Dünyada sənaye istehsalı da durmadan yüksəlir və əhali tərəfindən onun
məhsullarından istifadənin miqyası da artır. Bu isə təsərrüfat dövriyyəsinə
daha çox yanacaq, enerji, xammal və geosferin digər resurslarını daxil etməyi
tələb edir. Ətraf mühitə atılan antropogen fəaliyyətin tullantılarının həcmi də
artır. Əhalinin sayı artdıqca su və maye tullantıların miqdarı çoxalır, bu isə ya
ətraf mühiti çirkləndirir, yaxud da lazımi texnoloji tədbirlər və əlavə
investisiya tələb edir.
7.4.
AZƏRBAYCAN RESPUBLİKASINDA
URBANİZASİYANIN VƏZİYYƏTİ
Bu bölmə N.H.Əyyubovun (1999) materiallarına əsaslanaraq yazılmışdır.
Azərbaycan Respublikasında əhalinin 53%-i şəhərlərdə yaşayır. Şəhər
əhalisinin xüsusi çəkisinə görə Azərbaycan RSFSR, Estoniya, Latviya,
Ermənistan, Litva, Ukrayna, Belorusiya respublikalarından sonra keçmiş
ittifaq respublikaları arasında 8-ci yeri tuturdu. Şəhər əhalisinin miqdarca
sürətlə artmasına baxmayaraq, artım tempi ittifaq göstəricisindən həmişə geri
qalırdı. Əgər 1939-1959-cu illərdə Azərbaycanın ümumi əhalisi içərisindiə
şəhər əhalisinin xüsusi çəkisi 12%, 1959-1970-ci illərdə 2%, 1970-1979-cu
illərdə 3%, 1979-1989-cu illərdə cəmi 1% çoxalmışsa, ittifaq üzrə bu göstərici
müvafiq olaraq 16%, 8%, 6% və 3,3% olmuşdu. Ümumiyyətlə, 1939-cu ildən
1989-cu ilə kimi Azərbaycanda şəhər əhalisi
3,3
dəfə artdığı halda, keçmiş SSRİ-də 3,1 dəfə artmışdı. Lakin bu müddətdə
Azərbaycanda ümumi əhali artımı 2,2 dəfə, əhalisinin ittifaq üzrə ümumi
artımdan 2,4 dəfədən (50%) çox olduğu üçün, respublikada şəhər əhalisinin
xüsusi çəkisinin artım tempi orta ittifaq səviyyəsindən geri qalmışdı. Son
məlumatların təhlili göstərir ki, belə bir vəziyyət hazırda da davam etməkdədir.
Azərbaycan Respublikasında şəhər əhalisinin xüsusi çəkisinin keçmiş ittifaq
üzrə orta inkişaf tempindən və mövcud səviyyəsindən geri qalması burada
şəhər əmələgətirici təsərrüfat sahələrinin zəif inkişaf etdirilməsi ilə izah
olunur.
Tədqiqatlar göstərir ki, yaranmış şəhər və şəhər tipli yaşayış
məntəqələrinin 80%-i bilavasitə sənayenin və nəqliyyatın inkişafı ilə bağlıdır.
Əgər keçmiş ittifaqın dağılması ərəfəsində sənaye və tikintidə çalışan əhali
xalq təsərrüfatında işləyən əhalinin 39%-ə qədər idisə, Azərbaycanda bu rəqəm
26,1% olmuşdur.
1970-1980-ci illərdə respublikanın xalq təsərrüfatında çalışanların sayı 2
dəfədən çox artımşdısa, bu artım sənayedə 30%, tikintidə isə 20% təşkil
etmişdi. Şəhər əhalisinin xüsusi çəkisinə və artım tempinə görə Azərbaycan
SSRİ səviyyəsindən geridə qalsa da sovet hakimiyyəti illərində şəhər
əhalisinin xüsusi çəkisi artmaqda davam etmişdir. Şəhər əha-
130
lisinin artımı və ümumi çəkisinin dəyişilməsini 7.4. saylı cədvəldən görmək
olar.
Cədvəl 7.4
Şəhər ə lalisinin artım dinamikası (%-lə) (Əyyubov 1999)
illər
Keçmiş SSR
Azərbaycan
dövr ərzin-
orta
illik ar-
dövr ərzində
orta illik ar-
də artım
tım
artım
tım
1926-1939
229,7
17,7
138,5
2,96
1939-1959
165,6
3,38
152,8
2,64
1959-1970
136,0
3,27
145,1
4,10
1970-1979
120,3
2,25
124,8
2,9
1979-1989
115,4
1,54
111,8
1,18
1989-1994
-
-
104,3
0,9
1994-2000
-
-
102,9
0,5
2000-2009
-
-
117,1
1,9
Şəhər əhalisinin sürətli artımı hər şeydən əvvəl bu dövrdə kənd
təsərrüfatının kollektivləşdirilməsinə, sənayenin inkişafına geniş meydan
verilməsi ilə bağlı idi. Bu illərdə yalnız 90 nəhəng sənaye müəssisəsi tikilmiş
və istifadəyə verilmişdir. II Dünya müharibəsi şəhər əhalisinin artımına da
təsir göstərdi. 1939-cu ildən 1950-ci ilə kimi keçən 20 il müddətində şəhər
əhalisi cəmi sayca 54%, ümumi əhali içərisində payı 11,7% artdı, müharibədən
sonra respublika xalq təsərrüfatının yenidən qurulması, əhalinin ümumi
sayının artıq 50-ci illərin ortasında müharibədən əvvəlki səviyyəyə çatması və
onu ötüb keçməsi, nəhəng sənaye obyektlərinin tikilib istifadəyə verilməsi,
habelə respublika xalq təsərrüfatı kompleksinin inkişaf tələbatı ilə əlaqədar
yaranan ali və peşə hazırlığı məktəbləri şəbəkəsinin genişlənməsi və s. 60-cı
illərdə Azərbaycan şəhər əhalisinin yüksək sürətlə artımı üçün geniş imkanlar
açdı.
Abşeron yarımadasından kənarda təbii sərvətlərin istifadəyə verilməsi
şəhər əhalisinin coğrafiyasının dəyişməsinə səbəb oldu. 7-ci və 8-ci
beşilliklərdə artıq 121 iri və nəhəng sənaye müəssisəsi tikilib istifadəyə verildi.
Bu da bütün Sovet hakimiyyəti illərində istismara verilən sənaye
müəssisələrinin 26%-ə qədərini təşkil edirdi. (Əyyubov, 1999) Məhz bu
dövrdə Mingəçevir SES-in istifadəyə verilməsi Gəncə-Daşkəsən sənaye
qovşağının enerji tələbatını ödəməklə onun inkişafına təkan verdi. Abşeron
neft-kimya sənaye kompleksi daha geniş inkişaf etməyə başladı, respublika
sənayesinin bir hissəsi olan Sumqayıt şəhəri meydana gəldi və s. Belə bir
iqtisadi -sosial inkişaf fonunda Azərbaycanın şəhər əhalisi daha yüksək templə
artmağa başladı və respublika tarixində ilk dəfə şəhər əhalisinin orta illik artım
tempi müvafiq ittifaq göstəricisindən üstün oldu.
131