Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə76/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   72   73   74   75   76   77   78   79   ...   216

scnirasiya  olunur.  Biofil  element  olan  azotun  miqdarı  (ümumi  azot)  humuş 

kimi torpağın aşağı qatlarına doğru azalır. Fosfor mühüm vo çox defisit biofil 

və aqrofıl element hesab olunur. O, canlı orqanizməlor -bitki, heyvan, insan 

tərəfindən çox istifadə edilir, lakin filiz kimi ehtiyatı olduqca azdır. 



Torpağın informasiya funksiyasu Torağın profilində həm müasir, həm 

də  qədim  torpaq  proseslərinin  «dəlillərini»  (izlərini)  görmək  olar.  Müasir 

proseslərə torpağın islanma dərinliyi, rütubətliyi, strukturu, bio- genliyi və s., 

qədim  proseslərə  isə  torpağın  qalınlığı,  humusun  ehtiyatı,  karbonatlar, 

gömülmüş horizontlar və s.aiddir. Qədim «dəlillərə» əsasən torpağın tarixini, 

onun keçdiyi mərhələləri, hazırda şumlanan torpaqların vaxtilə meşə  altında 

olmasının  bərpası,  yəni,  ərazinin  qədim  landşaftının  qanunauyğun 

paleocoğrafi rekonstruksiyasını keçirmək olar. 



10.3.4.

 

Torpağın gücdən düşməsi 

Torpağın  yorulmasının  xarici  əlaməti  kənd  təsərrüfatı  bitkilərinin 

məhsuldarlığının  kəskin  azalması  ilə  özünü  göstərir,  bu,  eyni  növdən  olan 

bitkinin  sistemsiz  becərilməsi  zamanı  müşahidə  edilir.  Çox  vaxt  belə  hal 

kətan,  günəbaxan,  şəkər  çuğunduru,  pambıq  və  digər  bitkilərin  təkrar 

səpilməsi zamanı baş verir. 

Torpağın  gücdən  düşməsinin  başlıca  səbəbi  bitkinin  kökləri  və  mik- 

roorqanizmlər  tərəfindən,  spesifik  zərərvericilərin,  xəstəlik  törədicilərin  və 

alaqların  parçalanmasından  (çürüməsindən)  ayrılan  toksik  maddələr  hesab 

olunur. Torpağın gücdən düşməsinin qarşısının alınması asandır. Bunun üçün 

səpin  dövriyyəsinə  riayət  etmək,  torpağı  sağlamlaşdırmaq  üçün  ona  üzvi 

gübrələr,  sideratlar  vermək,  davamlı  bitki  sortlarmdan  istifadə  elmək  və  s. 

lazımdır. 

Torpağın  münbitlik  vəziyyətinə  nəzarət  etmək  üçün  xüsusi  xidmət 

təşkilatı olmalıdır. Onların verdiyi qərara əsasən torpağı sağlamlaşdırmaq və 

münbitliyini  bərpa  etmək  üçün  torpaq  müntəzəm  olaraq  kənd  təsərrüfatı 

dövriyyəsindən  çıxarılır,  bu,  torpağın  ekoloji  funksiyasını  yerinə  yetirməyə 

imkan verir. 



. 10.4.TORPAĞIN ANTROPOGEN ÇİRKLƏNMƏSİ 

Torpaq  daima  müxtəlif  dərəcədə  insanın  təsərrüfat  fəaliyyəti  təsirinə 

məruz  qalır.  Torpağın  tikinti  və  nəqliyyat  məqsədilə  kənd  təsərrüfatı 

istifadəsindən çıxarılması, eroziya prosesinin inkişafı, şorlaşma, çirklənmə və 

s.  hadisələr  qlobal  xarakter  daşıdığından  dünyada  bəşəriyyəti  ciddi  narahat 

etməyə  başlamışdır.  V.Q.Rozomovun  məlumatına  əsasən  bəşəriyyət  tarixi 

ərzində dağılmağa və deqradasiyaya məruz qalan lorpaqla- 

195 



nn ümumi sahəsi 20 mln km^-ə çatır, bu müasir dünyamızdakı ümumi əkin 

sahəsindən  çoxdur.  BMT  ətraf  mühit  və  inkişaf  üzrə  keçirdiyi  Konfransın 

(Rio-de-Jeneyro,  1992)  sənədlərində  qeyd  olunur  ki,  çox  güclü  (böhranlı) 

deqradasiyaya uğramış torpaqların  sahəsi  - 1%,  güclü  dərəcədə  - 15%, orta 

dərəcədə  -  46%  və  zəif  dərəcədə  -  38%  təşkil  edir.  Bundan,  deqradasiya 

proseslərinin  56%-i  su  eroziyası,  28%-i  külək  eroziyası,  12%-i  çirklənmə, 

4%-i isə fiziki deqradasiyanın payına düşür. 

Torpaq  resurslarının  vəziyyətinin  pisləşməsi  və  torpağın  münbitliyinin 

azalması  gələcəkdə  milyonlarla  insan  üçün  yaşayış  vasitələrinə  və  ərzaq 

təhlükəsizliyinə  qorxu  yaradır,  su  resursları  və  bioloji  müxtəlifliyin 

saxlanması üçün mənfi nəticələr gözlənilir. 

Deqradasiya proseslərinin inkişafı təbii (iqlim, hidroloji, morfodi- namik, 

fıto  və  zoogen)  və  antropogen  faktorların  təsiri  sayəsində  baş  verir. 

Antropogen faktorlar (dəmyə və suvarma əkinçiliyinin səmərəsiz aparılması, 

hədsiz  otarma,  torpaq  və  bitki  örtüyünün  sənaye,  kommunal  və  irriqasiya 

tikintiləri  tərəfindən  məhv  edilməsi,  dağ-mədən-qazıntı  işləri,  atmosferə 

texnoloji və qəza sənayesi tullantılarının atılması, çirkab və drenaj sularının 

axıdılması və b.) şübhəsiz, torpağın pisləşməsində aparıcı rol oynayır. 

Çirkləndirici maddələr biosferin canlı komponentinə (hüceyrədən tutmuş 

orqanizm səviyyəsinə qədər) təsir göstərərək, maddələr mübadiləsi və enerji 

axını  prosesinin  təbii  mexanizmini  pozur,  ekosistemin  tro-  fık  zəncirində 

funksional əlaqəsini parçalayır. 



10.4.1.

 

Ağır metallarla çirklənmə 

Çirklənmə  miqyasına  və  bioloji  obyektlərə  təsirinə  görə  çirkləndirici 

maddələr  arasında  ağır  metallar  xüsusi  yer  tutur.  Prinsip  etibarilə,  onlardan 

çoxu  canlı  orqanizmlərə  lazımdır,  lakin  biosferdə,  atmosferdə  intensiv 

yayılması və torpaqda yüksək konsentrasiyası onların biota üçün toksikliyinə 

çevrilir. 

1990-cı  ilin  əvvəlində  Şimali  Amerikada  və  Avropada  müxtəlif  sənaye 

fəaliyyəti  nəticəsində  bir  ildə  atmosferə  daxil  olan  ağır  metalların  cəmi 

aşağıdakı kimi olmuşdur: qurğuşun - 370 min t (o cümlədən etil- ləşdirilmiş 

benzinin hesabına 280 min t), arsen - 31,2 min t (əlvan və qara metallurgiya, 

şüşə, sement istehsalı), kadmium- 7,6 min t (əlvan metallurgiya - 6,2 min t) və 

s.  əlvan  metallurgiya  müəssisələrində  1  ton  məhsul  əldə  etmək  üçün  ətraf 

mühitə 40...60kq qurğuşun, 3 kq-a qədər ar.scn, 280 qr-a yaxın civə, 13 q-a 

qədər kadmium ayrılır (atılır) (cədvəl 10.3*). 

Rumıniyada (Reuse, Kırstya, 1986) metallurgiya müəssisəsinin yanında 

torpağın 0...10 sm qatında ağır metlların ümumi miqdarı (mq/kq) 



196 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə