Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə111/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   107   108   109   110   111   112   113   114   ...   216

Ən qədim zamanlardan bəri suvarılan torpaqlar şorlaşmaya məruz qalır 

(Misir, İraq, Hindistan, Pakistan və b.). Belə ki. Nil çayı hövzəsində 1,7 mln. 

ha torpaq sahəsinin 1,2 mln. ha-ı (70%-dən artıq) şorlaşmaya məruz qalmışdır; 

İraqda suvarılan torpaqların 50%-i; İnd çayı hövzəsində 15 mln. ha ərazinin 10 

mln. hektarı (67%) şorlaşmaya uğramışdır. ABŞ-da şorlaşmış massivlər 27%-i 

keçir.  Keçmiş  SSRİ  ərazisində  1980-ci  ilə  şorlaşmış  torpaqların  sahəsi  3,5 

mln.  ha  (o  cümlədən  2,5  mln.  ha  əkin  sahəsi),  yəni  suvarılan  torpaqların 

20%-ni təşkil etmişdir. 

Hazırda Rusiyada şorlaşmış torpaqların sahəsi 38,4 mln. ha (bütün kənd 

təsərrüfatı  sahəsinin  19,9%-i),  ondan  34%-i  əkin  sahəsi,  66%-i  şo-  rakət 

torpaqlardır. 

Təbii  şəraitdə  şorlaşma  prosesi  duzlu  qrunt  sularından,  həmçinin 

kənardan  (dəniz,  okean,  duzlu  göllər)  eol  gətirməsi  nəticəsində  baş  verir. 

Landşaftda,  o  cümlədən  suda  və  torpaqda  duzların  əsas  mənbəyi  duzlu  ana 

(dağ)  süxuru  hesab  olunur.  Az  miqdarda  duzlar  torpağın  səthinə  halofıt 

bitkilərin  töküntüsündən  daxil  ola  bilər.  Suvarılan  massivlərdə  torpaqda 

duzların əsas mənbəyi suvarma suyu ola bilər. 

Torpaqda  üç  duz  balansı  tipi  qəbul  edilmişdir:  stabil  (torpaq  qatında 

duzun  ehtiyatı  dəyişmir);  şorlaşma  balansı  (torpaqda  duz  ehtiyatı  artır); 

duzsuzlaşma balansı (torpaq qatında duzun ehtiyatı azalır). 

Torpağın  şorlaşması  kənd  təsərrüfatı  bitkilərinə  mənfi  təsir  göstərməsi 

torpaq  məhlulunda  osmotik  təzyiqin  yüksəlməsi,  torpağın  su-fıziki 

xassələrinin  pisləşməsi  (xüsusilə  sodalı  şorlaşma  sahələrində)  və  əlverişsiz 

duz  tərkibi,  həmçinin  bor  birləşmələrinin  yüksək  konsentrasiyası  ilə 

əlaqədardır. Borun konsentrasiyası 0,3... 1,0 mq/1 olduqda bitki üçün toksiki 

hesab edilir. Bütün meyvə bitkiləri bora qarşı olduqca həssasdır. 

Şoran  torpaqlarda  minerallar  və  asan  həll  olunan  duzlar  torpağın 

səthində, avtomorf, polihidromorf və hidromorf şorakətlərdə isə uyğun olaraq 

torpaq profilinin aşağı, yuxarı və orta hissəsində toplanır. 

Torpaqda asan həll olan duzların mövcudluğu bitkinin boy və inkişafına 

əlverişsiz təsir göstərir. 

Asan  həll  olan  duzların  bitkiyə  mənfi  təsiri  üç  müxtəlif  faktorun  birgə 

təsiri  ilə  əlaqədardır.  Bu  baxımdan  torpaq  məhlulunun  yüksək  as-  motik 

təzyiqi daha çox rol oynayıb bitki tərəfindən rütubətin udulması- nı pisləşdirir. 

İkinci faktor - bitkinin normal böyüməsinə maneçilik göstərən Cb, 

SOi  ,  HCOy,  Na*  ^  Mg  *,  bəzən  N0^  və  ionları  bitkiyə  spesifik  təsir 

göstərir.  0,5%  C1  və  ya  0,2%  Na  (quru  kütlə  hesabı  ilə)  toplandıqda 

yarpaqlarda  qızma  müşahidə  olunub  tunc  rəngi  alır,  nekroz  əmələ  gəlir. 

Məhlulda Na* və Cb ionlarının konsentrasiyası yüksək olduqda 



288 


transpirasiya prosesi pozulur. 

Asan həll olan duzların bitkiyə mənfi təsir göstərməsinin üçüncü faktoru 

Na  kationunun  mövcudluğu  zamanı  torpağın  fiziki  xassələrinin  kəskin 

pisləşməsidir. Bu zaman torpağın strukturu pozulur, onun su və hava rejimi 

pisləşir. 

Şorlaşmış  torpaqların  məhsuldarlığını  yüksəltməyə  yönəldilən  əsas 

meliorasiya  üsulu  -  torpağın  su  ilə  yuyulması  sayılır,  bu  zaman  drenaj 

vasitəsilə torpaq profilindən duzlar təmizlənir. Zəif susızdırma qabiliyyətinə 

malik  olan  sodalı  torpaqlar  çətin  meliorasiya  olunur.  Belə  halda  kənd 

təsərrüfatı  bitkilərinin  məhsuldarlığını  artırmaq  üçün  duzada-  vamh  bitkilər 

seçilməlidir. 

Şorlaşma  çox  vaxt  səmərəsiz  suvarma  nəticəsində  baş  verir.  Bu  proses 



təkrar şorlaşma adlanır. 

V.A.Kovda təkrar şorlaşma prosesinin aşağıdakı mərhələlərini göstərir: 

1)

 

yeni kanallar boyu şorlaşma; 



2)

 

suvarılan ərazilərdə ümumi şorlaşma; 



3)

 

Köhnə sm arılan ərazilərin duzlaşması, eyni zamanda bəzi vahə- daxili 



sahələrin \ ə ətraf ərazinin şorlaşması. 

Suvarılan sahələrdə təkrar şorlaşma torpağın ağır metallarla, pestisidlərlə, 

nitratlarla,  bor  birləşmələri  ilə  çirklənməsi  ilə  müşayiət  olunur.  Təkrar 

şorlaşma zamanı torpağın bir çox kimyəvi xassələri pisləşir. 

Torpağın şorlaşmasının mühüm səbəblərindən biri də minerallaşmış qrunt 

sularının  müəyyən  kritik  səviyyəyə  qalxmasıdır.  Qrunt  suları  bu  səviyyəyə 

kapilyar zonanın kök sistemi məskunlaşdığı qata yaxınlaşdıqda çatır. 

Minerallaşmış qrunt suları kök sistemi məskunlaşdığı qatda uzun müddət 

qaldıqda  bitkinin  torpaqaltı  hissəsinin  xəstələnməsinə  səbəb  olur.  Bununla 

əlaqədar olaraq, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağı düşür. Buna 

görə, qrunt sularını optimal səviyyədə saxlamaq vacibdir. 

Müəyyən edilmişdir ki, torpaqda duzların konsentrasiyası 0,10...0,15% - 

şorluğa çox həssas bitkilər üçün hədd sayılır; 0,15...0,35% çox bitkilər üçün 

zərərlidir;  0,35...0,70%  duza  qarşı  davamlı  bitkilər  üçün,  0,70%-dən  yuxan 

şorluluq dərəcəsi isə duza qarşı çox davamlı bitkilər üçün yararlıdır. 

Udulmuş əsasların cəmindən Na kationu 10... 15% təşkil etdikdə bitki pis 

inkişaf edir, 20...35% olduqda isə bitki məhv olur. Zəif şorlaşmış torpaqlarda 

pambığın məhsuldarlığı 20...30%, qarğıdalınınkı 

40..

 

.50,  buğdanınkı  isə  50...60%  aşağı  düşür.  Orta  şorlaşmış  torpaqlarda 



pambığın məhsuldarlığı iki dəfə azalır; buğda isə olduqca sıxılmış 

289 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə