qədər olmayan), 1500-1000 kkal - böhranlı.
Sutka ərzində orta hesabla 1000 kkal-dan az enerji istifadə edən insanlar
35..60 il, 1500...2000 kkal qəbul edənlər isə 75...80 il yaşayır.
90% qida kaloriliyini təmin edən əsas məhsul qrupuna süd, ət. çörək
məmulatları, həmçinin kartof, yağlar, şəkər daxildir. Həmişəki kimi ən kəskin
problem zülalın defısitliyi hesab olunur. Tibbə əsaslanmış zülaldan istifadənin
sutkalıq norması 100 q, optimal illik norma - 35 kq, o cümlədən heyvan
mənşəli zülal 21 kq olmalıdır.
Ərzaq problemi üzrə yüksək səviyyədə Beynəlxalq görüşdə (Roma,
1996) qeyd edilir ki, dünyada müntəzəm olaraq, əsasən inkişaf etməkdə olan
ölkələrdə , 800 mln. adam doyunca qidalanmır. Həmin görüşdə qismən qeyd
edilir ki, dünyanın əksəriyyət ölkələrində hava, iqlim, su resursları və
aqronomluq haqqında müasir elmi biliklərin səviyyəsi ərzaq təhlükəsizlik
problemini xeyli dərəcədə həll etməyə imkan yaradır.
Yer kürəsi əhalisinin 20%-ni təşkil edən (1,2 mlrd, adam) əkin sahələri
dünya əkin sahəsinin yalnız 7%-ni təşkil edən Çində insanların ərzaq problemi
davamlı surətdə həll edilir. Buğdanın ümumi istehsalı üzrə Çin dünyada
birinci yerə çıxmışdır (ildə 100 mln. ton). Əlbəttə, aydındır ki, əhalinin ərzaqla
təmin edilməsi yalnız kənd təsərrüfatı problemi olmayıb daha çox ticarət
siyasətidir.
7.6.
KADASTRLAR
Təbii-resurs potensialının mənimsənilməsi, təbii resurslardan səmərəli
istifadənin elmə əsaslanaraq aparılması üçün mövcud hərtərəfli
informasiyadan istifadə olunur. Belə informasiyanın mənbəyi kadastrlar hesab
edilir. «Kadastr» fransız sözü olub, lüğəti mənası «qeydiyyat» deməkdir.
Kadastr - sistemləşdirilmiş məlumat toplusu olub, orada təbii resursların və ya
hadisələrin müəyyən növünün kəmiyyət və keyfiyyətcə xarakteristikası, bir
sıra hallarda iqtisadi və ya sosial-iqtisadi səciyyəsi, insan fəaliyyətinin təsiri
ilə dəyişilməsinin qiymətləndirilməsi, resurslardan səmərəli istifadə olunması
və mühafizəsi üzrə tövsiyələr və tədbirlər verilir.
Torpaq kadastrı - torpaqların təbii, təsərrüfat və hüquqi vəziyyəti
haqqında məlumatlar toplusudur, vahid sistem üzrə aparılır. Bura torpaqdan
istifadə qeydiyyatı, torpaqların miqdarı və keyfiyyəti, torpağın bonitirovkası
və iqtisadi qiymətləndirilməsi daxil edilir. Təqdim olunan məlumatlar
torpaqların effektli istifadəsi və mühafizəsi, torpaq resurslarının kəmiyyət və
keyfiyyətcə
dəyişməsinin
proqnozlaşdırılması,
kənd
təsərrüfatının
planlaşdırılması, yerləşdirilməsi və ixtisaslaşdırılması, torpağın meliorasiyası
və digər təsərrüfat məsələlərinin həlli üçün vacibdir.
140
Su kadastrı - ölkənin su resursları haqqında sistemləşdirilmiş məlumat
toplusudur. Suyun kəmiyyət və keyfiyyət göstəriciləri, istifadəsi üzrə uçot
məlumatları verilir. Region və hövzələr üzrə tərtib edilir. Toplanmış
materiallardan
sü
təsərrüfatı
obyektlərinin
planlaşdırılması,
lay-
ihələşdirilməsi və idarə olunmasında istifadə olunur, su resurslarının
dəyişməsinin proqnozlaşdırılması, mühafizəsi işində geniş tətbiq edilir.
Meşə kadastrı - meşələrin təbii, təsərrüfat və hüquqi vəziyyəti haqqında
sistemləşdirilmiş doğru-düzgün məlumatlar toplusudur. Burada meşə
fondunun kəmiyyət və keyfiyyət göstəriciləri, istifadə qaydaları verilir. Bu
materiallardan meşədən səmərəli istifadənin planlaşdırılması, təşkili və digər
təsərrüfat tədbirləərinin yerinə yetirilməsində istifadə olunur, meşə örtüyünün
dəyişilməsinin proqnozlaşdırılması və meşə resurslarının qorunması və
bərpası işlərində də geniş tətbiq edilir.
Sənaye kadastrı - bu və ya digər sənaye obyektləri haqqında məlumat
toplusudur, burada sənayenin kəmiyyət və keyfiyyət xarakteristikası, sənayedə
yol verilən normalar və s. verilir. Ovçuluq, balıqçılıq və s. kadastrlar da tərtib
edilir.
Deteriorasiya kadastrı - insanı əhatə edən təbii mühitin tərkibinin və
vəziyyətinin pisləşməsi haqqında (atmosferin, suyun, torpağın çirklənmə
səviyyəsi və mənbələri, pozulmuş torpaqlar və təbiətdə baş verən digər neqativ
dəyişikliklər) məlumatlar toplusudur. Regionlar üzrə tərtib olunur, Kadastrda
olan materiallar, xüsusilə təbii resurslardan səmərəli istifadə olunması üzrə
tədbirlərin hazırlanması, təbii mühitə müdaxilənin optimallaşdırılması,
mühüm təbiəti mühafizə tədbirlərinin və ətraf mühitin keyfiyyətinin
yaxşılaşdırılması yollarının təyini üçün qiymətli sayılır.
«Təbii resursların kadastrı» - məqsədli elmi-texniki kompleks pro-
qamına uyğun olaraq, təbii resursların kompleks ərazi kadastrı (TRKƏK)
formalaşır. Belə kadastra, ilk növbədə, konkret inzibati vahidin təbii resurs
potensialı haqqında ərazi-təşkilat bankı, ekoloji vəziyyət haqqında və ikinci,
təbiətdən istifadə sferində istifadə etmə, məhdudiyyət, resurs haqqı, vergi və s.
idarə həllinin qəbulu üçün bu məlumatların avtomatlaşdırılmış müqayisə
sistemi daxil edilir. TRKƏK-in yerinə yetirdiyi funksiyaya əsaslanaraq, onun
strukturunu aşağıdakı şərti bloklar şəklində göstərmək olar:
1.
Kəmiyyət və keyfiyyət bloku, burada hər təbii resursun natural maddi
tərkibi və onun keyfiyyət qrupuna uyğun miqdarı (kəmiyyəti), həmçinin
kontur üzrə resursdan istifadə dinamikası göstərilir.
2.
Hüquqi-ünvan bloku, burada resursların yerləşmə strukturu, statusu və
sahiblik subyekti, sərəncam və təbii resürsdan (obyektdən) istifadə haqqında
məlumatlar verilir.
141