Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə70/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   66   67   68   69   70   71   72   73   ...   216

Yüksək  konsentrasiyadci  azot  oksidləri  (adətən  sənaye  obyektləri  və 

avtomobil  yollan  yaxınlığında)  kənd  təsərrüFalı  bitkilərini  güclü  zədə-  ləyə 

bilər, bu isə aqroekosistemin məhsuldarlığına təsir göstərir. Azot birləşmələri 

ilə  zədələnmə  simptomları  yarpaqlarda  tünd  və  qəhvəyi  nckrotik  ləkələr, 

böymənin  intensivliyinin  aşağı  düşməsi,  fotosintez  prosesinin  pozulması, 

xəstəlik'və zərərvericilərlə zədələnmənin güclənməsi, stresə qarşı dävamlığm 

azalması şəklində təzahür olunur. 

Ətraf mühitin çirklənməsi proseslərinin idarə olunması vacibdir. 9.6 saylı 

şəkildə  bu  idarə  edilmənin  mümkünlük  sxemi  verilmişdir.  Sxemdən 

göründüyü  kimi,  texnogenez  üzrə  ilkin  məlumat  bazisinin  formalaşmasının 

obyektivliyi mühüm əhəmiyyət daşıyır, bu isə ciddi metodiki əsas tələb edir. 

Hər hansı bir ekoloji məsələni həll edərkən aşağıdakı vəziyyəti nəzərdən 

qaçırmaq  olmaz.  İlkin  biosfer  sərhədində  insan  cəmiyyəti  təşəkkül  tapma 

gedişində  biotexnosfer  formalaşmış  və  inkişaf  edir.  Bu  zaman  antropogen 

faktorların təsiri altında biosfer elementlərinin əsas xassələrinin dəyişməsi baş 

verir  (atmosferin,  qurunun  və  Dünya  okeanı  sularının,  litosferin  tərkib  və 

xassələri,  quru  səthinin  və  torpağın  xassəsi,  biotanm  tərkibi  və  s.),  bu  isə 

geofiziki  və  geokimyəvi  nəticələrə  və  effektlərə  (müxtəlif  elementlərin 

dövranının pozulması, ozon təbəqəsinin pozulması, yer səthinin eroziyası və 

s.)  gətirib  çıxarır,  ekosistemin  pozulması  ilə  əlaqədar  (quru  və  su 

ekosistemlərinin  və  okean  ekosisteminin  dəyişməsi,  mövcud  növlərin  məhv 

olması və yenilərinin peyda olması, bioməhsuldarhğm aşağı düşməsi, torpağın 

deqradasiyası və s.) ekoloji və bioloji nəticələrə səbəb olur, bütün bunlar son 

nəticədə  müxtəlif  miqyasda  sosial  nəticələrə  gətirib  çıxarır,  insan 

populyasiyasının sağlamlığına və rifahına təsir göstərir. 

Təbiət  qüvvələrinə  qarşı  cəmiyyətin  məqsədyönlü  təbiətəuyğun  təsiri 

sayəsində  bunun  qarşısını  almaq  olar.  Belə  təsirin  strategiya  və  taktikasını 

hazırlamaq  üçün  təbii-elmi  və  sosial  tədqiqatların  sintezinə  əsaslanan 

biotexnosfer  və  onun  inkişaf  yollarını  dərk  etmək  lazımdır.  Ekoloji 

tədqiqatlarda hər bir konkret halda elmi və praktiki məsələlərin adektiv həlli 

metodları sistemindən istifadə etmək vacibdir. 

Aqroekoloji  tədqiqatların  kompleks  sxemi  9.7  saylı  şəkillərdə 

verilmişdir. Bu sxemdə müasir aqroekologiyanm başlıca məsələləri göstərilir. 

180 



Nəzəri 

Metodoloji 

Aqroekoloji tədqiqat 

 

 



 

Laboratoriya 

Modelbşdirms 

 

 



 

 

Eksperimental 



 

 

 



Natura 

 

Axtarış 

 

 

 



Şəkil 9.7. Aqroekoloji tədqiqatların klassifikasiya metodları {Kormilitsin vəb.. 1997) 

181 


X

 

FƏSİL 

TORPAQ-BİOTİK KOMPLEKSİ (TBK) 

AQROEKOSİSTEMİN ƏSASIDIR 

Torpaq xüsusi təbii resurs olub, 

bərpa  olunmayan^  eyni  zamanda 

düzgün 

istifadə 

edildikdə 

tükənməyən resurs saydır. 

10.1.

 

TORPAQ - BİOTİK KOMPLEKSİ - AQROSENOZUN 

BÜTÖV MADDİ-ENERGETİK YARIMSİSTEMİDİR 

10.1.1.

 

Torpaq biotası 

Torpaq olduqca mürəkkəb sistem olub, onun əsas funksional (fəaliyyət) 

komponentlərindən biri orada məskunlaşan canlı orqanizmlər hesab olunur. 

Son  zamanlar  torpaq  biotasının  əhəmiyyətinin  artması,  yalnız  onun 

torpağın münbitliyinin formalaşmasında əvəzolunmaz rolu ilə deyil, həm də 

onun  torpağın  texnogen  çirklənməsinin  azalmasında  rolu  ilə  də  bağlıdır. 

Biosferin  komponentlərinin,  o  cümlədən  torpağın  texnogen  çirklənməsində 

torpaq biotası torpaqda olan və ətraf mühitin vəziyyətinə və kənd təsərrüfatı 

məhsullarının 

keyfiyyətinə 

təsir 

göstərən 



müxtəlif 

birləşmələrin 

detoksikasiyası (zəhərsizləşdirilməsi) kimi mühüm funksiya yerinə yetirir. 

Torpaq  örtüyü  müstəqil  (xüsusi)  yer  qabığını  -  pedosferi  təşkil  edir. 

V.V.Dokuçayev  torpağı  fiziki-coğrafi  mühitin  və  orqanizmlərin  dağ 

süxurlarına  birgə  təsiri  nəticəsində  formalaşaraq.  Yer  qabığının  üst  yumşaq 

qatını əmələ gətirən xüsusi təbii cisim kimi təyin edir. Bu olduqca mürəkkəb 

sistemdə  üzvi  maddələrin  fasiləsiz  sintezi  və  parçalanması,  bitkinin  kül 

elementləri  və  azotla  qidalanmasının  dövranı,  torpaqa  daxil  olan  müxtəlif 

çirkləndirici maddələrin detoksikasiyası gedir. 

Bu proseslər torpağın bərk, maye, qazşəkilli və canlı tərkibi kimi nadir 

quruluşu sayəsində həyata keçirilir



10.1.2.

 

TBK-nın tərkibi və struktur funksional təşkili 

Maddələrin  çevrilməsində  və  enerji  axınlarının  formalaşmasında  'I 

BK-nın tərkibində məskunlaşan canlı orqanizmlər böyük rol oynayır, onlarsız 

torpaq  yoxdur  və  ola  da  bilməz.  V.R.Vilyams  (1947)  yazırdı  ki,  canlı 

orqanizmlərsiz həyat dayanar və torpaq geologiya obyektinə çevrilər. 

182 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə