Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə41/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   37   38   39   40   41   42   43   44   ...   216

lığın inkişafı əvvəllər biosferə təsir göstərməyən antropogen faktor hərəkətə 

gəldi. 


Təbii  resurslardan  istifadənin  miqyası  genişləndikcə,  biosferə  və  onun 

komponentlərinə  antropogen  təsir  də  güclənir.  Hələ  1940-cı  illərdə 

V.V.Vernadski qeyd etmişdir ki, insanın istehsalat fəaliyyəti geoloji dəyişiklik 

ilə  müqayisə  edilə  bilən  miqyas  almışdır.  Belə  ki,  meşələrin  məhv- 

edilməsinə,  xam  torpaqların  şumlanmasına,  torpağın  eroziyası  və 

şoranlaşmasına, bioloji müxtəlifliyin azalmasına təsir göstərən yeni mexaniki 

və fiziki-kimyəvi faktorlar da əlavə olunub ekoloji riski dərinləşdirdi. 

Müxtəlif  məlumatlara  əsasən  insan  qurunun  55%-dən  çoxunu  istismar 

edir, çay sularının 13%-ə qədərindən istifadə edir, ildə 18 mln. ha meşə sahəsi 

məhv  edilir.  Dağ-mədən-qazıntı  və  tikinti  işləri,  səhralaşma  və  torpağın 

şoranlaşması  nəticəsində  hər  il  50-dən  70  min  km-  torpaq  itirilir,  yerin 

təkindən hər il 100 mlrd, ton filiz çıxarılır, 7 mlrd, ton şərti yanacaq yandırılır, 

800 mln. ton müxtəlif metallar əridilir, torpağa 500 mln. ton mineral gübrələr 

verilir, bitki mühafizəsi işində 4 mln. ton kimyəvi vasitələrdən istifadə olunur, 

onların  üçdə  biri  səth  suları  ilə  su  hövzələrinə  axır  və  atmosfer  tərəfindən 

saxlanılır. Ümumdünya səhiyyə təşkilatının məlumatına görə müxtəlif istehsal 

və məişət məqsədilə 500 minə qədər kimyəvi birləşmələrdən istifadə olunur, 

onlardan 40 mini insan üçün zərərli xassələrə malikdir, 12 mini zəhərlidir. 

Biosferə təsir əsas dörd formada olur: 



 

yer  səthinin  strukturunun  dəyişməsi  (bozqırların  şumlanması, 

meşələrin məhv edilməsi (qırılması), meliorasiya, süni göl və dəniz yaratmaq 

vəs.); 




 

biosferin  tərkibinin,  onu  təşkil  edən  maddələrin  dövranının  və 

balansının  dəyişməsi  (faydalı  qazıntıların  çıxarılması,  filizin  yararsız 

laylarının (tullantıların) əmələ gəlməsi, atmosferə və su obyektlərinə müxtəlif 

maddələrin atılması, su dövriyyəsinin dəyişməsi); 



 

Yer kürəsinin ayrı-ayrı rayonlarında bütün planet üçün təhlükəli olan 

energetik, qismən istilik balansının dəyişməsi



 

bəzi növlərin məhv edilməsi, yem heyvan cinslərinin və bitki sortla- 

rının yaradılması, onların yeni məskunlaşma yerində yerdəyişməsi nəticəsində 

biotada (canlı orqanizmlərin vəhdəti) baş verən dəyişiklik. 

Bosferin  təkamülündə  insanın  rolunu  təhlil  edərək,  V.L.Lapin, 

A.Q.Martinsen  və  V.M.Popov  (1996)  biosferin  təbii  quruluşunun  əsas 

prinsiplərinin insan tərəfindən pozulmasını aşağıdakı kimi izah edirlər: 

1.

 



Enerjini  mürəkkəb  üzvi  birləşmələr  şəklində  akkumulyasiya  edərək 

(toplayaraq)  və  onu  istilik  halında  yayaraq,  təbiət  təkamül  inkişafında 

toplanmış istilik balansı yaratmışdır, bu balans insan tərəfindən pozu 

105 



lur.  Enerji  resurslarını  çıxardıqda  insan  tərorındən  torpaq  dağıdılır,  bitki 

örtüyü  deqradasiyaya  uğrayır  və  ya  məhv  edilir,  su  obyektləri  və  atmosfer 

çirklənir, süxur layları formalaşır, bu, qismən qrunt sularının səthə qalxmasına 

və ətraf sahələrdə gölməçələrin, bataqlıqların yaranmasına və s. səbəb olur. 

2.

 

Təbii  dövranlarda  iştirak  edən  biogen  elementlərin  biogeokimyəvi 



tsiklləri təkamül prosesində müəyyən vaxt ərzində yaranaraq tullantılar əmələ 

gətirmir. Lakin insan planetin maddələrindən olduqca effektsiz istifadə edir, 

bu zaman çox böyük miqdarda tullantılar  yaranır, onlar təbii mühitdə aktiv 

toksiki  formada  olur.  Təsərrüfat  fəaliyyəti  sferinə  praktiki  olaraq  bütün 

kimyəvi elementlər, həmçinin insan tərəfindən sintez olunan birləşmələr cəlb 

olunmuşdur.  Bunun  nəticəsində  biosfer  ona  xas  olmayan  birləşmələrlə 

«zənginləşir», yəni kimyəvi elementlərin və maddələrin nisbəti pozulur. 6.1 

saylı şəkildə təbiətdə və insanın təsərrüfat fəaliyyəti ilə əlaqədar maddələrin 

dövranının  müqayisəli  qiymətləndirilməsinin  sadə-  ləşdirilrhiş  sxemi 

verilmişdir.  Sxemin  təhlili  göstərir  ki,  təbiətdə  biosferin  maddələri  olduqca 

qənaətlə istifadə edilir. İnsan isə təbii dövranları, əksinə, dəqiqliklə  «tədqiq 

edir»  -  «surətini  «çıxarır»  .  Dövranlarda  ilkin  xammalın  yalınz  1  ...2%-i 

istifadə edilir, qalanı - 98-99%-i tullantıya gedir. 

3.

 



Növlərin  çox  böyük  müxtəlifliyində  onlar  arasında  rəqabət  və  yır- 

tıcılıq əlaqələri bioloji tarazlıq yaradır. İstənilən növün məhv edilməsi nəinki 

genefondun  birdəfəlik  itməsinə  səbəb  olur,  hətta  ayrı-ayrı  ekosistemin  və 

olduqca  böyük  və  mürəkkəb  ekosistem  hesab  olunan  biosferin  bütövlükdə 

davamlığının azalmasına səbəb olur. Təəssüf ki, bəşəriyyətin yolunca bir sıra 

flora  və  fauna  nümayəndələrinin  sıradan  çıxması  qeyd  olunmuşdur.  Bəzi 

məlumatlara görə hər il bir bioloji növ məhv edilir. 

4.

 



İnsan  fəaliyyəti  populyasiya  sabitliyinin  pozulmasına  gətirib 

çıxarmışdır.  İnsanı  müşayiət  edən  növlərin  (siçovul,  tarakan  və  s.)  miqdarı 

artır, əksinə bir sıra növlər fəlakətli miqdarda azalır və yox olmaq qarşısında 

qalır. 


5.

 

İnsanlar  təsərrüfat  fəaliyyətini  genişləndirərək  qısa  bir  zamanda 



ekoloji  faktorların  parametrlərini  dəyişir;  Bir  sıra  növlər  belə  tez  baş  verən 

dəyişikliklərə uyğunlaşmağa macal tapmır. İnsanın təsərrüfat fəaliyyəti böyük 

miqyas aldığından biosferin aşağıdakı bütün əsas prinsipləri - enerji balansı, 

yaranan  maddələr  dövranı,  növ  müxtəliflikləri  və  bioloji  qruplaşmalar, 

populyasiya  stabilliyi  və  canlı  orqanizmlərin  məskunlaşdığı  mühitə 

uyğunlaşması pozulur. 



106 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə