Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə65/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   61   62   63   64   65   66   67   68   ...   216

Codvəl 8.3 

Təbii və aqrockosistemlərin müqayisəli xarakteristikası 

Təbii ekosistemlər

 

Təbii ekosistemlər



 

Biosferin gedişində formalaşmış ilkin təbii 

elementar (sahə) vahidlər

 

Biosferin  insan  tərəfindən  transformasiyaya 



uğramış süni sadə vahidləri

 

Populyasiyanın  bir  neçə  növü  üstünlük 



təşkil  edən  bir  çox  heyvan  və  bitki 

növlərindən ibarət mürəkkəb sistemlər

 

Bir bitki və ya heyvan növünün üstünlük təşkil 



etdiyi  sadələşmiş  sistemlər.  Onlar  davamlı 

olmaqla  biokütləsinin  strukturu  tezdəyişən 

(davamsız) olur

 

Maddələr 



dövranında 

iştirak 


edən 

orqanizmlərin 

məhsuldarlığı 

onların 


uyğunlaşma  xüsusiyyətləri  ilə  müəyyən 

edilir


 

Məhsuldarlıq 

təsərrüfat 

fəaliyyətinin 

səviyyəsindən  və  iqtisadi,  texniki  imkanlardan 

asılı olaraq müəyyən edilir

 

İlkin  məhsul  heyvanat  tərəfindən  istifadə 



olunur və maddələr dövranında iştirak edir, 

«istifadə»,  «istehsal»la  eyni  vaxtda  baş 

verir

 

Məhsul  insanın  tələbatını  ödəmək  üçün  və 



mal-qaraya  yem  kimi  toplanır.  Müəyyən  vaxt 

ərazidə  canlı  maddə  sərf  edilməyərək  toplanır. 

Ən  yüksək  məhsuldarlıq  qısa  vaxt  ərzində 

inkişaf edir

 

8.3.

 

AQROEKOSİSTEMLƏRDƏ 

MADDƏLƏR MÜBADİLƏSİ VƏ ENERJİ AXINI 

Kənd  təsərrüfatı  bitkilərinin  yüksək  məhsuldar  qarışıq  əkinlərinin 

(səpinlərinin)  yaradılması  aqroekosistemlərdə  məhsuldarlığın  effektliyinin 

yüksəldilməsinin  ən  təsirli  və  real  (düzgün)  yolu  hesab  edilməlidir. 

Aqroekosistemlərdə  qarışıq  və  birgə  səpinləri  mexanikləşdirmək  işlərini 

yüksək  səviyyədə  təşkil  etməklə  aparmaq  olar.  Kənd  təsərrüfatı  bitkilərinin 

səpini bir-birini əvəz edən zolaqlarla və ya cərgələrlə aparılır. Mülayim iqlimə 

malik olan rayonlarda bitkilərin müxtəlif kombinasiyasından istifadə olunur: 

noxud və vələmir soya ilə və ya qarğıdalı ilə; soya vələmir və qarğıdalı ilə; 

soya və lobya (maş) qarğıdalı  ilə;  soya buğda ilə;  noxud günəbaxanla; raps 

qarğıdalı ilə. Taxıl və paxlalıların optimal seçimində səpinlərin məhsuldarlığı 

və zülalın çıxımı yüksəlir. Zülalın artımı yalnız paxlalıların dəninin hesabına 

deyil,  həm  də  paxlalı  bitkilərin  fıksə  etdiyi  azotdan  istifadə  edən  taxıl 

bitkisinin dənində olan zülalın hesabına formalaşır. İqlim zonalarından asılı 

olaraq ekosistemin enerji  (energetik) balansı dəyişir. Planetin müxtəlif təbii 

zonalarının enerji xüsusiyyətləri 5 əsas (qlobal) aqroekosistem tipini ayırmağa 

imkan verir. 

1.  Tropik  tip  -  fasiləsiz  vegetasiya  üçün  şərait  yaradan  yüksək  istilik 

təminatı ilə səciyyələnir. Burada əkinçilik, əsasən, çoxillik bitkilərin üstünlük 

təşkil  etdiyi  (ananas,  banan,  kakao,  kofe,  çoxillik  pambıq  və  s.) 

aqroekosistemlərin fəaliyyətinə əsaslanır. Birillik bitkilərdən ildə bir ne 



163 


çə dofo məhsul götürülür. Bu aqrosistem üçün il ərzində daim tarla işlərinin 

aparılması  ilə  əlaqədar  fasiləsiz  antropogen  enerjinin  daxil  edilməsinə 

tələbatın olması səciyyəvidir. 

2.

 



Subtropik  aqroekosistem  tipində  maddənin  və  enerji  antropogen 

axınının  intensivliyi  aşağıdır.  Əsasən  iki  vegetasiya  dövrünün  (yay  və  qış) 

mövcudluğu səciyyəvidir. Yaxşı nəzərə çarpan sakitlik dövrü keçirən çoxillik 

bitkilər bitir (üzüm, çay, portağal, feyxoa, pekan, adi qoz və s.). Yay dövrünün 

birillik bitkilərinə qarğıdalı, çəltik, soya, tərəvəz və s. aiddir. 

3.

 



Mülayim  aqroekosistem  tipi  yalnız  bir  (yay)  vegetasiya  dövrü  və 

uzunmüddətli  qış  sakitliyi  dövrü  ilə  səciyyələnir.  Antropogen  enerjinin 

müdaxiləsinə ən yüksək tələbat yaz, yay və payızın başlanğıcında olur. 

4.

 



Qütb  tipli  aqroekosistemlərdə  əkinçilik  oçaq  (mənbə)  xarakteri 

daşıyır.  Aqroekosistemlər  ərazicə  və  becərilən  bitkilərlə  (yarpaqlı  tərəvəz, 

arpa, bəzi kökümeyvəlilər, faraş kartoQ məhdudlanır. 

5.

 



Arktik tipli aqroekosistem açıq torpaq şəraitində mövcud deyil. İstilik 

dövründə olduqca aşağı temperatur olduğundan mədəni bitkilərin becərilməsi 

mümkün  olmur.  Yay  dövründə  uzun  müddətli  mənfi  temperatur  olmaqla 

soyuq  hava  şəraiti  sürür.  Yalnız  qapalı  şəraitdə  bitkinin  becərilməsi 

mümkündür. 

Aqroekosistemin  məhsuldarlığının  artırılması  seleksiyada  yüksək 

məhsuldar  və  davamlı  sortların  alınmasına  yönəldilən  inkişafdan  asılıdır. 

Bununla yanaşı, aqroekosistemin təşkilində məhsuldarlığın yüksəldilməsində 

digər  yol  çoxyaruslu  aqroekosistemin  (təbii  çoxyaruslu  meşə  senozuna 

bənzər) yaradılmasıdır. Birnövlü aqroekosistemdən polikultur aqroekosistemə 

keçmək 

təbiətdən 



istifadənin 

optimallaşdırılmasının 

perspektiv 

məsələlərindən biridir. 

Şübhəsiz  ki,  enerji  yalnız  fotosintez  prosesini  təmin  etmək  üçün  deyil. 

Qeyri-üzvi və üzvi həyatla başa çatan (tamamlanan) istənilən prosesin enerjiyə 

ehtiyacı  var  və  yalnız  onun  istənilən  miqdarda  və  qəbul  edilən  formada 

mövcudluğu ilə həyata keçir. 



8.3.1.

 

Aqroekosistemlərdə  maddələr  mübadiləsinin  (dövranının) 

xüsusiyyətləri 

Planetimizdə  kütlə  və  enerji  mübadiləsinə  litosfer,  hidrosfer  və 

atmosferdə  maddi  və  energetik  çevrilmələrin  və  yer  dəyişmələrin  müxtəlif 

prosesləri daxildir. Həyatın yaranması ilə bu dövran və axınlar intensivləşərək, 

biogen miqrasiyanın inkişafı nəticəsində xeyli keyfiyyèt dəyişkənliyinə məruz 

qalmışlar. 

İnsanın  çoxplanlı  istehsalat  fəaliyyəti  kütlə  və  enerji  mübadiləsi 

proseslərinə nəzərə çarpacaq dərəcədə düzəliş verərək, onun ərazi və 



164 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə