Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə105/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   101   102   103   104   105   106   107   108   ...   216

metafos, xlorofos, fosfamid, heksaxloran və s.); 

akarisidlər - gənələrlə mübarizə vasitəsi (akreks, tedion və s.); 

funqisidlər  -  bitki  xəstəliklərinə  (göbələk,  bakterial,  virus)  qarşı 

mübarizə vasitələri (polikarbasin, sineb, bayleton , tilt və s.); 



nematisidlər  -  nematodlarla  mübarizə  vasitəsi  (karbation,  tiazon,  DD, 

heterofos və s.); 



rodentisidlər  -  gəmiricilərlə  mübarizə  vasitəsi  (zookumarin,  difena- 

kum, qliftor və s.); 

Orqanizmə  daxil  olma  xüsusiyyətlərinə  görə  pestisidlər  aşağıdakı 

qruplara bölünür: 1) qida vasitəsilə daxil olanlar; 2) səth örtüyü vasitəsilə daxil 

olanlar; 3) tənəffüs vasitəsilə daxil olanlar. 

Pestisidlərin  tətbiq  metodları  müxtəlifdir:  tozlandırmaq,  çiləmək, 

toxumları zəhərləmək, zəhərli tələlərdən istifadə etməklə. 

Karantin üsulu - zərərvericilərin və xəstəliklərin xarici ölkələrdən daxil 

olmasının qarşısını  almaq və  ya ölkə daxilində hərəkətini  məhdudlaşdırmaq 

üçün həyata keçirilən dövlət tədbirləri hesab olunur. 

Zərərvericilərlə yeni mübarizə üsulları. Zərərvericilərlə yeni mübarizə 

metodları  feromonlardan,  hormonlardan  və  onların  sintetik  analoqlarından 

istifadə etməklə, həmçinin sterelizə olunmuş fərdlərin təbiətə buraxılması ilə 

həyata  keçirilir.  Feromonlar  -  xüsusi  iyli  maddələr  olub,  əks  cinsdən  olan 

fərdləri  cəlb  etmək  və  tələyə  salmaq  məqsədilə  tətbiq  olunur.  Hormonlar  - 

həşəratlarda  fizioloji  prosesləri  sürətləndirmək  və  ya  ləngitməklə  onların 

inkiaşf tsikllərini pozur. 

12.3.

 

TORPAĞIN ƏHƏNGLƏNMƏSİNİN 

EKOLOJİ ASPEKTLƏRİ 

Atmosfer,  hidrosfer  və  quruda  turşuluq  proseslərinin  aktivləşməsi  ilk 

növbədə  antropogen  faktorlarla  -  kükürd  və  azot  birləşmələrinin  tex-  nogen 

tullantılarının  təsiri  nəticəsində  baş  verir.  Y.A.İzraelin  (1984)  məlumatına 

görə  yalnız  keçmiş  SSRİ-nin  qərb  sərhədindən  gətirilən  turşulu  yağışlar 

nəticəsində ölkənin şimal-qərb hissəsində kənd təsərrüfatına hər il 100 mln. 

rubl, zərər dəyir (burada torpağın turşusuzlaşdırılması üçün hər il 3,5 mln. ton 

əhəng lazımdır). 

Antropogen turşulu  yağışların  mənbəyi  qazıntı  yanacaqlarının, xüsusilə 

daş  kömürün  İES-də,  qazanxanalarda,  metallurgiyada,  neft-  kimya 

sənayesində, nəqliyyatda və s. yandırılması prosesi sayılır. 

Ümumiyyətlə,  turşuluğu  (pH)  5,6-dan  aşağı  olan  yağıntıların  «turşulu 

yağışlar» adlandırılması qəbul olunmuşdur, indiyə qədər məlum olan ən turş 

yağış Kanadada (pH 2,4) və ABŞ-m  Los-Anceles şəhərində (pH 2,3) qeydə 

alınmışdır. Bu yağışlarda turşuluq mətbəx sirkəsi tündlüyünə, 

275 



yaxud da limon şirəsi turşuluğuna bərabər olur. 

Məlum olduğu kimi, turş torpaqlarda mineral gübrələrin effektliyi 

30..

 

.40% aşağı düşür, azotun səmərəli (məhsuldar) olmayan itkisi çoxalır, 



qida  elementlərinin  mədəni  bitkilərə  daxil  olması  pozulur,  məhsullarda  ağır 

metallar və radionuklidlər intensiv toplanır, məhsulun keyfiyyəti aşağı düşür, 

aqrosenozların əlverişsiz hava şəraitinə davamhğı azalır. Torpağın əlverişsiz 

turşuluğunun təsirilə hər il itirilən məhsulun miqdarı taxıl dəni hesabı ilə 10-12 

mln. ton qiymətləndirilir. 

Torpağın əhənglənməsi hidrogen və alüminium ionlarının Ca və Mg-la 

əvəz  olunmasına  əsaslanıb  turş  torpaqların  əsaslı  yaxşılaşdırılmasının  əsas 

üsulu  sayılır.  Torpaqlar  turşuluq  dərəcəsinə  və  melioranta  tələbinə  görə 

aşağıdakı kimi bölünür: 

Kənd təsərrüfatı bitkilərinin əksəriyyəti torpağın  pH-ı  6,0...6,5 olduqda 

yaxşı inkişaf edir. Torpağın turşuluğa münasibəti və əhəngləməyə həssaslığına 

görə bitkiləri beş qrupa ayırırlar. 

I

 

qrup - turşuluğa olduqca həssas bitkilər: pambıq, xaşa, şəkər,  yem və 



mətbəx çuğunduru, kələm, kənaf (çətənə), yonca. Bu bitkilər yalnız neytral və 

ya  zəif  turş  (pH7...8)  torpaqlarda  yaxşı  bitir  və  hətta  zəif  turş  torpaqlarda 

əhəngin verilməsinə olduqca həssasdırlar. 

Cədvəl 12.7 

KCl-da 


Torpağın 

turşuluq 

dərəcəsi 

Əhənglənməyə tələbat 



<4,5 

Çox güclü turş Güclü turş Çox yüksək Yüksək 

4,6...5,0 

Orta turş 

Orta 

5,1...5,5 



Zəif turş 

Aşağı 


5,6...6,0 

Neytral turşuluğa yaxın  Çox aşağı 

>6,0 

Neytral 


Yoxdur 

II

 



qrup  -  yüksək-turşuluğa  qarşı  həssas  olan  bitkilər:  arpa,  yazlıq  və 

payızlıq  buğda,  qarğıdalı,  soya,  paxla,  noxud,  yem  paxlalıları,  yonca, 

günəbaxan, xiyar, soğan. Bu bitkilər az zəif və neytral reaksiyalı torpaqlarda 

(pH 6...7) yaxşı bitir və həm güclü, həm də orta turş torpaqlarda əhəngləməyə 

həssasdırlar.  Əhəng  verilmiş  torpaqlarda  bu  bitkilərin  məhsuldarlığı  xeyli 

yüksəlir. 

III

 

qrup  -  yüksək  turşuluğa  az  həssas  bitkilər:  çovdar,  vələmir,  darı, 



qarabaşaq,  pişikquyruğu,  pomidor,  turp,  yerkökü.  Bu  bitkilər  pH-ın  geniş 

hüdudunda (pH 4,5...7,5) kifayət qədər yaxşı bitir. Lakin onların becərilməsi 

üçün zəif turş torpaqlar daha əlverişli sayılır. Güclü və orta turş torpaqların 

tam normada əhənglənməsinə bu bitkilər müsbət reak 



276 


siya verir, bu həm torpağın turşuluğunun aşağı düşməsi, həm də bitkinin azot 

və kül elementləri ilə qidalanmasının yaxşılaşması ilə izah olunur. 

IV

 

qrup  -  kətan  və  kartof.  Bu  bitkilər  yalnız  güclü  turş  toraqlarda 



əhənglənməyə ehtiyac göstərir^ Kartof yüksək turşuluğa az həssasdır və turş 

torpaqlarda  yaxşı  bitir.  Kətan  bitkisi  üçün  dar  çərçivədə  optimal  reaksiya 

səciyyəvidir.  O,  torpağın  yüksək  turşuluğuna  və  qələvi  reaksiyaya  qarşı 

həssasdır. Onun böyüməsi üçün zəif turş torpaqlar daha əlverişlidir. 

V

 

qrup - göy və sarı acı paxla (lüpin), seradella, çay və portağal kolu. Bu 



bitkilər  turş  torpaqlarda  yaxşı  bitir  (pH  4,5...5,0),  qələvi,  hətta  neytral 

torpaqlarda  isə  pis  bitir.  Bu  bitiklər  suda  həll  olan  izafi  kalsiuma  qarşı 

həssasdır  (xüsusilə  vegetasiyanın  başlanğıcında),  odur  ki,  əhəngin  yüksək 

dozasına mənfi reaksiya göstərir. 

Əhəngləmə  zamanı  faydalı  mikrofloranın  aktivliyi  artır,  üzvi 

birləşmələrin  daha  aktiv  transformasiyası  nəticəsində  bitkinin  mineral 

qidalanması  yaxşılaşır,  torpağın  fiziki  xassələri  yaxşılaşmağa  doğru  dəyişir, 

mineral  və  üzvi  gübrələrdən  istifadənin  effektliyi  yüksəlir.  Toksiki  ağır 

metalların  ionlarının  mütəhərriyinin  azalması  da  əhəngləmənin  müsbət 

nəticəsinə aiddir. 

Əhəngin  hər  bir  tonunun  5  il  ərzində  təsiri  kənd  təsərrüfatı  məhsulunu 

0,5...0,6  ton/ha  artırır  (taxıl  dəni  hesabı  ilə).  Əhəngləmənin  sonrakı  təsir 

müddəti meliorantm dozasından asılıdır. 1 ha-ra 3...4 ton əhəng verdikdə onun 

təsiri  5...7  il,  6...8  ton  verdikdə  isə  10...  15  il  və  daha  uzun  müddət  təsir 

göstərir. 

Torpağın  turşuluğunun  aşağı  salınmasında  əksər  hallarda  üst  qatın 

əhənglənməsindən  istifadə  olunur.  Bununla  belə,  ABŞ-m  Alabama  ştatının 

kənd təsərrüfatı eksperiment təcrübə stansiyasında turş torpağa əhəng müxtəlif 

dərinliklərdə  -  səthinə,  15,  30  və  45  sm  dərinlikdə  verilmişdir.  Əhəng 

maksimal  dərinliyə  verildikdə  (45  sm)  kontrol  sahəyə  (əhəng  verilməyən) 

nisbətən pambığın məhsuldarlığı təxminən 3 dəfə yüksək olmuşdur.Bitkilərin 

boyu uyğun olaraq 125,0 və 47,5 sm təşkil etmişdir. 



277 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə