Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə109/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   105   106   107   108   109   110   111   112   ...   216

yağış şəklində torpaq səthinə yağdırılır. 

Yeraltı suvarma üsulunda suvarma suyu suvarılan sahəyə yer səthindən 

müəyyən dərinlikdə və  bir-birindən müvafiq  məsafədə basdırıbmış  borulara 

verilir,  boruların  səthində  açılmış  deşiklərdən  su  sızaraq  kapil-  yarlarla 

torpağın aktiv təbəqəsini isladır. .. 



Damcılarla  suvarma  üsulunda  suvarma  suyu  fasiləsiz  olaraq  xüsusi 

damcıladıcılarla  bitkinin  və  meyvə  ağacının  bilavasitə  kök  sistemi  yayılan 

zonaya verilir, .‘^uvarma vegetasiya dövründə fasiləsiz aparılır. 

Kiçik dispersli (aerozol) suvarma yağışyağdırma üsulu ilə suvarmanın bir 

növüdür. Burada suvarma suyu torpağa deyil, narın damcılar şəklində bitkinin 

yer səthində olan gövdəsinə və yarpaqlarına yağdırılır. 

Hazırda respublikamızda əsasən öz axmı ilə suvarmadan istifadə olunur, 

istismar  olunan  suvarma  şəbəkələrinin  yalnız  9,2%-ni  (130  min  ha)  qapah 

suvarma şəbəkələri təşkil edir. (B.Əliyev, Z.Əliyev,1998) 

Açıq  drenlər  dərinliyi  3,0-3,5m  və  yamac  əmsalı  1,0-2,0  olan  adi 

kanallardan  ibarət  olub,  onlar  trassmda  25-35m  enində  əkinə  yararlı  torpaq 

sahəsi itir, bu da meliorasiya olunmuş sahələrdə torpaqdan istifadə əmsalını 

azaldır.  (Bayramov,2002).  Açıq  drenlərin  normal  işini  təmin  etmək  üçün 

vaxtaşırı  (hər  3-5  ildən  bir)  lillərdən  təmizlənir,  buna  da  xeyli  vəsait  sərf 

olunur. 

Açıq drenlərdən fərqli olaraq örtülü (qapalı) drenaj tikilmiş torpaqlarda 

əkin sahəsinin itkisi olmur. İstismar müddətində drenajın dərinliyi sabit qalır, 

drenajın kanal və yollarında kəsişdiyi yerlərdə əlavə tikintiyə ehtiyac qalmır. 

Örtülü  drenajın  tikintisi  prosesində  drenaj  xəndəyi  əks  tökmə  torpaqla 

doldurulur. Drenajüstü torpaq sahəsindən əkin üçün istifadə olunur. 

Lakin təəsüflə qeyd etmək lazımdır ki, keçmişdə kolxoz və sovxozların 

ərazisindəki örtülü drenaj şəbəkələrinin texniki vəziyyəti bir sıra səbəblərdən 

vaxtından  qabaq  aşağı  düşmüş,  qurğular  öz  funksiyasım  tam  yeinə  yetirə 

bilmir.  Mövcud  qapalı  drenaj  şəbəkəsinin  70%-i  artıq  sıradan  çıxmış  və 

onların bərpa olunması tələb olunmur. (B.Əliyev, Z.Əli- yev, 1998). 

Örtülü  drenajın  səmərəli  işi  onun  torpaq  və  hidrogeoloji  şəraitə  uyğun 

layihələşdirilməsindən, tikintinin keyfiyyətindən və istismarından asılıdır. N. 

N.  Mahmudov  (2002)  qeyd  edir  ki,  1928-1931-ci  illərdə  Muğan  təcrübə 

meliorativ stansiyasında tikilmiş örtülü drenaj şəbəkəsi indiyə kimi qüsursuz 

işləyir. 

Hazırda respublikamızda fermer və şəxsi təsərrüfatlarda müasir suvarma 

üsulları  hazırlamaqda  Eroziya  və  Suvarma  Elmi-tədqiqat  İnstitutunun  işləri 

böyük  əhəmiyyət  kəsb  edir.  Bu  tədqiqatlar  nəticəsində  fermer  və  şəxsi 

təsərrüfatlarda açıq şəraitdə və istixanalarda bitkilərin su 



284 


varılması məqsədilə mikroyağışyağdırma, impuls-lokal, zəif yağışyağdır- ma 

və  impuls  yağışyağdırma  sistemləri  hazırlanmışdır.  (B.Əliyev,  Z.Əli-  yev, 

1998) 

Qeyd olunan Elmi-Tədqiqat İnstitutunun apardığı tədqiqatlar göstərir ki, 



respublikamızda  fermer  təsərrüfatları  üçün  ən  əhəmiyyətli  üsullardan  biri 

impulslu  damcılarla  suvarma  sistemidir.  Damcılarla  suvarma  üsulunun  əsas 

üstünlüklərindən  biri  suvarma  suyunu  bitkilərə  sutka  ərzində  tələb  etdikləri 

miqdarda onların kök sisteminə vermək mümkündür. Damcı üsulu ilə suvarma 

sisteminin  başqa  suvarma  sistemlərindən  üstün  cəhəti  aşağıdakılardır. 

(B.Əliyev, H.Vəliyev, 2001): 

 

dağ yamaclarında yüksək, orta və zəif su keçirən torpaqlarda suvarma 



aparmaq olur; 

 



bitkiləri suya olan təlabata uyğun su ilə təmin edir; 

 



suvarmanın aparılmasında külək təsir göstərmir; 

 



suvarma suyu bitkilər arasında bərabər paylanır; 

 



torpağın səthi suvarma nəticəsində sıxlaşır; 

 



qrunt sularının səviyyəsi dəyişməz qalır; 

. — təkrar şorlaşmanın qarşısı alınır. 

 

İmpulslu  damcılarla  suvarma  sistemi  suya  olan  təlabatı  bütün  ve- 



getasiya  müddətində  fasiləsiz  olaraq  təmin  edə  bilir,  irriqasiya  eroziyası 

müşahidə  olunmur,  cərgələr  arasındakı  sahələrdə  alaq  otlarının  inkişafına 

şərait yaranmır. İmpulslu damcılarla suvarma sistemi vasitəsilə bitkiyə lazım 

olan  miqdarda  gübrələr  vasitəsilə  minerallar  çatdırılır.  Müəlliflərin 

hesablamalarına  görə  bu  suvarma  sistemini  tətbiq  etməklə  suya  2,5  dəfə 

qənaəfetmək və bitkilərin məhsuldarlığını 2,7 dəfə yüksəltmək olar. 

13.2.

 

QURAQLIQ ƏRAZİLƏRİN SUVARILMASI 



VƏ İNSAN SAĞLAMLIĞI 

Suvarma əkinçiliyinin hüdudu yağıntıların cəmi ildə 250-500 mm düşən 

ərazilərə  uyğun  gəlir.  Bu  həm  təbii  (yağıntının  rejimi,  buxarlan-  manm 

intensivliyi  və  b.),  həm  də  sosial-iqtisadi  faktorlarla  təyin  edilir.  İnkişaf 

etməkdə  olan  ölkələrdə  suvarma  əsasən  yağıntıların  cəmi  çox  az  olan 

rayonlarda  aparılır.  Məsələn,  yaxın  Şərqdə  suvarma  yağıntılar  250  mm  və 

daha  az  düşən  ərazilərdə  aparılır.  ABŞ-da  yağıntıların  illik  cəmi  350-400 

mm-dən  artıq  olduqda  suvarmanın  aparılması  məqsədəuyğun  hesab  edilmir. 

ABŞ-da  suvarma  həm  quraqlıq  qərb,  az  miqyasda  cənu-  bi-qərb,  həm  də 

kifayət  qədər,  lakin  qısa  müddətli  yağıntı  düşən,  şərq  ştatlarında  aparılır. 

Burada suvarma əsasən sənaye meyvəçilikdə və tərəvəzçilikdə aparılır. 

Su təsərrüfatı və əkinçiliyin düzgün olmayan metodlarla aparılması 



285 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə