Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə39/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   35   36   37   38   39   40   41   42   ...   216

rin  formalaşması,  biotanın  (biosenozun)  aerob  və  anaerob  proseslərin 

fəaliyyəti və üzvi maddələrin destruksiyasmdan üzvi maddələrin sərf olunması 

prosesləri gedir. 

Hiokimyəvi  tsikldə  aktiv  iştirak  edən  karbonun  əsas  ehtiyatı  Dünya 

okeanında yerləşir, burada o, müxtəlif formalarda olur. Son nəticədə karbonun 

əksər hissəsi okeanın dibində toplanır, sonra daha cavan çöküntülərlə örtülür 

və beləliklə, ekosferdən kənara çıxır, bu zaman litosfer maddələrinin böyük 

tsiklində qalır. 

Karbonun  qlobal  tsiklində  əsas  antropogen  axın  enerji  istehsalı 

prosesində  yanacaqların  yandırılması  nəticəsində  əmələ  gəlir.  Digər  karbon 

axını  isə  quru  ekosisteminin  antropogen  dəyişilməsi  zamanı  biotanın  üzvi 

maddələrinin və torpağın müxtəlif destruksiya növləri sayılır. Belə antropogen 

axın nisbətən az olsa da onun miqdarı durmadan artır və par- nik effektinin 

güclənməsinə  səbəb  olur.  Quruda  fotosintez  prosesi  zamanı  karbon  qazının 

funksiyası,  bununla  da  üzvi  maddələrin  əmələ  gəlməsi  və  əlavə  olaraq 

oksigenin  ayrılması  baş  verir.  Ömrünü  başa  vurmuş  bitkilər  və  heyvanlar 

mikroorqanizmlər  tərəfindən  parçalanır,  bunun  nəticəsində  ölü  üzvi 

maddələrin karbonu oksidləşərək karbon qazma çevrilir və yenidən atmosferə 

düşür. Karbonun dövranı su mühitində də belə başa çatır. Bitkilərdə fiksasiya 

olunmuş  (toplanmış)  karbon  heyvanat  aləmi  tərəfindən  çoxlu  miqdarda 

istifadə olunur, o da öz növbəsində tənəffüs zamanı onu karbon qazı şəklində 

ayırır.  Hidrosferdə  karbonun  dövranı  kontinentə  (quruya)  nisbətən  xeyli 

mürəkkəbdir,  belə  ki,  karbon  qaz  formasında  bu  elementin  yaşı  həm 

atmosferdən,  həm  də  alt  qatlardan  suyun  üst  qatına  daxil  olan  oksigendən 

asılıdır, quru və Dünya okeanı arasında karbonun daim miqrasiyası gedir. Bu 

elementin karbonat və üzvi birləşmələr formasında qurudan dənizə gətirilməsi 

üstünlük  təşkil  edir.  Dünya  okeanından  karbonun  quruya  daxil  olması  az 

miqdarda,  yalnız  karbon  qazı  şəklində  atmosferə  diffuziya  olunaraq  hava 

axınları vasitəsilə gedir. 

6.3.3.

 

Azotun dövranı 

Azot  həyatın hakim (açar) inqrediyenti sayılır, çünki  bu element  bütün 

zülal birləşmələrin vacib komponentidir. Azot birləşmələrinin böyük ehtiyatı 

litosferdə yerləşir. Qalan ehtiyatı isə kimyəvi cəhətdən az aktiv qaz şəklində 

atmosferin  79%  -ni  təşkil  edir.  Biosfer  və  hidrosferdə  azotun  yerüstü 

biokütlədə və torpaqda kütləsinin orta nisbəti C:N=160:15 təşkil edir.Azotun 

ehtiyatının biosfer və hidrosferdə nisbətən az olmasına baxmayaraq, bu aktiv 

element  geosferlər  arasında  tez  mübadilə  edir.  Azot  tsiklinin  kimyəvi  şəkli 

olduqca  mürəkkəb  və  müxtəlifdir,  çünki  azot  hava,  su  və  torpağa  müxtəlif 

kimyəvi formalarda daxil olur və həm də şəklini dəyişir. 



97 


 

Şəkil 6.8. Təbiətdə azotun dövranı: azot molekulunun kimyəvi çevrilmələri 

Azot  birləşmələrinin  dövranında  azot  toplayan,  nitrifıkatorlar,  de- 

nitrifıkatorlar  mikroorqanizmləri  olduqca  böyük  rol  oynayır.  Yerdə  qalan 

orqanizmlər  isə  azotun  dövranına  öz  hüceyrələrinin  tərkibinə  azotu 

assimilyasiya  etdikdən  sonra  təsir  göstərir.  Fır-fır  və  yaşıl  İbtosintez 

bakteriyaları, müxtəlif torpaq bakteriyaları da azot toplayır. 

Biosferdə havadan il ərzində orta hesabla 140-700  mq/m^ azot  fıksa- 

siya olunur (toplanır). Bunu əsasən bioloji fıksasiya təşkil edir, yalnız azotun 

az  miqdarı  (35mq/m-^)  elektrik  boşalmaları  və  fotokimyəvi  proseslər 

nəticəsində toplanır. 

Azotun  yüksək  intensiv  toplanması  göy-yaşıl  yosunlar  çox  olan 

çirklənmiş göllərdə baş verir. 

Atmosferdə  və  biosferin  çöküntü  qabığında  olan  külli  miqdarda  azot 

ehtiyatının dövranında yalnız quru və okeanın canlı orqanizmləri tərəfindən 

mənimsənilərək toplanan (fıksasiya olunan) azot iştirak edir. Azotun mübadilə 

fondu  kateqoriyasına  aşağıdakılar  daxildir:  biokütlənin  azotu,  bakteriya  və 

canlı  orqanizmlərin  bioloji  azot  fiksasiyası,  yuvenil  (vulkano-  gen)  azot, 

atmosfer (şimşək zamanı toplanan) azotu və texnogen azot. 

İnsan fəaliyyəti olmayan geniş massivlərdə bitkilər ona lazım olan azotu 

kənardan  torpağa  gətirilən  (yağışla-nitratlar,  havadan-ammonyak),  torpağa 

qaytarılan (heyvan, bitki qalıqları, heyvan ekskrementləri) azotdan, həmçinin 

müxtəlif azot toplayan orqanizmlərdən alır. 

Biosferdə azot və kül elementlərinin ən çox miqdarı meşə bitkisində olur. 

Bütün  bitki  tiplərində  kül  elementlərinin  miqdarı  azot  kütləsindən  2-3  dəfə 

artıq təşkil edir. Tundra bitkiliyi bu baxımdan müstəsnalıq təşkil edir, burada 

azot və kül elementlərinin miqdarı təxminən eyni olur. 



98 


 

Şəkil 6.9. Təbiətdə azotun dövranı: canlı varlıqların kimyəvi çevrilmələrdə 

iştirakı (Məmmədov, Suravegina, 2000) 

99 


il  ərzində  ən  çox  dövriyyədə  olan  elementlərin  miqdarı  (yaxud  bioloji 

dövranın həcmi) - rütubətli tropik meşələrdə, sonra qaratorpaq bozqırlarında 

və  mülayim  qurşağın  enliyarpaqlı  meşələrində  (əsasən  palıd-  lıqlarda)  olur. 

Azot  dövranının  mühüm  antropogen  axını  azot  gübrələrinin  istifadəsi  ilə 

əlaqədardır.  Aqrosistemlərə  verilən  azotun  təxminən  50%-i  kənd  təsərrüfatı 

bitkilərinin  tərkibinə  daxil  olur,  onun  da  yarısı  tarladan  məhsulla  birlikdə 

yığılır,  digər  yarısı  isə  torpağın  üzvi  maddələrində  qalır.  Beləliklə,  müasir 

əkinçilik  azot  axınının  ümumi  istiqamətini  dəyişmişdir,  bu  axın,  yəni 

atmosferdən torpağa deyil, əksinə gedir. Əhalinin artması və bununla əlaqəli 

zülal qidasına olan tələbatın yüksəlməsi azot gübrəsindən istifadəni və azotun 

dövranını intensivləşdirmişdir. 

Bu  isə  ətraf  mühitin  çirklənməsinə,  o  cümlədən  su  hövzələrində  ev- 

trofıkasiya  prosesinin  güclənməsinə  səbəb  olmuşdur.  Azot  axınının 

antropogen  intensivləşməsinin  digər  amili  energetika  hesab  olunur,  belə  ki, 

daş kömür, neft və onun məhsullarının, şistlərin, torpağın və s. yandırılması 

atmosferə  ammonyakı  və  azot  oksidlərinin  emissiyasını  artırmışdır.  Azot 

oksidləri və amonyak öz növbəsində ətraf mühitin asidifi- kasiya prosesində 

həlledici  rol  oynayır.  Azot  axınının  antropogen  intensivləşməsinin  ətraf 

mühitə neqativ nəticələri müvafiq fəsillərdə (atmosfer, su, torpaq) geniş izah 

olunur. 


6.3.4.

 

Kükürdün dövranı 

Kükürd  zülalların  vacib  komponenti  olduğu  üçün  bioloji  proseslərdə 

mühüm  rol  oynayır.  Kükürdün  qlobal  dövranı  müxtəlifliyi  ilə  fərqlənərək 

biotik  və  abiotik  proseslərin  qaz,  maye,  bərk  fazalarda  olan  müxtəlif 

komponentlərin iştirakı ilə gedir. 

Əsas  biogen  elementlərin  (C,  O,  N,  P,  S)  qlobal  biokimyəvi 

dövranlarından  (tsikllərindən)  kükürdün  tsikli  insan  fəaliyyətilə  daha  güclü 

pozulmuşdur. Bu, yanacaq qazıntılarının, xüsusilə daş kömürün yandırılması 

ilə bağlı kükürd oksidinin (SO

2

) atmosferə antropogen təsirinin nəticəsidir. 

Torpaqda və çöküntülərdə kükürdün ehtiyatı geniş, atmosferdə isə azdır. 

Kükürd  mübadilə  fondunda  əsas  rolu  xüsusi  mikroorqanizmlər  oynayır, 

onların  hər  bir  növü  oksidləşmə  və  reduksiyanın  nəticəsində  suyun 

dərinliyində yerləşən çöküntülərdən səthə hidrogen-sulfid qarışır. 

Kükürdün dövranının nizamlanmasında qlobal miqyasda geokimyəvi və 

meteoroloji  proseslər  (eroziya,  çöküntü  əmələgəlmə,  yuyulma,  yağış, 

adsorbsiya, desorbsiya və s.), bioloji proseslər (biokütlənin məhsulu və onun 

parçalanması), hava, su və torpağın qarşılıqlı əlaqələri iştirak edir. 

Kükürdün tsiklinin (dövranının) antropogen pozulması ekosistemin 

100 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə