Təbii resurslar
elementar və ya
sadə və
kompleks və
mürəkkəb
resurslara ayrılır. Elementar resurslar tərkibinə görə yekcins (oksigen, hid-
rogen, dəmir, külək enerjisi və s.), kompleks resurslar isə bir neçə elementdən
təşkil olunur, məs. atmosfer havası, torpaq, su, filiz, daş kömür və b. Məlum
olduğu kimi, insan öz təsərrüfat fəaliyyətində təbii resurslara təsir göstərir. Bu
səbəbdən onların çoxu azalır və son nəticədə tamamilə tükənə bilər. Odur ki,
təbii resursların uçotu aparıldıqda və onlar təsərrüfat üçün əldə edildikdə
onların ehtiyatının tükənməsi anlayışından istifadə olunur. Buna görə təbii
resursların belə təsnifatı ekoloji təsnifat da adlanır.
Bütün təbii resurslar tükənmə dərəcəsinə görə iki qrupa bölünür:
tükənən və
tükənməyən (şəkil 7.1).
Keyfiyyətcə lokal
Şəkil 7.1. Bərpa olunmasına görə təbii resursların təsnifatı
122
Tükənən təbii resurslar. Yer qabığında və ya landşaft mühitində əmələ
gəlir, lakin onların həcmi və yaranma sürəti zamanın geoloji şka-. lası ilə
ölçülür. Bununla belə, insan tərəfindən onların istifadəsinin həcmi təbii bərpası
sürətini olduqca keçir. Bunun nəticəsində bu təbii resursların tükənməsi
qaçılmazdır.
Tükənən resursların qrupuna müxtəlif sürətlə və müxtəlif həcmlə əmələ
gələn resurslar daxildir. Bu baxımdan, tükənən resurslar bərpa oluna
bilməyən, bərpa olunan və nisbətən bərpa oluna bilən növlərə ayrılır.
Bərpa oluna bilməyən resurslara demək olar ki, bütün mineral və
qismən torpaq resursları aiddir. Faydalı qazıntılar yer qabığının dərinliklərində
daim fılizyaranma prosesləri nəticəsində əmələ gəlir. Lakin bu resursların
əmələ gəlməsinə olduqca uzun dövr (on və yüz milyon illər) tələb olunur. Odur
ki, onların təsərrüfat baxımından hesablanması praktiki olaraq qeyri
mümkündür. Bununla əlaqədar olaraq bütün mineral resurslar tükənən, eyni
zamanda bərpa olunmayan resurslar hesab olunur.
Torpaq resursları təbii halında insan cəmiyyəti fəaliyyətinin maddi bazisi
sayılır. Ərazinin mənimsənilmə mümkünlüyünə və təsərrüfat fəaliyyətinə
relyef şəraiti əhəmiyyətli dərəcədə təsir göstərir. Karxana üçün və ya iri sənaye
və mülki tikinti zamanı süni surətdə relyefin dəyişilməsilə pozulmuş ərazi
(torpaq) bir daha təbii halında bərpa oluna blməz.
Bərpa olunan resurslara bitki örtüyü və heyvanat aləmi daxildir. Hər iki
resurs az bir zaman ərzində (bir-iki insan nəsli dövründə) bərpa oluna bilir.
Nisbi bərpa olunan və ya
məhdud bərpa olunan resurslara olduqca de-
fisit sayılan aşağıdakı təbii sərvətlər aiddir: a) məhsuldar əkinə yararlı
torpaqlar olduqca az sahə tutur. Müxtəlif məlumatlara əsasən quruda cəmi
1,5-2,5 milyard ha təşkil edir. Birinci münbitlik sinfinə aid olan ən məhsuldar
torpaqlar 400 mln. ha sahə tutur (E.P.Romanova və b., 1993). Məhsuldar
torpaqlar çox tədriclə əmələ gəlir: məsələn, qaratorpaq tipinin 1 mm humus
horizontunun əmələ gəlməsinə təxminən 100 il vaxt lazımdır. Bununla belə,
torpaqdan səmərəsiz istifadə edilməsi ilə əlaqədar güclü eroziya prosesi
nəticəsində yalnız bir il ərzində torpağın ən qiymətli üst şum qatının bir neçə
santimetr dağılmasına səbəb olur. Son 50 il ərzində əksər dövlətlərin
ərazisində torpağın dağılması prosesi olduqca intensiv gedir. Bu torpaqların
bərpa olunmasına 1000 illərlə vaxt tələb olunur. Bu, torpaq resurslarını «nisbi
bərpa oiunan» resurslar qrupuna aid etməyə əsas verir.
Hazırda sənaye əhəmiyyətli yetişmiş yaşlı meşələr intensiv istismar
edilir. Bu hal ən çox tropik meşələrdə müşahidə olunur. Bir çox inkişaf
etməkdə olan ölkələrdə (Nigeriya, Kosta-Rike, Filippin, Tailand, İndo
123
neziya, Vyetnam və Rusiyada) yetişmiş yaşlı meşələrin sahəsinin azalması
çox sürətlə gedir. Belə meşələrin bərpasına azı bir-iki əsr vaxt tələb olunur və
onların olduğu kimi təbii halında bərpa olunması qeyri- mümkündür.
Bitki örtüyünün intensiv antropogen təzyiq nəticəsində deqradasiyaya
uğraması və məhv edilməsi onların bərpa olunmayan resurs qrupuna
keçməsinə səbəb ola bilər. Bioloji növ (bitki, yaxud heyvan) nə qədər
mövcuddursa, o, planetin bərpa olunan hissəsi sayılır. Növün yoxa çıxması ilə
o, əbədi olaraq Yer üzərindən silinmiş olur.
Tükənməyən təbii resurslara okeanın su resursları, iqlim resursları, yer
təkinin enerjisi, dəniz qabarması və dalğaları daxildir.
Planetar miqyasda su resursları praktiki olaraq tükənməyən resurs hesab
edilməsi faktı məlumdur. Lakin Yer səthində su istifadəsi sistemində şirin su
ehtiyatı qeyri-bərabər paylanmışdır. Arid və subarid rayonlarda geniş
ərazilərdə suyun çatışmazlığı xüsusilə müşahidə olunur. Sudan qeyri-səmərəli
istifadə olunması nəticəsində regionlar səviyyəsində və lokal səviyyədə su
ehtiyatının faciəli azalması baş verir.
Məlum olduğu kimi, Yerin hidrosferinin su obyektlərində suyun ümumi
həcmi 1390 mln. km^-a yaxındır. Lakin onun 96,4%-i Dünya okeanının duzlu
suları və yalnız 2,6%-i (36 mln. km^) şirin suların payına düşür.
Duzlu dəniz suyunun şirinləşdirilməsi texnologiyası artıq məlumdur.
Odur ki. Dünya okeanı, duzlu göllər və duzlu yeraltı sular gələcəkdə potensial
su resursları kimi istifadə oluna bilər. Bərpa olunan şirin suyun illik miqdarı o
qədər də böyük olmayıb müxtəlif məlumatlara görə 41 .... 45 min km-^ təşkil
edir. Dünya təsərrüfatına öz ehtiyacını ödəmək üçün
4,5
min km^-ə yaxın su tələb olunur. Bu isə bərpa olunan su resursunun
təxminən 10%-i q^dərdir. Deməli, təbiətdən, su resurslarından səmərəli
istifadə etmək şəraitində, bu su resursları tükənməz resurs kimi
qiymətləndirilə bilər. Lakin bu prinsiplər pozulduqda ekoloji vəziyyət olduqca
kəskinləşə bilər və hətta planetar miqyasda təmiz şirin su defisiti yarana bilər.
Hələ ki, təbii mühit müxtəlif məqsədlər üçün öz ehtiyaclarını ödəmək üçün hər
il bəşəriyyətə 10 dəfə çox su «bəxş» edir.
İqlim resursları dedikdə, konkret ərazi və regionun malik olduğu istilik
və rütubət ehtiyatı başa düşülür (E.P.Romanova və b., 1993). Mövsüm və
ərazi üzrə istilik, xüsusilə rütubətlik qeyri-bərabər paylanmışdır. Havanin
temperaturu -900C-dən +80^0 arasında tərəddüd edir, hərçənd Yer üçün orta
temperatur təxminən +15^0 təşkil edir.
Quru, bütövlükdə atmosfer rütubətliyi ilə də pis təmin olunmayıb: onun
səthinə hər il orta hesabla 119 min km-’ yağıntı düşür. Lakin bəzi rayonlara
ildə 12000 mm-dən artıq yağıntı düşdüyü halda, elə geniş əra
124