Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə101/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   97   98   99   100   101   102   103   104   ...   216

Gobcək  perspektiv  planda  istifadə  olunan  kimyəvi  maddələr  qadağan 

olunmalı və bioloji mübarizə üsulları ilə əvəz edilməlidir. Lakin təcili olaraq 

qadağan mümkün deyil. Keçid dövründə bəzi qaydalara riayət etmək lazımdır. 

Pestisidlərdən  lazım  olmadıqda  istifadə  etmək  olmaz,  zərərvericiləri 

başdan-başa  qırmağa  çalışmaq  lazım  deyil,  onun  sayını  aşağı  səviyyədə 

saxlamaq  kifayətdir.  Pestisidlərdən  istifadə  üçün  xüsusi  mütəxəssislər 

hazırlanmalıdır. 

Pestisidlər,  həmçinin  ətraf  mühitə  davamhğına  və  ya  biotoplanma 

xüsusiyyətinə  görə  ayrılır.  Belə  xassə  preparatların  kimyəvi  strukturu  və 

fiziki-kimyəvi  xüsusiyyətindən  asılıdır.  Ən  çox  davamlı  və  eyni  zamanda 

toplanma  xassələrinə  xlorüzvi  pestisidlər  malik  olub  onlar  qida  zəncirinin 

növbəti həlqələrində də toplanır. 

Torpaqda  parçalanma  dərəcəsinə  görə  pestisidlər  bölünür:  olduqca 

davamlı  -  toksik  olmayan  komponentlərə  parçalanması  2  ildən  artıqdır; 

davamlı (yarım ildən 2 ilə qədər); orta davamlı (6 aya qədər), az davamlı (1 

ay). 


Pestisidlər  torpaq,  bitki  və  heyvanlarda  toplanaraq  maddələrin  bioloji 

dövranının  normal  dövrəsində  pozuntular  yaradır  və  torpaq  ekosisteminin 

məhsuldarlığının aşağı düşməsinə səbəb olur. 

Biotransformasiya  prosesində  pestisidlər  detoksifikasiya  ilə  yanaşı, 



toksifikasiya da yer alır, yəni yüksək toksikliyə malik maddələr əmələ gəlir. 

Pestisidlərin toksiklik dərəcəsi, adətən təcrübəvi qrup orqanizmlərin 50%-də 

ölümə səbəb olan minimum doza ilə müqayisə edilir; bu doza «LD50» işarəsi 

ilə göstərilir. 

İnsan  və  istiqanlı  heyvanlar  üçün  toksiklik  dərəcəsinə  görə  pestisidlər 

aşağıdakı kimi bölünür: 

 

güclü təsir göstərən - LD



50

 50 mq/kq-a qədər canlı kütlə (metil- brom 

və b.); 

 



yüksək toksikli - LD

50

 200 mq/kq-a qədər (bazudin və b.); 

 

ortatoksik - LD



50

 1000 mq/kq-a qədər (mis kuporusu və b.); 

 

aztoksik  -  LD



50

  1000  mq/kq-dan  artıq  (bordos  mayesi,  vitavaks, 

dialen, neoron, kükürd və b.). 

Hazırda aqroekosistemdə bu və ya digər pestisidin toplanma təhlükəsini 

proqnozlaşdırmağı təmin edən riyazi metodlar hazırlanmışdır. 

Orqanizmə kompleks təsir dərəcəsinə görə pestisidlər dörd sinfə bölünür: 

1  -  son  dərəcə  təhlükəli»  II  -  yüksək  təhlükəli;  III  -  orta  təhlükəli;  IV  -  az 

təhlükəli.  Pestisidlərin  ekotoksikoloji  qiymətləndirilməsi  şka-  lası  da 

hazırlanmışdır. 

Göründüyü  kimi,  məhsul  istehsalının  yüksəldilməsində  pestisidlərdən 

istifadə edilməsi bir tərəfdən mühüm faktor sayılır, digər tərəfdən isə onlardan 

istifadə nəticəsində zərərvericilər, xəstəliklər və alaq bitkiləri 



265 


azalmır. Həm də insanın məhsul almaq uğrunda mübarizəsində aşağıdakı kimi 

yeni  rəqiblər  peyda  olur:  kənd  təsərrülutı  əvvəllər  əhəmiyyət  kəsb  etməyən 

həşəratlar; əvvəllər diqqəti cəlb etməyən bitki xəstəlikləri: nadir, bəzən hətta 

ekzotik alaq növləri. Ətraf mühitdə ilk baxışda qeyri- adi (qəribə) dəyişikliklər 

baş  verir.  Quşların  yumurtasının  qabığı  çox  nazik  və  yumşaq  olur;  su 

hövzələrində  balıqlar  qırılır;  quşların  (xüsusən  qida  zəncirinin  son 

həlqələrindəki  yırtıcı  quşların)  və  həşəratlarla  qidalanan  xırda  heyvanların 

sayı azalır, həşəratların sayı isə olduqca çoxalır. Məlum olduğu kimi, 1950-ci 

illərə qədər pambıq bitkisinin əsas zərərvericiləri pambıq biti və qoza qurdu 

sayılırdı.  DDT,  toksafen  və  digər  preparatlardan  geniş  istifadə  olunduqdan 

sonra  pambıq  sovkası,  tənbəki  yarpaqbükəni,  tənbəki  mənənəsi,  hörümçək 

gənəsinin miqdarı xeyli çoxaldı. 

Çiçəkli  bitkilərin  80%-ə  qədərini  tozlandıran  tozlayıcı  həşəratların 

pestisidlər  tərəfindən  məhv  edilməsi  arılara  böyük  zərər  yetirdi.  Məsələn, 

Kaliforniyada  (ABŞ)  səpinlərə  aviasiya  vasitəsilə  pestisidlərin  səpilməsi  arı 

ailələrinin 10...20%-ni məhv etdi. Belə vəziyyət  Bolqarıstan, Polşa və digər 

ölkələrdə də qeydə alınmışdır. 

Herbisidlərin  köməyi  ilə  «birinci  nəsil»  alaqlardan  təmizlənən  tarlanı 

herbisidlərə  daha  davamlı,  əvvəllər  tək-tək  rast  gəlinən  bitki  növləri  -  çöl 

qatırquyruğu,  dəvədabanı,  yulafea  (haçaquyruq),  tülküquyruğu,  dara-  qotu 

(ayrıqotu) və s. zəbt edir. 

1970-ci  ilin  ortalarında  pestisidlərdən  istifadə  nəticəsində  zəhrələnən 

ərazilərdə  (keçmiş  SSRİ)  şam  meşələrində  məskunlaşan  ov  heyvanlarının 

(sığın, qaban və dovşanların 40%-i), ördək və qazların 77%-i, şirin- sulu su 

hövzələrində yaşayan balıqların 30%-i məhv olmuşdur. 

Aşağıda göstərilən statistik rəqəmlər maraq doğurur, belə ki, ona əsasən 

1938-ci  ildə  pestisidlərə  qarşı  cəm  7  zərərverici  həşərat  növü  məlum  idi, 

1984-cü ildə bir və daha çox akarasidlərə və ya insektisidlərə qarşı rezistentlik 

(lat.  resistere  -  müqavimət  göstərmək)  artıq  450  növdə  qeydə  alındı. 

Pestisidlərə qarşı davamlı 150-dən artıq fitopatogen orqanizm, 50 alaq növü və 

10 xırda məməlilər və nematodlar qeydə alındı. 

Pestisidlərin  tətbiqi  ilə  əlaqədar  yadda  saxlamaq  lazımdır  ki,  onlar  öz 

fəaliyyəti  ilə  torpağın  münbitliyini  saxlayan  torpaq  canlılarına  mənfi  təsir 

göstərir.  Pestisidlər  (xüsusilə  mistərkibli)  qismən  nitrifikasiya  prosesini 

məhv edir. Sokolova və b. (1994) görə herbisidlər (istifadə dozasından asılı 

olaraq) mikrobosenoza təsir göstərərək, gemeostazı pozur, stres yaradır (bərpa 

olunan  depresiya  və  ya  müvəqqəti  həyat  fəaliyyətinin  sıxışdırılması), 

resistentliyi və dominantlıq formasını dəyişdirir, həmçinin repressiyaya səbəb 

olur (bərpa olunmayan reaksiya). 

Ot örtüyü olmayan və ya az olan sahələrdə herbisidlərdən istifadə 



266 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə