Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə107/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   103   104   105   106   107   108   109   110   ...   216

Aparıcı proseslər kökündən dəyişir: quru vilayətlər üçün xarakterik olan 

az  miqdarda  atmosfer  yağmurlarının  suları  əvəzinə  tarla  çox  miqdarda  su 

qəbul  edir.  Bunun  nəticəsində  torpağın  əsas  su  rejimi,  o  cümlədən  kimyəvi 

birləşmələrin miqrasiya şəraiti, sonra isə torpağın fiziki xassələri dəyişir. 

İrriqasiyanm  yüksək  inkişafı  zamanı  ayrı-ayrı  tarlaların  və  ya  suvarma 

sistemlərinin dərin ekoloji dəyişkənliyə uğraması ilə  yanaşı,  bu proses eyni 

zamanda çay hövzələrini, o cümlədən iri çay hövzələrini (məs. Nil, İColorada, 

Amudərya, Kür) də əhatə edir. 

Təcrübələr göstərir ki, suvarma təsiri altında olan bütün ərazilər - su (göl) 

hövzəsi, suvarma sistemi və ya tarlalar deqradasiyaya məruz qalır, ona görə 

daim  onların  davamlığma  yönəldilən  tədbirlərin  aparılması  və  nəzarət  tələb 

olunur. Təbiət heç nəyi havayı vermir: o, nə qədər pozulmağa məruz qalarsa, 

əvəzinə bir o qədər haqqını ödəməyi tələb edir. 

İrriqasiyanm  əsas  vəzifəsi  torpaq  qatında  bitkinin  inkişafı  üçün  labüd 

olan  optimal  rütubətliyi  saxlamaqdır.  Suvarma  dünyada  əsas  su  istifadəçisi 

olub, bütün istifadə olunan suyun 80%-ni təşkil edir. 

Əsas  problemlərdən  biri  istifadə  edilən  su  resursunun  az  effektli 

olmasıdır.  Tarla  və  ya  suvarma  sistemi  üçün  faydalı  təsir  əmsalı  (f.t.ə.) 

bitkinin  istifadə  etdiyi  suyun  verilən  suya  olan  nisbətidir.  Bu  vahid  bir çox 

şəraitdən  asılı  olaraq  çox  dəyişir,  f.t.ə.  adətən  0,4-0,6  arasında,  bəzən  hətta 

daha aşağı olur. 

Sudan effektsiz istifadənin bir çox səbəbləri var. Onlardan ən əsası sudan 

istifadə qiymətinin (əgər varsa) onun sosial qiymətindən çox aşağı olmasıdır. 

Bir çox ölkələrdə suvarma üçün istifadə olunan su pulsuzdur və ya suvarma 

sistemini  saxlamaq  üçün  sərf  olunan  dəyərdən  dəfələrlə  azdır.  Bunun 

nəticəsində  su  resursu  qorunmur  və  dünyanın  bir  çox  suvarma  sistemində 

sudan hədsiz istifadə edilir. 

Bitki  üçün  sudan  tələb  olunan  qədər  deyil,  qeyri  mütənasib  yüksək 

istifadə  olunması  əlverişsiz  ekoloji  problemlər  yaradır.  Bunun  əsas  səbəbi 

drenajın kifayət qədər effektli olmaması və ya yoxluğu şəraitində həddən artıq 

suyun verilməsi nəticəsində qrunt suyunun səviyyəsinin qalxmasıdır. Bu isə 

ərazini su basmasına və ya bataqlaşmaya səbəb olur. Bundan.başqa torpaqdan 

yuyulub  aşağı  qatlara  aparılan  duzlar  qrunt  suyunun  tərkibindəki  duzlarla 

birlikdə torpaq profili boyu qalxaraq əkinçilik üçün olduqca əlverişsiz proses 

sayılan - torpağın təkrar şorlaşması baş verir. 

Əgər  tarla  və  suvarma  sistemi  səviyyəsində  irriqasiyanm  əsas  ekoloji 

problemi bataqlaşma və şorlaşmadırsa, çay hövzəsi səviyyəsində həll olmuş 

duzların  axınının  çoxalmasıdır.  N.F.  Qlazovskiyə  görə  dünyada  suvarılan 

torpaqlardan drenaj suları vasitəsilə axıdılan duzların cəmi ildə 2 

280 



milyard  ton  təşkil  edir.  Müqayisə  üçün  qeyd  edək  ki,  dünyanın  təbii  çay 

axınları ilə aparılan həll olan maddələrin miqdarı ildə 3 mld. ton təşkil edir. 

Suvarmanın  inkişafı  xüsusilə  tropik  ölkələrdə  adətən  bir  sıra  sosial 

problemlərlə  də  nəticələnir.  Onlardan  ən  mühüm  problem  maly^ıriya, 

şistomatoz və onkoserkoz xəstəliklərinin daşıyıcılarının artmasıdır. Suvarılan 

massivlərin  effektsiz  idarə  olunmasının  digər  nəticəsi  içməli  suların 

keyfiyyətinin pisləşməsi və yaşayış məntəqələrini su basması (bataq- laşma) 

sayılır. 

Suvarmanın  ekoloji  problemləri  irriqasiyanın  tam  dəyərinin  uçotunun 

aparılmasını  tələb  edir.  Bura  yalnız  suvarma  sisteminin  tikilməsinə  və 

istismarına  çəkilən  xərclər  deyil,  həm  də  ətraf  mühitin  vəziyyətinin 

pisləşməsinə,  ekoloji  məsələlərin  və  sosial-iqtisadi  problemlərin  həllinə 

çəkilən xərclər daxil edilməlidir. İrriqasiyanın belə tam dəyərini hesablamaq 

çətin  olsa  da  suvarma  sistemi  layihələrinin  həqiqi  effektivliyini 

qiymətləndirməyə kömək edərdi. 

Suvarılan ərazilərdə qida maddələrinin tarazlığının pozulması müşahidə 

olunur.  Bitkilərə  fasiləsiz  olaraq  qida  elementlərinin  daxil  olması  torpaqda 

üzvi  maddələrin  ehtiyatının,  hər  şeydən  əvvəl  humusun  artması  və  üzvi 

maddələri  minerallaşdıran  mikroorqanizmlərin  faydalı  qrupunun  aktiv 

fəaliyyəti ilə bağlıdır. Mikroorqanizmlər üçün torpağın optimal nəmliyi adətən 

bitki üçün optimuma yaxın olur. Odur ki, bitki üçün torpaqda optimum rejim 

yaratmaqla  mikroorqanizmlərin  miqdarının  və  fəaliyyətinin  artmasına  səbəb 

olur.  Bunun  nəticəsində  üzvi  maddələrin,  o  cümlədən  humusun  parçalanma 

prosesini  sürətləndirir.  Belə  şərait,  həm  də  üzvi  maddələrin  və  mineral  qida 

elementlərinin  bolluğu  şəraitində  mikroorqanizmlərin  həyat  fəaliyyətinin 

məhsulu olan yeni humusəmələgəlmə prosesinə və onun sürətlənməsinə səbəb 

olur. 

Beləliklə,  suvarma  şəraitində  torpaqda  eyni  zamanda  bir-birinə  əks  iki 



proses - sürətli parçalanma və yeni humusun və digər üzvi maddələrin əmələ 

gəlməsi  baş  verir.  Bu  proseslərin  dominanthğı  meliorasiya  və  aqrotexniki 

şəraitdən asılıdır. 

Suvarma  prosesi  torpağın  aqrokimyəvi  xassələrinin  dəyişməsinə  səbəb 

olur, bununla yanaşı, həm də torpağın fiziki vəziyyətinə təsir göstərir. 

Suvarma  prosesində  torpaq  suvarma  suyu  ilə  gətirilən  lillə  zənginləşir, 

qismən şum qatından lilin aşağı qatlara yuyulması müşahidə olunur. Suvarma 

suyu  xırda  hissəcikləri  yuyaraq  irriqasiya  eroziyası  yaradır,  bu,  suvarma 

suyunun axını güclü olduqda hətta az meyillikdə sahədə də baş verir. Bu zaman 

humus  və  bitki  üçün  mənimsənilən  qida  elementləri  də  yuyulub  aparılır. 

İrriqasiya eroziyası az meyilli sahələrdə baş verdiyi 

281 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə