Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə38/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   34   35   36   37   38   39   40   41   ...   216

 

Şəkil 6.5. Quruda maddələrin biogeokimyəvi dövranı sxemi (R.Koşanova görə, 

1984) 

 



Birinci  -  qaz  funksiyası  -  Yer  atmosferinin  əsas  qazları,  biogen 

mənşəli azot və oksigen, həm də bütün yeraltı qazlar - ölmüş orqanizmlərin 

parçalanma məhsulu; 

 



İkinci  -  konsentrasiya  funksiyası  -  orqanizmlər  bədənlərində 

(gövdələrində)  çoxlu  kimyəvi  elementlər  toplayır,  onların  arasında  birinci 

yerdə  karbon,  metallar  arasında  -  birinci  kalsium  hesab  olunur.  Silisiumun 

konsentratoru (toplayıcısı) diatom yosunları, yodunku - yosunlar (laminariya), 

fosforunku onurğalı heyvanların skeletləri; 

 



Üçüncü  oksidləşmə  -  reduksiya  funksiyası  -  su  hövzələrində 

yaşayan orqanizmlər oksigen rejimini nizamlayır və bir sıra metalların (V, Mn, 



93 


Fe) və qeyri metalların (S) həll olmasına və çökməsinə şərait yaradır; 

 



Dördüncü  -  biokimyəvi  funksiya  -  canlı  maddənin  çoxalması, 

böyüməsi və ərazidə yerləşməsi

 

Beşinci  -  insan  fəaliyyətinin  biogeokimyəvi  funksiyası  -  Yer 



qabığının getdikcə artan maddələrini, o cümlədən insanın təsərrüfat və məişət 

ehtiyacı üçün lazım olan daş kömür, neft, qaz və b. bu kimi kon- sentratorları 

əhatə edir. 

Biogeokimyəvi dövranda iki hissə ayırmaq lazımdır: 

1)

 

ehtiyat  fondu  -  orqanizmlərdən asılı  olmayaraq  hərəkət edən böyük 



kütlə;  2)  mübadilə  fondu  -  bir  qədər  az,  lakin  aktiv  olub  orqanizmlər  və 

onların  bilavasitə  əhatəsində  olan  biogen  maddənin  birbaşa  mübadiləsindən 

irəli gəlir. Biosferi bütövlükdə təhlil (təsvir) etsək, onda aşağıdakıları ayırmaq 

olar: 1) atmosfer və hidrosferdə (okean) ehtiyat fondu ilə qazşəkilli maddələrin 

dövranı və 2) Yer qabığında (geoloji dövranda) ehtiyat fondu ilə çöküntü tsikli. 

Bununla əlaqədar olaraq Yerdə yalnız bir prosesi - fotosintez nəticəsində 

üzvi maddələrin yaranmasını qeyd etmək lazımdır. Bu proses Günəş enerjisini 

sərf etmir, əksinə onu toplayır. 



6.3.

 

ƏN MÜHÜM BİOGEN MADDƏLƏRİN 

BİOGEOKİMYƏVİ TSİKLLƏRİ 

Atmosfer,  hidrosfer  və  o  cümlədən  planetin  biosferinə  daxil  olan 

qatlarında  gedən  proseslərdə  maddələrin  dəfələrlə  (təkrarən)  iştirakı 

elementlərin  dövranı  adlanır.  Oksigen,  karbon,  azot,  kükürd  və  fosforun 

dövranı xüsusilə böyük əhəmiyyət kəsb edir. 

6.3.1.

 

Oksigenin dövranı 

Oksigenin dövranı - biokimyəvi tsikli planetar proses olub, atmosferi və 

hidrosferi  Yer  qabığı  ilə  əlaqələndirir.  Oksigenin  dövranının  əsas  həlqələri 

bunlardır: yaşıl bitkilərdə fotosintez zamanı sərbəst oksigenin əmələ gəlməsi, 

bütün canlı orqanizmlərin tənəffüsü üçün oksigendən istifadə edilməsi, üzvi 

qalıqların  və  qeyri-üzvi  maddələrin  (məs.  yanacağın  yandırılması) 

oksidləşməsinin reaksiyası üçün və digər kimyəvi dəyişikliklər, bunlar karbon 

qazı,  su  kimi  oksidləşmiş  birləşmələrin  əmələ  gəlməsinə  və  onların 

fotosintetik çevrilmələrin yeni tsiklinə cəlb edilməsinə səbəb olur. 

Oksigenin dövranında canlı maddənin aktiv geokimyəvi fəaliyyəti aydın 

təzahür olunur, bu, canlı maddənin tsikl prosesində aparıcı roludur. II ərzində 

sintez olunan üzvi maddələrin kütləsinə əsaslanaraq (15% tənəffüs prosesinə 

sərf edilməsini nəzərə alaraq) bu nəticəyə gəlmək olar 

94 



ki, planetin yaşıl bitki örtüyünün illik oksigen məhsulunun miqdarı 300x10^ 

ton təşkil edir. Onun az miqdarı, yəni 25%-dən bir qədər artığı quruda yerləşən 

bitki  örtüyü  tərəfindən,  qalanı  isə  Dünya  okeanının  fo-  tosintez  edən 

orqanizmləri  tərəfindən  ayrılır,  sərbəst  oksigen  yalnız  atmosferdə  deyil, 

həmçinin  təbii  sularda  həll  olunmuş  vəziyyətdə  mövcuddur.  Dünya  okeanı 

sularıqın həcmi  cəmi  IByxlO'*^ litrə bərabərdir,  1 litr suda isə 2-dən 8 sm' 

oksigen  həll  olunur.  Deməli,  Dünya  okeanı  sularında  2,7-dən  10,9x10'-  ton 

həll olunmuş oksigen vardır. 

Oksigen  yanma  prosesi  və  antropogen  fəaliyyətin  digər  növləri  üçün 

istifadə edilir. Bəşəriyyətin 1980-ci ilə qədər olan tarixində dünyada 84 mlrd, 

ton daş kömür, 30 mlrd, ton neft və 7,3 trln. m3 təbii qaz yanacağından istifadə 

olunmuşdur. Bu qədər yanacağın yandırılmasına 273 milyard ton oksigen sərf 

edilmişdir, bunun nəticəsində 322 milyard ton karbon qazı əmələ gəlmişdir. 

Göstərilən yanacağın 90%-ə qədəri son 40- 60 ildə yandırılmışdır. 



ATMOSFER 

Şəkil 6.6. Biosfer, hidrosfer və litosfer arasında oksigen, karbon qazı, su buxarı 

mübadiləsinin sxemi (Məmmədov. Suravegina, 2000) 

95 


Bura  insan,  heyvan,  bitkilərin  tənəffüsünə,  mikroorqanizmlərin  ok- 

sidləşmə reaksiyalarına sərf .olunan oksigeni əlavə etmək lazımdır. 



6.3.2.

 

Karbonun dövranı 

Məlum  olduğu  kimi  karbon  biosferin  ən  mühüm  kimyəvi 

elementlərindən biri sayılır; Bu aşağıdakılarla bağlıdır: 

a)

 

Həyatın  demək  olar  ki,  bütün  formaları  karbon  birləşmələrindən 

ibarətdir. 

b)

 

Biosferdə  karbon  birləşmələrinin  oksidləşməsi  və  reduksiyası 

reaksiyaları  yalnız  karbonun  deyil,  həmçinin  oksigenin  və  bir  çox  digər 

elementlərin qlobal yayılmasına və balansına səbəb olur; 

ç)  Karbon  atomlarının  zəncir  və  həlqə  yaratma  qabiliyyəti  üzvi 

birləşmələrin müxtəlifliyini təmin edir



Geoloji 

proseslər 

Atmosfer 

(711)

 

Kənd təsərrüfatı 

və sənaye 



Biotik  və 



kimyəvi 

proseslər 

Biosferin 

yerüstü 

hissəsi 

(3100) 

Okean 

(karbon əsasən' 

karbonatlar 

şəklində) s 

(39000)

 

Yanar 

qazıntılar 

(

12000



)

 

Şəkil 6.7. Karbon iki oksidin dövranı. Rəqəmlər biosferin əsas hissələrində və 



onların axınlarında (oxlarla) S02-nin (mlrd.ton) miqdarını göstərir 

c)

 

tərkibində karbon olan qazlar - karbon qazı (CO



2

) və metan 

(CH4) 



antropogen parnik effektində müəyyən rol oynayır. 



Karbonun  əsas  ekosfer  ehtiyatları  hidrosfer,  litosfer  və  atmosferdə 

yerləşir.  Onlar  arasında  intensivliyi  ildə  on  milyard  tonlarla  aktiv  karbon 

mübadiləsi gedir. Bu mübadilədə okean karbonun əsas uducusu hesab olunur, 

bu  qurudan  çay  axınları  ilə  üzvi  maddələrin  destruksiyası,  həm  də 

atmosferdən  -  bütün  canlı  orqanizm  kompleksinin  (biotanm)  tənəffüsü 

nəticəsində daxil olur. Biosferdə mühüm proseslər - qeyri-üz- vi maddələrdən 

günəş enerjisinin iştirakı ilə (fotosintez) üzvi maddələ- 

96 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə