növbəti mərhələləri ayırır; həyat qabağı (biosfer qabağı), həyat (biosfer) və
«insan fenomeni», yəni noosfer. Noosfcr onun izahına görə biosferdən
kənarda yaranır və genişlənir. Bu, planeti əhatə edən şüur qatıdır.
Noosfer anlayışına yeni məzmunu V.İ.Vernadski ömrünün son illərində
vermişdir. Onun üçün noosfer də biosfer kimi maddi yaranmadır. Bununla
əlaqədar o yazmışdir: «Canlı maddənin bir növünün - sivilizasiyalı
bəşəriyyətin-biosferdəki dəyişikliklərə təsirinin intensiv artımı müşahidə
edilir. Elmi fikrin və insan əməyinin təsiri altında biosfer yeni vəziyyətə -
noosferə çevrilir».
Noosfer haqqında təlim, təbiətin inkişafının dərk edilməsindən və insan
fəaliyyətindən yüksələn müasir sivilizasiyanın perspektivini açmağa imkan
verir. Bu zaman sivilizasiyanın təkamülünə biosferin noosferə çevrilməsinin
sosial-tarixi şərti kimi baxılır.
Noosfer dövründə cəmiyyətin inkişafı müəyyən davamlığa çatır, belə ki,
sivilizasiyanın inkişafı təbii əsaslar və humanist dünyagörüşü-dəyərlər nəzərə
alınmaqla aparılır.
Noosfer bioloji (canlı) və sosial (şüurlu) anlayışları özündə
birləşdirməklə, «mühitin» genişlənmiş anlayışının əsası olur və prinsip
etibarilə biosferdən kənara çıxa bilər. Kosmosun praktiki cəhətdən
mənimsənilməsi göstərir ki, insan noosferin hissəciyi kimi, təkcə
biopsixososial varlıq olmayıb, həm də müəyyən mənada kosmik varlıqdır.
Noosfer - insan şüurunun törəməsidir və onun inkişafı intellektin - elmi
idrakın yüksək təzahürünə, insanların dərindən düşünülmüş və ar-
qumentləşdirilmiş hərəkətlərinə əsaslanmalıdır.
Bizim dövrdə insan elmin sayəsində ümumi təkamül prosesində və
biosfer dövranında həlledici qüvvəyə çevrilir. O, özünün biosfer funksiyasını
yalnız noosfer dövründə yerinə yetirə bilər. V.İ.Vernadski biosfer ilə
maddələr mübadəiləsinin tənzimlənməsi problemini qaldırarkən, təkcə
insanla təbiət arasındakı təbii qarşılıqlı münasibətləri nəzərdə tutmurdu, bura
insanın sosial fəaliyyəti ilə şərtlənmiş əlaqələri də daxil edirdi. Bu ideyalar
müasir şəraitdə fövqəladə aktuallığa malikdir.
Biosferin noosferə keçməsinin əsas zəmini kimi aşağıdakıları göstərə
bilərik:
-
elmin yüksək inkişaf səviyyəsi, istənilən insan fəaliyyətinin hərtərəfli
əsaslandırılması;
-
insanların həyatından müharibə hallarını kənar edən bəşəriyyətin siyasi
birliyi;
-
planetimizin müxtəlif yerlərində insan həyatının yüksək keyfiyyəti;
-
yerdə millətçiliyə, irqçiliyə, yoxsulluq və istismara yol verməyən
insanların sosial bərabərliyi;
-
kütləvi informasiya və kommunikasiya vasitələrinin inkişafı;
112
- alternativ texnologiya, enerji mənbələri, xüsusən də günəş enerjisindən
səmərəli istifadə üsullarının olması.
Noosfer - planetimizin tarixində elə bir mərhələdir ki, kor-təbii qüvvələr
və qara ehtiraslar deyil, elmi dərketmə «cəmiyyət - təbiət» sisteminin
inkişafını istiqamətləndirəcəkdir.
Noosfer - biosferin proses və hadisələrinin son nəticədə insan
intellekti vasitəsilə istiqamətləndirilən planetin təkamülünün keyfiyyətcə
yeni hala keçməsidir. Bu mərhələdə biosfer və cəmiyyətin ikitərəfli,
harmonik inkişafının məqsədyönlü üsulları müəyyən olunur.
Noosfer yaradılmasında aqrosistemin ekoloji əkinçilik prinsipləri
əsasında kökündən yenidən qurulması da az əhəmiyyət daşımır.
6.6.
BİOSFERİN TƏKAMÜLÜ
Biosferin yaranması problemi ilk dəfə V.İ.Vernadski tərəfindən irəli
sürülmüşdür. O, biosferi və onun sistemini canlıların cansızlara təsirinin
uzunmüddətli tarixi proseslərin nəticəsi kimi təhlil edir və yerin simasının
dəyişməsində canlı maddələrin əhəmiyyətli rolunu göstərir. Planetimizdə
maddələrin və enerjinin transformasiyasının tempi (sürəti) və formasını
fiziki-kimyəvi və geoloji qanunauyğunluqlar deyil, bioloji qanunauyğunluq
təyin edir. Bu zaman, əlbəttə, abiogen faktorların (materiklərin yerdəyişməsi,
dənizlərin transqressiya və reqressiyası, tektonik fəaliyyət və s.) təsiri də
nəzərdən qaçırılmamalıdır. Y.A.Borşevskiyə görə ilk mövcudluğu dövründə
Yer həyatsız, steril (mikrobsuz) olmuşdur. Yerin yaranmasından öncə artıq
qazlı-tozlu buludlarda yüksək molekul- lu üzvi birləşmələr olmuşdur, onlar
atmosferdə karbon iki oksidin və azot birləşmələrinin mənbəyi və sonralar isə
həyatın yaranmasının əsası olmuşlar. Q.V.Voytkeviçin məlumatına görə,
kosmik maddələrin element tərkibində biofil elementlər - hidrogen, oksigen,
karbon, azot, həmçinin çoxlu miqdarda silisium, kükürd, dəmir, maqnezium,
alüminium, fosfor, kalsium, kalium üstünlük təşkil edir. Ehtimal ki, məhz bu
elementlər və onların birləşmələri canlı maddənin əmələ gəlməsinə səbəb
olmuşdur. Mineral və üzvi xarakterli molekulyar birləşmələrin də (məsələn,
ammonyak, su, karbon 2-oksid, metan, karbohidrogen, hidrogen- sulfıd,
karbid,qrafıt) ulduzlararası maddələrdə və meteoritlərdə mövcudluğu
məlumdur. Müəyyən edilmişdir ki, ulduzlararası boşluqda daima formaldehid,
asetat-aldehid və s. tipli «üzvi» molekullarm olması üzvi polimerlərin, nuklein
turşularının, polisaxaridlərin sintezi üçün əsas sayıla bilər və həyata başlanğıc
verər.
V.İ.Vernadskinin ehtimalına görə. Yer üzərində həyatın və biosferin
əmələ gəlməsi kosmosun təkamülü və xüsusilə
kainatda sadə üzvi imad-
113