Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə100/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   96   97   98   99   100   101   102   103   ...   216

ittifaqı  respublikalarında  0,6-dan  (Estoniya)  13,2  kq  (Moldaviya),  bütün 

dünyada orta hesabla 1 ha-ra 0,3..0,4 kq (Sokolov vo b., 1994). 



Cədvəl 12.4 

Dünya əkinçiliyində kənd təsərrüfatı bitkiləri məhsulunun itkisi 

(Sokolov və b., 1994) 

Bitki 


Mə ısulun itkisi, %, tərəfindən 

Zərərverici 

lər 

Xəstəliklər  Alaq otları 



Cəmi 

Buğda 


5,0 

9,1 


9,8 

23,9 


Qarğıdalı 

12,4 


9,4 

13,0 


34,8 

Darı, sorqo 

9,6 

10,6 


17,8 

38,0 


Çəltik 

26,7 


8,9 

10,8 


46,4 

Pambıq 


11,0 

9,1 


4,5 

24,6 


Soya 

4,5 


11,1 

13,5 


29,1 

Kartof 


6,5 

21,8 


4,0 

32,3 


Pomidor (tomat) 

7,5 


11,6 

5,4 


24,5 

Bitkinin  kimyəvi  vasitələrlə  mühafizəsinin  ümumi  yığcam  adı  - 

«pestisidlər»  (lat.  pestis  -  yoluxucu  xəstəlik,  caedo  -  öldürürəm) 

adlandırılmışdır.  Müxtəlif  məlumatlara  əsasən  dünyada  lOOO-dən  artıq 

kimyəvi  birləşmələr  vardır,  onların  əsasında  10  minlərlə  pestisid  formaları 

preparatları buraxılır. 



12.2.1.

 

Pestisidlərdən istifadənin ekoloji problemləri 

Məhsulun  -çox  hissəsi  tarlada  və  ya  sonra  anbarlarda  zərərvericilər 

tərəfindən  və  xəstəliklər  nəticəsində  məhv  olur.  Kənd  təsərrüfatı 

zərərvericilərilə,  həşərat,  gəmiricilər,  göbələk,  alaq  otları  ilə  əsas  mübarizə 

istiqamətlərindən  biri  pestisidlər  adlanan  kimyəvi  maddələrdən  istifadə 

etməkdir. Pestisidlər aşağıdakı əsas siniflərə bölünür: akarisidlər - gənələr- lə 

mübarizədə  istifadə  edilən  maddələr;  antifidinqlər  -  cücüləri  onl

qidalandığı şeydən qorxub çəkindirən maddələr; insektisidlər - zərərli cücüləri 

məhv edən maddələr; herbisidlər - alaq bitkilərinə qarşı mübarizədə istifadə 

edilən  preparatlar;  zoosidlər  -  zərərli  onurğalı  heyvanları  məhv  edən* 

zəhərlər; bakterisidlər, virusosidlər, funqisidlər bitkilərlə vi- ruslu və göbələk 

xəstəliklərilə mübarizə aparmaq üçün istifadə edilən maddələr; nematosidlər - 

bitkilərdə  nematod  xəstəliyinin  törədicisi  olan  girdə  qurdları  məhv  edən 

preparatlar; molyuskosidlər - zərərli ilbizləri məhv edən maddələr. 

ABŞ-da 160 növdə patogen göbələk və bakteriyalarla, 250 virus növləri, 

8000 həşərat və gənə növləri, 2000 alaq otları ilə mübarizə aparılma 



262 


sı lazım gəlir. 

Dünyada  180  pestisid  növündən  və  bir  neçə  min  preparat  formasından 

istifadə edilir. 

 

Şəkil 12.2. Pestisidlərin ətraf mühitdə sirkulyasiyası (N.N.Melnikov, 1977) 



Pestisidlərdən  istifadənin  bir  çox  problemləri  onların  ksenobiotik,  yəni 

təbiət üçün yad kimyəvi birləşmələr olmalarından irəli gəlir. 

Ümumdünya  Səhiyyə  Təşkilatının  (ÜST)  verdiyi  qiymətə  görə  bütün 

dünyada pestisidlərin istifadəsindən hər il 20000 adam ölür və 1 milyona yaxın 

adam  zəhərlənərək  sağlamlığını  itirir.  Əgər  dünyada  pestisidlərdən  istifadə 

çoxalarsa ona müvafiq olaraq xəstəliklər və ölüm hadisəsi də artar. 

Pestisidlər  təbiətə  də  ciddi  təsir  göstərir.  Adətən,  istifadə  olunan 

pestisidlərin  yalnız  bir  faizindən  istənilən  məqsəd  əldə  etmək  olur,  qalan 

99%-i ətraf mühitə düşərək torpağı, havanı çirkləndirir, biotanı zəhərləyərək 

çox  vaxt  gözlənilməz  nəticələr  verir.  Torpağın  münbitliyində  torpaq  biotası 

böyük  rol  oynayır.  Zərərvericiləri  pestisidlərlə  məhv  edərkən  torpaq 

orqanizmlərin,  o  cümlədən  torpaq  soğulcanlarmın  sayını  azaldır.  Bununla 

əlaqədar qara torpaqlarda torpaq soğulcanlarmın miqdarı on və yüz dəfələrlə 

azalıb. 


Müxtəlif  pestisidlər  landşafta  və  onun  komponentlərinə  mənfi  təsir 

göstərir. Pestisidlərlə daha çox zərər çəkən heyvan qrupları çoxa doğru sıra ilə 

aşağıdakı kiidir: onurğasızlar, balıqlar, quşlar, məməlilər, mikro- orqanizmlər. 

Ətraf  mühitə  düşən  pestisid  bioakkumulyasiya  prosesinə  qoşulur,  bu 

zaman pestisid qida zənciri ilə hərəkət etdikcə onun konsentrasiyası dəfələrlə 

(yüz min dəfəyə qədər) arta bilər. 



263 


Kanserogen  xassəli  olduğu  üçün  DDT  pestisidinin  (dust)  istifadəsi 

1970-1973-cü  ildən  etibarən  dünyanın  demək  olar  ki,  hər  yerində  qadağan 

olunmuşdur. 

Ekspertlərin  hesablamalarına  əsasən  istifadə  olunan  pestisidlərin  çoxu 

həşaratları  məhv  etməyə  sərf  olunur.  Məsələn,  son  25  ildə  (1982-ci  il 

məlumatı) dünyada istehsal olunmuş 4,5 mln. ton DDT-nin 1 mln. tonu Yer 

kürəsində  parçalanmadan  paylanmışdır.(Qasımov,  2003).  Pestisidlərdən 

istifadə olunmayan ərazilərdə də hətta ona rast gəlinir. Məsələn, Antarktidada 

morjlarm piy qatında. 

Hesablamalar göstərir ki, atmosfer havasından torpağın səthinə DDT-nin 

çökməsi üçün 4 il lazımdır. Torpaqda isə o, 20 ilə qədər qala bilər. Bu, DDT-in 

suda pis həll olması, yüksək temperatura davamlılığı, yağlarda və lipidlərdə 

yaxşı həll olması ilə əlaqədardır. 

M.Avazovanın (2003) apardığı müşahidələr göstərir ki, respublikamızda 

ən  böhranlı  ekotoksikoloji  şərait  keçmiş  pambıq  və  taxıl  yetişdirilən 

rayonların ərazilərində (0,1, 086-0,01 UVQH) qeydə alınmışdır. 

Respublikamızda  1980-cı  ilin  ortalarına  qədər  pestisidlərdən  istifadə 

olunmuşdur, hələ indiyə kimi Göyçay və Türyançay hövzəsində torpaqlarda 

qalıq  pestisidlərə  rast  gəlinir.  DDT-nin  1945-ci  ildən  tətbiqindən  sonra 

əvvəllər  pambıq  bitkisində  müşahidə  olunmayan  digər  pambıq  biti,  pambıq 

sovkası, gənə, mənənə və s. cücülərin çoxalması baş verdi. K.Edvardsa görə 

T

50

 DDT-nin torpaqda qalma müddəti torpağın nəmliyindən çox asılıdır. Belə 

ki,  mülayim  qurşaq  rayonlarında  o,  2,5  il,  subtropik  və  tropik  ölkələrin 

torpaqlarında isə cəmi 3-9 ay qala bilir. 

Tədqiqat materialları və çoxillik müşahidələr göstərir ki, DDT-in yüksək 

qalıq miqdarı ən çox gilli torpaqlarda rast gəlinir. Bu torpaqlarda profil boyu 

dərinə getdikcə qalıq miqdarı azalır. Yüngül gillicəli və qumsal torpaqlarda isə 

bunun əksi müşahidə olunur (X.M.Qasımov, 2003). 

Pestisidlərdən  istifadənin  digər  ciddi  problemi  ziyanvericilərin  ona 

alışmasıdır, bu alışma sonrakı nəsillərə də keçərək pestisidlərin effektivliyini 

aşağı  salır  və  yeni-yeni  kimyəvi  maddələrdən  istifadəyə  məcbur  edir. 



Rezistentlik  adlanan  bu  hadisədə  həşaratların  onlarla  kütləvi  növlərinin 

istifadə  olunan  əsas  birləşmə  siniflərinə  qarşı  hissiyyat  göstərmir.  Bura  ev 

milçəyi,  tarakan,  Kolorado  kartof  böcəyi,  kələm  güvəsi  və  s.-ni  misal 

göstərmək olar. İstifadə olunan pestisidlərdə rezistentlik 10-30 nəsildən sonra 

baş  verir.  Odur  ki,  yaxın  gələcəkdə  pestisidlərdən  istifadənin  hazırkı 

strategiyasında bütün əsas ziyanvericilər rezistent ola bilər. 

Pestisidlərdən  istifadənin  problemlərini  ümumləşdirsək  belə  nəticəyə 

gəlmək  olar  ki,  əsas  təhlükə  ekosferin  həyat  təmin  edici  xassələrinin 

pozulması və insanların sağlamlığının pisləşməsidir. 

264 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə