Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə61/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   57   58   59   60   61   62   63   64   ...   216

 


8.1.

 

AQROEKOSİSTEMİN TİPLƏRİ, STRUKTURU 

VƏ FUNKSİYALARI 

8.1.1.

 

«Aqroekosistem» anlayışı 

Kənd 


təsərrüfatı 

təbii 


ekosistemləri 

əhəmiyyətli 

dərəcədə 

transformasiyaya uğrayır. Bunun nəticəsində olduqca müxtəlif kənd təsərrüfatı 

törəmələri  (əkin,  səpin  sahələri,  bağlar,  çəmən,  otlaq  və  s.)  formalaşmışdır, 

bunlar qurunun üçdə birini (o cümlədən 1,5 mlrd, ha əkin (şum sahəsi) tutur. 

Hər il təkrar şumlanan, gübrə verilməsini tələb edən ərazilər tarla tipli kənd 

təsərrüfatı törəmələrə aid edilir. Bağlar, giləmeyvəliklər, üzümlüklər, çay və 

kofe  ağacı  plantasiyaları  bağ  törəmələri  adlanır;  bunlar  çoxillik 

fitosenozlardır. Kənd təsərrüfatı məhsulu əldə etmək üçün baza hesab olunan 

və  tropikdən  başlamış  subtropikaya  qədər  geniş  əraziləri  tutan  (3  mlrd,  ha) 

çəmən  və  otlaqlardır.  Bu  sahələrdə  ilkin  bioloji  məhsulun  formalaşması 

prosesi  təbii  yolla  gedir  və  ikinci  (törəmə)  bioloji  məhsulun  alınmasında 

istifadə  olunur  (insanın  nəzarəti  və  idarəedilməsi  altında  müxtəlif  ev 

heyvanlarının yetişdirilməsi və saxlanması). 

Kənd təsərrüfatı sahəsində insanın təbiətlə qarşılıqlı əlaqəsi gedən ilkin 

struktur  həlqə  -  funksional  vahid  aqroekosistem  (və  ya  aqrobioge-  osenoz) 

sayılır. 

Müasir 

təsəvvür 



(anlayış) 

baxımından 

aqroekosistem 

(aqrobiogeosenoz)  ikinci  (törəmə),  insan  tərəfindən  dəyişilmiş,  biosferin 

elementar vahididir. 

Onun əsasını süni yaradılmış, bir qayda olaraq növlərlə kasatlaşmış canlı 

orqanizmlərin biotik qruplaşmaları təşkil edir. Kənd təsərrüfatı məhsulu almaq 

üçün bu qruplaşmaları insanlar formalaşdırır və tənzimləyir. Aqroekosistemlər 

yüksək bioloji məhsuldarlığı və seçilmiş bir və ya bir neçə bitki və ya heyvan 

növlərinin (sort, cins) dominantlığı ilə fərqlənir. Becərilən bitki və yetişdirilən 

heyvanlar  təbii  deyil,  süni  seçməyə  məruz  qalır.  Ekoloji  sistem  kimi 

aqroekosistemlər davamlı deyil: cmlarda özünütənzimləmə zəif təzahür edilir

insanın  köməyi  (nəzarəti)  olmadan  onlar  tez  parçalanır,  yabanılaşır  və  təbii 

biogeosenozlara  transformasiya  olunur  (məsələn,  meliorasiya  olunmuş 

torpaqlar - bataqlığa, süni meşə əkini - meşəyə çevrilir). 

Taxıl  bitkilərindən  ibarət  aqroekosistemlər  bir  ildən  artıq  olmayaraq, 

çoxillik otlar - 3-5 il, meyvə bitkiləri - 20-40 il yaşayır, sonra pozulur (dağılır) 

və məhv olurlar. Bozqır (və ya yarımsəhra) zonasında salınmış meşə zolaqları 

aqroekosistemin elementi olaraq 30-50 ildən çox ömür sürür. İnsanın köməyi 

(xidməti  qırıntı,  əlavə  əkin)  olmadan  onlar  tədricən  «yabanılaşır»,  təbii 

ekosistemə  çevrilir  və  ya  məhv  olurlar.  Ekosistemlərin  əksəriyyəti  müxtəlif 

növlərin  süni  fitosenozlarıdır:  mədəniləş-  dirilmiş  (planlı  istismar  olunan 

çəmən və otlaqlar); yarımmədəniləşdi- 

155 



rilmiş (davamsız nizamlanan süni meşə əkinləri, çoxillik çəmənliklər); mədəni 

(daim  təmizlənən,  xidmət  göstərilən  çoxillik  ağaclıqlar,  bostan  bitkiləri); 

intensiv mədəni (parnik və oranjeriya bitkiləri, hidroponika, aeroponika və b., 

bunlar xüsusi torpaq, su və hava şəraiti yaradılmasını tələb edir). B.M.Mirkin 

və  R.M.Qazıəhmədov  (1995)  aqroekosistemin  fəaliyyət  sxemini  təklif 

etmişlər (şəkil 8.2). 



(D 

to 




■t—t 





Toxum 

Əlavə yem 

Ypm.T kimy.^vi 

əlav.T 

Yanacaq 

Kənd ləsərrulalı 

texnikası 

Gübrələr 

Pe

0

tisidb


Günəş enerjisi 

Mədəni 

bitkilərin 



yerüstü 

biosenozu 

Çəmən 

ekosiste 



mi 

Kənd iD- 

sorrüfatı 

heyvanları 

Şumaltı 

torpaqların 

ekosistemi 

fo 


cc 

•o 


Ä 





C



'.5 

Şəkil  8.2.  Aqroekosistemin  fəaliyyət  sxemi  (Mirkin,  Qazıəhmədov, 



1995) 

8.1.2.

 

Aqroekosistemin tipləri 

Məlum  olduğu  kimi,  təbii  ekosistemlər  və  aqroekosistemlər  avto- 

trofluğa  görə  oxşardır.  Lakin  təbii  ekosistemlərdə  qida  elementləri  və  ilkin 

məhsul qapalı tsikldə olur, yəni maddələr axını əsasən sistem daxilində həyata 

keçirilir, onların çıxarılması isə demək olar ki, baş vermir. Aqroekosistemlər 

isə əksər halda məhsulun sistemdən çıxarılması üçün yaradılır, həm də bəzən 

məhsul formalaşan mənbədən min kilometlərlə uzağa aparılır. 

Aqroekosistemlər  bir  tərəfdən  istehsalın  təbii-maddi  mənbəyi,  digər 

tərəfdən isə insan fəaliyyətinin məqsədyönlü obyekti və nəticəsidir. 

Aqroekosistemlər də təbii ekosistemlər kimi bir-birilə qarşılıqlı əlaqədə 

olan bir çox bioloji,  fiziki  və kimyəvi  komponentlərdən ibarətdir.  Bir-birilə 

funksional  (fəaliyyət)  əlaqəsi  müəyyən  edilən  istənilən  komponentlər  qrupu 

sistem əmələ gətirir. 

156 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə