Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə83/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   79   80   81   82   83   84   85   86   ...   216

11.3.

 

QİDA MADDƏLƏRİNİN AXINI SU HÖVZƏLƏRİNDƏ 



EKOLOJİ TARAZLIĞIN DƏYİŞMƏSİNDƏ ƏSAS 

FAKTORLARDAN BİRİ KİMİ. BİOGEN YÜKÜN 

MÜƏYYƏNLƏŞDİRİLMƏSİNİN İMKANI 

Kənd  təsərrüfatı  istehsalının  intensivləşdirilməsi  maddələrin  təsərrü- 

fat-bioloji dövranını dərindən dəyişir, bu, çox vaxt ekosistemin fəaliyyəti ilə 

bağlı,  o  cümlədən  toksiki  maddələrlə  çirklənən,  həmçinin  güclü  evtro- 

fıkasiya  (yunan  sözündən  evtrophe-sıx,  münbit,  yağlılıq,  güclü  qidalanma) 

təsiri  altında  olan  səth  və  yeraltı  suların  vəziyyəti  ilə  əlaqədar  ekoloji 

problemlərin kəskinləşməsinə gətirib çıxarır. 

Evtrofıkasiya prosesinin faktoru - iştirakçısı olan kənd təsərrüfatı, seliteb 

ərazilərin,  heyvandarlıq  kompleksinin  və  suvarılan  ərazilərin  su  ilə  təmin 

edilməsində olduqca pis vəziyyətdə qala bilər. 



Evtrofikasiya dedikdə, antropogen və ya təbii faktorların təsiri ilə suda 

biogen elementlərin toplanması nəticəsində su obyektlərinin (su hövzələrinin) 

bioloji  məhsuldarlığının  artması  başa  düşülür.  Antropogen  evtrofıkasiya 

çirkab  sularının,  həmçinin  gübrələnən  tarlalardan  axıdılan  səth  sularının  su 

hövzələrini biogen maddələrlə zənginləşdirməsi nəticəsində baş verir, bu isə 

suyun «çiçəkləməsi», çirklənməsi və onun keyfiyyətinin kəskin pisləşməsinə 

səbəb olur. 

İnsanın təsərrüfat fəaliyyəti evtrofikasiya prosesinin sürətini xeyli artırır: 

bir neçə onillik ərzində antropogen evtroflaşma faktoru yaratdığı dəyişikliklər, 

su hövzələrində təbii ritmiə on min illər ərzində baş verərdi. Buna SES-nin 

kaskadlarmm  və  su  anbarlarının  tikilməsi,  rekreasiya  tədbirləri,  sənaye, 

məişət-kommunal,  heyvandarlığın  tullantıları  və  seliteb  ərazilərdən  leysan 

sularının axını səbəb oldu. 

Respublikamızda əsas su anbarları qonşu dövlətlərdə güclü çirklənməyə 

məruz  qalan  iri  çayların  -  Kür  və  Araz  çaylarının  üzərində  yaradılmışdır. 

Qonşu dövlətlərdə güclü çirklənən Kür çayı  respublikamızın  ərazisinə daxil 

olarkən  sürəti  azaldığından  daha  iri  və  ağır  hissəciklər  zibil  halında  çayın 

dibinə  çökmüş,  qalanları  isə  Şəmkir  su  anbarına  keçir.  Bunun  nəticəsində 

çöküntülərin və su  anbarının dibi çirklənir, suda  həll olan zərərli maddələr, 

xüsusilə  biogen  elementlər  bütün  su  hövzələri  kaskadmda  su  anbarının 

antropogen  evtrofikasiyasma  səbəb  olur.  Bununla  əlaqədar  Mingəçevir  və 

Şəmkir  su  anbarının  dibi  bitki  örtüyündən  (meşə,  kol,  lianlar  və  s.) 

təmizlənməmiş  və  onların  tədricən  çürüməsi  suyun  keyfiyyətinə,  oksigen 

rejiminə  və  su  hövzəsinin  heyvanlarına  (balıqlara)  mənfi  təsir  göstərmişdir 

(Ş.Xəlilov, 2003). 

Mingəçevir şəhərindən Varvara su anbarına sutkada 150 min m’ çirkab su 

axıdılır. Araz çayı və qolları Ermənistan ərazisində güclü çirk 

214 



ləndiyindən (çirkab suların miqdarı sutkada 2,1 mln m^ təşkil edir) Araz su 

qovşağı  respublikamızın  su  anbarlarının  hamısından  daha  çirklidir.  Bunun 

nəticəsində  Araz  su  anbarında  suyun  çirklənməsi  və  balıqların  kütləvi 

qırılması baş verir. 

 

Şəkil 11.2. 

Evtrofıkasiya mexanizminin ümumiləşdirilmiş sxemi 

(Xrisanov, Osipov, 1993) 

Azərbaycanda su anbarlarında suyun aerasiyası məqsədilə heç bir qurğu 

və texniki vasitələrdən istifadə olunmur. 

Su  hövzəsinin  ekoloji  pozulması  prosesi  kimi  evtroflaşmanı,  su 

bitkilərinin  iki  həyat  forması  (bentos  və  fıtoplankton)  arasındakı  nisbətin 

dəyişməsinin aşkar əlaməti hesab etməlidir. 



215 


 

Şəkil 11.3. Su hövzələrinin evtrofıkasiyası faktorları (Qriqoryev, 1985) 

Bentos  (latınca  -  benthos  -  dərinlik)  bitkiləri  su  hövzəsinin  dibinə 

bərkiyərək  (yapışaraq  və  ya  köklənərək)  inkişaf  edir;  suya  batırılmış  bu  su 

bitkisi  özünə  lazım  olan  elementləri  dib  çöküntülərindən  və  sudan  alır, 

nəticədə su hövzəsinin özünütəmizlənməsinə şərait yaranır (cədvəl 

11.2,


 

şəkil 11.4). 



216 


Cədvəl 11.2 

Su bitkilərinin akkumulyasiya etdiyi kimyəvi elementlər 



Bitkilər

 

Bitkinin

 

orqanı

 

Kimyəvi element

 

Adi qamış (trostnik)

 

yarpaq

 

N, K, Cl, Si, Ca, Mg, Mn

 

Daryarpaq ciyən

 

yarpaq

 

N, K, Cl, P, Mg, Mn, Na

 

Çöl qamışı

 

budaq

 

N. K, Cl, P, Na, Mg, Mn

 

Çətiryarpaq suoxu

 

yarpaq

 

K, N, Cl, Ca, P, Na, Mg, Mn

 

Bağayarpaqşəkilli süsənlər

 

yarpaq

 

N, K, Ca, Cl, P, Na, Mg, Mn

 

Deşikyarpaq suçiçəyi

 

budaq

 

K, Ca, Cl, Na, P, Mg, Si, Mn

 

 

 



Şəkil  11.4.  Lentik  qruplaşmaların  bəzi  produsentləri:  su  hövzələrinin  dibinə 

bərkimiş  sahilyanı  bitkilər  (1-7).  sapşəkilli  yosunlar  (8-9)  və  fıtoplankton  (10-20). 

Fitoplanktonun  tərkibində  yaşıl  (10-13).  diatom  (14-17)  və  göy-yaşıl  (18-20) 

yosunlar  1-ciyən;  2-qamış;  3-oxyarpaq;  4-suzanbağı;  5  və  6-suçiçəyinin  ilk  növü; 

7-Chara 

217 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə