Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə91/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   87   88   89   90   91   92   93   94   ...   216

torpaq qatı qida maddələrindən məhrum olub münbitliyini itirir, məhsuldarlığı 

dəfələrlə aşağı düşür və ya tamamilə istifadədən çıxır. Alimlərin hesablamaları 

göstərir ki, 2,5 sm qalınlığında sovrulmuş torpaq qatı ilə hər hektardan 1,5 tona 

qədər çürüntü,  450-1000 kq azot,  100-200 kq fosfor, 3,5 tona  yaxın  kalium 

aparılır. Bununla yanaşı, külək eroziyası nəticəsində bağlar, bostanlar, arxlar, 

şose və dəmir yolları, tikintilər qum basqınlarından çox ziyan çəkir. 

Bütövlükdə  Azərbaycan  ərazisini  eroziya  proseslərinin  xarakterinə, 

növünə  və  intensivliyinə  görə  9  coğrafi  ərazi  tipinə  bölmək  mümkündür 

(X.M.Mustafayev, 1974): 

1.

 



Torpaq  səthinin  zəif  yuyulması  və  yerlərdə  tək-tək  qobuların  əmələ 

gəlməsi kimi hallar respublikanın bəzi hündür hissələrində (Kiçik Qafqazda - 

Slavyanka, Kəlbəcər və başqa yaylalar; Böyük Qafqazın dağətəyi zonasında - 

Turut-Sarıca  və  Ceyrançöl  bozqırları),  habelə  Xa-  nabad,  Kiçik  və  Böyük 

Turut hövzələrində yayılmışdır. 

2.

 



Çoxlu sayda qobuların olması, torpaq səthinin orta dərəcədə yuyulması 

Böyük  Qafqazın  şimal-şərq  yamacında  və  Qobustandan  şimal-  qərbə  doğru 

geniş  bir  qurşağı  tutur.  Böyük  Qafqazın  cənub  yamacında  orta  dərəcədə 

yuyulmuş  torpaqlar  şimal-qərb  istiqamətində  yayılaraq  Şəki-Zaqatala 

massivinin  orta  dağ  qurşağında  müşahidə  olunur.  Kiçik  Qafqazda  bu  tipli 

eroziya  Gürcüstan  sərhədindən  başlayıb  cənub-şərqə  doğru  uzanaraq  həm 

cənub, həm də şimal yamaclarda dağətəyi, orta və hündür dağ zonasını əhatə 

edir. Lənkəran zonasında çoxlu qobu olması və torpaq səthinin orta dərəcədə 

yuyulması dağətəyi və orta dağ qurşağında müşahidə edilir. 

3.

 



Şiddətli  yuyulmuş  torpaqlar  Böyük  Qafqaz  silsiləsinin  suayıncı  xətti 

boyunca  yayılaraq  Dağıstan  Respublikası  ilə  sərhəd  boyu  uzanır.  Torpaq 

səthinin  şiddətli  yuyulması  Kiçik  Qafqazın  şimal,  şimal-şərq  və  cənub 

yamaclarında, Naxçıvan MR-in dağlıq hissəsində və Lənkəranın yuxarı dağlıq 

hissəsində müşahidə olunur. 

4.

 



Çoxlu  qobu  olması,  torpaq  səthinin  zəif  yuyulması  və  sovrulması 

Böyük  Qafqaz  zonasını  əhatə  edərək,  onun  şərq  və  cənub  yamaclarında. 

Böyük  Qafqazın  cənub-şərq  qurtaracağında.  Qobustanın  bütün  ərazisində, 

Niyaldağ.  Xocaşen,  Bozdağ  silsilələrində  və  Ceyrançöl  massivində 

yayılmışdır. 

5.

 



Torpaq səthinin şiddətli yuyulması və sellərin əmələ gəlməsi 

240 


Böyük  Qafqazın  cənub  yamacında  və  Naxçıvanın  cənub-şərq  hissəsində 

yayılmışdır.  Böyük  Qafqazın  cənub  yamacında  bu  tip  eroziya  Qəbələ 

rayonundan  başlayaraq  zolaq  şəklində  şimal-qərbə  doğru  uzanıb  Gürcüstan 

sərhədinə qədər olan ərazini tutur. Burada eroziya prosesi torpağın üst qatını 

dağıdaraq  ana  süxurun  səthə  çıxmasına  səbəb  olur.  Bununla  bərabər,  kobud 

materiallar,  aşınma  məhsulları  qorxulu  olan  sel  mənbələrində  -  hövzələrdə 

toplanır.  Uzun  sürən  quraqlıqdan  sonra  leysan  yağışları  nəticəsində  əmələ 

gəlmiş  şiddətli  su  axını  torpağı  yuyaraq  aşınma  materiallarını  sel  axınları 

şəklində aparır. 

6.

 



Torpaq  səthinin  zəif  yuyulması  və  suvarma  (irriqasiya)  eroziyası 

Kür-Araz  və  Samur-Dəvəçi  ovalığının  şimal-şərqində,  respublikanın 

cənubunda - Lənkəranda, Araz çayı hövzəsində (Arazboyu ovalıq), Naxçıvan 

düzənliyi və Qanıx-Əyriçay vadisinin Şəki-Zaqatala massivində  yayılmışdır. 

Göstərilən ovalıqların səthi az meyilli olduğu üçün burada eroziya prosesi zəif 

gedir.  Arxyanı,  sahil  zolaqları  sahələrində  səthin  meyiİliyi  və  bəzən  5*’ 

olduğundan torpağın  yuyulması  şiddətli  gedir və nəticədə  yarğanların  əmələ 

gəlməsi  müşahidə  edilir.  Bu  növ  eroziya  Kür-  Araz  ovalığında  daha  geniş 

yayılmışdır. 

7.

 



Güclü  külək  eroziyası  Abşeron  yarımadası  və  ona  bitişik  ərazilərdə 

müşahidə  edilir.  Burada  küləyin  təsiri  nəticəsində  yer  səthinin  quruluşu  da 

dəyişir. Külək erozyası Turut-Sarıca, Ceyrançöl massivlərində də yayılmışdır. 

Bu  ərazilərdə  külək  torpağın  münbit  qatını  sovurmaqla  qa-  rayellərin  əmələ 

gəlməsinə  səbəb  olur.  Eynilə  Kiçik  Qafqazın  qərb  hissəsinin  dağətəyi 

qurşağında  əsən  şiddətli  şimal-qərb  küləkləri  torpağı  sovuraraq  külək 

eroziyasının yayılmasına şərait yaradır. 

8.

 



Sovrulan qumlar Xəzər dənizi sahilində, Ələtdən cənubda və Abşeron 

yarımadasında yayılaraq hərəkət edən qum təpəcikləri əmələ gətirir. 

9.

 

Qayalıq  yerlərə dəniz səthindən 2800-3000 m  hündürlükdə olan açıq 



sahələr aiddir. Bu ərazilər üçün fiziki aşınma - denudasiya prosesləri daha çox 

səciyyəvidir. 

Ərazi  tiplərinin  səciyyəsindən  göründüyü  kimi,  respublikamızın 

ərazisində səth, külək və qobu eroziyası geniş yayılmış və torpaqlar müxtəlif 

dərəcədə eroziya proseslərinə məruz qalmışdır. 

Respublikamızın torpaq örtüyü üçün çox ciddi problemə çevrilmiş eroziya 

proseslərinin və onun törətdiyi fəsadların (sel hadisələri və s.) 

241 



qarşısını almaq, intensivliyini azaldıb təbii həddə endirmək, eroziyaya məruz 

qalmış  torpaqların  münbitliyini  artırmaq,  bioloji  potensialı  və  ilkin  ekoloji 

parametrlərini  bərpa  etməkdən  ötrü  kompleks  aqrotexniki,  meliorativ, 

meşəmeliofativ  və  s.  tədbirlərin  görülməsi  tələb  olunur.  Bizim  fıkrimizcə, 

eroziya probleminin həlli aşağıdakı prisiplərə əsaslanmışdır: 

1.

 



Eroziyaya qarşı təklif edilən tədbirlər sistemi (aqrotexniki, meliorativ 

və s.) vasitəsilə aşağıdakılara nail olunmalıdır: 

a.

 

eroziya proseslərinin öz təbii həddində sabitləşməsinə



b.

 

torpaq  zonası  üçün  səciyyəvi  olan  yüksək  münbitlik  göstəricilərinin 



reallaşmasına və torpağın ilkin ekoloji parametrlərinin bərpasına; 

2.

 



Eroziyaya  qarşı  görülən  tədbirlər  sistemi  Azərbaycanın  bütün 

regionları  üçün  universal  səciyyə  daşımamalı,  yerli  iqlim,  relyef,  torpaq  və 

təsərrüfat fəaliyyətləri nəzərə alınmaqla layihələşdirilməlidir. 

Aqrotexniki tədbirlər. Kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən 

torpaqlar  eroziya  proseslərinə  qarşı  daha  həssasdırlar.  Mülkiyyət  (dövlət, 

bələdiyyə, xüsusi) formasından asılı olmayaraq bu təyinatdan olan torpaqlar 

eroziyaya qarşı müvafiq tədbirlər kompleksinin görülməsini tələb edir. Bunlar 

aşağıdakılardır: 

a.

 



kənd  təsərrüfatı  yerlərinin  eroziyaya  qarşı  təşkili  düzgün  həyata 

keçirilməli,  meylliyi  lö'^-dən  çox  olan  yamaclar  əkin  və  örüş  altında 

istifadədən  çıxarılmalı,  xüsusi  •  tədbirlərdən  (kontur-meliorativ,  terraslaş- 

dırma və s.) sonra çoxillik əkinlər, meyvə bağları, üzümlüklər və meşəliklərin 

salınması üçün istifadə edilməlidir

b.

 



tarla aə tarlaqoruyucu əkin dövriyyəsi sistemlərinə üstünlük verilməli, 

bu zaman payızlıq dənli və çoxillik ot bitkiləri üstünlük təşkil etməli, əkinlər 

yüksək  normada  gübrələnməli,  herikdən  istifadə  məhdudlaşdırılmalı  və  ya 

tamamilə dövriyyədən çıxarılmalıdır; 



C.

 

yamaclarda səthi su axınının və torpağın yuyulmasının qarşısını almaq, 

habelə  torpağın  münbitliyini  mühafizə  etmək  üçün  yamaclarda  şum, 

kultivasiya işləri yamacın eni istiqamətində və ya sahənin horizont- ları üzrə 

aparılmalı, yuyulmanı azaltmaq və rütubəti saxlamaq üçün tirələr və şırımlar 

çəkilməlidir; 

d.  dik  yamaclarda  eroziya  prosesini  zəiflətmək  üçün  şumlamada  ba- 

lansir və ya korpusu çevrilən xüsusi dağ kotanlarından istifadə edilməli, şumu 

yamacın aşağı hissəsindən başlamaqla birtərəfli aparılmalı və laylar yamacın 

aşağı  tərəfmə  doğru  çevrilməli,  zolaqlarla  dərindən  şumlanmaya  üstünlük 

verilməlidir. 

242 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə