Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə102/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   98   99   100   101   102   103   104   105   ...   216

olunduqda torpaq eroziyası prosesinin inkişaf ehtimalı dəfələrlə artır. 

Su biosferin əsas komponenti və biotanm mövcudluğu üçün əvəzolunmaz 

faktoru  olub  pestisidlərin  əsas  nəqletmə  (hərəkət)  vasitəsi  sayılır.  Geniş 

ərazilərdə  mütəmadi  olaraq  davamlı  lipofil  pestisidlərdən  istifadə  edilməsi 

(sutoplayıcı sahənin bir hissəsində) su hövzələrinin çirklənməsinə səbəb olur. 

Toksikantlar  maye  və  sülb  axınlarla  qarışır.  Səth  sularının  pestisidlərlə 

çirklənməsi  qəzalar  nəticəsində,  həmçinin  preparatların  nəql  olunması  və 

saxlanması  qaydalarına  riayət  edilmədikdə,  pestisidlər  istifadə  olunan 

sahələrdən səthi axım və ya drenaj sularının axma prosesində baş verir. Kasp. 

NİPX-nın  məlumatına  əsasən  Volqa  çayının  aşağı  axınında  və  deltasında 

zəhərli  kimyəvi  maddələrin  miqdarı  bəzən  YVK-dan  min  dəfə  çox  olur 

(xüsusən  kimyəvi  maddələr  tətbiq  olunan  tarlalardan  drenaj  suları  axıdılan 

yerlərdə). 

Pestisidlərdən  istifadə  olunmasının  dünyəvi  praktikası  onların  özündə 

potensial  təhlükə  daşıdığını  sübut  edir.  İnsan  üçün  qeyri-toksik  pestisid 

yoxdur.  Müəyyən  şəraitdə  ilk  növbədə  pestisidlərdən  istifadə  edildikdə, 

məhdudiyyət  pozulduqda  onların  saxlanma  və  istifadə  qaydalarına  riayət 

edilmədikdə onların insanlara allergent, kanserogen, dəri-sorma, mutagen və 

ya  blastomogen,  teratogen,  embriotoksik  və  embrio-  trop  təsiri,  güclü  təsir 

göstərən zəhərli maddələrlə zəhərlənməsi ehtimalı mövcuddur. 

Hər  bir  pestisid  ekosistemə  tətbiq  edildikdə  onda  dərin  dəyişikliklər 

yaratması qaçılmazdır. Pestisidlərin təsiri heç vaxt birmənalı (birtərəfli) olmur. 

Bütün  pestisidlərə  xas  olan  xassələrə  əsaslanaraq  aşağıdakıları  qeyd 

etmək olar: 

 

pestisidlər üçün, bir qayda olaraq, biosferin canlı  maddələrinə geniş 



diapazonda toksik təsir göstərmək səciyyəvidir; 

 



pestisidlər heyvanlar və insanlar üçün olduqca toksikdir; 

 



pestisidlərdən istifadə olunduqda yalnız təsir göstəricilər obyekt deyil, 

həm  də,  hədəfə  alınmayan  digər  növlər  də,  o  cümlədən  hədəfə  alınan 

formaların təbii düşmənləri və parazitləri də zədələnir (ziyan çəkir); 

 



pestisidlər həmişə populyasiyalara qarşı istifadə olunur; 

 



pestisid  qalıqları  qida  (trofık)  zəncirlərdə  toplanır  və  biokonsen- 

trasiya olunur; 

 

pestisid qalıqları istifadə edilən ərazidən də kənara çıxa bilir; 



 

zərərli orqanizmlərin pestisidlərə qarşı rezistent formaları peyda olur; 



 

bəzi faydalı orqanizmlər məhv olur və biosenozda qarşılıqlı əlaqələrin 



dərindən pozulması baş verir; 

 



bir sıra preparatların biotaya patoloji və genetik təsiri ilə əlaqə 

267 


dar uzaq nəticələrin ehtimalı çoxalır. 

Baş  verən  dəyişikliklər  axırda  biotik  potensialın  azalmasına  və  bioloji 

tarazlığın  pozulmasına  səbəb  olur,  bu  isə  biosfer  proseslərində  kəskin 

dissonans (qarışıqlıq, pozuntu) yarada bilər. 

Pestisidlərdən istifadə etdikdə kimyalaşdırma məsələlərini həll edərkən 

müsbət  və  potensial  mənfi  effektlər  arasında  dəqiq  balansın  saxlanmasını 

obyektiv  reallıq  tələb  edir.  Aşağıdakı  üç  əsas  əlaqənin  idarə  olunması 

vacibdir: pestisidlərlə onların məqsədi arasında qarşılıqlı əlaqə: ləbıi və süni 

yaradılan ekosistemlərdə pestisidlərlə ətraf mühit arasında qarşılıqlı əlaqə və 

pestisid - qida - insan zəncirində qarşılıqlı əlaqə. 

Bioloji üsulun əsas istiqaməti - zərərvericilərə qarşı faydalı həşəratlardan 

və  gənələrdən  (entomofaqlardan)  istifadə  olunması  sayılır.  En-  tomofaqlar 

təbiətdə yırtıcı olub aktiv həyat tərzi keçirir, bir və ya bir neçə zərərverici növü 

və  onların  parazitlərinin  (parazitoidlərin)  çoxlu  fərdləri  ilə  qidalanır.  Ən 

məlum  olan  və  geniş  istifadə  edilən  yırtıcılardan  xanımböcəyi  (parabüzən), 

qızıl kəpənək, haf. qarışqalar, oxuyan milçək (muxu) və s. göstərmək olar. 

Bioloji  mübarizə  üçün  parazitlərdən  çox  vaxt  zərqanadlı  həşəratlardan 

(trixoqramma, brakonidlər, ixnevmonidlər, telenomuslar, enkarzin- lər və b.) 

və  milçəklərdən  (taxinlər  və  b.)  istifadə  olunur.  Kənar  ölkələrdən  gətirilən 

karantin  zərərvericilər  bitkilər  üçün  daha  təhlükəlidir.  Yeni  məskən  saldığı 

rayonlarda  onların  düşmənləri  olmadığından  daha  çox  zərər  yetirə  bilirlər. 

Belə  zərərvericilərlə  ən  effektiv  mübarizə  tədbiri  onların  öz  vətənlərindəki 

entomofaqlarm  introduksiya  edilməsidir.  Gətirilən  yırtıcılar  və  parazitlər  ya 

yem  şəraitdə  akklimatizasiya  olunur,  yaxud  da  biolaboratoriyalarda 

yetişdirilərək  təbiətə  buraxılır  və  orada  onlar  müvəffəqiyyətlə  kimyəvi 

mübarizə üsulunu əvəz edirlər. 

Yerli  entomofaqlarm  mühafizəsi  üzrə  tədbirlər  böyük  əhəmiyyətə 

malikdir:  mikroqoruqların  yaradılması,  ərazi  üzrə  bəzi  növlər  (məsələn, 

qarışqalar)  qorunmalı,  yaşlı  parazitləri  yemləmək  üçün  kənd  təsərrüfatı 

sahələri yaxınlığında nektarverən bitkilərin səpinini aparmalı, entomo- faqlar 

üçün təhlükəsiz vaxtlarda yüksək selektiv pestisidlərdən istifadə edilməsi və s. 

Faydalı  orqanizmlərin  bioloji  xüsusiyyətlərinin  öyrənilməsi  və  onların 

inkişafını  təmin  edən  metodların  hazırlanması  biosenotik  tarazlığın 

saxlanmasını  təmin  edir  və  zərərli  orqanizmlərlə  kimyəvi  mübarizə 

vasitələrinin istifadəsini azaldır, hətta onun tətbiq olunmasına ehtiyac qalmır. 

Bitkilərin xəstəliklərdən mühafizə işində də bioloji vasitələrdən istifadə 

olunmağa  başlanmışdır.  Belə  ki,  xiyar  bitkisinin  unlu  şehlicə  xəstəliyinin 

hiperparazitjnin öyrənilməsi əsasında preparat hazırlanmışdır, bu 



268 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə