Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə66/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   62   63   64   65   66   67   68   69   ...   216

müvəqqəli xarakterinə toxunur və dəyişdirir. Aqroekosistemlər, şübhəsiz ki, 

bu  dəyişiklikdə  bilavasitə  iştirak  edərək  (özü  də  yüksək  dərəcədə),  qismən 

maddənin  dövranının  seyrəlməsinə  səbəb  olur.  Belə  ki,  planetdə 

aqroekosistemin kimyalaşdırılmasının təsiri ilə azotun dövranının seyrəlməsi 

nəticəsində  o,  suda,  torpaqda  toplanır  və  təxminən  10  mln.  tona  qədəri 

atmosferə  qayıtmır.  Biogen  maddələrin  izafi  toplanması  təbii  suların 

çirklənməsinə, torpaqda arzuolunmaz proseslərin inkişafına səbəb olur. Kənd 

təsərrüfatı maddənin təbii dövranı və enerji axınını, onların intensivliyini və 

yerdəyişməsinin  trayektoriyasım  dəyişdirir.  Süni  sintetik  maddələrin,  o 

cümlədən, ksenobiotiklərin dövrana daxil edilməsi xüsusilə təhlükəlidir. 

8.3

 

saylı sadələşdirilmiş sxemdə aqroekosistemlərdə maddələrin 



dövranının formalaşma xüsusiyyətləri göstərilir. 

Atmosfcrdon daxil 

olan yayılma nə- 

tic.ısində itki 

 

Məhsul 



Gübrələr 

Yuyulma 


n.əiicəsində 

ilki 


 

Şəkil 8.3. 



Təbii ekosistemlərin (a) və aqroekosistemlərin (b) əsas komponentlərinə 

qida maddələrinin (Krosli ml və b., 1987) keçməsi 

Şəkildən  göründüyü  kimi,  təbii  sistemlərdə  qida  maddələrinin  daxili 

dövranı,  həcminə  görə  onların  atmosferdən  daxil  olmasından  və  torpaqdan 

yuyulma  itkisindən  çoxdur  (a  bloku).  İdarə  olunan  (nizamlanan)  kənd 

təsərrüfatı ekosistemində (b bloku) qida maddələrinin yayılması (paylanması) 

dəyişir, bu, onların ilkin produsentlərdən istifadəçilərə 



165 


(konsumentlərə)  ötürülməsinin  azalmasında,  həmçinin  bu  maddələrin 

redusentlərə daxil olma rejiminin sonrakı qanunauyğun dəyişməsində təzahür 

olur. 

Aqrockosistemlərdə  belə  vəziyyətin  alınması  pestisidlərdən  istifadə 



edilməsi və aqrotexniki tədbirlərin aparılması olmuşdur. Bu, torpağın sonrakı 

becərilməsində bitki qalıqlarının torpağa ötürülməsi redusentlə- rin aktivliyini 

artırır.  Aqroekosistemin  idarə  olunması  (nizamlanması)  sayəsində  qida 

maddələrinin adi («konservativ») dövranı dəyişməsi və onun abiotik vəziyyətə 

keçmə  sürətinin  yüksəlməsi  müşahidə  olunur.  Aqroekosistemlərdə  təbii 

sistemlərə xas olan özünütənzimləmə xassəsi dəyişir, bu isə biotik davamhğın 

aşağı düşməsinə aparır. 

Bütün  ekosistemlər  təkamül  prosesində  təşəkkül  tapan  hərtərəOi 

(universal) təbii proseslər - biogeokimyəvi tsiklləri keçməsi əsasında fəaliyyət 

göstərir. Homeotaz prinsiplərinə uyğun olaraq, ekosistemi formalaşdıran hər 

hansı bir funksional (fəaliyyətdə olan) komponentlərin aşkar dəyişməsi, digər 

komponentlərin də əhəmiyyətli dərəcədə dəyişməsinin ilkin səbəbi ola bilər; 

bu  zaman  sistemin  əvvəlki  daxili  quruluşu  pozulur  (bitki  və  heyvan 

qruplaşmalarının tərkibi, üzvi maddələrin domi- nantlığı və s.). Belə halda da 

homeostaz  yeni  səviyyəyə  keçirsə,  o  zaman  eksistemin  sabitliyi  saxlanılır. 

Əgər  funksional  (fəaliyyətdə  olan)  komponentlərin  hər  hansı  biri  sıradaıi 

çıxarsa  və  ya  effektliyini  itirərsə,  o  zaman  abiotik  faktorların  təsiri  ilə 

ekosistem dağıla bilər, məsələn, eroziya prosesinin təsiri ilə. 

Ekosistemin stabil fəaliyyətinə nail olmaq və deqradasiya proseslərinin 

baş verməsinin və inkişafının qarşısını almaq üçün daima məqsədyönlü işlər 

yerinə  yetirilməlidir:  bioloji  məhsuldarlığın  xüsusiyyətlərini  elmi  cəhətdən 

dərk  etmək,  praktiki  fəaliyyətdə  məqsədyönlü  istiqamət  formalaşdırmaq. 

Perspektivdə  süni  törəmələrin  xassələri  təbii  ekosistemlərin  xassələrinə 

maksimum yaxınlaşmasını təmin etməlidir, əslində bunun aqrosistemdə kütlə 

və enerji mübadiləsi xüsusiyyətlərinə əsaslanan aqroekoloji həlli tapılmalıdır 

(şəkil 8.4). 

Aqroekosistemin  məhsulvermə  prosesi  ayrı-ayrılıqda  təsir  göstərən 

abiotik (yeri, günəş radiasiyası, istilik və su rejimi, mineral qidalanma və s.), 

biotik və antropogen faktorlardan deyil, eyni vaxtda (aparılan) bu faktorların 

kompleksindən  asılıdır  (faktorlararası  qarşılıqlı  təsirin  mürəkkəb 

kombinasiyasının  yekunlaşdırıcı  vektoru).  Aqroekosistemin  məhsuldarlığı 

insanın idarə olunması (nəzarəti) altında becərilən bitki və ətraf mühit arasında 

maddələr  mübadiləsi  və  enerji  çevrilməsi  proseslərinin  intensivliyi  və 

istiqaməti  ilə  təmin  olunur.  Aqroekosistemin  bioloji  təşkilinin  ekosistem 

səviyyəsi  son  nəticədə  idarəetmənin  keyfiyyətindən,  onun  təbiətə  uyğunluq 

dərəcəsindən asılıdır. 



166 


 


IX

 

FƏSİL 

TEXNOGENEZ ŞƏRAİTİNDƏ AQROEKOSİSTEMİN 

FƏALİYYƏTİ 

9.1.


 

TEXNOGENEZ 

İnsanlar  təbii  mühitin  maddələrini,  obyektlərini  və  cisimlərini 

(əşyalarını) dəyişdirərək, özlərini əlverişli həyat şəraiti ilə təmin edir. İnsan 

özü üçün nə lazımsa - hava, su, maddi nemətlər, sənaye üçün xammal və s.-ni 

təbiətdən  alır.  Bu  sərvətlərdən  yüz  illərdən  bəri  kor-təbii  istifadə  olunması 

nəticəsində  ətraf  mühit  dünya  miqyasında  dəyişikliyə  məruz  qalmışdır.  Bu 

vəziyyət müasir elmi-texniki tətərqqi dövründə daha da kəskinləşmişdir. Belə 

ki,  dünya  əhalisinin  sayının  artımı  onun  tələbatını  ötüb  keçməsi.  Yer 

sərvətlərinin  istifadəsinin  durmadan  çoxalması,  energetika,  sənaye,  kənd 

təsərrüfatı,  nəqliyyat  sahələrində  yeni  texnologiyanın  tətbiqi  və  istehsalın 

genişlənməsi,  dünya  landşaftlarının  antropogen  dəyişməsi,  beynəlxalq 

təsərrüfat  əlaqələrinin  mürəkkəbləşməsi  və  genişlənməsi,  bu  və  ya  digər 

amillər ətraf mühitlə bəşəriyyətin qarşılıqlı əlaqəsinin güclənməsinə və insanı 

əhatə edən mühitə antropogen yükün (təzyiqin) artmasına səbəb olmuşdur. 

İstehsaledici qüvvələr inkişaf etdikcə, təbii-resurs potensialının istifadəsi 

durmadan genişlənir, təbii mühitin ictimai istehsal sistemində «iş- liraketmə» 

dərəcəsi  də  yüksəlir,  bu  isə  təbii  komplekslərə  və  komponentlərə  müxtəlif 

istiqamətli  antropogen  təsirlərin  daima  artmasına,  nəticədə,  texnogenezin 

formalaşmasına  və  inkişafına  səbəb  olur.  İnsanın  istehsaledici  fəaliyyətinin 

təsiri  altında  təbii  komplekslərin  dəyişilməsi  prosesi  texnogenez  adlanır. 

Bunun nəticəsində relyefin texniki formaları (kurqan və terrikonlar, xəndək, 

daş  və  qum  karxanaları,  bəndlər),  tex-  nogen  landşaftlar  (şəhər,  sənaye  və 

kənd  təsərrüfatı)  texnogen  səhralar  və  akvatoriyalar,  həmçinin  süni  bitki 

sortları və heyvan cinsləri əmələ gəlir. Texnogenez məqsədyönlü aparılaraq 

bəşəriyyətin  həyat  şəraitini  yaxşılaşdırmaq  üçün  yerinə  yetirilir.  Lakin 

qabaqcadan görünməyən və arzuolunmaz nəticələr təbiətə böyük ziyan vurur

bir çox bitki və heyvan növlərinin məhv olmasına, landşaftın kasatlaşmasına, 

geniş ərazilərin səhralaşmasına, həyat mühitinin kasatlaşması, çirklənməsi və 

dağılmasına səbəb olur. XX əsrdə texnogenez genişlənərək, yerətrafı kosmosa 

çataraq, nəinki planetar, həm də kosmik hadisəyə çevrilmişdir. Texnogenezin 

təsiri nəticəsində yeni texnosfer formalaşır. 

Sənaye,  kənd  təsərrüfatı  və  insanın  çoxtərəfii  fəaliyyəti  nəticəsində 

böyük həcmdə olduqca müxtəlif maddələrin texnogen miqrasiyası baş 

168 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə