Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə75/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   71   72   73   74   75   76   77   78   ...   216

robii ekosistemlərin vəziyyətinin və məhsuldarlığının dəyişməsi, xüsusilə 

meşəsizləşdirmə və səhralaşma torpaq örtüyünün vəziyyətinə təsir göstərir, bu 

isə onun sonrakı məhsuldarlığının aşağı düşməsinə səbəb olur. Nəhayət, süni 

yaradılan  və  ya  insan  tərəfindən  güclü  dəyişikliyə  uğrayan  ekosistemlərdə 

(aqroekosistemlərdə) baş verən ətraf mühit problemləri də torpaq örtüyünün 

vəziyyətilə sıxı surətdə bağlıdır. 

Potensial  münbitlik  nöqteyi  nəzərincə  qurunun  böyük  hissəsi  aşağıdakı 

məhduddiyyətlərə  görə  əkinçilik  üçün  yararsız,  azyararlı  və  ya  əlverişsiz 

sayılır, (buzlaqlar daxil olmaqla ümumi sahəyə görə %-lə) (cədvəl 10.2). 

Cədvəl 10.2 

Quraqlıq

 

28%

 

Mineral tərkibin məhdud olması

 

23%

 

Torpağın yuxa olması

 

22%

 

Həddindən çox rütubətlik (bataqlıq)

 

10%

 

Daimi donuşluq

 

6%

 

Qeyd edək ki, torpaq bir neçə əlamətə görə azyararlı ola bilər. Odur ki, 



istifadə üçün yararsız torpaqların ümumi cəmi cədvəldə göstərilənə nisbətən 

azdır.  Belə  qiymətlərdən  birinə  görə  dünyada  şumlama  üçün  yararlı 

torpaqların  sahəsi  32,8  milyon  km-dir.  Bu  isə  qurunun  ümumi  sahəsinin 

22%-ni təşkil edir. 

İ.A.Krupenikov,  V.A.Kovda  (1985),  Q.V.Dobrovolski,  Y.D.Nikitin 

(1990) və özünün (Krupenikov, 1992) elmi işlərinə və fikirlərinə əsaslanaraq 

torpağın aşağıdakı əsas ekoloji funksiyalarını göstərir: 

Energetik  funksiya.  Enerjinin  çox  miqdarı  torpağın  mineral  hissəsində 

toplanır,  lakin  bu  enerji  olduqca  stabil  olub  onun  davamlığını  təmin  edir, 

maddələrin dövranı proseslərində və ekosistemlərin bioloji məhsuldarlığında 

isə  nisbətən  az  iştirak  edir.  Digər  mühüm  məsələ  odur  ki,  bitki  fotosintez 

prosesində günəş enerjisini toplayır. Canlı maddədə onun dövranı tez (bir neçə 

il, on illər) başa çatır, lakin canlı maddə ölmüş, quru (bitki) halında torpağa 

düşdükdə  qismən  ilkin  son  məhsullara  (su,  CO

2

,  azot  və  başqa  kimyəvi 

maddələr)  qədər  parçalanır,  qismən  isə  hu-  musa  çevrilir.  Humusda  böyük 

(əsrliklər)  enerji  ehtiyatı  cəmləşərək  hər  il  bioloji  dövrandan  kənarlaşır  və 

beləliklə, torpağın güclü enerji potensialı yaranır. 

Hidroloji funksiya. Əgər torpaq olmasaydı, okeanla quru arasında suyun 

dövranı tez başa çatardı. Yer səthinə düşən atmosfer yağıntıları yamac boyu 

böyük sürətlə axıb çaylara, sonra isə »dəniz və okeanlara axıb gedərdi. 

Özünün humusluluğu, strukturluğu (aqreqatlığı), məsaməliyi, suke- 



193 


çiriciliyi  və  rütubət  tutumu  ilə  torpaq  suyun  dövranını  kəskin  zəiflədir, 

müntəzəmləşdirir,  quruda  suyun  böyük  və  geniş  differensial  ehtiyatının 

yaranmasına  şərait  yaradır.  Bu  sular  tədricən  yabanı  və  mədəni  bitkilər 

tərəfindən istifadə olunur. Suyun bir hissəsi faydasız fiziki buxarlanmaya sərf 

olunur. 

Torpağın hidroloji və energetik funksiyaları arasında birbaşa əlaqə vardır, 

torpaqda nə qədər çox (müəyyən həddə qədər) enerji toplanarsa, onun hidroloji 

funksiyası da artar. Burada da torpağın humusu müəyyən rola malikdir. Qumlu 

və torflu torpaqlar istisnalıq təşkil edir. 

Geoloji funksiya bir-birinə əks olan iki proseslə ifadə olunur. Birinci, bu 

funksiya sayəsində torpaq davamlı təbii törəmə kimi alt qatda yerləşən yumşaq 

dağ  süxurlarını  istənilən  xarakterli  (yuyulma,  uçqun)  dağılmaqdan  qoruyur. 

İkinci, torpaq dağıldıqda mexaniki təsirlərin gücü (qravitasiya, külək, xüsusən 

axar  sular)  nəticəsində  aparılan  torpaq  materialından  yeni  -  delüvial,  hətta 

prolüvial dağ süxurları əmələ gəlir, onlar bir qədər dəyişilmiş şəkildə torpağın 

bir çox xassələrini özündə saxlayır.  Lakin  dağıdıcı proseslər davam  etdikdə 

«qalıq»  torpaq  xassələri  də  zəifləyir.  Torpaq  kütləsinin  bir  hissəsi  eroziya 

(denudasiya) zamanı dəniz və okeanlara çataraq dəniz çöküntü materialı əmələ 

gətirir. 



Torpağın qaz-atmosfer funksiyası -mürəkkəb və bir-birinə zidd xarakter 

daşıyır.  Üzvi  maddələrin  parçalanması  zamanı  bioloji  dövran  prosesində 

torpaq  atmosferə  karbon  qazı  (CO

2

)  ayırır.  O,  bitkilər  tərəfindən  fotosintez 

üçün sitifadə edilir. 

Əgər  atmosfer  və  torpaq  arasında  daim  hava  mübadiləsi  getməsəydi, 

torpaqda  oksigenin  ehtiyatı  cəmi  12-48  saata,  ən  zəngin  torpaqlarda  isə 

maksimum  100  saata  çatardı.  Belə  yüksək  sürətli  qarşılıqlı  mübadiləyə 

baxmayaraq, torpağın havası bir sıra göstəricilərinə görə atmosfer havasından 

fərqlənib,  tərkibində  10-100  dəfə  çox  karbon  qazı  və  xeyli  az  miqdarda 

oksigen saxlayır. 

Torpağın  bioloji  funksiyası  -  onun  canlı  orqanizmlərinin,  mezo  və 

mikrofaunasınm  kəmiyyətcə  xarakteristikası  ilə  səciyyələnir.  Mikroor- 

qanizmlər aktinomisetlər (şüalı göbələklər), bakteriyalar, azot bakteriya- ları 

və mezofauna (o cümlədən torpaq soxulcanı) miqdarına görə müxtəlif torpaq 

tipləri  bin-birindən  kəskin  ayrılır.  Bütün  bu  canlı  orqanizmlər 

torpaqəmələgəlmə proseslərində, torpağın münbitliyində böyük rol oynayır. 



Biogeokimyəvi  funksiya  -torpağın  üst  qatlarında  biofil  elementlər,  o 

cümlədən  mikroelementlərin  toplanmasına  şərait  yaradır,  torpağın  ak- 

kumulyasiya  rolu  olmasaydı,  onların  çoxu  yer  qabığında  və  hidrosferdə 

«səpələnər» və biologi dövrandan çıxardı. Bu fikri dəfələrlə Vernadski (1967) 

irəli sürmüşdür. Torpaqda üzvi karbon humus formasında kon- 

194 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə