yüksək məhsuldar torpaq yaratmaq yalnız üzvi gübrələrin hesabına mümkün
deyildir. Təsərrüfatda kifayət qədər üzvi gübrələrdən istifadə edildikdə
torpaqda humusun balansı müsbət ola bilər. Lakin mineral gübrələrdən
istifadə etmədən torpaqda fosfor və kaliumun balansını təmin etmək
qeyri-mümkündür. Üzvi və mineral gübrələrin bitkiyə və torpağa təsiri
müxtəlifdir. Mineral gübrələrdən (xüsusilə azot, qismən kalium gübrələri)
qida maddələri bitkilər tərəfindən gübrə veriləndən sonra demək olar ki,
dərhal maksimum, üzvi gübrələrdən isə üzvi maddələrin minerallaşması
prosesində tədricən istifadə olunur. Odur ki, lazım gəldikdə bitkinin
qidalanması üçün mineral gübrə verilməlidir. Əgər mineral gübrələr, əsasən
torpağın qida rejimini yaxşılaşdırırsa, üzvi maddələr isə bununla yanaşı, həm
də torpağı humusla zənginləşdirir, onun fıziki- kimyəvi xassələrini
yaxşılaşdırır, torpaq mikroflorasının aktivliyini artırır. Üzvi və mineral
gübrələrin birlikdə verilməsi, onların eyni miqdarda ayrılıqda verilməsi ilə
müqayisədə öz müsbət təsirinə görə daha effektli nəticə əldə olunur. Yalnız
üzvi-mineral gübrə sisteminin digər aqrotexniki və bioloji üsullarla birlikdə
tətbiqi torpağın münbitliyinin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının
yüksəldilməsi, məhsulun keyfiyyətinin nizama salınması və ətraf mühitə
mənfi təsirin minimuma endirilməsi üçün etibarlı əsas yaradır.
12.1.4.
Gübrələrin verilmə üsulları
Əkin sahələri üçün gübrələmə sistemi tətbiq etdikdə, əkin dövriyyəsində
ayrı-ayrı bitkilər üçün və mineral gübrələrin dozasını, verilmə müddətini və
üsullarını düzgün müəyyən etmək olduqca mühüm məsələdir.
Verilmə vaxtına görə səpindən əvvəl, səpin vaxtı (cərgələrə, yuvalara) və
səpindən sonra (əlavə gübrə) gübrələmə tətbiq edilir.
Səpindən əvvəl gübrələr, bir qayda olaraq, dərin şum altına verilir. Onlar
bütün vegetasiya dövründə, xüsusən bitkilər intensiv böyüyən, inkişaf edən və
ən çox qida elementləri sərf edən dövrdə bitkilərin qidalanmasını təmin etmək
üçündür. Buna görə səpindən əvvəl gübrələməyə əsas gübrələmə deyilir.
Kotanla basdırılan gübrə torpağın dərin, daha çox rütubətli qatına düşür və
buna görə bitkilər ondan demək olar ki, bütün vegetasiya dövründə səmərəli
istifadə edir. Səpindən əvvəl gübrələr, torpağın becərilmə sistemindən asılı
olaraq, müxtəlif vaxtlarda verilə bilər. Əgər torpaq payızda dərin becərilib
yazda yahnz səpinqabağı kul- tivasiya edilərsə, gübrələr dondurma şum altına
verilir.
Səpin vaxtı gübrələrin cərgələrə və ya çalacıqlara verilməsi əsasən
bitkiləri inkişafın ilk dövründə qida ilə təmin etmək üçündür. Buna görə bu
üsulla gübrələr kiçik doza ilə verilir. Bitkilər ilk inkişaf fazasında əlverişli
olmayan şəraitə, o cümlədən qida elementlərinin çatışmazlığına
254
xüsusilə çox həssas olurlar. Səpin vaxtı gübrələrin kiçik dozasının cərgələrə və
ya çalacıqlara verilməsi cavan bitkilərin qidalanması üçün əlverişli şərait
yaradır; bunun nəticəsində bitkilər sürətlə inkişaf edir və əlverişli olmayan
şəraitə, məsələn, rütubətin müvəqqəti çatışmazlığına, ziyanvericilər və
xəstəliklərdən zədələnməyə dözümlü olur, həm də, sonra alaq otları ilə
asanlıqla mübarizə apara bilirlər.
Yüksək məhsul götürmək və onun keyfiyyətini yaxşılaşdırmaq işində
əlavə gübrələnməyin (səpindən sonra) böyük əhəmiyyəti var. Bu üsul
bitkilərin inkişafının müəyyən dövründə onların qidalanmasını gücləndirməyə
imkan verir.
Payızlıq bitkilərə erkən yazda əlavə gübrənin verilməsi hər yerdə yüksək
səmərəli olur. Xüsusilə pambıq, şəkər çuğunduru və kartof kimi cərgəarası
becərilən bitkilərin əlavə gübrələnməsi geniş yayılmışdır. Əlavə gübrəni
təyyarə ilə dağınıq səpələyərək səpin maşını ilə (payızlıq bitkilərə, kətana) və
ya cərgəarası becərilən bitkilərə qulluq edəndə cərgələrə verilir. Sonuncu
halda gübrələri bitki qidalandıran maşınlara və ya cərgəarası becərmə
alətlərinə quraşdırılan xüsusi vasitələrlə verirlər. Əlavə gübrələmə zamanı
gübrələri quru halda və ya məhlul şəklində verirlər.
12.1.5.
Gübrələrdən səmərəsiz istifadənin insan sağlamlığına təsiri
V.A.Kovda (1978) bir sıra kimyəvi birləşmələrin, elementlərin və ağır
metalların müxtəlif xəstəliklərlə əlaqəsi olması haqqında məlumat verir.
Məsələn, gübrələmə texnologiyası gözlənilməyəndə azotun nitrat formalarının
ərzaq məhsullarında, yemdə və suda toplanması baş verir, o da insan
orqanizminə keçərək bəzi xəstəliklərin yaranmasına səbəb olur
(Ə.Güləhmədov, M.P.Babayev, F.Z.Axundov, 1988; Z.R.Mövsü- mov, 1994).
Nitratlar nitritlərlə birgə konserogen təsir yaradaraq, insan oraqnizmi və ətraf
mühit üçün daha ağır fəsadlar törətmək imkanına malikdirlər. Meyvə-tərəvəz
və su ilə qəbul edilmiş nitratlarm 80%-nin insan orqanizmindən xaric
edilməsinə baxmayaraq onun mədə-bağırsaq sistemində qalan hissəsi bəzi
mikroorqanizmlərin və fermentlərin təsiri ilə daha yüksək toksiki maddəyə -
nitritə çevrilir. Nitritin insana toksiki təsiri nitratdan 10-20 qat artıqdır. Ona
görə də, nitratm insana zərərli təsiri eyni zamanda nitritin təsiri ilə daha da
güclənir. Bu maddələrin insan və heyvan orqanizmlərinə təsir mexanizmi
aşağıdakı kimi izah edilir. Normal halda qanın tərkibində olan hemoqlobin
nəfəs alan zaman havanın oksigenini özünə birləşdirərək oksihemoqlabinə
çevrilir. Oksi- hemoqlabin qanla birlikdə toxumalara yayılaraq özünə
birləşdirdiyi oksigeni bədənin hər yerinə çatdırır. Beləliklə, normal vəziyyətdə
hemoqlobin bədəndə oksigen daşıyıcısı vəzifəsini yerinə yetirir.
Orqanizmə nitrat və nitrit daxil olduqda isə onlar hemoqlobinlə birlə
255