Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə104/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   100   101   102   103   104   105   106   107   ...   216

bölünür.  Aşağıdakı  həşəratlar  kənd  təsərrüfatı  bitkilərinin  ən  qəddar 

zərərvericiləri  hesab  olunurlar:  məftilqurdu,  payızlıq  sovka,  danadişi,  taxıl 

milçəyi,  taxıl  mənənəsi,  zolaqlı  çörək  birəsi,  taxıl  sovkası,  ziyanlı  bağacıq, 

Kolorado  böcəyi,  qarayonca  taxtabitisi,  kələm  sovkası,  kələm,  soğan  və 

yerkökü milçəyi, kələm güvəsi, kələm mənənəsi və s. 

Gənələr  (0,2-1,5  mm).  Həşəratlarla  müqayisədə  kiçik  ölçülü  olur. 

Gənələrdən un gənəsi (un və emal olunmuş digər taxıl məhsullarını), tumurcuq 

gənəsi (qarağat üzərində) və s. daha böyük ziyan gətirir. 

Nematodlar (2 mm-ə kimi). Nematodlar girdə soxulcan formasında olur. 

Nematodlarm  qışlama  fazası  torpaqla  əlaqədardır.  Nematodlar-  dan  yulaf, 

kartof nematodları daha çox ziyanverici hesab olunur. 

İlbizlər.  İlbizlər  nəmlik  sevən  olub,  yağışlı  illərdə  kənd  təsərrüfatı 

bitkilərinə, xüsusən də tərəvəz bitkilərinə daha çox ziyan vurur. 



Gəmiricilər.  Ayrı-ayrı  illərdə  gəmiricilərin  (siçan,  çöl  siçanı,  sünbül- 

qıran, dağsiçanı, köstəbək və s.) külli miqdarda çoxalması tarla şəraitində kənd 

təsərrüfatı bitkilərinə, xüsusən də dənli bitkilərə zərər yetirir. 

Xəstəliklərin  təsnifatı.  Bitkilərin  xəstəliyi  dedikdə,  fıtopatogen  və  ya 

əlverişsiz  mühit  şəraitinin  təsiri  altında  bitkinin  hüceyrəsində,  ayrı-ayrı 

orqanlarında və ya bütövlükdə orqanizmdə maddələr mübadiləsinin pozulması 

başa  düşülür.  Bitki  xəstəlikləri  iki  qrupa  bölünür:  1)  əlverişsiz  mühit 

amillərinin təsiri (nəmlik və ya qida elementlərinin azlığı və ya izafi çoxluğu, 

yüksək və aşağı temperaturlar və s.) ilə yaranan yoluxucu olmayan xəstəliklər; 

2) müxtəlif fitopatogen orqanizmlərin (göbələklərin, bakteriyalarm, virusların 

və s.) törətdikləri yoluxucu xəstəliklər. 



Göbələklər  xlorofilsiz  ibtidai  bitkilər  qrupuna  aid  edilir.  Göbələklər 

sporlar və mitsellər vasitəsilə çoxalır. Müxtəlif növ göbələklərdə sporla- rın 

forması,  ölçüləri,  rəngi  və  digər  əlamətləri  müxtəlifdir.  Sporlar  külək,  su, 

həşəratlar, əmək alətləri vasitəsilə asanlıqla yayılır. Sporlar sağlam bitkilərə 

düşərək mühitin əlverişli şəraitində  göbələk tellərinin inkişafına səbəb olur. 

Göbələk  telləri  bitkinin  orqanizminə  daxil  olaraq  onu  yoluxdurur.  Tədricən 

bitkidə  ləkələr,  solma,  kif  və  s.  şəklində  xəstəlik  əlamətləri  yaranır.  Qış 

dövründə  göbələklər  toxum,  kök  yumrusu,  soğana-  qda,  bitki  qalıqlarında, 

anbarlarda,  torpaqda  və  s.  qışlayır.  Ən  geniş  yayılmış  göbələk  xəstəlikləri 

aşağıdakılardır: buğdanın qonur pas xəstəliyi (bitki yarpağının üst hissəsində 

yastıqcıqlar şəklində əmələ gəlir), 

272 



buğdanın sarı pas xəstəliyi (bitki yarpağında, sünbüllərdə xətvari sarı ləkələr 

əmələ  gəlir),  buğdanın  xətli  və  ya  gövdə  pas  xəstəliyi,  arpanın  cırtdan  pas 

xəstəliyi, buğda və arpanın sürmə xəstəlikləri, buğdanın bərk sürmə xəstəliyi, 

buğdanın kök çürüməsi xəstəliyi və s. 



Bakteriyalar  - bir hüceyrəli xırda mikroorqanizmlərdir. Onlar hərəkətli 

və hərəkətsiz ola bilirlər, sadə bölünmə yolu ilə çoxalırlar. Bitkinin daxilinə 

bakteriyalar  ağızcıqlar,  bitkiyə  əmək  alətlərinin  və  həşəratların  vurduğu 

zədələr vasitəsilə daxil olurlar. İnfeksiya toxumlar, bitki qalıqları, torpaq və s. 

vasitəsilə ötürülür. Buğdada əsasən bazal və qara ləkəli bakterioz xəstəlikləri 

geniş  yayılmışdır,  bu  zaman  yarpaq  üzərində  bozumtul-nəmli,  sonra  isə 

çəhrayı ləkələr əmələ gəlir. 

Viruslar  -  bitki  hüceyrəsi  daxilində  hüceyrə  quruluşu  olmayan  canlı 

zülaldır. Virus xəstəlikləri həşəratlar tərəfindən bir bitkidən digərinə ötürülür. 

Virus xəstəliklərinin yayılmasında mənənələr, gənələr, nema- todlar da iştirak 

edir.  Virus  xəstəlikləri  yarpaqlar  üzərində  ləkələrin  yaranması  ilə  başlayır, 

sonra yarpaqların və meyvələrin eybəcər formaya düşməsi ilə özünü göstərir. 

Kənd təsərrüfatı bitkilərindən kartof, örtülü qrunt şəraitində becərilən xiyar və 

pomidor virus xəstəliklərindən daha çox əziyyət ççəkir. 

Zərərvericilər  və  xəstəliklərlə  mübarizə  tədbirləri.  Kənd  təsərrüfatı 

bitkilərinin  zərərvericilərinə  və  xəstəliklərinə  qarşı  mübarizə  tədbirləri 

aşağıdakılardan  ibarətdir;  aqrotexniki,  mexaniki,  flziki,  bioloji,  kimyəvi, 

karantin. 

Aqrotexniki  üsul.  Bitki mühafizəsi sisteminin əsasını yüksək əkinçilik 

mədəniyyəti təşkil edir. Aqrotexniki tədbirlər aşağıdakılardan ibarətdir: əkin 

dövriyyəsinin tətbiqi, ərazi izolyasiyasmm gözlənilməsi (yəni sahə ətrafında 

sanitar zonanın yaradılması), becərmə və gübrələmə sisteminin gözlənilməsi, 

əkin və əspin müddətinə düzgün riayət edilməsi, toxumun səpinə hazırlanması 

(təmizlənməsi,  sortlaşdırılması  və  s.),  əkinlərə  qulluq  edilməsi  və  alaqlarla 

mübarizə,  xəstəliklərə  davamlı  sortlann  seçilməsi,  məhsulun  vaxtında 

yığılması,  məhsulun  anbarlarda  düzgün  saxlanılması  və  başqa  tədbirdər 

daxildir. 

Mexaniki  üsula  zərərvericilərin  tutulmasına,  onların  hərəkətinə  və  ya 

bitkinin  zədələməsinə  mane  olan  qurğuların  qurulması,  həmçinin  qış-  layan 

zərərvericilərin yuvalarının ağacdan təmizlənməsi, bağda və tarlada xəstə və 

qurumuş budaqların və bitki qalıqlarının kəsilməsi, sahədən 



273 


kənarlaşdınlması və s. aiddir. 

Fiziki  üsul  zərərvericilərin  və  xəstəlik  törədicilərin  yüksək  və  aşağı 

temperaturlar,  yüksək  gərginlikli  elektrik  cərəyanı,  ultrasəs  və  s.  vasitəsilə 

məhv edilməsindən ibarətdir. 

Bioloji  üsul  hər  hansı  bir  ərazidə  mövcud  olan  bitki,  heyvan  və  mik- 

roorqanizmlər  biosenozunun  məcmusunu  ətşkil  edir.  Kənd  təsərrüfatı 

yerlərinin  biosenozu  aqrobiosenozlar  adlanır.  Bu  da  onların  təbii 

biosenozlardan fərqləndiyini  göstərir. Orqanizmlər arasında bilavasitə və ya 

dolayı  yolla  olan  əlaqələr  biosenotik  əlaqələr  adlanır.  Orqanizmlər  arasında 

əlaqənin üç əsas forması var: simbioz, yırtıcı-şikar, parazit-sahib. Yırtıcıhq və 

parazitizm  təbiətdə  geniş  yayılmışdır.  Bir  orqanizmlərdən  istifadə  etməklə 

digər  orqanizmlərlə  mübarizə  vasitələri  qədimlərdən  insanlar  tərəfindən 

istifadə olunur. Parazit və yırtıcı həşəratlar adətən en- tomofaqlar adlanır. 

Zərərvericilərlə  bioloji  mübarizə  üsulları  onların  təbii  düşmənlərindən 

(parazit və yırtıcı) - həşəratlardan, mikroorqanizmlərdən, quş və heyvanlardan 

istifadə  edilməsi  prinsipinə  əsaslanır,  bu  metoddan  bir  neçə  istiqamətdə 

istifadə edilir: 

1)

 

təbii  düşmənlərin  süni  şəkildə  çoxaldılması  və  kütləvi  şəkildə 

təbiətə buraxılması. Bu məqsəddən ötrü, məsələn, yumurtayeyən trixoqram- 

dan istifadə olunur. Bu həşərat, uzunluğu 3 mm olub, kənd təsərrüfatı və meşə 

bitkilərinin  qəddar  zərərvericilərinin  paraziti  kimi  çıxış  edir.  Trixoqram  öz 

yumurtalarını sahibinin yumurtaları üzərinə qoyaraq onu məhv edir, bu qayda 

ilə  onun  80  növ  zərərvericini  məhv  etməsi  məlumdur.  Kənd  təsərrüfatı 

bitkisinin  növündən  asılı  olaraq  1  hektar  sahəyə  15-50  min  trixoqram 

buraxılır. 

2)

 

təbii  entomofaqların  mühafizəsi  və  fəallaşdırılması.  Bu  cür 

entomo-  faqlara  apanteles,  parabüzən,  taxıl  milçəyi  və  s.  aiddir.  Faydalı 

entomo-  faqları  qorumaqdan  ötrü  kimyəvi  vasitələrdən  ehtiyatla  istifadə 

olunmalı, aqrotexniki tədbirlər optimal müddətdə həyata keçirilməlidir. 



3)

 

biopreparatların tətbiqi. Entobakteriyalar - bakteriya sporlarm- dan, 

toksiki  zülal  kristallarından  ibarət  bakterial  preparatlardır.  Qida  ilə 

həşəratların orqanizminə daxil olaraq onları xəstələndirir. Bu üsulla təqribən 

50 növ həşərat məhv edilir. 



Kimyəvi  üsul  -  kimyəvi  vasitələrin  (pestisidlərin)  tətbiqi  ilə  zərərli 

orqanizmlərlə mübarizədir. İstifadə istiqamətindən asılı olaraq onlar aşağıdakı 

qruplara bölünürlər: 

insektisidlər - zərərverici həşəratlarla mübarizə vasitəsi (karbofos. 

274 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə