Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə108/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   104   105   106   107   108   109   110   111   ...   216

üçün  suvarılan  tarlaların  planlaşdırılması  düzgün  aparılmalı,  həmçinin 

yarıqaçma (Şelevaniye) yolu ilə torpağın susızdırma qabiliyyədni yüksəltmək 

lazımdır, trriqasiya eroziyasının qarşısını almaq üçün aşağı və orta intensivli 

yağışyağdıran  (0,3  mm/dəq.)  qurğulardan  istifadə  edilməsi  məsləhətdir,  bu, 

suvarma  normasını  800  mVha  artıraraq  səthi  axının  qarşısının  alınmasına 

imkan yaradır. 

İrriqasiya  eroziyasının  baş  verməsinin  əsas  səbəbləri  aşağıdakılardır: 

kanalların dib və yamac səthlərinin zəif bərkidilməsi; torpağın kifayət qədər 

sukeçirmə  qabiliyyətinin  olmaması;  kanalın  normal  profilinin  pozulmasına 

səbəb  olan  qruntun  (torpağın)  çökməsi,  suvarma  şəbəkəsinin  zibillənməsi; 

suvarma şırımlarına yüksək miqdarda suyun buraxılması. Suvarma prosesinə 

düzgün riayət olunarsa, bütün bu göstərilən səbəblər aradan qaldırıla bilər. 

B.A.Zimovets  və  b.  (1998)  suvarma  zamanı  torpağın  deqradasiyası  ilə 

əlaqədar  antropogen  təsirlərin  ekoloji  məhdudlaşdırma  sistemini  təklif 

etmişlər.  Mümkün  olan  ekoloji  məhdudiyyətə  və  tələblərə  aşağıda 

göstərilənlər aiddir: 

 

suvarma zamanı torpağın fiziki xassələrinin deqradasiyası; 



 

torpağın şorlaşması, şorakətləşməsi və qələviləşməsi; 



 

torpağın turşuluğunun artması; 



 

torpağı su basması və bataqlaşma; 



 

suvarma (irriqasiya) eroziyasının inkişafı; 



 

torpağın humusluğunun azalması; 



 

torpağın mineral tərkibinin bərpa olunmaz kasatlaşması; 



 

torpağın çirklənməsi; 



 

suvarılan  torpaqlarda  biotanm  sayının  və  növ  tərkibinin  əlverişsiz 



dəyişməsi. 

Yalnız  təbii  və  antropogen  faktorların  aşağıda  göstərilən  balanslaş- 

dırılmış  qarşılıqlı  əlaqəsini  nəzərə  almaqla,  suvarılan  aqroekosistemlərin 

ekoloji təhlükəsiz fəaliyyətinə nail olmaq olar: 

 

becərilən kənd təsərrüfatı bitkilərinin və ya aqrofitosenozlarm inkişaf 



fazalarına  (mərhələlərinə)  uyğun  olaraq,  torpağın  tələb  olunan  hidrotermik, 

hava, oksidləşmə-reduksiya və qida reimini; 

 

torpağın deqradasiyasına səbəb olan suvarılan torpaqlara optimal və 



hidromeliorativ yüklər; 

 



torpağa vacib olan və yolverilən aqro və hidromeliorativ təsirlər; 

 



qrunt  və  yeraltı  suların  hidroloji  və  geokimyəvi  rejimlərinin  yol- 

verilən dəyişkənliyini (ilk növbədə içləmi şirin, müxtəlif mineral və s. sular); 

 

səth sularının hidroloji və geokimyəvi  rejimlərinin dəyişməsinin 



normallaşdırdmasmı; 

282 


 

müəyyən  aqrosenozun  və  ona  tabe  olan  landşaftların  bütün 



komponentlərinin vacib olan və ya yolverilən sanitar-gigiyena vəziyyətini; 

 



suvarılan  aqrosenozlar  yaradılan  regionların  və  ya  kollektor-  drenaj 

axmtılar atılan və tranzit rayonların əsas və nadir bitki və heyvan növlərinin 

(bioloji müxtəlifliklərin) qorunub saxlanmasını; 

 



mühəndis sistemlərinin istismarının texniki vəziyyətini. 

Suvarılan  torpaqlara  edilən  mümkün  təsirlərin  ekoloji  yolverilən 

dərəcəsini  qiymətləndirmək  üçün  aqrofiziki,  fıziki-kimyəvi,  biokimyəvi, 

hidrokimyəvi  göstəricilərə,  həmçinin  eroziya  təhlükəlilik  göstəricisinə 

əsaslanan torpağın normal və əlverişsiz vəziyyətinin meyarları və parametrləri 

hazırlanmışdır. 

13.1.1.

 

Azərbaycanda suvarmanın ekoloji problemləri 



Azərbaycanda  suvarma  çox  qədim  tarixə  malikdir.  Yunan 

coğrafiyaşünası  Strabon  yazırdı  ki,  Albaniyada  suvarma  Mesopotamiya  və 

Misirə nisbətən yüksək inkişaf etmişdir. Şirvan düzündə suvarma işləri Gir- 

diman  dövlətinin  vaxtında  daha  geniş  ərazilərdə  aparılırdı.  Azərbaycanda 

suvarmanın  tarixi  Q.Əzizov,  Ə.Həsənəliyevin  (2001)  kitabında  ətraflı 

verilmişdir. 

Qeyd  etmək  lazımdır  ki,  respublikamızın  quraqlıq  rayonlarında  kənd 

təsərrüfatı  istehsalını  intensivləşdirmək  üçün  suvarma  ən  mühüm  tədbir 

sayılır. 

Suvarmanın  müxtəlif  növləri  və  üsulları  mövcuddur.  Torpaq  qatını 

nəmləndirmək  məqsədilə  aparılan  suvarma  müntəzəm  və  birdəfəlik 

suvarmalara bölünür. (Aslanov, 1999). Müntəzəm suvarmada, bitkinin tələb 

etdiyi vaxtlarda sahə təyin olunmuş normalarda su ilə təmin olunur. Birdəfəlik 

suvarma (və ya liman suvarması) yaz fəslində çay subasarlarında daşqın suyu, 

qar suyu və su anbarından birdəfəlik verilən suyun hesabına həyata keçirilir. 

Gübrələmə suvarmasında torpağa su ilə birlikdə, suda əridilmiş gübrə də 

verilir.  Buraya  çirkab  suları  və  bulanıq  su  (tərkibində  lillərin  ölçüsü 

0,005mm-dək kiçik hissəciklər olan su) aid edilir. 

Hazırda  beş  suvarma  üsulundan  istifadə  olunur:  öz  axımı  ilə  suvarma, 

yağışyağdırma,  yeraltı  suvarma,  damcılarla  suvarma  və  aerozol  (kiçik  dis- 

persH) suvarma. (B.Əliyev, Z.Əliyev, 1998, Aslanov, 1999). 

Öz  axımı  ilə  suvarma  üsulunda  su  nəqledici  açıq  kanallar  (və  ya  boru 

kəməri) ilə suvarılan sahəyə çatdırılır. Burada su müvəqqəti arxlar, elastik və 

ya  sərt  borular  vasitəsilə  şırımlara  və  xüsusi  ləklərə  verilərək  torpağa 

hopdurulur. 

Yağışyağdırma ilə suvarma üsulunda su nəqledici kanal və boru kəməri 

ilə sahəyə çatdırıldıqdan sonra maşın, qurğu və cihazlar vasitəsilə 

283 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə