Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə93/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   89   90   91   92   93   94   95   96   ...   216

Uzun illər azot gübrələrinin itməsi əsasən onun axım vasitəsilə çaylara və 

yeraltı sulara keçməsilə izah edilirdi. 

Yüksək nəmliyi olan yüngül torpaqlarda tarla bitki ilə örtülü olma- dıqda 

azot birləşmələri yuyulub aşağı qatlara keçir. Qalan hallarda isə azotun itməsi 

denitrifikator-bakteriyaların təsiri altında azot müxtəlif ok- sidlər və molekul 

formasına keçərək bərpa olunması yolu ilə baş verir. 

Y.V.Novikova (1999) görə Rusiyanın tarlalarından havaya 1,5 mln. ton 

azot uçur. 

Tarlaya  azot  gübrələri  verildikdə  onun  miqdarı  elə  hesablanmalıdır  ki, 

gübrələr məhz bitki tərəfindən mənimsənilsin, ətraf mühitə və insanlara ziyan 

yetirməsin.  Çünki  biogen  maddələrin  çoxluğu  ətraf  mühiti,  saf  suları 

çirkləndirir,  su  hövzələrini  evtrofıkasiyaya  uğradır,  hətta  atmosferin  ozon 

qatını təhlükə altına alır. Su hövzələrinə daxil olan birləşmiş azotun yarıdan 

çoxu kənd təsərrüfat istehsalının payına düşür. Suyun qida maddələri ilə, ilk 

növbədə  birləşmiş  azotla  zənginləşməsi,  həddən  çox  yosunların  inkişafına 

səbəb olur, onlar çürüyərək anaerob bakterial parçalanmaya məruz qalır, bu isə 

oksigeni defısitləşdirir. Bunun nəticəsində balıqlar və başqa su heyvanlarının 

məhvinə gətirib çıxarır. 

Nitratlar  normadan  artıq  yalnız  suda  deyil,  həm  də  ərzaq  və  yem 

bitkilərində toplanır. Öz-özlüyündə insan və heyvanların sağlamlığına təhlükə 

yaratmasa da, onlardan asanlıqla əmələ gələn nitritlər yüksək dərəcədə zəhərli 

olub qanda ağır xəstəliklər törədir. Nitritlərdən nitroa- minlər əmələ gələ bilər. 

Müasir  əkinçiliyi  aqrokimyəvi  vasitələrsiz  təsəvvür  etmək  mümkün 

deyildir.  Bitkiçilikdən  alman  məhsulların  yarısı  aqrokimyəvi  vasitələrin 

hesabına  əldə  edilir.  Bəzi  hesablamalara  görə  kimyəvi  vasitələrdən  istifadə 

bitkiçilikdən  alınan  məhsulun  50-60,  bəzən  isə  70%-ni  xəstəlik  və 

zərərvericilərdən  qoruyur.  Digər  hesablamalara  görə  Yer  kürəsi  əhalisinin 

30%-i,  yəni  dörddə  birdən  də  bir  qədər  çoxu  mineral  gübrələrin  hesabına 

ərzaqla təmin edilir. 

Hazırda  dünyada  300  mln.  tondan  artıq  gübrə  istehsal  olunur.  Bununla 

belə,  yenə  də  dünyanın  bir  çox  ölkələrində,  əsasən  də  Afrikada  bir  çox 

səbəblərdən, o cümlədən qeyri-üzvi və üzvi mineral gübrə qıtlığı səbəbindən 

kənd təsərrüfatı bitldlərinin məhsuldarlığı olduqca aşağıdır. YUNESKO-nun 

məlumatına  görə  hər  il  Yer  kürəsində  milyonlarla  insan  aclıqdan  ölür,  on 

milyonlarla  insan  isə  ərzaq  qıtlığından  daim  əziyyət  çəkir.  Bu  o  zaman  baş 

verir  ki,  planetimizin  əhalisi  durmadan  artır,  adam  başına  düşən  kənd 

təsərrüfatına  yararlı  torpaqların  sahəsi  isə  ildən-ilə  azalmaqda  davam  edir. 

Yaşayış məskənlərinin daim genişlənməsi, torpaqların eroziyası, şorlaşma və 

bataqlaşması dünyanın hər yerində müşahidə edilir. 

246 



Hələ XIX əsrin əvvəllərində Y.Libix sübut etmişdir ki, torpaqdan  kənd 

təsərrüfatı bitkilərinin məhsulu ilə birgə biogen elementlər də aparılır. Mineral 

gübrələr  tətbiq  edilmədiyi  halda  torpaqlar  qüvvədən  düşür.  Düzgün 

texnologiyalar  əsasında  tətbiq  edilən  gübrələmə  sistemi  biosferin 

çirklənməsinə yol vermir və digər fəsadlar törətmir. Əksinə, gübrələmə, qeyd 

edildiyi kimi məhdud sahədən daha çox məhsul götürməyə imkan verməklə, 

milyonlarla hektar meşə, çəmən, çöl və digər ekosistemləri qorumağa şərait 

yaradır. Hesablamalar göstərir ki, əgər dünya miqyasında mineral gübrələrin 

və digər kimyəvi vasitələrin tətbiqi dayandırılarsa, Yer kürəsi əhalisini ərzaqla 

təmin  etməkdən  ötrü  əkinə  yararlı  torpaqların  sahəsini  4-5  dəfə 

genişləndirmək  lazım  gələrdi.  Bundan  ötrü  isə  milyon  hektarlarla  təbii 

ekosistemlər,  xüsusən  də  mülayim  və  tropik  qurşağın  meşələri  məhv 

edilməlidir. 

Mineral gübrələri, həmçinin mikro gübrələri tətbiq etmədən əkinçilikdə 

qida maddələrinin müsbət  balansını  yaratmaq mümkün  deyildir. Mineral və 

mikro gübrələr əkinçilikdə biogen elementlərin davranışını yaxşılaşdırmaqla 

yanaşı,  ətraf  mühitdə  də  bu  maddələrin  müvazinətini  qoruyub  saxlayır. 

Əkinçilikdə qida elementlərinin balansının pozulması nəticəsində torpaq, bitki 

və  təbii  su  hövzələrinin  kimyəvi  tərkibinin  pisləşməsi  baş  verir,  bu  isə  öz 

növbəsində  kənd  təsərrüfatı  və  yem  bitkilərinin  keyfiyyətinə  mənfi  təsir 

göstərməklə  insanların  və  ev  heyvanlarının  xəstələnməsinə  gətirib  çıxarır. 

Məsələn, yod çatışmazlığı endemik zob, flor dişlərin kariyesinə, sink ürəyin 

işemiya xəstəliyinə, marqans şəkərli diabetə səbəb olur. 

Tarlaların  gübrələnməsi  qədim  zamanlardan  başlanmışdır.  Hələ 

eramızdan əvvəl I əsrdə bu tədbirə böyük diqqət ayrılmışdır. Belə ki. Qədim 

Romada səthin relyefini nəzərə alaraq, düzən sahədə hektarın 



'/4- 

nə 18 araba, 

yamaclarda isə 24 araba peyin verirdilər. 

ABŞ-m  mütəxəssisləri  ayrı-ayrı  faktorların  kənd  təsərrüfatı  bitkilərinin 

məhsuldarlığına  təsirini  və  əhəmiyyətini  sıra  ilə  aşağıdakı  kimi 

qiymətləndirmişlər (%). 

Gübrələr 

41 


Herbisidlər 

15...20 


Əlverişli torpaq 

15 


Hibrid toxumlar 

Suvarma 



Digər faktorlar 

11...16 

Statistik rəqəmlər sübut edir ki, hazırkı dövrdə planetimizin hər 

dördüncü adamı gübrələrin tətbiq olunması ilə əldə olunan əlavə məh- 

sulla qidalanır. 

Akademik D.N.Pryanişnikovun gübrələrin köməyi ilə əldə olunan 

247 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə