Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə106/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   102   103   104   105   106   107   108   109   ...   216

XIII

 

FƏSİL 

TORPAĞIN SUVARILMASININ 

VƏ QURUDULMASININ EKOLOJİ PROBLEMLƏRİ 

Təbii resurs potensialından maksimum tam istifadə etmək məqsədilə 

təbii  mühitin  əlverişsiz  xassələrinin  yaxşılaşdırılmasına  yönəldilən 

tədbirlər meliorasiya adlanır. 

Meliorasiya 



istifadə 

olunan 

ərazinin 

təbii 

şəraitinin 

yaxşılaşdırılmasına  yönəldilən  elmə  əsaslanmış  təsərrüfat  -  təşkilati, 

texniki, bioloji və digər tədbirlər sistemidir. 

Kənd təsərrüfatı  meliorasiyası,  əsasən,  kənd təsərrüfatı  sahələrinin 

torpaq, 

hidroloji 

və 

iqlim 

şəraitinin 

yaxşılaşdırılmasına 

istiqamətləndirilir  və  bura  torpağın  suvarılması,  su  ilə  təmin  edilməsi, 

qurudulması, eroziyaya qarşı tədbirlər, torpağın duzsuzlaşdırılması və s. 

daxildir.  Meliorasiya  obyekti  həmçinin  meşə,  landşaft,  iqlim,  su 

obyektləri və pozulmuş sahələr ola bilər (cədvəl 13.1). Ekoloji əsaslanmış 

meliorasiya  işləri  eyni  zamanda  təbiəti  mühafizənin  və  mühitin 

keyfiyyətinin yaxşılaşdırılması işlərinin mühüm məsələlərini həll etməyə 

imkan yaradır. 

Torpağın  meliorasiyasının  vəzifəsi  yüksək  və  davamlı  məhsul 

götürmək,  torpağın  münbitliyini  artırmaq  və  torpaq  resurslarından 

səmərəli istifadə etməkdir. 

Cədvəl 13.1 

Meliorasiyanın bəzi əsas növ və üsullarının ümumi cədvəli 

Meliora 


siyanın 

növü 


Yanmnövü 

Üsulları 





 

Mikroiqlim 

Tüstüləmə  ilə 

plantasiyanın 

isidilməsi; 

örtüklər, suvarma 

İqlim 

Mezo və makro 



iqlim 

Buludlardan  yağıntının  alınması;  buludların 

dağıdılması 

(seyrəldilməsi); 

dolunun 

dağıdılması;  buzlağın  əridilməsi;  çayın 

istiqamətinin 

dəyişdirilməsi; 

hidrotexniki 

qurğuların və süni su hövzələrinin yaradılması 

Su 

Suvarma 


Qurutma 

Qar 


Səth, 

torpaqaltı, 

liman 

suvarması, 



yağışyağdırma 

Açıq üsulla; qapalı drenay; bənd çəkmək Qarın 

saxlanması, qarın toplanması, qarın sıxışdırılıb 

bərkidilməsi, ərinti suların saxlanması 



278 


1

 

2

 

3

 

f'ilomelio-

 

rasiya

 

Meşə meliorasiyası

 

Kolluqlar və ot 

meliorasiyası

 

Tarlalarda,  dağ  yamaclarında,  suvarılan  torpaqlarda 



(irriqasiya meşə zolağı), qumluqlarda

 

Qumların 



bərkidilməsində 

psammofillərdən 

və 

kollardan istifadə edilməsi

 

Torpaq

 

Eroziyaya qarşı 

mübarizə

 

Mədəni-

 

texniki

 

Becərilən 



torpaqların 

münbitliyinin 

yüksəldilməsi

 

Səthi axımın və otarmanın nizama salınması; yarğan və 



qobuların bərkidilməsi, torpaqqo- ruyucu tədbirlər

 

Torpağın  becərilməsində  mexaniki  maneələrin  aradan 



qaldırılması;  yabanı  bitkilərin  məhv  edilməsi,  yararsız 

və  azməhsuldar  torpaqların  kimyəvi  meliorasiyası; 

yamacların terraslaşdı- rılması

 

Turş  torpaqların  əhəngləşdirilməsi;  duzlu  torpaqların 



gipsləşdirilməsi;  gübrələrin  verilməsi;  alaq  bitkiləri  ilə 

mübarizə; sıx bitki örtüyünün yaradılması

 

13.1.



 

SUVARMANIN EKOLOJİ PROBLEMLƏRİ 

Yüksək və sabit məhsul əldə etmək məqsədilə suvarmadan çox qədimdən 

istifadə olunur. Dünyada suvarılan torpaqların sahəsi 250 mln. hektara çatır. 

Bu  əkin  sahələrinin  yalnız  17%-ni  təşkil  etməsinə  baxmayaraq  əkinçiliyin 

bütün məhsulunun 1/3-ni təmin edir. 

Qədim  sivilizasiyanın  əksəriyyəti  suvarılan  əkinçiliyə  əsaslanmışdır. 

Lakin  irriqasiya  işləri  XX  əsrdə  genişlənərək  dünyada  suvarılan  torpaqların 

sahəsi  5-6  dəfə  çoxaldı.  XX  əsrin  əvvəlində  dünyada  suvarılan  torpaqların 

sahəsi  40  mln.  ha-dan  az  idi.  Suvarılan  torpaqların  intensiv  artımı 

1950-1960-cı illərdə baş verdi, sonralar isə azalmağa başladı. 

Suvarmanın inkişaf tempinin azalmasına səbəblər bunlardır. 

-

 



Yeni layihələrin qiymətinin yüksək, orta hesabla ABŞ dollarılə 1 ha-ra 

1000-2000 dollar olması; 

-

 

Su resurslarının qıtlığı; 



-

 

Əlverişli (münasib) torpaqların qıtlığı; 



-

 

Şoranlaşma, şorakətləşmə, bataqlaşma nəticəsində suvarılan ərazilərin 



itirilməsi; 

-

 



Suvarma sistemlərinin deqradasiyası. 

Söz yox ki, suvarma işləri bəşəriyyət üçün xeyirlidir, lakin, o, hər şeydən 

öncə  ekoloji  problemlər  yaradır.  Təbii  landşaftların  aqroekosistemlə-  rə 

çevrilməsi ərazinin vəziyyətini və rejimi dərin dəyişikliyə uğradır. 



279 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə