Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə72/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   68   69   70   71   72   73   74   75   ...   216

dən- transformasiya yaradanlardan asılıdır. 

Üzvi  maddələrin  transformasiyası  və  mikrob  metobolizmin  qazşəkil-  li 

məhsullarının  mübadiləsi  torpaq  mikroorqanizmlərinin  ilkin  və  ikinci 

(törəmə) mineralları ilə qarşılıqlı təsirilə müşayiət olunur. 

Öz əhəmiyyətinə görə biosfer üçün bu proses fotosintez və mole- kulyar 

azotun  fıksasiyası  ilə  müqayisə  edilə  bilər,  belə  ki,  litosferdə  mövcud  olan 

mineral elementlər - ilkin mənbələr Yer üzərindəki bütün orqanizmlərin həyatı 

üçün  vacibdir.  Onlarsız  günəş  şüasının  kinetik  enerjisindən  yaşıl  bitkilər 

tərəfindən  dəyişdirilmiş  potensial  enerjinin  daşıyıcısı  olan  üzvi  maddələrin 

yaranması qeyri mümkündür. Praktiki olaraq mikroorqanizmlərin və onların 

metabolitlərinin təsirinə uğramayan elə bir element mövcud deyildir. 

Torpağın  mineral  hissələri  qeyri-üzvi  və  üzvi  turşular,  qələvilər,  fer- 

mentlər  və  digər  birləşmələr  -  torpaq  mikroorqanizmlərinin  həyat  fəaliyyəti 

məhsulları  tərəfindən  parçalanmaya  məruz  qalır.  Belə  ki,  nitrifi-  kasiya 

mikroorqanizmləri nitrifikasiya prosesində güclü azot turşusu ayırır. Əlverişli 

şəraitdə nitrifikasiya prosesində 1 ha-da bir il ərzində 300 kq-a qədər nitratlar 

əmələ gələ bilər. 

Mikroorqanizmlərin  tənəffüsü  prosesində  ayrılan  karbon2-oksid 

mineralların həll olmasına səbəb olur. Belə ki, mikroorqanizmlərin iştirakı ilə 

CO

2

 və suyun qarşılıqlı təsirindən həll olunmayan fosfatlar kar- bonat turşusu 

tərəfindən həll olunur: 

Ca3(P04)2 + 2CO: + 

2

H

2

O -> 

2

CaHP


04

 + Ca(HC


03)2

 

Bitkinin  lazımi  qida  elementləri  və  enerji  ilə  təmin  olunması  bu 



proseslərin intensivliyindən sılıdır. 

Üzvi maddələrin parçalanması ilə yanaşı, torpaqda humuslaşma prosesi 

də gedir. Bu proseslərdə torpaq biotasının, qismən mikroorqanizmlərin rolu 

böyükdür.  Ölü  üzvi  maddələrin  bütün  növmüxtəlifiikləri  torpaqda  bioloji 

parçalanmaya və oksidləşməyə - humuslaşmaya məruz qalaraq adətən vahid, 

torpaq  substratının  kifayət  qədər  sabit  (stabil)  kimyəvi  substansiyasına 

(maddəsinə) - humus maddələrinə çevrilir. 

Humuslaşma zamanı həm üzvi qalıqların parçalanması, həm də yeni üzvi 

birləşmələrin  sintezi  baş  verir.  Parçalanma  məhsulları,  qismən,  torpağın 

spesifik  üzvi  maddələri  -  fulvoturşusu  və  humin  turşusunun  sintezi 

prsosesində istifadə edilir. Humusun əmələ gəlməsində üzvi komponentlərin 

parçalanması və maddələr dövranı torpağın məskunları (canlıları) tərəfindən 

həyata keçirilən biokimyəvi fermentasiya proseslərinin nəticəsidir. 

Üzvi maddələrin miqdarının analiz məlumatları müxtəlif bitki zona 



186 


larında  (meşə  zonası  istisna  olmaqla)  humusıın  ehtiyatı,  həmin  zonalarda 

müvafiq bitki qruplaşmalanndakı fitokütlənin cəmindən artıq olduğunu təsdiq 

edir.  Məsələn,  tundrada  yerüstü  bitki  kütləsi  3...10  ton/ha;  döşənək,  kök 

sistemi, humus isə 270...380 ton/ha; qaratorpaqlarda uyğun olaraq 10...20 və 

500... 1000 ton/ha təşkil edir. 

Humus  torpaqda  məskunlaşan  orqanizmlərin  və  ali  bitkilərin 

uzunmüddətli və müxtəlif qarşılıqlı təsiri nəticəsində toplanır. Əsasını humus 

maddələri  təşkil  edən  torpaq  münbitliyi  torpaq  mikrobiotasının  strukturu  və 

aktivliyindən asılıdır. 

Torpaq mikroorqanizmləri qazşəkilli atmosfer azotunu fiksasiya edərək, 

onu  bitkinin  mənimsənilməsi  üçün  birləşmələrə  çevirmək  kimi  nadir 

qabiliyyətə  malikdir.  Torpaq  mikroorqanizmləri  tərəfindən  fiksə  edilən  azot 

bioloji azot adlanır. 

Yerüstü  ekosistemlərdə  azot  fiksasiyasmın  illik  məhsulunun  cəmi 

təxminən  175...  190  mln  ton  təşkil  edir,  onun  90...  110  mln  tonu  aqroe- 

kosistem torpaqlarının payına düşür. 

Azot  fıksəedən  mikroorqanizmlər  qeyri-simbiotik  və  simbiotik  mik- 

roorqanizmlərə  bölünür.  Qeyri  simbiotik  azotfiksatorları,  öz  növbəsində, 



sərbəst  yaşayan  (bitkinin  kök  sistemi  ilə  bilavasitə  əlaqəsi  olmayan)  və 

assosiativ-  torpaqda  kök  sisteminə  bitişik  (yanında  olan  rizosfer)  və  kök  və 

yarpaqların səthində olan (fitoplanda) azotofiksatorlar. 

Sərbəst  yaşayan  azotfiksə  edən  mikroorqanizmlər  tərəfindən  istehsal 

olunan  azotun  illik  miqdarı  müxtəlif  torpaq  tipləri  üçün  1  ha-da  on  və  yüz 

kiloqramlarla tərəddüd edir: 

Çimli podzol 

Boz-meşə 

Qaratorpaqlar 

Şabalıdı 

Şoran və şorakət 

38..

 

.192 



48..

 

.216 



90..

 

.312 



135..

 

.516 



69..

 

.540 



Assosiativ  azot  fiksasiyası  bitki  assosiasiyasında  yaşayan  mikroor- 

qanizmlərlə yerinə yetirilir, bu halda da proses yüksək dərəcədə rizosferə daxil 

olan  asan  mənimsənilən  üzvi  maddələrin  və  enerjinin  kəmiyyəti  və 

keyfiyyətindən asılıdır. Bu proses fotosintez prosesi ilə sıx əlaqədardır (şəkil 

10.2). 

Mikrob  biokütləsi  özündə  ali  bitkilərə  lazım  olan  müxtəlif  maddələr 



saxlayır.  O,  xüsusilə  azotla  zəngindir.  Mikroorqanizmlərin  hüceyrələrində 

onun miqdarı 12%-ə çatır; P



205

-in payına 3%, K^O-nun payfna 2,2% düşür. 

Mikrob biokütləsinin biokimyəvi tərkibi də müxtəlifdir. Onun quru 

187 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə