VIII
FƏSİL
KƏND TƏSƏRRÜFATI EKOSİSTEMLƏRİ
(AQROEKOSİSTEMLƏR)
İnsan kənd təsərrüfatı fəaliyyətində torpaq, su, bitki, heyvan və ene-
rgetik resurslardan istifadə etməklə özünü ilk növbədə qida ilə təmin edərək
başqa fəaliyyətləri ilə müqayisədə təbiətə daha çox təsir göstərir.
XX əsrin sonu XXI əsrin əvvəllərində hər gün dünyaya 250 min insan
gəlir və onları yedizdirmək, geyindirmək və evlə təmin etmək lazımdır.
2020-ci ildə Yer əhalisinin sayının 8 milyard olması gözlənilir. Yaxın 20-25 il
ərzində bu qədər adamı yedizdirmək üçün, əkinçilik yaranan vaxtdan indiki
günə qədər (10 min ilə yaxın bir dövrdə) istehsal olunan ərzağın miqdarından
da artıq ərzaq tələb olunur.
Yer əhalisinin kifayət miqdarda qida məhsulları ilə təmin olunması bir
çox mürəkkəb və qarşılıqlı əlaqəli problem sayılır. Digər mühüm problem isə
qidanın keyfiyyəti, onun tərkibində olan zülal, vitamin, mikroelementlər və
s.-dir. Dünya kənd təsərrüfatı sisteminin idarə olunması da mühüm məsələdir.
Bu elə aparılmalıdır ki, istehsal və ərzaq məhsullarının bölünməsinin ətraf
mühitə zərərli təsiri minimuma endirilsin.
Məlum olduğu kimi, torpaq kənd təsərrüfatı bitkilərindən məhsul almağın
əsası kimi başlıca zəruri sərvət olub mövcudluğumuz ondan asılıdır. O, kənd
təsərrüfatı istehsalının başlıca vasitəsi, qida məhsullarının əsas mənbəyidir.
Dəniz və süni istehsal sahələri (hidroponika, istixanalar) qida məhsulunun əldə
edilməsində olduqca az rola malikdir. Okeandan insan 30-40 mln. tona yaxın
dəniz balığı, onurğasız heyvanlar və yosun əldə edir.
Quruda hazırda 80 min qida bitkisi növü mövcuddur, bəşəriyyət isə
əsasən cəmi 30 kənd təsərrüfatı bitkisi ilə qidalanır. Buğda, düyü (çəltik),
qarğıdalı, kartof əsas bitki sayılıb, daha yüksək məhsuldarlığı ilə seçilir.
FAO-nun məlumatına görə Avrasiya, Avstraliya, Afrika və Amerikanın
torpaqlarından hər il 300 mln. tona yaxın buğda, bir o qədər də düyü, 250 mln.
ton qarğıdalı, 200 mln. ton arpa, vələmir, çovdar, 100 mln. ton kalış (sorqo),
darı, 300 mln. ton kartof, 100 mln. ton meyvə, 60 mln. ton paxlalılar, 30 mln.
ton pomidor və soğan, 60 mln. ton təmiz şəkər, 20 mln. ton bitki yağı, 100 mln.
ton ət, 400 mln. ton süd alınır.
Kənd təsərrüfatı meydana gəlməmişdən bütün yerüstü fotosinlez edən
bitkilər və heyvanlar 100 mln. əhalinin mövcudluğunu saxlaya bilərdi. Kənd
təsərrüfatı inkişaf etdikcə torpaqların 10%-i insan tərəfindən şumlanmış,
gübrələnmiş, suvarılmışdır. XX əsrin 90-ci illərində bu tor
149
paqlar 5 milyard insanın yaşamasını təmin edirdi.
Oturaq kənd təsərrüfatı yarandıqdan sonra neolitin başlanğıcında (b.e.ə.
1-8 minilliklərdə) insanın biosferə təsiri köçəri təsərrüfata nisbətən bir neçə
qat yüksəlir. İnsanların mənimsədiyi rayonlarda əhali sürətlə artır. Bitkilərin
becərilməsi üçün torpağın hazırlanması üsulları və mal-qaranın saxlanma
texnologiyası təkmilləşdirilir. Ötən dövr ərzində baş verimş dəyişikliklər
ikinci texniki inqilab adlanır. Kənd təsərrüfatının inkişafı çox vaxt geniş
ərazilərdə ilkin bitki örtüyünün tamamilə məhv edilməsi ilə müşahidə
olunurdu. Qida üçün faydalı olan bitki növləri olan kiçik sahələr insanlar
tərəfindən saxlanılır və bu növlər tədricən mədəniləşdirilir və onların daimi
yerdə becərilməsi təşkil olunur.
Kənd təsərrüfatının genişlənməsi yerüstü təbii ekosistemlərə böyük, çox
vaxt isə faciəli təsir göstərir. Geniş ərazilərdə meşələrin məhv edilməsi,
mülayim və tropik zonalarda torpaqdan səmərəli istifadə edilməməsi tarixən
formalaşmış ekosistemlərin birdəfəlik dağılmasına səbəb olmuşdur. Təbii
biosenozların, ekosistemlərin, landşaftların yerində aq- rosferlər,
aqroekosistemlər, aqrosenozlar, aqrar landşaftlar meydana gəlir.
Aqrosfer - insanın kənd təsərrüfatı fəaliyyəti ilə yer ərazisində dəyişilmiş
bütün sahələrin məcmusunu əks etdirən qlobal sistemdir.
Aqroekosistemlər - kənd təsərrüfatı fəaliyyəti prosesində insan
tərəfindən dəyişdirilən ekosistemlərdir. Bura kənd təsərrüfatı tarlaları, bağlar,
üzümlüklər, tarlaqoruyucu meşə zolaqları və s. aiddir.
Aqroekosistemlərin əsası aqrosenozlar hesab olunur.
Aqrosenozlar - kənd təsərrüfatı istehsalı torpaqlarında kənd təsərrüfatı
məhsulları əldə etmək məqsədilə yaradılan biosenozlardır. Bu biosenozlar
müntəzəm olaraq insan tərəfindən saxlanmış biotik qruplaşmalar olub, ekoloji
baxımdan az davamlı, lakin yüksək məhsuldar bir və ya bir neçə seçilmiş bitki
və ya heyvan növləridir (çeşidlər, cinslər).
Aqrar landşaft. Landşaftın (bozqır, tayqa, çəmən, meşə və s.) kənd
ləsərrüfatının təsiri ilə dəiyşilərək formalaşan ekosistemlər aqrolandşafi
adlanır.
XX əsrin əvvəllərinə qədər aqroekosistemlər kifayət qədər müxtəlif
olmuşdur: xam torpaqlar, meşələr, çoxsahəli oturaq təsərrüfatları olan
rayonlar az dəyişikliyə məruz qalmışdır. Aqroekosistemlər öz ilkin
nümayəndələrinə (yabanı bitkilər) malik idi, insanlar bu bitkilərlə bilavasitə
ov və ev heyvanlarını yeməklə dolayısı yolla qidalanmışlar. İlkin bitkilər -
avtotroflar insanları bitki lifləri və meşə materialları ilə təmin edirdi. İnsan bu
ekosistemlərin əsas konsumenti sayılırdı, burada həmçinin çoxlu miqdarda
vəhşi və ev heyvanları böyük kütlə təşkil edirdi, insan tərəfindən istifadə
olunan məhsullar tullantılara transformasiya
150