Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə37/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   33   34   35   36   37   38   39   40   ...   216

nizmlərin  ən  yüksək  konsentrasiyalı  yerini  «həyat  təbəqəsi»  (pərdəsi) 

adlandırmışdır. 

Müasir  baxışlara  görə  biosfer  planetin  möhtəşəm  ekosistemi  olub 

maddələrin qlobal dövranını saxlayır. Biosfer anlayışının coğrafi təbəqə və ya 

coğrafi örtük anlayışı ilə xeyli oxşarlığı var. Bəzi tədqiqatçılar onları sinonim 

hesab etsələr də aralarında prinsipial fərq də var. Tərifə görə coğrafi  örtük 

litosfer,  hidrosfer  və  biosferin  bir-biri  ilə  qarşılıqlı  təmasda  olan  Yer 

təbəqəsidir. Coğrafi örtükdə fasiləsiz olaraq quru, atmosfer. Dünya okeanı və 

orqanizmlər  arasında  maddələr  və  enerji  axınları  mübadiləsi  baş  verir. 

Beləliklə,  coğrafi  təbəqənin  xarakterinə  onun  bütün  komponentlərinin 

eynidərəcəli  təsvirləri  daxildir.  Biosfer  anlayışının  isə  mərkəzi  həyatdır, 

həyatın yayıldığı mühitdir, canlı maddədir. Bu canlı maddəyə atmosferin 

qaz tərkibi, suların, torpağın tərkibi və s. daxildir. 

6.2.

 

TƏBİƏTDƏ MADDƏLƏRİN DÖVRANI 

Təbiətdə əsas iki maddələr dövranı mövcuddur - böyük (geoloji) və kiçik 

(biogeokimyəvi) dövran. 

6.2.1

 

Təbiətdə maddələrin böyük (geoloji) dövranı 

Bu dövran Günəş enerjisi ilə Yerin dərinlik enerjisinin qarşılıqlı təsirilə 

baş verir və biosferdə Yerin daha dərin qatlarında maddələrin paylanması ilə 

yerinə yetirilir. 



Günəş 

 

Radioaktiv 



parçalanma 

enerjisi 

Şokil 6.3. Maddələrin böyük dövranı 

90 


Quru  ilə  okean  arasında  atmosfer  vasitəsilə  suyun  dövranı  da  böyük 

dövran  adlanır.  Dünya  Okeanı  səthindən  buxarlanan  su  (buna  Yer  səthinə 

düşən  Günəş  enerjisinin  demək  olar  ki,  yarısı  sərf  olunur)  quruya  aparılır, 

orada yağıntı şəklində düşərək səth və yeraltı axınlar şəklində yenidən okeana 

qayıdır. Suyun dövranı aşağıdakı sadə sxemlə gedir: okeanın səthindən suyun 

buxarlanması - su buxarının kondensasyası - həmin okeanın səthinə yağıntının 

düşməsi. 

Maqmatik süxurların aşınması hesabına əmələ gələn çökmə süxurlar yer 

qabığının  hərəkətdə  olan  zonasında  (hərəkət  zonasında)  yenidən  yüksək 

temperatur  və  təzyiq  zonasına  yüklənir  (daxil  olur).  Onlar  orada  əriyərək 

maqmanı  -  maqmatik  süxurların  yeni  mənbəyini  əmələ  gətirir.  Bu  süxurlar 

yerin  səthinə  çıxdıqda  aşınma  proseslərinin  təsirilə  onlar  təzədən  çöküntü 

süxurlara transformasiya olunur (şəkil 6.3.). Maddələr mübadiləsinin simvolu 

dairə  deyil,  spiraldır.  Bu  yeni  mübadilə  tsiklinin  köhnə  tsikli  olduğu  kimi 

təkrarlanmadığı,  onun  yenilik  gətirdiyini  göstərir  və  vaxtı  gəldikdə  böyük 

dəyişikliyə səbəb olur. 

 

Şəkil 6.4. Yerin biosferi, daxil olması və paylanması 

91 



il ərzində Yerdə suyun dövranında 500 min km-^-dən artıq su iştirak edir. 

Suyun  dövranı  planetimizdə  təbii  şəraitin  formalaşmasında  bütövlükdə 

əsas  rol  oynayır.  Suyun  bitkilər  tərəfindən  transpirasiyası  və  onun 

biogeokimyəvi tsikldə udulması nəzərə alındıqda Yerdə su ehtiyatının hamısı 

2 milyon ilə bölünür və parçalanır. 

6.2.2.

 

Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı 

Böyük dövrandan fərqli olaraq yalnız biosfer daxilində tamamlanır. Bu 

dövranın  mahiyyəti  fotosintez  prosesində  qeyri-üzvi  maddədən  canlı 

maddənin  yaranması  və  parçalanma  zamanı  üzvi  maddələrin  yenidən  qeyri 

üzvi birləşmələrə çevrilməsindən ibarətdir. 

Biogeokimyəvi  dövran  biosferin  həyatı  üçün  əsas  sayılır  və  o,  həyatın 

yaradıcısıdır. Canlı maddə dəyişərək, yaranaraq (doğularaq) və ölərək (məhv 

olaraq) planetimizdə həyatı saxlayır, biogeokimyəvi maddələr dövranını təmin 

edir. 

Maddələr  mübadiləsinin  enerjisinin  əsas  mənbəyi  günəş  radiasiyası 



sayılır, o, fotosintezi  yaradır. Yer kürəsində bu  enerji bərabər paylanmayıb. 

Məsələn,  ekvatorda  vahid  sahəyə  düşən  istiliyin  miqdarı  Şpisbergen 

arxipelaqında (80*^ ş.e.d.) üç dəfə çoxalır. Bununla yanaşı, istilik enerjisi əks 

olunma  yolu  ilə  itiı%  torpaq  tərəfindən  udulur,  suyun  transpirasiyasma  sərf 

olunur  və  s.  (şəkil  6.5.),  qeyd  edək  ki,  fotosintezə  bütün  enenjinin  5%-dən 

artığı sərf olunmur (çox vaxt 2-3%). 

Bir  sıra  ekosistemlərdə  maddə  və  enerjinin  ötürülməsi  əsasən  trofik 

zəncir  vasitəsilə  yerinə  yetirilir.  Belə  dövran  adətən  bioloji  dövran  adlanır 

(şəkil  6.5.).  O,  dəfələrlə  trofik  zəncirlərlə  istifadə  edilən  maddələrin  qapalı 

tsikli  sayılır.  Kiçik  dövran,  şübhəsiz,  su  sistemlərində,  xüsusilə  intensiv 

metabolizmi  olan  planktonda  yer  ala  bilər,  «yağışlı»  tropik  meşələr  istisna 

olmaqla yer ekosistemlərində kiçik dövran olmur. Belə ki, kök sistemi səthə 

yaxın  yerləşən  tropik  meşələrdə  qida  maddələrinin  ötürülməsi  «bitkidən 

bitkiyə» təmin oluna bilər. 

Lakin  bütün  biosfer  miqyasında  belə  dövran  mümkün  deyildir.  Burada 

biogeokimyəvi  dövran  fəaliyyət  göstərib  makro,  mikroelementlərin  və  sadə 

qeyri-üzvi maddələrin (CO

2

, H


2

O) atmosfer, hidrosfer və litosferin maddələri 

ilə  mübadiləsindən  ibarətdir.  Ayrı-ayrı  maddələrin  dövranını  V.İ.Vernadski 

biogeokimyəvi tsikllər adlandırmışdır. 

Tsiklin  mahiyyəti  aşağıdakı  kimidir:  orqanizmlər  tərəfindən  udulan 

kimyəvi  elementlər  axırda  onu  tərk  edərək  abiotik  mühitə  gedir,  sonra  bir 

müddətdən sonra yenidən canlı orqanizmə düşür və s. 

Belə  elementlər  biofil  element  adlanır.  Bu  tsikl  və  dövranlarla 

bütövlükdə biosferdə canlı orqanizmlərin mühüm funksiyaları təmin olunur. 

V.İ.Vernadski 5 belə funksiya ayırır: 

92 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə