Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə99/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   95   96   97   98   99   100   101   102   ...   216

Gübrələrdən  çox  miqdarda  və  uzun  müddəl  istifadə  etdikdə  səthi  və 

yeraltı  sulara  daha  çox  nitratlar  daxil  olaraq  onu  içmək  üçün  yararsız  edir. 

Əgər  azot  gübrəsi  1  hektara  ildə  150  kq-a  qədər  istifadə  edilərsə,  onun 

həcminin  10%-i  təbii  sulara  daxil  olur,  nitratlar  yeraltı  suya  daxil  olduqda 

xüsusilə ciddi problem yaranır. 

Kənd  təsərrüfatının  mineral  gübrələrdən  asılı  olması  azot  və  fosforun 

qlobal tsiklinə ciddi təsir göstərir. 

Azot gübrələrinin sənaye istehsalı azotun qlobal balansının pozulmasına 

səbəb  olmuşdur.  Azotun  çox  olması  torpağın  turşuluğunu,  həmçinin  onun 

tərkibindəki üzvi maddələrin miqdarını dəyişə- bilər. Bu isə torpaqdan qida 

maddələrinin yuyulub aparılmasına və təbii suların keyfiyyətinin pisləşməsinə 

gətirib çıxarır. 

Q.N.  Qolubevə  (1999)  görə  torpaq  eroziyası  zamanı  yamaclardan 

yuyulub  aparılan  fosforun  miqdarı  ildə  50  mln.  ton  təşkil  edir.  Digər  bir 

mənbəyə əsasən, 1990-cı ildə tarlaya verilən fosforun miqdarı qədər (33 mln. 

ton)  çaylar  okeana  fosfor  axıtmışdır.  Fosforun  qazşəkilli  birləşməsi 

olmadığından o, özünün ağırlıq qüvvəfsi ilə, əsasən sular vasitəsilə okeanlara 

axır.Bu isə quruda fosforun xroniki defisitinə və daha bir qlobal geoekoloji 

böhrana gətirib çıxarır. 

Onu  da  qeyd  edək  ki,  gübrələrlə  torpağa  verilən  fosfor  praktiki  olaraq 

torpaqdan  yuyulmur.  Su  hövzələrinin  fosforla  çirklənməsinin  əsas  mənbəyi 

kənd təsərrüfatı deyil, sənaye və məişət suları  sayılır. Suların  fosforla kənd 

təsərrüfatı  vasitəsilə  çirklənməsinin  payına  10-15%  düşür.  Son  vaxtlar 

fosforla  çirklənmənin  böyük  mənbəyi  tərkibində  polifosfat-  lar  olan  yuyucu 

vasitələrdir.  Su  hövzələrində  çoxlu  fosfatların  toplanması  həmçinin  onların 

evtrofikasiyası  ilə  bağlıdır.  Fosfor  gübrələrinin  spesifik  xüsusiyyətlərindən 

biri  də  onların  böyük  dozalarla  istifadəsi  torpaqda  digər  arzuolunmaz 

elementlərin  toplanmasıdır:  stabil  stronsium,  itor,  uranın  təbii  radioaktiv 

birləşmələri, radium, torium. 

Bitkinin  üçüncü  əsas  qida  elementi  sayılan  kalium  ətraf  mühitə 

əhəmiyyətli dərəcədə təsir göstərmir. Lakin kalium gübrəsi ilə bərabər çoxlu 

xlor da verilir, onun qrunt sularına daxil olması arzu olunmazdır. 

Bütün bitkilərin əkininin məhsuldarlığının gübrədən istifadədən asılılığı 

bir-birinə oxşardır: gübrələrin təsirindən ilk illər bitkinin məhsuldarlığı artır. 

Sonrakı illər məhsul artımı azalır, sonra isə artım müşahidə olunmur, bəzən 

hətta azalmağa doğru da gedir. 

Kənd  təsərrüfatının  elmi-əsaslanmış  strategiyası  gübrələrin  miqdarının 

azaldılmasının  mümkünlüyünün  tədqiqi,  onun  istifadəsinin  optimal 

səviyyəsinin  axtarışı  və  eroziyaya  qarşı  mübarizə  aparmaq  istiqamətinə 

yönəldilməlidir. 



260 


12.2.

 

BİTKİ MÜHAFİZƏSİNDƏ 

KİMYƏVİ VASİTƏLƏRİN TƏTBİQİ 

Becərilən bitkilərin səpin əkinlərinin xəstəliklərdən, zərərvericilərdən və 

alaq otlarından mühafizə probleminin qədim tarixi vardır. Xəstəliklərə qarşı 

ilk  tövsiyə  hələ  eramızdan  əvvəl  460-cı  illərdə  Demokrit  tərəfindən 

hazırlanmışdır. O, bitkini sürmə göbələklərindən mühafizə məqsədilə taxılın 

toxumlarını  səpindən  qabaq  dovşan  kələminin  şirəsi  ilə  islatmağı  məsləhət 

görmüşdür. 

1845-1869-cu illər ərzində fitoftora infestans göbələyi tərəfindən kartof 

bitksinin xəstəliyə tutulması və tamamilə məhv olması ilə əlaqədar İrlandiyada 

1  mln.-a  yaxın  adam  acından  ölmüş,  500  min  nəfər  isə  digər  ölkələrə 

miqrasiya etmişdir. 1880-ci ildə Seylonda (hazırda Şri-Lanka adası və dövləti 

adlanır)  göbələk  törədicisi  pas  xəstəliyindən  bütün  kofe  ağacları  sıradan 

çıxmışdır.  O  vaxtdan  indiki  dövrə  qədər  orada  kofe  ağacı  əvəzinə  məşhur 

seylon çayı becərilir. 

Bitkinin  xəstəliklərdən  kimyəvi  mühafizəsi  üzrə  faktiki  məqsədyönlü 

tədqiqatlar 1882-ci ildən başlanmışdır. İlk dəfə üzüm bitkisində xəstəliklərin 

qarşısını almaq məqsədilə mis kuporusu və əhənglə çiləmə üsulundan istifadə 

edilmişdir. 

100 ildən artıqdır ki, xəstəlik törədiciləri ilə,  zərərverici həşəratlarla və 

alaq  otları  ilə  mübarizədə  kimyəvi  vasitələrdən  istifadə  edilir.  Bu  mübarizə 

tədbirləri Böyük Vətən Müharibəsindən sonra geniş tətbiq olunmağa başladı. 

FAO-nun məlumatına əsasən, hər il zərərverici həşəratlar, xəstəliklər və 

alaq otlarının təsirindən dünya kənd təsərrüfatı 75 mlrd, dollar itirir. 

Rusiyada potensial məhsul itkisi 71,3 ton dən vahidi təşkil edir. Bunun 

xəstəlik  törədicilərin  payına  45,1%,  alaq  bitkilərininkinə  31,4%  və  bitki 

zərərvericilərinin payına 23,5% düşür (Sokolov və b., 1994). 

ABŞ-da bir orta statistik fermer qida maddələri ilə 7 adamı, 1970-ci ildə 

46, 1980-ci ildə isə 55 adamı təmin etmişdir. Bu göstəricilərin artımı bitkinin 

kimyəvi vasitələrlə mühafizəsi (BKVM) tədbiri nəticəsində əldə olunmuşdur. 

Bununla əlaqədar olaraq 1980-ci ilin əvvəlində BKVM istehsalı 2,3...2,5 

mln. tona çatdı. BKVM-in qiymət ifadəsi ilə dünyada istifadəsi 1986-cı ildə 

17,5  mlrd,  dollar  təşkil  etmişdir.  Bütün  dünyada  preparatların  ümumi 

miqdarından ABŞ və Kanadanın payına 33%, Qərbi Avropa dövlətlərinin - 25, 

Cənubi-şərqi Asyanın- 22, Şərqi Avropa (Rusiya daxil) - 10, Latın Amerikası 

-9, Avstraliya və Yeni Zenlandiya - 1% təşkil etmişdir. İtaliyada 1 ha səpinə 21 

kq BKVM, Yaponiyada - 16 kq, digər inkişaf etmiş Qərbi Avropa ölkələrində 

orta hesabla 2...3, keçmiş Sovet 

261 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə