qabarıq şəkildə göstərmişdir. 

Torpaqları  duzlardan  yuyub  təmizləmək  üçün  onun  hansı  dərəcədə 

şorlaşdığını  bilmək  lazımdır.  Torpaqda  olan  duzların  miqdarı  şərti  olaraq 

müəyyən hədlərə bölünür və onlara adlar verilir. Buna torpaqların  şorlaşma 

dərəcəsinə  görə  təsnifatı  deyilir.  Təsnifatın  əsasını  bitkilərin  düzlara 

davamlılıq  qabiliyyəti  və  onların  buraxıla  bilən  həddi  təşkil  edir.  Kənd 

təsərrüfatı bitkiləri duza davamlılığına görə üç qrupa bölünür (cədvəl 13.3). 



Cədvəl 13.3 

Bitkilərin duza davamlılığı (Orohenie, Spravoçnik, 1980) 

Duza zəif davamlı 

Duza orta davamlı 

Duza davamlı 

üçyarpaq yonca 

buftda 

şəkər çuğunduru 



yonca 

küncüt 


yem çuğunduru 

Esparset (xaşa) 

soğan 

düyü 


alma 

pambıq 


qarpız 

alça 


əncir 

yemiş 


 

armud 


nar 

 

tut 



 

Respublikamız  üçün  torpaqların  duz  miqdarı  və  tipinə  görə  təsnifatını 

təyin etmiş Q.Əzizov (1999) tərəfindən torpaqlar şorlaşma tipinə 

296 



görə sodalı, xlorlu, sulfatlı-xlorlu, xlorlu-sulfatlı və sulfatlı tipə bölünmüşdür. 

Bu təsnifat respublikamız üçün təklif edilmiş təsnifatlardan (V.R.Volobuyev, 

1948, 1965) fərqlənsə də, bütövlükdə real vəziyyəti düzgün əks etdirir (cədvəl 

13.4). 


Duzluluq dərəcəsi zəhərlilik göstəriciləri ilə xarakterizə olunur. Suda asan 

həll  olunan  duzlardan  NaCI,  Na



2

S

04

,  MgCb,  CaCb,  MgS04,  Na:C

03

Na(HC



03)2

 bitkilər üçün daha zəhərlidir. 



Cədvəl 13.4 

Torpaqların duz miqldarı və tipinə görə təsnifatı, % 

Qradasiyanm adları 

Duz tipi 

sodalı 

xlorlu 


sulfatlı- 

xlorlu 


xlorlu- 

sulfatlı 

sulfatlı 

şorlaşmamış 



<0,15 

<0,2 

<0,25 

<0,4 

<0,6-1,0 

zəif şorlaşmış 

0,15-0,3 

0,2-0,4 


0,25-0,5  0,4-0,8 

1,0-1,5 


orta şorlaşmış 

0,3-0,5 


0,4-0,8 

0,5-1,0 


0,8-l,5 

1,5-2,0 


şiddətli şorlaşmış 

0,5-0,8 


0,8-1,2 

1,0-2,0 


1,5-2,5 

2,0-3,0 


şoranlar 

>0,8 


>1,2 

>2,0 


>2,5 

>3,0 


Torpaqların  yuyulmasında  başlıca  məqsəd  duzları  bitki  kökləri  yayılan 

torpaq qatından kənar etməkdir. Bitki kökləri yayıla bilən qat dedikdə, əsasən, 

torpağın  bir  metrlik  üst  qatı  nəzərdə  tutulur.  Çünki,  əksər  kənd  təsərrüfatı 

bitkilərinin kök sistemi ya tamamilə, ya da onun əsas hissəsi bir metrlik qatda 

yerləşir.  Bu  qata  hesabat  qatı  deyilir.  Yüngül  və  orta  mexaniki  tərkibli 

torpaqların  susızdırma  qabiliyyəti  böyük  olduğu  üçün  onları  duzlardan 

təmizləmək asandır. 

Odur  ki,  bu  amilləri  nəzərə  alaraq  müvafiq  meliorativ  tədbirlərin 

xüsusiyyətləri  əsas  götürülməklə  Kür-Araz  ovalığında  şorlaşmış  torpaqlar 

şərti  olaraq  üç  səciyyəvi  qrupa  ayrılmışdır  (M.P.Abduyev,  1968,  1977; 

Ə.Q.Behbudov, 

M.K.Rəhimov, 

X.F.Cəfərov, 

1973; 

Ə.Q.Behbu- 

dov,X.F.Cəfərov, 1980; A.K.Alimov, 1997): 

1.

 

Yüngül  qranulometrik  tərkibli,  yüksək  su  sızdırma  qabiliyyətli, 

asan həll olunan (xlorlu, sulfatlı-xlorlu) şorlaşmış torpaqlar. Bu torpaqlar 

şimali və mərkəzi Muğanda, Salyan düzündə, cənubi-şərqi Şirvanda və Şirvan 

düzünün  Kür  sahili  zonasında  yayılmış  və  inzibati  baxımdan  Sabirabad, 

Salyan,  Neftçala  və  Zərdab  inzibati  rayonlarını  əhatə  edir.  Bu  torpaqların 

yuyulmasında su itkilərinə  yol  verilməməsi  və  yüksək meliorativ səpıərənin 

təmin  olunması  çox  vacibdir.  Bu  baxımdan  zolaqlarla  və  fasiləli  yuma 

texnologiyası özünü doğrultmuş və səmərəliliyi təsdiq olunmuşdur. 

Zolaqlarla  yuma  texnologiyasının  mahiyyəti  ondan  ibarətdir  ki,  ümumi 

qaydada yuma üçün hazırlanmış sahə drenarası məsafədən asılı 

297 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə