Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə87/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   83   84   85   86   87   88   89   90   ...   216

olduğu kimi sanitar zona yaradılması tədbirini təklif edir. 

Azərbaycanda  olan  56  su  anbarından  yalnız  ikisi  (Pirsaat  və  Ağsu 

çayından  doldurulan  Cavanşir  su  anbarları)  demək  olar  ki,  tam  lillənməyə 

məruz qalmışdır. 

11.7.

 

BİOGEN YÜKÜN KƏND TƏSƏRRÜFATI MƏNBƏLƏRİ 



Bütün su hövzələri, xüsusilə böyük çay hövzələri yüksək antropogen yük 

altında  olur.  Planetimizin  20%  quru  ərazisində  əhalinin  90%-i  yaşayır  və 

təsərrüfat  fəaliyyətində  sututar  hövzələri  daha  çox  inkişaf  edir.  Kiçik  su 

obyektlərinin sutoplayıcıları aqrosənaye kompleksinin əsas ərazi bazası hesab 

olunur. 

Su  resurslarına  təsir  konteksində  müasir  aqrar  sektor  yalnız  dəmyə  və 

suvarma  əkinçiliyi,  qurutma  və  su  meliorasiyası  deyil,  o  həm  də  bur-  daq 

(sənaye) və otlaq heyvandarlığı,  əkinçiliyin istehsalının texniki və energetik 

təminatı  sahəsi  (sferi),  aqromeşəmeliorasiya  və  s.  sahələri  əhatə  edir. 

Tədqiqatçıların  bir  çoxu  intensiv  inkişaf  etmiş  kənd  təsərrüfatını  biogen 

elementlərin  ən  aktiv  daxil  olma  mənbəyi  hesab  edir.  Su  hövzələrinin 

evtroflaşması üzrə Beynəlxalq Komissiyanın gəldiyi nəticəyə görə, hissələrə 

ayrılmış  mənbələr  şəhər  çirkab  sularına  nisbətən  biogen  elementlərlə 

çirklənmədə  daha  mühüm  rol  oynayır,  bunu  müxtəlif  ölkələrdə  əldə  olunan 

nəticələr  təsdiq  edir.  Belə  ki,  İsveçrədə  azotun  70%-dən  çoxu,  fosforun  isə 

50%-i su hövzələrinə kənd təsərrüfatı tarlalarından daxil olur; ABŞ-da azotun 

yüksək  konsentrasiyası  (10  mq/1)  aqrar  rayonlardan  axan  çaylarda  aşkar 

olunmuşdur;  Almaniyada  azotun  54%-i  su  hövzələrinə  kənd  təsərrüfatı 

sahələrindən, 24%-i sənaye tullantılarından və yalnız 22%-i təsərrüfat-məişət 

axınlarından daxil olur. 

Son 20 il ərzində səth suları ilə Volqa və Dnepr su anbarlarına daxil olan 

biogen  elementlərin  miqdarı  2  dəfə  artmışdır.  Bu  zaman  daxil  olan  ümumi 

azotun  miqdarına  görə  kənd  təsərrüfatının  payına  70%,  mineral  fosforun 

payına 36% düşür. 

Biogen  maddələrin  su  hövzələrinə  daxil  olma  mənbəyi  sayılan  kənd 

təsərrüfatının  təsiri  şumlanan  ərazilərin  sahəsinin  artması,  iri  texnika  və 

hidromeliorasiya  ilə  sahələrin  transformasiyası,  mineral  və  üzvi  gübrələrin 

əsasında  kimyəvi  proseslərin  inkişafı  daha  da  artırır.  Bu  faktorlar  biogen 

elementlərin  aqrolandşaftda  miqdarının  və  istiqamətinin  dəyişməsinə  səbəb 

olur. Aqrar ərazi hüdudunda biogen yükün əsas mənbələrini kənd təsərrüfatı 

sahələri  (şum,  biçənək,  otlaq),  heyvandarlıq  obyektləri  (heyvan  saxlanan 

binalar, durulducu hovuzlar (çənlər), peyin saxlanan yer, peyin şirəsi quyusu), 

mineral  gübrələr  anbarları,  kənd  yaşayış  məntəqələri  və  yoldaşlıq  bağçılıq 

təsərrüfatı, həmçinin təbii bitki örtüyü 



227 


(meşə,  çəmən,  bataqlıq)  və  atmosfer  yağıntıları  (şəkil  11.6)  təşkil  edir.  Bu 

mənbələr  dağınıq  (qarışmış  və  ya  sahələrlə)  və  nöqtəli  (məhdud  məkanda 

toplanmış) şəkildə yerləşir. 

Bitki örtüyündə biogen maddələrin itməsini şərti olaraq təbii və texnoloji 

itkiyə  bölmək  olar.  Birinci,  əsasən  ərazinin  şumlanma  intensivliyindən, 

əkinçilik  üsulundan,  verilən  mineral  gübrələrin  miqdarından,  məhsul 

toplandıqdan  sonra  tarlada  (çəməndə)  qalan  qalıqların  miqdarından;  ikinci 

(texnoloji)  -  kənd  təsərrüfatı  sahələrinə  gübrələrin  daşınması  və  verilməsi 

zamanı müxtəlif pozuntulardan asılıdır. 

 

Şəkil 11.6. Biogen yükü formalaşdıran əsas mənbələr (Xrisanov, Osipov, 



1993) 

228 


Bitkiçilik  aqroekosistemin  olduqca  əhəmiyyətli  və  mürəkkəb  elementi 

olub, biogen yükün formalaşmasına adi təsir göstərmir. Ərazinin şumlanması, 

su axınının formalaşması şəraitini dəyişərək biogen elementlərin təbii mühitə 

və  suaxarlara  aparılmasını  aktivləşdirir.  Şumlanmış  torpaqlar,  onun  təbii 

analoqlarına nisbətən tamamilə başqa su- fıziki xassələrə malikdir. Onlar üçün 

zəif  susızdırma  qabiliyyəti  və  xeyli  səth  axını  səciyyəvidir.  İntensiv 

fiziki-mexaniki  aşınma  və  torpaqəmə-  ləgətirən  süxurun  yuyulması  səth 

sularının  minerallaşmasmm  yüksəlməsinə  səbəb  olur.  Bitki  örtüyü  isə  səth 

axınının saxlanmasında və biogen- lərin yuyulmasının azalmasında böyük rol 

oynayır. 

Biogenlərin  hərəkətində  əlavə  hərəkət  aqrotexniki  üsullardan  asılı  ola 

bilər.  Belə  ki,  yazlıq  və  cərgə  araları  becərilən  bitkilərin  becərilməsi  üçün 

torpağın  payızda  hazırlanması  yamacda  səthi  su  axınını  azaldır  və  nəticədə 

biogen elementlərin aparılmasını azaldır. 

Gübrələrin  uzun  müddət  yüksək  dozada  tətbiq  olunması,  onların  şum 

qatında toplanması səth axını ilə biogen maddələrin aparılmasını gücləndirir. 

Torpağın  eroziyası  biogen  elementlərin  sutoplayıcıdan  aparılmasına 

təkan verir, suyun çirklənməsinə (xüsusilə fosforla) aktiv təsir göstərir. Şum 

sahəsində,  xüsusilə  dondurma  şumunda  sülb  axını  ilə  fosforun  itirilməsi 

üstünlük  təşkil  edir  və  ümumi  fosfor  itkisinin  90%-dən  artığını  təşkil  edir. 

Eroziya  prosesinin  suyun  biogen  çirklənməsinə  təsiri  böyükdür.  Məsələn, 

kənd təsərrüfatı sahəsinin hər hektarından 1 ton  sülb  axını vasitəsilə 1 kq-a 

qədər ümumi fosfor aparılır. 

 

Şəkil 11.7. Meşəli hövzədə hidroloji şəbəkənin sıxlığından asılı olaraq 

fosforun orta illik aparılması (Xrisanov, Osipov, 1993). 

229 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə