Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə80/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   76   77   78   79   80   81   82   83   ...   216

və onda elementlərin müəyyən səviyyədə toplanmasına səbəb olan bu və ya 

digər kimyəvi elementin konsentrasiyasınm təyin edilməsini göstərir. 

Səhiyyə - gigiyenik, ekoloji və sosial-iqtisadi normalaşdırmaya ayrılır. 

Səhiyyə - gigiyenik normalaşdırma. Bu normalaşdırma növünün əsasını 

praktiki  olaraq  insanın  sağlamlığına  və  onun  nəslinin  salamat  qalmasına 

(rifahına) zərərli maddələrin təsir göstərə bilməyəcək miqdarının yol verilən 

konsentrasiyası (YVK) təşkil edir. Bu məqsədlə, həmçinin yol verilən tullantı 

(YVT)  göstəricisindən  istifadə  olunur.  Səhiyyə-gigiyenik  normalaşdırmada 

dörd əsas göstərici nəzərdə tutulur: transloka- siya (çirkləndirici maddənin kök 

sistemi  vasitəsilə  bitkiyə  keçməsi),  miqrasiya  -  su  (çirkləndirici  maddənin 

suya  keçməsi),  ümumi  -  səhiyyə  (çirkləndirici  maddənin  torpağın  özünü 

təmizləmə qabiliyyətinə və onun bioloji aktivliyinə təsiri). 

Torpaq-bitki  sistemində  çirkləndirici  maddələrin  miqrasiyası  bir  neçə 

faktorla təyin olunur; onlardan əsasları - toksikantm miqrasiya qabiliyyəti və 

ona bitkinin münasibəti. Çirkləndirici maddələrin torpaqda miqrasiyası onun 

növündən,  torpaq  örtüyünün  xüsusiyyətlərindən  (hu-  musluluq  qabiliyyəti, 

qranulometrik  tərkibi  və  s.),  su  rejiminin  tipindən,  temperatur  faktorundan 

asılıdır.  Məsələn,  qurğuşun  torpaqda  kadmiu-  ma  nisbətən  az  hərəkətlidir. 

Qurğuşunun humin turşusu ilə kompleksi, kadmiumun analoji kompleksindən 

150  dəfəyə  qədər  davamlıdır.  Qurğuşun  və  civə  az  dərinliyə  miqrasiya  edir 

(təxminən  10  sm-ə  qədər);  kad-  mium,  mis  və  sink  isə  daha  çox  dərinliyə 

işləyir (30 sm-ə qədər). 

Ağır  metalların  bitkinin  orqanları  üzrə  miqrasiyası  aşağıdakı  kimi 

göstərilə bilər (azalma sırası üzrə): kök sistemi - budaqlar - yarpaq - toxum - 

meyvə - kök yumrusu. Həm də kökün toxumalarında ağır metalların miqdarı 

500...600 dəfə arta bilər, bu, kök sisteminin yüksək qoruyucu (bufer) imkanı 

olduğunu təsdiq edir. 

Məlum olduğu kimi, müxtəlif göbələklərdə Hg, Se, Mg, Cu, Zn yüksək 

miqdarda konsentrasiya olunur. 

Ekosistemlər  üçün  toksikantların  ümumi  miqdarı  deyil,  onların 

mütəhərrik  formaları  real  təhlükə  yaradır,  odur  ki,  son  illər  həkimlər  - 

gigiyenaçılar  çirkləndirici  maddələrin  ümumi  miqdarı  ilə  yanaşı,  həm  də 

onların mütəhərrik formalarının konsentrasiyasını normalaşdırırlar. 

Ağır  mexaniki  tərkibli  torpaqlarda  toksikantların  hərəkətliyi  azalır. 

Torpağın kipliyinin artması çirkləndirici maddələrin hərəkətliyini artırır. 



Ekoloji normalaşdırma. Ekoloji normalaşdırmanm əsasını çirkləndirici 

maddələrin ayrı-ayrı orqanizmə deyil, bütövlükdə sistemə təsiri təşkil edir. Bu 

halda  ətraf  təbii  mühitə  minimum  təsir  göstərməklə,  optimal  bioloji 

məhsuldarlıq əldə olunması n^^ərdə tutulur. 

Çirklənmə şəraitində ekosistemin normal fəaliyyət göstərməsi ilk 

205 



növbədə  sistemin  biotransformasiyası  və  detoksikasiyasını  nəzərdə  tutur. 

Qiymətvermə  göstəricisi  kimi  bu  zaman  aşağıdakılar  götürülür:  torpağın 

özünütəmizləmə  qabiliyyəti,  bitkidə  kimyəvi  elementin  konscnlra-  siya 

dərəcəsi (bioloji udma əmsalı - BUƏ), torpaqda toksikantm miqdar göstəricisi 

və 

konsentrasiya 



əmsalı 

(çirklənmiş 

torpaqda 

inqrediyentin 

konsentrasiyasmın  İbn  konsentrasiyaya  nisbəti).  Ekoloji  normalaşdırma 

meyarı  kimi,  həmçinin  ərazinin  ekoloji  tutumu,  ekoloji  optimal  bioməh- 

suldarlıq, müəyyən rayon ərazisi üçün bitki örtüyü və heyvanlar aləmi nəzərə 

alınmaqla  biogeosenozun  və  aqro  və  urbanosenozun  bioloji  məhsuldarlığı 

götürülür. 

Ekoloji  xarakteristikadan  istifadə  edərək  normalaşdırmaq,  sanitar- 

gigiyena normativlərə nisbətən ekosistemin vəziyyətini daha tam uyğun əks 

etdirir. Bu zaman torpaq biopotensialı nəzərdə tutulur, bu, ətraf təbii mühitin 

sağlamlaşdırılmasma imkan yaratmış olar. 

10.6.

 

TORPAĞIN MÜNBİTLİYİNİN SAXLANILMASI və 

BƏRPASININ, AĞIR METALLARLA ÇİRKLƏNMƏDƏN 

MÜHAFİZƏNİN EKOLOJİ ƏSASLARI 

Üzvi  gübrələr.  Torpaq  biotasının,  qismən  mikrobiotanın  torpağın 

münbitliyi  və  «sağlamlığı»,  həmçinin  ətraf  təbii  mühitin  vəziyyətinin 

keyfiyyətini  saxlamaq  üçün  üzvi  gübrələrdən  müntəzəm  istifadə  etmək 

məqsədəuyğundur. 

Üzvi gübrələr kimi quş peyini, torf, şəhər zibili, sapropel və s. materiallar 

effektli ola bilər. 

Yüksək üzvi fon yaradılması torpaqda bioloji proseslərin aktivləşməsinə 

imkan  yaradır,  bitkinin  qida  maddələri  və  bioloji  aktiv  birləşmələrlə  təmin 

olunmasını, həmçinin torpağın fıtosanitar vəziyyətini yaxşılaşdırır. 

Kimyəvi  meliorasiya.  Torpağın  ağır  metallarla  çirklənməsinin 

nəticələrini  aradan  qaldırmaq  üçün  istehsalat  texnologiyasının,  o  cümlədən 

aqrokimyəvi maddələrin təkmilləşdirilməsinə əsaslanan xəbərdarlıq tədbirləri 

mühüm  əhəmiyyət  kəsb  edir.  Kimya  və  maşınqayırma  sənayesinin  yaxşı 

təmizlənmiş  tullantılarının  fosforla  zənginləşdirilməsi  (100  kq  tullantıya 

qədər) kənd təsərrüfatı üçün olduqca qiymətli sayılır. 

Gübrə kimi istifadə olunan çirkab sularının təmizlənməsi üçün müxtəlif 

maddələrdən  istifadə  edilir:  əhəng  daşı,  ion  mübadiləli  qatran,  sintetik 

sorbentlər. 

Bəzi 


metalların 

bir 


mikroorqanizmlər 

tərəfindən 

zənginləşdirilməsi  qabiliyyəti  diqqətəlayiqdir,  bu,  mis,  uran  və  digər 

metalların alınmasına imkan yaradır. 

Güclü çirklənmiş ərazilər üçün çirklənmiş torpaq qatının kənarlaşdı- 

206 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə